Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1665/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X3 Səfiyevanın sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı İddiaçı vəkili-nümayəndəsi Şirinov Nəriman Canış oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsinə 27 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanı:Abşeron rayonu,Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi ev 7,mənzil 33) ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu,Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən 7 nömrəli evin 30.1 kv/m sahəsindən ibarət olan 33-cü mənzili Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11 yanvar 2016-cı il tarixdə verilmiş RX seriyalı,0797767 saylı çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili 30 aprel 2015-ci il tarixdə Abşeron rayonu,1 saylı Notariat Kontorunda bağlanmış AN-1 №- ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır.Adı gedən mənzil mülkiyyət hüququna əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı ərizəsində qeyd edir ki,o mənzili alarkən evi satan şəxs və onun digər ailə üzvləri Notarial kontorunda evin satılmasına razı olmaları barədə yazılı razılıq ərizələri vermişlər.Həmçinin, onların 01 yanvar 2016-cı il tarixədək həmin mənzildən qeydiyyatdan çıxacaqları barədə alqı-satqı müqaviləsinin müvafiq bəndlərinin birində qeyd olunmuşdur.Lakin həmin şəxslər bu günə kimi iddiaçının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq onun mülkiyyətində olan həmin mənzildən qeydiyyatdan çıxmırlar. İddiaçı qeyd edirki onlar mənim mülkiyyətimdə olan ünvan 1 ünvanı:ünvan 3mırlar və hal-hazırda da cavabdehlərin faktiki harada yaşamaları barədə heçbir məlumatım yoxdur.İddiaya əsasən cavabdehlərin iddiaçıya məxsus mənzildə qeyiyyatda olmaları onun mülkiyyət hüququnu pozur.Əvvəla iddiaçı həmin şəxslərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olduğunu bildirir.İkincisi də cavabdehlərin iddiaçının mənzilində qeydiyyatda qalmaları sonununcunun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır.İddiaçı ərizəsində məhkəmənin diqqətinə çatdırmaq istəyir ki,şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır.Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması.şəxslərin uçota alınması,onların başqa şəxslər,dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır.Adları yuxarida göstərilən şəxslərin isə faktiki olaraq iddiaçının mənzilində qeydiyyatda olmaları onların dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrasına ciddi maneələr yaradır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi iddianı müdafiə edib, məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.Onlar göndərilmiş bildişirlər müvafiq MTİİB tərəfindən mübahisəli mənzildə yaşamamalarından təsdiq edilərək geri qaytarılmışdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işin materiallarını araşdırb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin materiallarında olan notariat qaydada təsdiq edilmiş 30.04.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanı:Abşeron rayonu,Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi ev 7,mənzil 33) Məhərrəmova Pərvanə Xəlili qızına satmışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı 01.01.2016-cı il tarixədək mənzildən qeydiyyatdan çıxmağı üzərinə götürmüşdür. İşin materiallarında olan DƏDRX-nin ******* saylı, 11.01.2016-cı il tarixli Çıxarışından görünür ki, ünvan 1 ünvanı:Abşeron rayonu,Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi ev 7,mənzil 33) Məhərrəmova Pərvanə Xəlili qızının mülkiyyətindədir. İşin materiallarında olan MTİİB-nin 25.12.2020-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, DƏDRX-nin ******* saylı, 11.01.2016-cı il tarixli Çıxarışından görünür ki, ünvan 1 ünvanı:Abşeron rayonu,Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi ev 7,mənzil 33) Məhərrəmova Pərvanə Xəlili qızının mülkiyyətindədir. 30.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanı:Abşeron rayonu,Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi ev 7,mənzil 33) Məhərrəmova Pərvanə Xəlili qızına satmış,müqavilənin 13-cü bəndinə görə satıcı 01.01.2016-cı il tarixədək mənzildən qeydiyyatdan çıxmağı üzərinə götürmüş, lakin hal-hazıradək vədinə əməl etməmişdir.Digər cavabdehlər satıcının ailə üzvləridir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. İşin yuxarıda müəyyən edilən faktiki hallarından göründüyü kimi cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsa da, mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə əlaqədar mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma barədə sənəd yoxdur, bu barədə razılaşma ümumiyyətlə olmamışdır. Cavabdehlər mübahisəli mənzili satıb, iddiaçının istifadəsinə verdikləri vaxtdan həmin mənzilə olan istifadə hüquqlarını itirmişlər Bu halda, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 ünvan 1 ünvanı:Abşeron rayonu,Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi ev 7,mənzil 33) ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, 33 saylı (yeni ünvanı:Abşeron rayonu,Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi ev 7,mənzil 33) mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh2, X1 və Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, 33 saylı (yeni ünvanı:ünvan 7iyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1665/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1665/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver