Məhkəmə qərarları › İş №2(012)-1513/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1513/2023

03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1513/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tərtər Rayon Notariat Ofisinə qarşı «vərəsəliyin qəbul edilmə müddətinin uzadılması» tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Tərtər Rayon Notariat Ofisinə qarşı «vərəsəliyin qəbul edilmə müddətinin uzadılması» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 dekabr 2022-ci ildə vəfat etmiş mərhum həyat yoldaşı X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilmə müddətinin gecikdirilməsinin üzürlü hesab edib vərəsəliyin qəbul edilmə müddətinin bərpa edilməsi (uzadılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, həyat yoldaşı 2022-ci ilin dekabr ayında vəfat etmişdir. Odur ki, ona vərəsəlik şəhadətnaməsinin verilməsini istəyir. Belə ki, Ərizəçi maraqlı şəxs Tərtər Rayon Notariat Ofisinə qarşı «vərəsəliyin qəbul edilmə müddətinin uzadılması» tələbinə dair xüsusi icraat qaydasında məhkəməyə müraciət etsə də, hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsinə əsasən, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə aid deyildir. Odur ki, Ərizəçi hazırki tələblə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Tərtər Rayon Notariat Ofisinə qarşı «vərəsəliyin qəbul edilmə müddətinin uzadılması» tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar