Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1656/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X7 doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1970-ci ildə Ermənistanın Krasnoselo rayonunda anadan olması, atasının X8, anasının isə X3 olması barədə doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 xx.xx.1970-ci ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuşdur. X2, anası isə X1r. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyildir. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır və hazırda Ermənistanla müharibə şəraitində yaşayırıq. Doğum haqqında şəhadətnaməmin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Sumqayıt şəhər Qeydiyyat Şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında X7 tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə X4 doğum tarixinin xx.xx.1970-ci il, doğulduğu yerin Ermənistan Respublikasının Krasnoselo rayonu, Gölkənd kəndi, soyadı, adı, atasının adı qrafasında “X7”, ata adı qrafasında “X8”, ana adı qrafasında “X3”, milliyyətinin “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Abşeron rayon Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. O təsdiq etdi ki, atası Arıx Mansurov, anası isə Telli Mansurova olmuşdur. Zərbəli xx.xx.1970-ci ildə Krasnoselo rayonunda Gölkənd kəndində doğulmuş, ali məktəbi bitirəndən sonra Moskva şəhərinə işləməyə getmişdir. Onlar ailədə 7 uşaq olublar-3 oğlan, 4 qız. Qardaşı Şahin 2016-cı ildə ölmüşdür, qalan bütün uşaqlar yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Zərbəli xx.xx.1970-ci ildə Krasnoselo rayonunda Gölkənd kəndində doğulmuş, ali məktəbi bitirəndən sonra Moskva şəhərinə işləməyə getmişdir. Ailədə 7 uşaq-Yasin, Şahin, Zərbəli, Nüşabə, Rübabə, Sara və Reyvə olublar. Baba adları Pirqulu və Həsənpaşadır. Ata adı Arıx Mansurov, ana adı isə Telli Mansurovadır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısının əridir. Kəndləri qonşuluqda olub. O təsdiq edir ki, Zərbəli xx.xx.1970-ci ildə Krasnoselo rayonunda Gölkənd kəndində doğulmuşdur. Onun ata adı Arıx Mansurov, ana adı isə Telli Mansurovadır. İş materiallarında olan: - Sumqayıt ASAN Xidmət Mərkəzi Qеydiyyаt Şöbəsi tərəfindən verilən 05/Q-212/76 saylı, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, X7 doğumun qeydə alınması barədə ərizə ilə X5 müraciət etmiş, itmiş sənədlərin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - ********** saylı, xx.xx.2018-ci il tarixli pasportun surətindən görünür ki, X7 xx.xx.1970-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuşdur və RF vətəndaşıdır. - 852061 saylı, xx.xx.1993-cü il tarixli diplomun surətindən görünür ki, X7 Azərbaycan Neft və Kimya İnstitutuna qəbul edilmiş və xx.xx.1993-cü ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. - Orta təhsil haqqında attestatın surətindən görünür ki, X7 Ermənistan SSR Krasnoselo rayonu, Gölkənd kəndindəki orta məktəbdə təhsil almışdır. - AZ-İ 594431 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ölmüşdür. - 197482 saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə Ermənistan SSR Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuş X7 xx.xx.1994-cü il tarixdə hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi X7 xx.xx.1970-ci il tarixdə Ermənistanın Krasnoselo rayonundakı Gölkənd kəndində anadan olmuşdur. X2, anası X3, milliyyəti isə azərbaycanlıdır. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X4 ərizəsi təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə X4 doğum tarixi xx.xx.1970-ci il, doğulduğu yer Ermənistan, Krasnoselo rayonu, Gölkənd kəndi, soyadı, adı, atasının adı qrafasında “X7”, ata adı qrafasında “X8”, ana adı qrafasında “X3”, milliyyəti azərbaycanlı kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X4 doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə X4 doğum tarixi xx.xx.1970-ci il, doğulduğu yer Ermənistan, Krasnoselo rayonu, Gölkənd kəndi, soyadı, adı, atasının adı qrafasında “X7”, ata adı qrafasında “X8”, ana adı qrafasında “X3”, milliyyəti azərbaycanlı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1656/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1656/2023
13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver