Məhkəmə qərarları › İş №2(012)-159/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-159/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-159/2024 29.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və Cavabdeh İddiaçı və "xxxx" MMCyə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə tələblərinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması barədə Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzildən məcburi çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün həmin şirkətlə 04 iyul 2007-ci il tarixdə rəsmi müqavilə bağlayaraq, 1-ci blok, 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.metr olan 1 otaqlı, 38 saylı mənzilin hər kv.metri üçün 342 manat olmaqla, cəmi 19494 manat pul ödəmiş, şirkətə heç bir borcu qalmamışdır. Həmin şirkətin rəhbərliyi, ona məxsus mənzili başqa müqavilə ilə iş üzrə cavabdehə satmaqla onunla 04 aprel 2019-cu il tarixdə müqavilə bağlamış, ondan 32000 manat pul almışdır. Bütün bunlara baxmayaraq, mənzilin ilk sahibi kimi kənarda qalaraq, cavabdeh həmin mənzili zəbt etmişdir və hazıradək orada yaşamaqda davam edir. Halbuki, o, öz hüquqlarının bərpası və mənzilin qaytarılması üçün illərdir məhkəmə instansiyaları keçməklə, mənzilin əsl sahibi kimi tanınmışdır. İlkin müqavilə bağladığı şirkət, yəni "xxxx" MMC sonradan 2013-cü ildə "xxxx" MMC ilə əvəz olunmuşdur. 15 may 2018-ci il tarixdə isə Abşeron Rayon Məhkəməsində işə baxılaraq onun iddia tələbi təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərarı ilə məhkəmə qətnaməsi qüvvədə qalmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası işi yeni baxışa qaytarmış, son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiası təmin olunmuş, həmin mənzil onun sahibliyinə qaytarılmışdır. Qəbul olunmuş qərarın icrası zamanı məlum olmuşdur ki, ona məxsus mənzildə iş üzrə cavabdeh yaşayır, mənzilin təhvil verilməsi mərhələsində icra məmuru cavabdehin mənzildən çıxarılması səlahiyyətinin olmamasını bildirmiş, işin məhkəmə müstəvisində həll edilməsini tövsiyə etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə, ev 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 38 saylı mənzilə dair İddiaçı ilə "xxxx" ("xxxx" MMC) arasında imzalanmış 04 iyul 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə tələbini bununla əsaslandırmışdır ki, 04 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə onun arasında kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcraçı’’ (“ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbəsində yerləşən 33 saylı mənzili ona verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən mənzilin hər kv.metrinin dəyəri 561 manat həcmində müəyyənləşdirilməklə, ümumi dəyəri 32000 manat təşkil etmişdir. Mənzilin qeyd edilən məbləği onun tərəfindən tam şəkildə ödənilmiş, buna görə də 04 aprel 2019-cu il tarixdə MMC tərəfindən 93 nömrəli maliyyə arayışı verilmişdir. 2019-cu il tarixdə mənzil ona təhvil verilmişdir. 2019-cu il tarixdən etibarən həmin mənzili təmir edərək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən mənzilə dair İddiaçı "xxxx" MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.metr olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.metr olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(102)-2183/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, cavabdeh "xxxx" MMC rəhbərliyi tərəfindən ünvan 3 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMCnin kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(105)-459/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.metr olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(102)-4409/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə mübahisələri ona məxsus mənzillə bağlı olmuş, lakin o, məhkəmə proseslərinin heç birinə cəlb edilməmişdir. Məhkəmələr onu işə cəlb etmədən onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qərarlar qəbul etmişlər. Mənzil onunla MMC arasında müqavilə bağlandıqdan sonra məhz ona təhvil verilmiş, mənzili təmir etdirərək orada yaşamağa başlamışdır. Hazırda da həmin ünvanda yaşayır. İddiaçı iddiasının onun iştirakı olmadan təmin edilməsi onun mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına və mülkiyyətdən məhrum olunmasına gətirib çıxarmışdır. Məhkəmə onu işdə iştirak etməyə cəlb etməmiş, onun qanuni sahibliyində və istifadəsində olan mənzillə bağlı İddiaçı tərəfindən verilən iddiaya öz etirazını bildirmək və sübutlarını təqdim etmək hüququndan məhrum edilmişdir. Bu səbəbdən də o, İddiaçı ilə "xxxx" MMC (Fuad LTD) arasında imzalanmış müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2007ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılmış, lakin İddiaçı tərəfindən mənzilin dəyərindən 14494 manat ödənilmişdir. Həmin hökmlə göstərilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı mülki iddiası təmin olunaraq həmin mənzil üçün ona ödənilmiş 14494 manat pul vəsaitinin qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hökm 2015-ci il tarixdə çıxarılmış, o isə həmin mənzili hökm çıxarıldıqdan 3 il sonra, yəni 2019-cu ildə almışdır. Hökmlə təsdiq olunmuşdur ki, (səh. 19) İddiaçı həmin mənzilin dəyərini tam ödəməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılsa da, İddiaçı tərəfindən mənzilin dəyərindən ödənilən 14494 manat binanın inşasına sərf edilməmiş, formal olaraq MMC ilə müqavilə imzalanmış, ödənilmiş pul vəsaiti şirkətin direktoru tərəfindən mənimsənilmişdir. Bu səbəbdən də İddiaçı pul vəsaitinin "xxxx" MMC-dən deyil, onun direktoru X2 tutulması müəyyən edilmişdir. Bütün bu hallar göstərir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1425/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e-2(009)-1425/2023 saylı mülki iş İddiaçı X1 qarşı mənzilin boşaldılması və cavabdehin məcburi qaydada çıxarılması tələbinə dair 2(012)-3338/2023 saylı mülki işlə əlaqəli olduğundan birləşdirilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında öz iddiasını müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, Cavabdeh iddiası ilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil İddiaçı iddiasına etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, mübahisəli mənzil Cavabdeh məxsus olduğundan onun iddiası haqlıdır və təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" MMC-yə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası təmin edilməli, Cavabdeh iddiası isə təmin edilməməlidir. İşdə olan kooperativ binada mənzil tikintisi barədə xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzili hər kv.metri üçün 342 manat olmaqla, cəmi 19494 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2007-ci il tarixli, 00712 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə müqaviləyə əsasən 19494 manat vəsait ödəmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə İddiaçı mülki iddiaçı qismində tanınmışdır. İşdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4409/2021 saylı qərarından görünür ki, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-260/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)- 2404/2018 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(105)-3502/18 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(012)-2404/2018 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı "xxxx" MMC-yə qarşı iddiası təmin edilmiş, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ünvan 2 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin iddiaçıya təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-378/2016 nömrəli iş üzrə 21 yanvar 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(105)-459/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək "xxxx" MMC rəhbərliyi tərəfindən ünvan 5 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3170/2020 nömrəli iş üzrə 30 iyun 2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. İşdə olan kooperativ binada mənzil tikintisi barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “ünvan 6 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzili hər kv.metri üçün 561 manat olmaqla, cəmi 32000 manat pul ödəməklə inşa edib X1 təhvil verməyə dair öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, X6 "xxxx" MMC-yə qeyd edilən mənzilə görə 32000 manat vəsait ödəmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları toplamaq yolu ilə X11 qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə mülki iddialar təmin edilmiş və X3 14494 manat pulun İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC (hazırda "xxxx" MMC ) ilə bağladığı 04 iyul 2007-ci il tarixli müqaviləyə istinad edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzildən çıxarılmasını, Cavabdeh isə "xxxx" MMC ilə bağladığı 04 aprel 2019-cu il tarixli müqaviləyə istinad edərək, İddiaçı "xxxx" MMC (hazırda "xxxx" MMC ) ilə bağladığı 04 iyul 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə işin hallarına əsaslanaraq belə hesab edir ki, ilk öncə 04 iyul 2007-ci il tarixli müqavilənin legitimliyi araşdırılmalı, sonra isə əmlakın boşaldılması məsələsinə hüquqi qiymət verilməlidir. Cavabdeh İddiaçı ilə "xxxx" MMC (hazırda "xxxx" MMC) arasında bağlanmış 04 iyul 2007-ci il tarixli müqavilənin etibarsızlığını ona görə xahiş edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılması, lakin İddiaçı tərəfindən mənzilin dəyərindən 14494 manat ödənilməsi müəyyən edilmişdir. Həmin hökmlə göstərilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı mülki iddiası təmin olunaraq mübahisəli mənzil üçün ona ödənilmiş 14494 manat pul vəsaitinin qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hökm 2015-ci il tarixdə çıxarılmışdır, o isə həmin mənzili hökm çıxarıldıqdan sonra, yəni 2019-cu ildə almışdır. Hökmlə təsdiq olunmuşdur ki, (səh. 19) İddiaçı həmin mənzilin dəyərini tam ödəməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılsa da, İddiaçı tərəfindən mənzilin dəyərindən ödənilən 14494 manat binanın inşasına sərf edilməmiş, formal olaraq MMC ilə müqavilə imzalanmış, ödənilmiş pul vəsaiti şirkətin direktoru tərəfindən mənimsənilmişdir. Bu səbəbdən də İddiaçı pul vəsaitinin "xxxx" MMC-dən deyil, onun direktoru X2 tutulması müəyyən edilmişdir. Bütün bu hallar göstərir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən göründüyü kimi, mübahisə predmetini "xxxx" MMC (hazırda “ünvan 7 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzilə dair İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə təşkil edir. Qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/21 nömrəli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMCnin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.metr olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi, bu qətnamə ilə müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən mənzil İddiaçı məxsusdur və bu əmlak "xxxx" MMC tərəfindən ona təhvil verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan qətnamə ilə mübahisəli mənzilin İddiaçı məxsus olması müəyyən edilmişdir. İşdən görünür ki, mübahisəli 38 saylı mənzil 04 aprel 2019-cu il tarixli müqavilə ilə Cavabdeh satılmışdır, halbuki "xxxx" MMC (hazırda "xxxx" MMC ) ilə İddiaçı arasında bağlanan müqavilə hazırda qüvvədədir, bu müqavilənin ləğv olunması haqqında razılaşma, həmin müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifi, bu təklifdən digər tərəfin imtinası iş materiallarında yoxdur və müqavilə məhkəmə qaydasında ləğv olunmamış, əksinə həmin əqdin mötəbərliyi məhkəmə aktları ilə təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, həmin mənzilin sahiblik və istifadə hüququ ilə yüklü olmasına baxmayaraq, yenidən Cavabdeh satılmasına dair 04 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsızdır, çünki həmin müqavilə ilə özgəninkiləşdirilən mənzil artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı tərəfindən dəyəri ödənilməklə əldə olunan əmlak kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak hazırda nə "xxxx" MMC-nin, nə də Cavabdeh mülkiyyətində (sahiblik və istifadəsində) ola bilməz və Cavabdeh 04 aprel 2019-cu il tarixli müqaviləyə istinad edərək qaldırdığı hazırki tələbi əsassızdır. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4409/2021 saylı qərarından görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi həmin iş üzrə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Q.Ə.Məmmədov və zərər çəkmiş şəxslər M.C.Nəzərov, R.İ.Əjdərova və M.O.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı R.Ə.Hadıyev tərəfindən verilmiş apellyasiya protestinə baxılması üçün 28 oktyabr 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPMnin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verilmişdir. Göründüyü kimi, sözügedən cinayət işi (hökm qüvvəyə minmədən) təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən 28 oktyabr 2015-ci il tarixdən 11 ay 20 gün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Hökmün qüvvəyə minmədən şikayətlər verildiyindən hökm mülki iddiaya aid hissədə icraya yönəldilməmişdir. Apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən hökm ləğv edilmiş və cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verildiyindən, mülki iddialar üzrə müvafiq qərarlar qəbul edilməmişdir. Başqa sözlə, hazırki iddianı qaldırarkən Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmünə istinad etməsi də əsassızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İş materiallarından görünür ki, mübahisəli mənzil 04 aprel 2019-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsaslanmaqla Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır. Qüvvədə olan qanunvericiliyə görə maliyyə arayışı ciddi maliyyə hesabat blankı hesab olunmur, həmin mənzilin dəyərinin MMC-yə ödənilməsi barədə o, məhkəməyə kassa mədaxil orderini təqdim etməmişdir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mübahisəli 38 saylı mənzilin Cavabdeh satılmasına dair 04 aprel 2019-cu il tarixli müqaviləyə istinad edilməklə qaldırılmış hazırki iddia əsassızdır, çünki həmin müqavilə yalan əqd olaraq əhəmiyyətsizdir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı hüquqları ilə yüklü olduğundan Cavabdeh həmin mənzildən çıxarılmalı, bu əmlak İddiaçı təhvil verilməlidir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş binanın 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh iddiası isə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməli, İddiaçı iddia ərizəsinin verilməsi üçün ödəməkdən azad olunduğu 100 manat pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa olunmuş binanın 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh iddiası təmin edilməsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı iddia ərizəsinin verilməsi üçün ödəməkdən azad olunduğu 100 manat pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar