Məhkəmə qərarları › İş №2(012)-1623/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1623/2023

03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1623/2023 03.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx xxxxxxxx 1985-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X1, ana adı qrafasında X2, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Ərizəyə Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olmuş sənəd (şəxsiyyət vəsiqəsini vermiş müvafiq orqan tərəfindən verilmiş fərdi uçot kartoçkası) və faktı təsdiq edəcək digər sənədlərin (attestat, diplom, əmək kitabçası və sair) notarial qaydada təsdiq edilmiş surətləri əlavə olunmalı olduğu halda, əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizənin forma və məzmununa riayət edilmədiyindən Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi ərizənin verilməsinə görə ödədiyi 100 (yüz) manat dövlət rüsumuna görə pul geri ona qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar