Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1627/2023 01.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin və digər şəxslərin xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən ona məxsus Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət hərbidə xidmət edərək, X6 fəal iştirakıçısı kimi dövlət tərəfindən order və medallarla təltif edilmişdir. 10 iyun 2021-ci il tarixdə qanunvericiliyə uyğun olaraq alqı-satqı və ipoteka müqaviləsi əsasında cavabdehdən Abşeron rayonu, Novxanı kəndində yerləşən 98 kv.metrlik fərdi yaşayış evi almışdır. Evin qiymətinin çox hissəsi onun tərəfindən ödənilmiş, qalan hissəsi isə "xxxx" ASC Qubadlı filialından kredit alınaraq verilmiş, ev ipoteka ilə yüklü edilmişdir. Bundan sonra qanunvericiliyə uyğun olaraq 06 avqust 2021-ci il tarixdə ƏMDK yanında DƏDRX tərəfindən onun adına ********** qeydiyyat nömrəsi altında çıxarış verilməsinə baxmayaraq, bir ildən çoxdur ki, cavabdeh müxtəlif bəhanələrlə ona məxsus evdən çıxmaqdan imtina etmişdir. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüququnu pozduğundan iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı cavabdeh X2 Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Uğur və xx.xx.2011-ci il təvəllüdlü İlqarə adlı uşaqlarla birlikdə xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən ona məxsus Abşeron rayonu, Novxanı kəndindəki 0,06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0,06 ha torpaq sahəsində yerləşən 98,4 kv.metrlik fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2021-ci il tarixli, 6252 saylı fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,06 ha torpaq sahəsində yerləşən 98,4 kv.metrlik fərdi yaşayış evini 57000 manata İddiaçı satmışdır. Bu məbləğin 17100 manat hissəsini İddiaçı ödəyir. Qalan 39900 manatı isə onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi daşınmaz əmlak bank qarşısında ipoteka edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0,06 ha torpaq sahəsində yerləşən 98,4 kv.metrlik fərdi yaşayış evi X8 mülkiyyətindədir. Onun adına xx.xx.2020-ci il tarixli, 6252 saylı fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,06 ha torpaq sahəsində yerləşən 98,4 kv.metrlik fərdi yaşayış evini 45000 manata X1. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0,06 ha torpaq sahəsində yerləşən 98,4 kv.metrlik fərdi yaşayış evi X2 mülkiyyətindədir. Onun adına xx.xx.2021-ci il tarixli, 6252 saylı fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli sadə yazılı qəbzin surətindən görünür ki, X3 rayonu, Novxanı kəndi, X12 küçəsindəki 6 sot torpaq sahəsində yerləşən 98 kv.metrlik evi 22000 manata Cavabdeh3 satmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən X8 mülkiyyətində olmuş, o, bu daşınmaz əmlakı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 45000 manata X1. Bundan sonra isə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən X5 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,06 ha torpaq sahəsində yerləşən 98,4 kv.metrlik fərdi yaşayış evini 57000 manata İddiaçı satmışdır. Bu məbləğin 17100 manat hissəsini İddiaçı ödəmiş, qalan 39900 manatı isə onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi həmin daşınmaz əmlak bank qarşısında ipoteka qoyulmuşdur. Evə dair İddiaçı adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Uğur və xx.xx.2011-ci il təvəllüdlü İlqarə adlı uşaqlarla birlikdə xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən ona məxsus Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsini xx.xx.2021-ci il tarixdən alqı-satqı yolu ilə əldə etmiş İddiaçı ilə cavabdehlər arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda, cavabdehlərin əmlaka hazırda heç bir aidiyyəti olmayan şəxsin tərtib etdiyi xx.xx.2021-ci il tarixli sadə yazılı qəbzə istinad edərək mübahisəli evdə yaşamaları mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi ki, iş materiallarından görünür ki, mübahisəli ev hazrda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehlərin yaşamaları onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Uğur və xx.xx.2011-ci il təvəllüdlü İlqarə adlı uşaqlarla birlikdə xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndindəki 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndindəki 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 100 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1627/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1627/2023
01.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver