Məhkəmə qərarları › İş №2(012)-1570/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1570/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1570/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Qasımov Salman Elman oğlunun və Cavabdeh və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı fərdi evdən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binadan məcburi çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi 1993-cü ildən 2020-ci ilə qədər ünvan 1 ünvanında yerləşən UPTK-ya (İstehsalat-Texniki Komplektləşmə İdarəsi) məxsus binada yaşamışdır. Həyat yoldaşı həmin idarədə işləmiş və idarənin rəhbərliyi ona məcburi köçkün kimi orada ailəsi ilə birlikdə yaşamağa razılıq vermişdir. Onlar əvvəlcə idarənin 1 otağında yaşamış, sonralar yaşadıqları otağın qarşısında əlavə olaraq öz vəsaiti ilə bir otaq da inşa etdirmişlər. 2019ilin noyabr ayında ağır dərəcədə şəkər xəstəsi olan iddiaçının mərhum həyat yoldaşı X1 daha da ağırlaşdığından bir müddət Sumqayıt şəhərində yaşamalı olmuşlar. Həmin vaxt mənzilin təmiri üçün Cavabdeh müraciət etmişlər. Cavabdeh həmin vaxt kirayəyə ev axtardığından, mərhum onunla hər ay 80 manata kirayə haqqı ödəmək müqabilində mənzili təmir etməsi barədə razılaşmışdır. Cavabdeh 2 aylığa mənzildə yaşamalı olmasına baxmayaraq, bu müddətin sonunda mərhum ondan mənzili tərk etməyi tələb etdikdə o, əvvəlcə 1 ay vaxt istəmişdir. Cavabdeh daha sonradan iddiaçının həyat yoldaşının vəfat etdiyini bilərək mərhumun ondan 1400 manat aldığını bildirmiş və mənzili tərk etməkdən boyun qaçırmışdır. Hal-hazırda cavabdeh mənzildən çıxmaq üçün iddiaçıdan 3000 manat tələb edir. Onlar cavabdehdən heç vaxt pul almamışdır. Cavabdehin mənzili qeyri-qanuni zəbt etməsi iddiaçı və onun ailəsinin mənzilsiz qalmasına səbəb olmuşdur. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki,ailəsi ilə birlikdə Ceyranbatan qəsəbəsində kirayə qalırdı. Oradan onu çıxarıblar. O,2019cu ilin sentyabr ayında kirayə ev axtaranda iddiaçının mərhum əri İfadə ilə indi qaldıqları tikilini aylıq 80 manata razılaşıblar. Bir müddət kirayədə yaşayıblar. Sonra mərhum 4000 manata evi satmaq istəyib, o isə razılaşıb,1400 manat mərhuma verib, sonra isə az-az yenidən pul vermişdir. Ümumilikdə isə 2480 manat ona pul vermişdir. İddiaçı əri rəhmətə gedəndən sonra onlardan həmin tikilidən çıxmasını tələb edib, onlar isə bunun qanunsuz olduğundan razılaşmamışlar. Qeyd edir ki, iddiaçının Sumqayıtda evi var köçüb orada yaşayırlar, Bir neçə yeri qaçqın adından istifadə edərək zəbt edib,başqalarına kirayə verirlər, ya da ki satırlar. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etməyib, digər cavabdehin izahatına uyğun izahat verdi. Məhkəmə prosesində şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, qonşuları olan cavabdehi və onun arvadını tanıyır. Cavabdeh həmin evi təmir edib, orada kirayədə qalıb. İddiaçı evi onlara kirayə vermək üçün oradan köçüb. Evə görə Rəhiləgilə pul verilsəydi onu bilərdi. Məhkəmə prosesində şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, iddiaçı onun dayısının arvadıdır. Cavabdehi usta kimi tanımışdır. Evin cavabdehə satılması və ya orada kirayə qalmaları barədə dəqiq məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin materiallarında olan 221382 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Qaraşova X8 rayonundan məcburi köçkündür. İşin materiallarında olan Abşeron rayon İHB-nın Ceyranbatan qəsəbə İƏDN-nin 14.01.2021-ci il tarixli, 09 saylı arayışından müəyyən edilir ki, Ceyranbatan qəsəbəsi S.Quliyev küçəsi UPTK-nın həyətində İddiaçı, onun iki uşaqları Cəbrayıl rayonundan məcburu köçkün kimi məskunlaşmışlar. İşin materiallarında olan nikah haqqında şəhadətnamədən və ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı ilə Şahmarov İfadə Umud oğlu 1992-ci ildən rəsmi nikahda olmuşlar, Şahmarov İfadə Umud oğlu 06 sentyabr 2020-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Abşeron rayonu Pİ-nin TŞ-nin 07 dekabr 2020-ci il tarixli Qərarından müəyyən edilir ki, X4 onun Rəhilə adlı qadın tərəfindən döyülməsi barəsində müraciəti əsasında başlanmış cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aiidiyyatı üzrə Pİ-nə göndərilmişdir. İşin materiallarında olan Abşeron rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli Qərarından müəyyən edilir ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən evindən X4 çıxmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunu taxta parçası ilə qəsdən vuraraq, ona fiziki ağrı yetirdiyinə görə İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinib 300 manat inzibati qaydada cərimə olunmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı və onun mərhum əri Şahmarov İfadə Umud oğlu Cəbrayıl rayonundan məcburi köçkün ollaraq uşaqları ilə birlikdə Abşeron rayon Ceyranbatan qəsəbəsi S.Quliyev küçəsi UPTK-nın həyətində birmərtəbəli ikiotaqlı tikilidə məskunlaşmışlar, 2019-cu ilin sentyabr ayından isə həmin tikilini cavabdehlərin istifadəsinə verməklə,ailəliklə Sumqayıt səhərinə köçüb orada yaşamışlar. Şahmarov İfadə Umud oğlu 06 sentyabr 2020-ci il tarixdə ölmüşdür. Onun ölümündən bir qədər sonra iddiaçı cavabdehlərdən mübahisəli tikilidən çıxmalarını tələb etmiş, bu zamanda aralarında münaqişə olmuş, cavabdeh X4 onun iddiaşı tərəfindən döyülməsi barəsində müraciəti əsasında Abşeron rayonu Pİ-nin TŞ-nin 07 dekabr 2020-ci il tarixli Qərarından başlanmış cinayət işinin başlanması rədd edilmiş,İddiaçı barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aiidiyyatı üzrə Pİ-nə göndərilmiş, Abşeron Məhkəməsinin 30.11.2020-ci il tarixli Qərarı ilə İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən evindən X4 çıxmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunu taxta parçası ilə qəsdən vuraraq, ona fiziki ağrı yetirdiyinə görə İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinib 300 manat inzibati qaydada cərimə olunmuşdur. İş materiallarından göründüyü kimi, mübahisələndirilən tikili UPTK-nın (İstehsalat- Texniki Komplektləşmə İdarəsi)həyətində həmin idarəyə aid yardımçı tikili olmaqla, iddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi orada 2019-cu ilin sentyabr ayınadək orada məskunlaşmış, həmin vaxtdan sonra isə buna hər hansı hüquqları olmadıqları halda oranı cavabdehlərin istifadəsinə vermiş, özləri isə Həmin vaxtdan Sumqayıt şəhərinə köçmüşlər. İddiaçının özünün izahatından da göründüy kimi, mərhum əri cavabdehlərlə hər ay 80 manata kirayə haqqı ödəmək müqabilində mübahisəli tikilini təmir etməsi barədə razılaşmışlar.Həmin tkilinin əvvəlcə cavabdehlərə kirayəyə verilməsi onların izahatları və şahid X2 ifadəsi ilə də təsdiq olunur.Cavabdehlərin həmin tikilinin guya iddiaçının əri tərəfindən onlara satılması müqabilində 2480 manat verməsi hər hansı sübutla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Beləliklə, məhkəmə kollegiyası yaranmış hazırkı vəziyyətdə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı və onun ailəsi məskunlaşdıqları tikilini 2019-cu ilin sentyabr ayından cavabdehlərin istifadəsinə verib özləri yaşamaq üçün Sumqayıt şəhərinə köçdüklərindən,ötən müddət ərzində də orada yaşadıqlarından hazırda isə mübahisəli tikili ilə bağlı hüquqlaranı itirdiklərindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar