Məhkəmə qərarları › İş №2(012)-1504/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1504/2025

03.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1504/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 0080/Ş saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata götürülmüş və bir sıra prosessual hərəkətlər edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh MMCnin hüquqi ünvanının Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyini bildirərək, işin Abşeron Rayon Məhkəməsində baxılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair 2(012)-1504/2025 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş X1 Dövlət qeydiyyatı haqqında şəhadətnamədən (VÖEN **********) görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2rosessual Məcəlləsinin (bundan sonra MPM): 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.. 44.2-ci maddəsinə əsasən məhkəmə əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa” tələbinə dair 2(012)-1504/2025 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar