Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1566/2021 11.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 7-ci küçədə yerləşən 5 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 7-ci küçədə yerləşən 5 saylı fərdi yaşayış evi 14169 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun adınadır. Həmin evdə ailəsi ilə birlikdə cavabdeh də qeydiyyatdadır. Cavabdeh onun yaxın tanışıdır. Müəyyən işlərə görə müvəqqəti olaraq cavabdehi ona məxsus fərdi yaşayış evinə qeydiyyata alınmasına icazə vermişdir. Hal-hazırda zərurət yarandığından cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalıdır. O, ilk öncə bununla bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsi tərəfindən ona 04.11.2020-ci il tarixli cavab məktubu ünvanlayaraq bildirmişdir ki, məsələnin həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Cavabdehin ona məxsus fərdi yaşayış evində qeydiyyatı formaldır. Cavabdehin ona məxsus evdə qeydiyyatda olması səbəbindən evindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişədir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildridi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, eləcə də, Cavabdeh iddianı etirafı barədə məhkəməyə təqdim etdiyi yazılı ərizəsini və işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Abşeron RPŞ tərəfindən 04.07.2012-ci il tarixdə verilmiş AZE № 09510439 seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. -Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 7-ci küçəsində yerləşən, 2 yaşayış olmaqla, yaşayış sahəsi – 58,1 m2, köməkçi sahəsi -83,4 m2 ibarət olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon dövlət notariusunun alqı-satqı müqaviləsi p № 3-M-253 nömrəli 29 dekabr 1997-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası DİN tərəfindən 10.12.2020-ci il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı ilə yanaşı, X1 12.01.1995, Rəsulova Gülarə Babaş qızı 18.10.1971, Cavabdeh xx.xx.1975, X3 10.02.1964, X2 01.09.1992) qeydiyyatdadır. Abşeron RPİ tərəfindən İddiaçı ünvanlanmış 04.11.2020-ci il tarixli məktubdan görünür ki, sənədlər təqdim olunmadığı üçün Cavabdeh ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi yanında Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Onun mülkiyyətində olan fərdi yaşayış evində ondan başqa cavabdeh də qeydiyyatdadır. Cavabdehin sözügedən mənzildə istifadə hüququnun qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Mülkiyyətinə alındığı vaxtdan bu günə kimi cavabdeh ona məxsus evdə yaşamamış, qeydiyyatı formal xarakter daşımışdır. Hazırda Cavabdeh tərəfindən iddia tələbi tam etiraf olunaraq, onların ünvan 2 ünvanından istifadə hüququna xitam verilməsinə etiraz olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh ünvan 2 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, Məhkəmə qanunun normalarını əsas tutaraq, cavabdehin iddianı etiraf etməsini, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh ünvan 2 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməli və Qətnamə həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1566/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1566/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver