Məhkəmə qərarları › İş №2(012)-1501/2023

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1501/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1501/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi, maddi və mənəvi zərər tələbinə dair mülki işə 03 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (min iki yüz) manat pulun, 1000 (min) manat maddi zərərə görə və mənəvi zərərə görə 800 (səkkiz yüz) manat, cəmi 3000 (üç min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “Tufan M-50 Boz CN: R55PCBL86LH11010, 2020” markalı və modeli motosikl mopedi 10110612 saylı, 25 yanvar 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 1700 manata X1. X4 ilə aralarında şifahi razılaşma əsasında “Tufan M-50” markalı motosiklet 1200 (min iki yüz) manat qarşılığında xx.xx.2022-ci il tarixdə ona satılmışdır. Bu barədə aralarında şifahi razılaşma imzalanmışdır və imzaları ilə təsdiq etmişlər. Cavabdeh istifadə etmək üçün motosiklet lazım olduğunu bildirmişdir və razılaşma əsasında həmin motosikleti 05 sentyabr 2022-ci il tarixdən günü 10 manat olmaqla Cavabdeh vermişdir. Cavabdeh tərəf hər ay razılaşdırılmış məbləği ödəyəcəyi barədə vəd vermiş və həmin tarixdə motosikleti ondan təhvil almış,lakin cavabdeh razılaşdırılmış aylıq pulu ödəməmiş və motosikleti geri qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun icazəsi və razılığı olmadan motosikleti satmış və motosikletin dəyərini mənimsəmişdir. O cavabdehdən dəfələrlə pulu tələb etsə də, pulu ödəməkdən yayınmışdır. O, bu barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir və mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Həmçinin, cavabdeh təqsiri üzündən gündəlik qazancdan məhrum olmuş və nəticədə maddi zərərə məruz qalmış, belə ki, o, motosikleti başqa bir şəxsə verərək qazanc əldə edə bilərdi, lakin cavabdehin təqsiri ucbatından bu baş tutmamışdır. Ona görə də, cavabdehdən əldən çıxmış fayda olaraq 1000 (min) manat alınaraq ona verilməlidir. Cavabdehin təqsiri üzündən çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmış, aldadılmağı, qazancdan məhrum edilməyi, ona məxsus motosikletin onun məlumatı olmadan digər şəxsə satılması, maddi zərərə məruz qalmağı və s. hallar ona psixoloji olaraq pis təsir etmişdir. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 800 (səkkiz yüz) manat məbləğində dəyərləndirir. Cavabdehin əməli nəticəsində çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər . Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı iclasa gəlməyən Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" MMC ilə X4 arasında xx.xx.2021-ci il tarixli 10110612 nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən “Tufan M- 50 Boz CN: R55PCBL86LH11010, 2020, mühərrik №1P39FMB LHL11010 Həcmi: 49 cm3” markalı motosikl X1. Həmin müqaviləyə 1 №-li əlavədən görünür ki, Tufan M-50 Boz CN: R55PCBL86LH11010, 2020, mühərrik №1P39FMB LHL11010 markalı motosiklın qiyməti 1700 manat, təhvil verilən motosikl üzrə texniki qüsurlar və çatışmazlıqlar müəyyən olunmamışdır. Həmin müqavilənin digər səhifəsində Məhəmməd Abbaslı ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə öz əksini tapmışdır. Bu müqavilədən görünür ki, X2 M-50 markalı motosiklını İddiaçı 1200 manat qarşılığında satır və qarşılıqlı razılıq ilə bunu öz imzaları ilə təsdiq edirlər. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ona Cavabdeh barəsində mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" MMC ilə X4 arasında xx.xx.2021-ci il tarixli 10110612 nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən “Tufan M-50 Boz CN: R55PCBL86LH11010, 2020, mühərrik №1P39FMB LHL11010 Həcmi: 49 cm3” markalı motosikl 1700 manata X1. X4 ilə İddiaçı arasında şifahi razılaşma əsasında “Tufan M-50” markalı motosiklet 1200 (min iki yüz) manat qarşılığında xx.xx.2022-ci il tarixdə ona satılmışdır. İddiaçı Cavabdeh həmin motosikleti 05 sentyabr 2022-ci il tarixdən günü 10 manat olmaqla vermişdir. Cavabdeh tərəf hər ay razılaşdırılmış məbləği ödəyəcəyi barədə vəd vermişdir və həmin tarixdə motosikleti ondan təhvil almışdır. Lakin cavabdeh razılaşdırılmış aylıq pulunu ödəməmiş və motosikleti geri qaytarmamışdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etsə də ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh 1200 (min iki yüz) manat məbləğində İddiaçı borclu olması, onun hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirdiyi, ona ziyan vurulması onun iş materialları ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh“Tufan M-50 Boz CN: R55PCBL86LH11010, 2020, mühərrik №1P39FMB LHL11010 Həcmi: 49 cm3” markalı motosiklin dəyəri olan 1200 (min iki yüz) manat, 1000 (min) manat maddi zərərə görə və mənəvi zərərə görə 800 (səkkiz yüz) manat, cəmi 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat pul vəsaiti, 1000 (min) manat maddi zərərə görə və mənəvi zərərə görə 800 (səkkiz yüz) manat, cəmi 3000 (üç min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar