Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1624/2023 10.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum aktının bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin 14 avqust 1981-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X2, ana adı qrafasında X3, milliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin 14 avqust 1981-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu, Çaykənd kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X2, ana adı qrafasında X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin 14 avqust 1981-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu, Çaykənd kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi Şöhrəd qızı, ata adı qrafasında X4, ana adı qrafasında X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, 14 avqust 1981-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. Onun doğumu həmin rayonda qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. O, ailə üzvləriylə birlikdə 1985-ci il tarixdə yaşadıqları yerdən köçərək Abşeron rayonu, Xırdalan qəsəbəsinə gəlmişlər. Sonradan ona məxsus olan doğum haqqında şəhadətnamə itmişdir. O, Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, qeydiyyat şöbəsi tərəfindən mürtaciətinin təmin edilməsindən imtina edilmişdir. Maraqlı şəxsnə müraciətinə cavab olaraq bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilən faktın müəyyən edilməsi ona doğum haqqınd şəhadətnamə əldə etmək üçün lazımdır. Doğum haqqında şəhadətnamə olmadan vərəsəlik işlərində iştirak edə bilmir. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qızıdır. Belə ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. X4 ilə evlənmiş və övladları Ərizəçi 14 avqust 1981-ci ildə Ermənistanda anadan olmuşdur. X4 2018-ci ildə vəfat etmişdir. O, 2019-cu ildə doğum haqqında şəhadətnaməni, nikah haqqında şəhadətnaməni və digər sənədləri itirmişdir. İş materiallarında olan AZE Seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi 14 avqust 1981-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuşdur. İş materiallarından olan İ-СЛ № 448134 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X3 arasında 01 dekabr 1980-ci il tarixli, 16 №-li rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ № 930422 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 03 may 2018-ci ildə ölmüşdür. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi 14 avqust 1981-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olması, soyadı, adı, atasının adının Ərizəçi Şöhrəd qızı olması, atasının X4, anasının isə X3 olması faktı ərizəçinin izahatı, şahid ifadəsi ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi 14 avqust 1981-ci il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi Şöhrəd qızı”, ata adı qrafasında “X4”, ana adı qrafasında “X3” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1624/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1624/2023
10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver