Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1633/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X4, Cavabdeh, Üçüncü şəxs “xxxx” MTK-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs “xxxx” MTK-ya qarşı «mənzilə payın müəyyən olunması və mənzilə köçürmə» tələbinə dair iddiası üzrə mülki işə 06 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, onun ünvan 2nzilinin ½ hissəsinə payının müəyyən olunması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 26.12.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 09.01.2009-cu ildə X1, 03.05.2004-cü ildə isə X7 anadan olmuşlar. 24.11.2011-ci ildə nikahları pozulmuş,02.07.2012-ci il tarixdə yenidən nikaha daxil olmuşlar. Birgə nikah dövründə 2018-ci ilin iyun ayında Xırdalan şəhər, H. Əliyev pr.məh, 30,ev 9, 218 saylı mənzili almışlar. Ailə üzvüləri ilə birlikdə həmin mənzilə köçüb yaşamışlar. Son vaxtlar cavabdeh ilə cavabdehin təqsiri üzündən münasibətləri pozulmuş, onu evdən qovmuşdur. Mənzildə yaşamağına imkan vermir. Bu hərəkətləri ilə onun Azərbaycan Respublilakası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu pozur. Məhkəməyə müraciət etmək üçün mənzil üzərində hüquqların qeydiyyatına dair Çıxarışı da götürmüş və ona vermir. Bu səbəbdən müvafiq Çıxarışı məhkəməyə təqdim edə bilmir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə yazdığı ərizəyə də cavab verilməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 85-ci maddəsinə əsasən mənzilin Çıxarşının cavabdehdən alınaraq işə əlavə edilməsini də xahiş edir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X10 məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə aralarındakı nikah artıq pozulmuşdur və eyni evdə yaşamaqları qeyri-mümkündür. Mübahisə predmeti olan ev birgə nikah dövründə alınmışdır və hal-hazırda Beynəlxalq Bank ASC-də girovdadır. İddiaçı 2020-ci ilin yanvar ayından bəri evin ödənişlərini etmir. Evdə birgə yaşayış üçün şərait də yoxdur. Odur ki, o, mənzilin hərraca çıxarılmasını və evin satışından əldə edilən vəsaitin yarısının ona verilməsini xahiş edir. Üçüncü şəxs “xxxx” MTK-nin nümayəndəsi X11 məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Sözügedən ünvan 2nzil X2 borcun ötürülməsi müqaviləsinə əsasən Cavabdeh ötürülmüşdür. Belə ki, Cavabdeh, “xxxx” MTK və “xxxx” ASC arasında 3 tərəfli müqavilə bağlanmışdır. “xxxx” ASC sözügedən mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh “xxxx” ASC qarşısında öhdəliklərini icra etmir Lakin son 15 aydır ki, heç bir ödəniş olmamışdır. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş sənəddən görünür ki, İddiaçı və Cavabdeh arasında 02.07.2012-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 181 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 04 aprel 2016-cı il tarixli payçı müqaviləsindən görünür ki, “xxxx” MTK pay qismində çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllədə tikilmiş olan 9-cu binada, 2-ci blok, 5-ci mərtəbə, 218 №-li, 3 otaqlı mənzili tikib və payçı X3 mülkiyyətinə verməyi, payçı X8 bu müqaviləyə əsasən, pay qismində çıxış edən edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllədə tikilmiş olan 9-cu binada, 2-ci blok, 5-ci mərtəbə, 218 №-li, 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “xxxx” MTK-ya ödənilməsini və həmçinin “Krista Abşeron” yaşayış kompleksində xidmət göstərəcək şirkətdə kommunal ödəniş etməyi öhdəsinə götürür. İş materiallarında olan 31 avqust 2018-ci il tarixli, 001 №-li öhdəliklərin verilməsi müqaviləsindən görünür ki, bu müqavilənin imzalandığı tarixdən borc alan X8 ilə kreditor-ipoteka saxlayan “xxxx” ASC arasında bağlanmış 04 aprel 2016-cı il tarixli, 2-04-04-2016-RO-X3 kredit müqaviləsi üzrə borc alanın hüquq və vəzifələri yeni borc alan Cavabdeh verilir və o, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq borc alanı əvəz edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 22.04.2021-ci il tarixli sənəddən görünür ki, xxxxı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında ünvan 3 ünvanında yerləşən əmlakın alınması məqsədi ilə bağlanmış 17.09.2018-ci il tarixli Təminatlı kredit müqaviləsinə əsasən (h/n: ********************) mənzilin əldə edilməsinə görə 97.700.00 AZN (doxsan yeddi min yeddi yüz. 00) manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə 22.04.2021-ci il tarixinə kredit borcu, əsas borc üzrə 94.327.63 AXN (doxsan dörd min üç yüz iyirmi yeddi, 63), faiz borcu üzrə 10 158.40 AZN (on min yüz əlli səkkiz,40) təşkil edir. Bundan əlavə 17.09.2018-ci il tarixindən 22.04.2021-ci il tarixinədək cəmi ödəniş məbləği 13 004 AZN (on üç min dörd, 00) təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş seriya RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2nzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 20.09.2018-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmədə iş materiallarından məlum olur ki, tərəflər 02.07.2012-ci il tarixdə rəsmi nikaha bağlamaqla ailə qurmuş və mübahisəli ünvan 2nzildə yaşamışlar. 31 avqust 2018-ci il tarixli, 001 №-li öhdəliklərin verilməsi müqaviləyə əsasən, bu müqavilənin imzalandığı tarixdən borc alan X8 ilə kreditor-ipoteka saxlayan “xxxx” ASC arasında bağlanmış 04 aprel 2016-cı il tarixli, 2-04-04- 2016-RO-X3 kredit müqaviləsi üzrə borc alanın hüquq və vəzifələri yeni borc alan Cavabdeh verilmişdir. Göründüyü kimi 20.09.2018-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışla ünvan 2nzil Cavabdeh adına qeydiyyat alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla iddiaçı Mayılov X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, məhəllə 30, ev 9, 218 saylı mənzilnin üzərində inşa edilmiş bir mərtəbəli, mansartlı üç otaqlı fərdi mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququndan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda ünvan 2nzilə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ünvan 2nzilə köçürülməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Bundan əlavə mübahisə predmeti olan evin ödənişləri birgə nikah dövrünü əhatə etsə də, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 22.04.2021-ci il tarixli sənəddən görünür ki, xxxxı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında ünvan 3 ünvanında yerləşən əmlakın alınması məqsədi ilə bağlanmış 17.09.2018-ci il tarixli Təminatlı kredit müqaviləsinə əsasən (h/n: ********************) mənzilin əldə edilməsinə görə 97.700.00 AZN (doxsan yeddi min yeddi yüz. 00) manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə 22.04.2021-ci il tarixinə kredit borcu, əsas borc üzrə 94.327.63 AXN (doxsan dörd min üç yüz iyirmi yeddi, 63), faiz borcu üzrə 10 158.40 AZN (on min yüz əlli səkkiz,40) təşkil edir. Bundan əlavə 17.09.2018-ci il tarixindən 22.04.2021-ci il tarixinədək cəmi ödəniş məbləği 13 004 AZN (on üç min dörd, 00) təşkil etmişdir. Bu səbəbdən, yəni mübahisəli mənzilin dəyəri tam ödənilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı ünvan 2nzilin ½ hissəsinə payının müəyyən olunması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya digər onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətindədir. Həmin məcəllənin 225.4-ci maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikah daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Mayılov X9 rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, məhəllə 30, ev 9, 218 saylı mənzilə köçürülsün. İddia tələbi İddiaçı ünvan 2nzilin ½ hissəsinə payının müəyyən olunması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1633/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1633/2021
06.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver