Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1507/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndində doğulmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndində anadan olmuşdur. X4, anası isə X5r. X4 onun 1 yaşı olan zaman, yəni 1966-cı ildə Qafan rayonu, Şabadin kəndində vəfat etmişdir. X1 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Ermənistan-Azərbaycan arasındakı münaqişəsi ilə əlaqədar 1988-ci ildən anası xx.xx.1936-cı il təvəllüdlü X6, bacıları xx.xx.1959-cu il təvəllüdlü X7 və xx.xx.1961-ci il təvəllüdlü X8 ilə birlikdə Azərbaycan Respublikasına köçərək məcburi qaçqın kimi məskunlaşmışlar. Sonaradan ailə həyatı qurmuşdur və halhazırda ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində qeydiyyatdadır və uzun müddətdir ki, həmin evdə yaşayır. Hazırda zərurət yarandığı üçün müəyyən sənədləşmə işləri ilə bağlı ona doğum haqqında şəhadətnamə lazım olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi qızıdır və bir sinifdə təhsil almışlar. Təsdiq edir ki, X3 xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onun doğum haqqında şəhadətnaməsinin hansı şəraitdə itdiyini bilmir. Bacısı ondan 6 yaş kiçikdir. O da təsdiq edir ki, bacısı Dilşad xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndində anadan olmuşdur, yəni ərizə əsaslıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilən xx.xx.2024cü il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Şöbəyə müraciət etmiş, doğum aktı qeydinin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AZE ******** saylı, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur. - AZ-İ 269100 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. Məlum hadisələrlə bağlı ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə doğum tarixi xx xxxxxxx 1965-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndi, soyadı, adı, atasının adı Ərizəçi, atasının adı X12, anasının adı X2 qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx xxxxxxx 1965-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndi, soyadı, adı, atasının adı Ərizəçi, atasının adı X12, anasının adı X2 qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1507/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1507/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver