Məhkəmə qərarları › İş №2(012)-1594/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1594/2021

01.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1594/2021 01.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı,cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının vəkili və nümayəndəsi Vəkil1, İddiaçı,Cavabdeh, onun nümayəndəsi X2 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının Cavabdeh qarşı «fərdi yaşayış evinə istifadə hüququnun yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti saxlanılması və ya yaşamaq və istifadə hüququnun təmin olunması və ya kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi, iddiaçı Cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına və üçüncü şəxs "xxxx" QSC-yə qarşı “sahiblik istifadə hüququnun təmin edilməsi, evə köçürülmə, cavabdehin mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 28 dekabr 2017-ci il təvəllüdlü övladı X8 ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüququnun yeni yaşayış sahəsi ilə təmin olunanadək saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun daimi yaşayış yerinin olmaması səbəbindən, 28 dekabr 2017-ci il təvəllüdlü övladı X6 mənafeyi nəzərə alınmaqla, ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüququnun yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti saxlanılması və ya 36 ay müddətində qeyd olunan yaşayış sahəsindən yaşamaq və istifadə etmək hüququnun təmin olunması, və ya onun və övladı 28 dekabr 2017-ci il təvəllüdlü övladı X6 mənafeyi nəzərə alınaraq mübahisəli ünvan 1 saylı fərdi yaşayış evinə müvəqqəti istifadə hüququna xitam verilməsi məqsədilə Cavabdeh 36.000 (otuz altı min) manat kompensasiya məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili boşaldaraq oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, 15.11.2014-cü il tarixdə onun adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun sahiblik istifadə hüququnun təmin edilməsi, onun həmin evə köçürülməsi, İddiaçı həmin mənzildən istifadə hüququ olmayan hesab edilməsi, İddiaçı tərəfindən həmin mənzilin boşaldılması və onun birgə nikahdan 28 dekabr 2017-ci il tarixdə doğulmuş azyaşlı övladı X8 ilə birlikdə həmin mənzildən çıxarılmasının təmin edilməsi və İddiaçı ona oğluna qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən müddətə saxlanılması” tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı Cavabdeh ilə 04 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 28 dekabr 2017-ci il tarixdə X8 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və 28 dekabr 2017-ci il təvəllüdlü övladı X6 anasının yanında qalması müəyyən edilmişdir. Hal-hazırda, iddiaçı tərəfindən uşağın əvvəlki həyat şəraitinin minimum səviyyədə qorunub saxlanılması üçün yeni uyğun mənzil tapılana kimi yuxarıda qeyd edilən mənzildən istifadə hüququnun müddətinin artırılmasına ehtiyac vardır. Hazırki iş üzrə Cavabdeh İddiaçı qarşı Abşeron rayon məhkəməsində “mənzildən istifadə hüququ olmayan sayılması və mənzilin boşaldılması” tələbi ilə iddia qaldıraraq, ünvan 2 ünvanında yerləşən mənzildən İddiaçı çıxarılması xahiş edilmişdir.Hal-hazırda iddia ərizəsində göstərilən tələblərin dəqiqləşdirilməsinə ehtiyac olduğunu hesab edir. Abşeron rayon məhkəməsinin hakimi Elçin Kazımovun 18.03.2021-ci il tarixli, 2(012)-1614/2021 saylı Qərardadı ilə qeyd olunan mülki iş İddiaçı hazırki iddia ərizəsi üzrə baxılan 2(012)-1594/2021 saylı mülki işlə birləşdirilmişdir. Həmin Qərardaddan tərəfimizdən apelyasiya şikayəti verilmiş, həmin şikayətdə “mənzildən istifadə hüququnun olmayan hesab edilməsi” və “mənzilin boşaldılması” tələblərin bir-birindən ayrılması, o cümlədən, “mənzildən istifadə hüququnun olmayan hesab edilməsi” tələbinin ikinci 2(012)- 1594/2021 saylı İddiaçı Cavabdeh qarşı “mənzilə müvəqqəti istifadə hüququnun tanınması tələbinə dair mülki işlə birləşdirilməsi xahiş edilmişdir. Lakin, Sumqayıt apelyasiya məhkəməsinin 2(105)- 1856/2021 saylı, 29.04.2021-ci il tarixli Qərardadı ilə apelyasiya şikayətimiz təmin olunmamış, Abşeron rayon məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(012)-1614/2021 saylı qərardadı qüvvəsində saxlanılmışdır. Hazırki mübahisə üzrə iddia ərizəsində Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlakın müəyyən edilməsi məqsədi ilə tərəfindən 06 iyul 2020-ci il tarixli, 90 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq ünvan 3 ünvanında qeydiyyatda olan xx xxxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh 2017-ci ilin fevral ayından hal-hazıradəlc mülkiyyətində Respublika üzrə hər hansı daşınmaz əmlakların (satılan, bağışlanan və digər qaydada özgəninkiləşdirilən torpaqlar, evlər daxil olmaqla) olub-olmaması, əgər vardırsa, onların barəsində məlumat və ünvanlarını əks etdirən arayışın verilməsi xahiş edilmişdir. Sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07 avqust 2020-ci il tarixli, **********41 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Cavabdeh adma ünvan 4 saylı fərdi yaşayış evi 15 noyabr 2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Lakin sorğuya cavab məktubunda ünvan 4 saylı fərdi yaşayış evinin girovda olub-olmaması və ya ipoteka ilə yüklü edilibedilməməsi barədə məlumatlar əks olunamadığmdan tərəfimizdən 15 sentyabr 2020-ci il tarixli, 160 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunaraq, ünvan 4 ünvanında qeydiyyatda olan xx xxxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh adma 15 noyabr 2014-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olan ünvan 4 saylı fərdi yaşayış evinin girovda olub-olmaması və ya ipoteka ilə yüklü edilib-edilməməsi, əgər girovdadırsa və ya ipoteka ilə yüklü edilmişsə, hansı bankda girovda olması və ya ipoteka ilə yüklü edilməsi barədə məlumatları əks etdirən arayış verilməsi xahiş edilmişdir. Sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 30 sentyabr 2020-ci il tarixli, **********68 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində mülkiyyətində olan 0,0136 ha torpaq sahəsi və üzərində yerləşən 55A saylı fərdi yaşayış evi "xxxx" QSC İmişli filialının 15 noyabr 2014-cü il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 30 sentyabr 2020-ci il tarixli, **********68 saylı cavab məktubunu nəzərə alaraq tərəfindən 31 avqust 2020-ci il tarixli, 161 saylı vəkil sorğusu ilə "xxxx" QSC-nin baş ofisinə müraciət olunaraq, ünvan 3 ünvanında qeydiyyatda olan xx xxxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh adına 15 noyabr 2014-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olan ünvan 4 saylı fərdi yaşayış evinə görə “Access” Bankdan kreditin ayrılıbayrılmaması, ayrılmışdırsa kreditin ümumi məbləği, borcun ödənilmiş və ödənilməmiş hissələri, fərdi yaşayış evinin Bankda girovda olub- olmaması və ya ipoteka ilə yüklü edilib-edilməməsi barədə məlumatları əks etdirən arayış verilməsi, eləcə də Cavabdeh ilə “Access” Bank arasında bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin rəsmi qaydada təqdim edilməsi xahiş edilmişdir. Sorğuya "xxxx" QSC-nin 09 sentyabr 2020-ci il tarixli, ******* saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, tələb olunan məlumatlar yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilə bilər. Belə olan halda hesab edir ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx xxxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh adına 15 noyabr 2014-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olan ünvan 4 saylı fərdi yaşayış evinə görə "xxxx" QSC-dən kreditin ayrılıbayrılmaması, ayrılmışdırsa kreditin ümumi məbləği, tarixləri göstərilməklə borcun ödənilmiş və ödənilməmiş hissələri, fərdi yaşayış evinin Bankda girovda olub-olmaması və ya ipoteka ilə yüklü edilib-edilməməsi barədə məlumatları əks etdirən arayış verilməsi, eləcə də Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi "xxxx" QSC-nin baş ofisindən məhkəmə tərəfindən tələb edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, Cavabdeh ilə iddiaçının nikah bağlandığı 04 mart 2017-ci il tarixdən ünvan 4 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür və həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Birgə nikahdan dünyaya gəlmiş 28 dekabr 2017-ci il təvəllüdlü X8 ilə həmin evdə indiyə qədər yaşamışdır. Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsi ilə nikah pozulmuş və 28 dekabr 2017-ci il təvəllüdlü X6 iddiaçının yanında qalması müəyyən edilmişdir. Tərəflərin birgə nikahları dövründə ünvan 4 saylı fərdi yaşayış evinə aylıq 600 manat olmaqla kredit ödənişlərinin böyük hissəsi ailənin ümumi gəlirləri hesabına ödənilmişdir. Bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, hazırda qeydiyyatda olaraq daimi yaşadığı ünvan 4 saylı fərdi yaşayış evi iddiaçı Cəlalə Alməmmədovanın yeganə yaşayış yeridir və yaşamağa başqa yeri yoxdur. Eyni zamanda hazırkı vəziyyətdə onun maddi durumu yeni yaşayış sahəsi əldə etməyə imkan vermir. Məlum olduğu kimi, iddiaçı Cəlalə Alməmmədovanın Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun yeni yaşayış sahəsi ilə təmin olunanadək saxlanılması barədə” iddia tələbi ilə Abşeron rayon məhkəməsinin icraatında olan (hakim E.Kazımov) iddiaçı Cavabdeh Cəlalə Alməmmədovaya (Əliyevaya) qarş “mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair’’ iddia tələbinə bir mülki icraatda baxılmaqdadır. Məhkəmənin diqqətinə bir daha çatdırmaq istərdi ki, tərəflərin birgə nikah dövründə ailənin ümumi gəlirləri hesabına Cavabdeh adına 15 noyabr 2014-cü il tarixdə qeydiyyatdan keçmiş ünvan 4 saylı fərdi yaşayış evinə aylıq 600 manat məbləğində kredit ödənilmişdir. Həmin mənzilə ümumi birgə nikah dövründə əldə edilmiş vəsait xərcləndiyi üçün hesab edir ki, iddiaçının mənzildən müvəqqəti, yəni qətnamə qəbul olunduğu gündən sonrakı 12 ay ərzində istifadə hüququnun tanınması məqsədəmüvafiqdir. Həm də bildirmək istərdi ki, tərəfindən Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə 05 fevral 2021-ci il tarixli sorğu verilmiş və sorğuya müvafiq 26.02.2021-c il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı adma heç bir daşınmaz əmlak qeydiyyata alınmamışdır. Qeyd olunanlara müvafiq olaraq, bildirmək istərdi ki, hazırki mübahisə üzrə iddiaçı X1 rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsi, ev 55a ünvanına köçməsi, orada yaşaması ailə üzvü olması səbəbilə tam qanuni olmuşdur, buna görə də iddia tələbini dəqiqləşdirərək qeyd olunan mənzilə yaşayış hüququnun yəni istifadə hüququnun müddətinin uzaldılması yanaşı, azyaşlı uşağın mənafeləri nəzərə alınmaqla iddiaçının uşaqla birlikdə istifadə müddəti bitdikdən sonra digər mənzilə köçürülməsi üçün Cavabdeh tərəfindən kompensasiya verilməsini məqsədəmüvafıq sayır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Cavabdeh izahatında bildirdi ki, Abşeron rayon Məhkəməsinin (hakim Habil Əhmədov) icraatında olan 2(012)-1593/2021 saylı 17.05.2021-ci il tarixli qətnaməsi ilə iş üzrə İddiaçı ona qarşı «fərdi yaşayış evinin krediti üçün ödənilmiş pulun birgə nikah dövründə ödənilmiş hissəsinin bölgüsü» tələbinə dair iddia qismən təmin edilmiş, 15 noyabr 2014-cü il tarixdə onun adına qeydiyyata alınmış ünvan 4 saylı fərdi yaşayış evi üçün ödənilmiş kredit məbləğinin cavabdehlə birgə nikahları dövründə ödənilmiş hissəsinin, yəni 24.600 (iyirmi dörd min altı yüz) manat məbləğində pulun 1/2 hissəsi, yəni 12.300 (on iki min üç yüz) manat ondan tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı onun ilə 04 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 28 dekabr 2017-ci il tarixdə X8 dünyaya gəlmiş, Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(012)- 2146/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş və 28 dekabr 2017-ci il təvəllüdlü övladı X6 onun yanında qalması müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 saylı fərdi yaşayış evi 15 noyabr 2014-cü il tarixdə onun adına qeydiyyata alınmış, lakin, onun adına 15 noyabr 2014-cü il tarixdə qeydiyyatdan keçmiş ünvan 4 saylı fərdi yaşayış evinə cavabdehlə birgə nikahları dövründə ailənin ümumi gəlirləri hesabına aylıq 600 manat məbləğində kredit ödənilmişdir. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 03 sentyabr 2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və 28 dekabr 2017-ci il təvəllüdlü övladı X6 anası İddiaçı yanında qalması müəyyən edilmiş. onun əmək haqqının 1/4 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırkı ərizəyə əlavə edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 06.05.2021d il tarixli İN-X/O-4556/2021 saylı əmək haqqı barədə arayışdan görünür ki, “Cavabdeh Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatında məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 2.511,00 (iki min beş yüz on bir) avro təşkil edir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 14.07.2020-ci il tarixli icra vərəqəsinə əsasən 28.04.2020-ci il tarixdən etibarən hesablanmış aliment məbləği üzrə yaranmış borc da daxil olmaqla, onun aylıq gəlirindən 01.10.2020-ci il tarixdən 01.05.2021-ci il tarixə 8.215,00 (səkkiz min iki yüz on beş) avro aliment məbləği tutularaq, onun manat ekvivalenti 16.806 (on altı min səkkiz yüz altı) manat 49 qəpik İddiaçı bank hesabına ödənmişdir. Bundan əlavə, may, iyun və iyul, avqust aylarını da nəzərə alsaq, bu əlavə olaraq 4800 AZN edir. Beləliklə, onun tərəfindən Abşeron Rayon Məhkəməsinin 14.07.2020-ci il tarixli icra vərəqəsinin verildiyi tarixdən hazırkı ərizəyə təqdim edilən anadək ötən 1 il 1 ay müddətində İddiaçı 21.600 (16.800+4800) manat aliment vəsaiti ödənilmişdir. Beləliklə, göründüyü kimi, təkcə öən 1 il 1 ay müddətində İddiaçı 21.600 (16.800+4800) manat aliment vəsaiti ödənilmiş və hər ay minimum 1.200 manat aliment ödənilir, həmçinin Abşeron rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli qətnaməsi ilə 15 noyabr 2014-cü il tarixdə onun adına qeydiyyata alınmış ünvan 4 saylı fərdi yaşayış evi üçün ödənilmiş kredit məbləğinin cavabdehlə birgə nikahları dövründə ödənilmiş hissəsinin, yəni 24600 (iyirmi dörd min altı yüz) manat məbləğində pulun 1/2 hissəsi, yəni 12.300 (on iki min üç yüz) manat vəsaitin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, yəni təkcə 1 il 1 ay müddətində İddiaçı məhkəmə qətnamələrinə əsasən 33.600 (12.300+21.600) manat vəsait ödənilməsi qət edilmiş, həmin məbləğin 21.600 manat hissəsi icra edilmiş və hər av minimum 1.200 manat məbləğində aliment alır. Eyni zamanda bildirir ki, ödənilən aliment “avro” ilə olan qazancdan konvertasiya edilərək ödənilir ki, bu da avronun artan məzənnəsi qarşısında daim zəmanətli ödəniş deməkdir. Nəzərə alınsa ki, təkcə 1 il 1 ay müddətində İddiaçı məhkəmə qətnamələrinə əsasən ödənilmiş və ödənilməli olan vəsait hesabına Xırdalan şəhərində eyni şəraitli mənzil almaq olar, o halda İddiaçı ona qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən müddətə saxlanılması” tələbinə dair iddiasının tamamilə əsassız olduğu müəyyən edilir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən: 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunun mənasından göründüyü kimi, Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlannı həyata keçinməyə əsaslan olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Belə ki, əvvəla həmin norma imperativ deyildir. İkincisi, işin müəyyən olunmuş faktiki hallarına görə, Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olan İddiaçı yaşayış sahəsini əldə etməyə imkanı və əsasları vardır, onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verir. Nəzərə alınmalıdır ki, İddiaçı özü bu gün də həm həmin evdə, həm də anasının mülkiyyətində olan evdə yaşasa da, nikan münasibətlərinə xitam verildiyi 1 ildən artıq müddətdə ona, mülkiyyətində olan həmin evdən sahiblik və istifadəyə, həmçinin yaşamağa imkan vermir. Ona görə də o, Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının iddiasının rədd edilməsi, onun iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı Cavabdeh nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh onun dogma qardaşıdır. Tərəflər arasında olan nikah münasibətləri 1il 6 aydır ki, pozulmuşdur. Qardaşı tez-tez xaricə gedib gəlsə belə, ölkəyə qayıtdıqda isə Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı tərəfindən qardaşının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən 55 A saylı mənzilə buraxılmır və Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı hələdə sözügedən mənzildə yaşamağa davam edir. Odur ki, o, Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının iddiasının rədd edilməsini, Cavabdeh isə iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı Cavabdeh vəkili Vəkil2 məhkəmədə Cavabdeh iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs "xxxx" QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, etməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən 55 A saylı mənzil ********** reyestr nömrəsi ilə 15.11.2014-cü il tarixdə Cavabdeh mülkiyyətində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki,Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində mülkiyyətində olan 0.0136 ha torpaq sahəsi və onun üzərində yerləşən 55 A nömrəli fərdi yaşayış evi 31.10.2014-cü il tarixli 002F**********01 nömrəli alqı-satqı və ipoteka müqaviləsi üzrə (kreditin məbləği 35.000 manat olmaqla) ********** reyestr nömrəsi ilə 15.11.2014-cü il tarixdə "xxxx" QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(012)- 2146/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı Cəlil qızı arasında 04 mart 2017ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 493 №-li akt qeydinin pozulması, birgə nikahdan anadan olmuş 28 dekabr 2017-ci il təvəllüdlü X6 anası İddiaçı Cəlil qızının himayəsində qalması, 28 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1593/2021 saylı 17.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin krediti üçün ödənilmiş pulun birgə nikah dövründə ödənilmiş hissəsinin bölgüsü» tələbinə dair iddia qismən təmin edilmiş, 15 noyabr 2014cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış ünvan 4 saylı fərdi yaşayış evi üçün ödənilmiş kredit məbləğinin cavabdehlə birgə nikahları dövründə ödənilmiş hissəsinin, yəni 24.600 (iyirmi dörd min altı yüz) manat məbləğində pulun 1/2 hissəsi, yəni 12.300 (on iki min üç yüz) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının Cavabdeh qarşı iddia tələbi rədd edilməli, iddiaçı Cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına və üçüncü şəxs "xxxx" QSC-yə qarşı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı ilə Cavabdeh arasında 04 mart 2017-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından 28 dekabr 2017-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. İş materilallarında olan Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(012)-2146/2020 saylı qətnaməsindən göründüyü kimi tərəflər arasında rəsmi nikah pozulmuşdur. Həmçinin İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən 55 A saylı mənzil ********** reyestr nömrəsi ilə 15.11.2014-cü il tarixdə Cavabdeh mülkiyyətində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, tərəflər arasında mənzil ilə bağlı mübahisə 2009-cu il oktyabrın 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmədə sübutların tədqiqatı zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində göstərilən halları təstiq edən hər hansı bir sübut müəyyən edilməmiş, əksinə olaraq məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatında məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 2.511,00 (iki min beş yüz on bir) avro təşkil edir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2146/2020 saylı 14.07.2020-ci il tarixli icra vərəqəsinə əsasən 28.04.2020-ci il tarixdən etibarən hesablanmış aliment məbləği üzrə yaranmış borc da daxil olmaqla, onun aylıq gəlirindən 01.10.2020-ci il tarixdən 01.05.2021-ci il tarixə 8.215,00 (səkkiz min iki yüz on beş) avro aliment məbləği tutularaq, onun manat ekvivalenti 16.806 (on altı min səkkiz yüz altı) manat 49 qəpik İddiaçı bank hesabına ödənmiş, bundan əlavə, may, iyun və iyul, avqust aylarını da nəzərə alsaq, bu əlavə olaraq 4800 AZN təşkil edir. Beləliklə, Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin 14.07.2020-ci il tarixli icra vərəqəsinin verildiyi tarixdən hazırkı ərizəyə təqdim edilən anadək ötən 1 il 1 ay müddətində İddiaçı 21.600 (16.800+4800) manat aliment vəsaiti ödənilmişdir. Beləliklə, təkcə ötən 1 il 1 ay müddətində İddiaçı 21.600 (16.800+4800) manat aliment vəsaiti ödənilmiş və hər ay minimum 1.200 manat aliment ödənilir, həmçinin Abşeron rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli qətnaməsi ilə 15 noyabr 2014-cü il tarixdə onun adına qeydiyyata alınmış ünvan 4 saylı fərdi yaşayış evi üçün ödənilmiş kredit məbləğinin cavabdehlə birgə nikahları dövründə ödənilmiş hissəsinin, yəni 24600 (iyirmi dörd min altı yüz) manat məbləğində pulun 1/2 hissəsi, yəni 12.300 (on iki min üç yüz) manat vəsaitin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, yəni təkcə 1 il 1 ay müddətində İddiaçı məhkəmə qətnamələrinə əsasən 33.600 (12.300+21.600) manat vəsait ödənilməsi qət edilmişdir.Məhkəmə yuxarıda qeyd olunan fakti hallara istinad edərək Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının iddiasının bütövlükdə rədd edilməsi nəticəsinə gəlmişdir. İddiaçı Cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına və üçünçü şəxs "xxxx" QSC-yə qarşı “sahiblik istifadə hüququnun təmin edilməsi, evə köçürülmə, cavabdehin mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılması” tələbini irəli sürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan da göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən 55 A saylı mənzil ********** reyestr nömrəsi ilə 15.11.2014-cü il tarixdə Cavabdeh mülkiyyətində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının mübahisəli mənzilə istifadə hüququna xitam verildiyindən Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının Cavabdeh mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evində yaşamağa davam etməsi Cavabdeh mülkiyyət və mənzil hüququnun pozulması ilıə nəticələnir. Bu səbəbdən məhkəmə hesab edir ki, Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının X3 ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmalı və həmin yaşayış sahəsi boşaldılmalı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh sahiblik istifadə hüququ təmin edilməli və həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlərinə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-ci maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakım geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kiırz istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorun- maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə məhkəmə iddiaçı Cavabdeh iddia tələbinin cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki,tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən və yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının mübahisəli yaşayış sahəsindən istifadə hüququ saxlanmadığından, bu hüquqi mövqe həm də özlüyündə istifadə hüququ olmayan hesab edilməsini ehtiva etdiyindən və yenidən həmin hissənin qiymətləndirilməsi ilə bağlı hüquqi əsaslar olmadığından məhkəmə həmin hissənin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin bu hissəsindən göründüyü kimi işin faktiki halların tələbin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun deyildir və buna görə də məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının Cavabdeh qarşı onun daimi yaşayış yerinin olmaması səbəbindən, 28 dekabr 2017-ci il təvəllüdlü övladı X6 mənafeyi nəzərə alınmaqla, ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüququnun yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti saxlanılması və ya 36 ay müddətində qeyd olunan yaşayış sahəsindən yaşamaq və istifadə etmək hüququnun təmin olunması, və ya onun və övladı 28 dekabr 2017-ci il təvəllüdlü övladı X6 mənafeyi nəzərə alınaraq mübahisəli ünvan 1 saylı fərdi yaşayış evinə müvəqqəti istifadə hüququna xitam verilməsi məqsədilə Cavabdeh 36.000 (otuz altı min) manat kompensasiya məbləğinin onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına və üçüncü şəxs "xxxx" QSC-yə qarşı “sahiblik istifadə hüququnun təmin edilməsi, evə köçürülmə, cavabdehin mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh sahiblik istifadə hüququ təmin edilsin və həmin evə köçürülsün. İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılsın və birgə nikahdan dünyaya gəlmiş 28 dekabr 2017-ci il təvəllüdlü X8 ilə birlikdə həmin mənzildən çıxarılsın. İddiaçı Cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına və üçüncü şəxs "xxxx" QSC-yə qarşı iddia tələbinin cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar