Məhkəmə qərarları › İş №2(012)-1667/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1667/2021

19.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1667/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1i ünvanında olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 182.92 kv.m olan fərdi yaşayış evi xx.xx.2011-ci ildən onun xüsusi mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. O, həmçinin həmin ünvanda pasport qeydiyyatındadır. Cavabdeh onun qızıdır, qızı ona məxsus olan ünvan 1i ünvanında olan fərdi yaşayış evinə təxminən 2-3 il olar ki, pasport qeydiyyatına düşmüş, həmin evdə yaşamamış və hal-hazırda faktiki olaraq ünvan 1i, Qurluluş-93 Y/M, İstiqlaliyyət küçəsində yerləşən 68 saylı evin, 3 saylı mənzilində övladı ilə birlikdə yaşayır. Cavabdehin həmin ünvanda yaşamadığı halda qeydiyyatda olması onun mülkiyyəti üzərində sərəncam verməyinə və kommunal xərclərin ödənilməsinə maneçilik törədir. Cavabdehin formal olaraq, onun mülkiyyəti olan evdə qeydiyyatda olması onun mülkiyyət hüququnun əsas elementi olan sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu səbəbdən də, o, cavabdehin qeyd edilən ünvanda "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, iddianı qəbul edir. İddiaçı onun anasıdır. O, 2-3 ildir ki, sözügedən ünvan 1i ünvanında olan fərdi yaşayış evində qeydiyyata düşmüşdür. O, həmin ünvandan qeydiyyatdan çıxmaq və özünün yaşadığı ünvan 1i, Qurluluş-93 Y/M, İstiqlaliyyət küçəsində yerləşən 68 saylı evin, 3 saylı mənzilində qeydiyyata düşmək istəyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən, sahəsi 0,06 ha olan torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 182,92 kvadratmetr olan fəridi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci ildə X1 mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilən xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1ində fərdi yaşayış evində Cavabdeh qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İş materiallarında olan AR “X2” MMC tərəfindən verilmişxx.xx.2020-ci il tarixli, 47 №-li arayışdan görünür ki, Cavabdeh həqiqətən, ünvan 1i, Qurluluş-93 Y/M, İstiqlaliyyət küçəsində yerləşən 68 saylı evin, 3 saylı mənzilində müqavilə əsasında (kirayədə) yaşayır. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ünvan 1i ünvanında olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci tarixli Konstitusiya Məhkəməsinin qərarına görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında istifadə hüququ ilə bağlı mübahisə 2000-ci ildən sonra yarandığına görə 2000-ci ildən sonra qüvvəyə minən Mülki Məcəllənin 228-ci maddəsinin normaları hazırki işə tətbiq edilməlidir. Belə ki, iş materiallarından göründüyü kim sözügedən Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən, ümumi sahəsi 182,92 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı adına xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Lakin Cavabdeh məhkəmədə verdiyi izahatından göründüyü kimi, o, 2-3 ildir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən, ümumi sahəsi 182,92 kvadratmetr olan fərdi yaşayış evində qeydiyyata düşmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin ümumiyyətlə sözügedən evə istifadə hüququ yaranmamışdır. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehin sözügedən evə istifadə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və evin mülkiyyətçisi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qeyd olunanlara əaslanaraq hesab edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən göründüyü kimi işin faktiki halların tələbin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun deyildir və buna görə də məhkəmə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1i ünvanında olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar