Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1484/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1954-cü il tarixdə Ermənistan SSR-nin Yerevan şəhərində doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Ermənistan SSR-nin Yerevan şəhərində doğulmuşdur. X1, anası X4r. Ermənistan SSR X2 Qeydiyyatı orqanları tərəfindən doğumu qeydə alınmış və bu barədə ona doğum haqqında şəhadətnamə verilmişdir. 1961-ci ildə daimi yaşayış yerini dəyişmək məqsədi ilə Ermənistan SSR-dən Azərbaycan SSR-yə köçmüşdür. xx.xx.1979-cu il tarixdə indiki Bakı Səadət Sarayında (Nikah Evi) yerləşən qeydiyyat şöbəsində X6 ilə nikaha daxil olmuşdur. Nikah bağlanarkən ərinin soyadını özü üçün soyad seçərək “Məmmədova” soyadını “Haqverdiyeva” soyadına dəyişdirmişdir. Bir neçə ay bundan qabaq isə yuxarıda adıçəkilən doğum haqqında şəhadətnamənin itirildiyi ona məlum olmuşdur. Doğum haqqında şəhadətnamənin itirilməsi vətəndaş kimi hüquqlarının həyata keçirilməsi üçün bir çox maneələr yaradır. Belə ki, açılmış vərəsəlik işi üzrə qohumluq əlaqəsinin müəyyən edilməsi zərurəti yarandığından onun tərəfindən adıçəkilən sənədin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Asan Xidmət X8nə müraciət olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 14-cü bəndinə əsasən (İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir) ona imtina edilərək, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onun doğum haqqında şəhadətnaməsinin hansı şəraitdə itdiyini bilmir. Bacısı ondan 10 yaş kiçikdir. O da təsdiq edir ki, bacısı Sevil xx.xx.1954-cü il tarixdə Ermənistanda anadan olmuşdur, yəni ərizə əsaslıdır. İş materiallarında olan: - 6 saylı Bakı Asan Xidmət X8 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Şöbəyə müraciət etmiş, doğum aktı qeydinin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AZE ******** saylı, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistan SSR-nin Yerevan şəhərində doğulmuşdur. - doğum haqqında 912329 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1944-cü il tarixdə Ermənistan SSR-nin Zəngibasar rayonunda doğulmuşdur. X1, anası X4r. - AZ-İİ 474010 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistan SSR-nin Yerevan şəhərində anadan olmuşdur. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd sonradan məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə doğum tarixi xx xxxxxx 1954-cü il, doğulduğu yer Ermənistan Respublikası, Yerevan şəhəri, soyadı, adı, atasının adı Ərizəçi, atasının adı X5, anasının adı X3 qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Məmmədova (Haqverdiyeva) Sevil Məmməd qızının doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə Məmmədova (Haqverdiyeva) Sevil Məmməd qızının doğum tarixi xx xxxxxx 1954-cü il, doğulduğu yer Ermənistan Respublikası, Yerevan şəhəri, soyadı, adı, atasının adı Məmmədova (Haqverdiyeva) Sevil Məmməd qızı, atasının adı X5, anasının adı X3 qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1484/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1484/2025
19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver