Məhkəmə qərarları › İş №2(012)-168/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-168/2024

20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-168/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi – atalıq faktının müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X33, qəyyumluğum altında olan nəvələri xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2018-ci təvəllüdlü X6 ataları olması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində soyadlarının Əlizadə, ata qrafasında X37 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 2012-ci ildə X37 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X18 və xx.xx.2018-ci il təvəllüdlü X15 adlı övladları anadan olmuşdur. X3 2014-cü ilin oktyabr ayında əri X37 və övladı X14 ilə birlikdə Türkiyə Cümhuriyyətinə, oradan isə İraq Respublikasına getmişlər. xx.xx.2015-ci il təvəllüdlü X1 Respublikasında, xx.xx.2016-cı il təvəllüdlü X18 və xx.xx.2018-ci il təvəllüdlü X15 isə İraqda anadan olmuşlar. X3 ilə X33 rəsmi nikahları olmadığına görə və atalıq müəyyən olunmadığına görə uşaqların doğum haqında şəhadətnamələrində ata qrafasında X21 qeyd edilmişdir. Buna görə də övladlarına analarının soyadı verilmişdir. Əslində atalarının soyadı Əliyevdir və xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X37 uşaqların atasıdır. X37 2018-ci ildə İraqda döyüşlər zamanı vəfat etmişdir. X3 isə hal-hazırda İraqda Bağdad şəhərində həbsxanadadır. Övladları xx.xx.2014-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X18 və xx.xx.2018-ci il təvəllüdlü X15 2019-2020-ci illərdə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda onunla birgə yaşayırlar. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 365 saylı Sərəncamı və Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 54 saylı Sərəncamına əsasən o, X3nın övladlarının qəyyumu təyin olunmuşdur. Uşaqların doğumu haqında akt qeydində atalıqları müəyyən edilmədiyinə görə onların gələcəkdə ailə başçısını itirməyə görə müavinət almaq hüququnu məhdudlaşdıracaqdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, atalıq faktının müəyyən edilməsi qanunla müəyyən edilmiş hüquq və imtiyazlardan istifadə etməsi üçün hüquqi əhəmiyyəti olduğundan, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxs Abşeron Rayon icra Hakimmiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X31 mülki işin nəticəsinə etiraz etmədiyini, qərarın məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X19 məhkəmədə ifadə verərək göstərdi ki, ərizəçini qohum kimi tanıyır. Belə ki, o mərhum Fərid Əliyevin əmisidir. Fərid Əliyev ilə Mətanət Allahverdiyava 2012-ci il el adəti ilə toy edərək ailə qurublar. Lakin onların rəsmi nikahı olmayıb. Bu nikahdan onların 4 uşağı – Mücahid, Əbdüləziz, Fəridə və Rüqayyə adlı uşaqları doğulub. İş üzrə şahid qismində dindirilmiş X35 məhkəmədə ifadə verərək göstərdi ki, ərizəçinin qudası yəni, mərhum X33 anasıdır. 2012-ci ildə X44ə el adəti ilə toy edib, Mətanət Allahverdiyevanı gəlin gətiriblər. Lakin onların rəsmi nikahı olmayıb. Birgə yaşadıqları dövrdə onların Mücahid, Əbdüləziz, Fəridə və Rüqayyə adlı 4 uşağı doğulmuşdur. X44 2018-ci il də İraqda ölmüşdür. Gəlini isə İraqda həbsxanadadır. Uşaqlar isə ərizəçinin himayəsindədir. AZ-T seriyalı 129606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş X5 ata qrafasında X21, ana qrafasında X13 göstərilmişdir. AZ-İV seriyalı 395270 nömrəli doğum haqqında şəhadətnaməninsurətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Suriya Respublikasında anadan olmuş X2 ata qrafasında X21, ana qrafasında X13 göstərilmişdir. AZ-İV seriyalı 395271 nömrəli doğum haqqında şəhadətnaməninsurətindən görünür ki, xx.xx.2016-cı il tarixdə İraq Respublikasında anadan olmuş X9 ata qrafasında Allahverdiyev Fərid Vaqif oğlu, ana qrafasında X13 göstərilmişdir. AZ-İV seriyalı 522950 nömrəli doğum haqqında şəhadətnaməninsurətindən görünür ki, xx.xx.2018-ci il tarixdə İraq Respublikasında anadan olmuş X6 ata qrafasında X21, ana qrafasında X13 göstərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 365 nömrəli Sərəncamının surətindən görünür ki, Ərizəçi nəvələri, xx.xx.2012- ci il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X18 üzərində qəyyum təyin edilmişdir. Abşeron RİH Başçısının xx.xx.2020-ci il tarixli, 54 nömrəli Sərəncamının surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X15 xx.xx.1957-ci il təvəllüdlü nənəsi Ərizəçi qəyyumluğuna (himayəçiliyinə) verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1706/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, X2 xx.xx.2015-ci il tarixdə Suriya Respublikasında və X9 isə xx.xx.2016-cı il tarixdə İraq Respublikasında doğulması faktının müəyyən olunması, X4 və X12 doğum haqqında şəhadətnamələr verilməsi və hər iki doğum haqqında şəhadətnamənin ata qrafasında X17, ana qrafasında X7 qeyd edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3585/2020 saylı, 26,10.2020-ci il tarixli qətnaməsnin surətindən görünür ki, ərizə təmin edilmiş, X8 xx.xx.2018-ci il tarixdə İraq doğum faktının müəyyən olunması, X11 doğum haqqında yeni şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamədə soyadının Allahverdizadə, adı Rüqayyə, ata adı Fərid, doğum tarixi xx.xx.2018-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X21, ana qrafasında anasının adı X13, valideynlərinin milliyyətinin azərbaycanlı olaraq qeyd edilməsi qət edilmişdir. XVİ- ЖГ 428875 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991 -ci il təvəllüdlü X33 atası X36, anası X32r. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4872/2023 saylı qətamənin surətindən görünür ki, ərizə təmin edilmiş, 27 dekabr 1991-ci təvəllüdlü X37 04 avqust 2017-ci ildə İraq Respublikasında ölmüş elan edilməsi qət edilmişdir. AZ-İİ 378379 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-6-5/8-1382/2023 saylı, 3-6-5/8-1383/2023 saylı, 3-6- 5/8-1384/2023 saylı və 3-6-5/8-1385/2023 saylı məktublardan görünür ki, X5, X2, X9 və X6 atalığının müəyyən edilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edilikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 6.16-cı maddəsinə əsasən, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respubliksının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Maraqlı şəxs atalıq faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X33 X5, X2, X9 və X6 atası olması faktı tam sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Mülki işin materiallarından da görünür ki, ərizəçinin qızı Mətanət Allaverdiyeva ilə Fərid Əliyev rəsmi nikahda olmadıqlarından, o cümlədən sonuncu öldüyündən, X5, X2, X9 və təvəllüdlü X6 doğum haqqında şəhadətnaməsində atasının soyadı əvəzinə anasının soyadı yazılmışdır. Ərizəçi hazırda uşaqların atasının xx.xx.2017-ci ildə vəfat etmiş X37 olmasının faktının müəyyən edilməsi barəsində ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun xx.xx.2019-cu il tarixli qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin plenum qərarının 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Qeyd edilən plenum Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X39, Əbdüləziz, Fəridə və Rüqayyə Allahverdiyevlərin atası olması faktının müəyyən edilməsi ərizəçinin qızının ərinin ölümü ilə bağlı müəyyən edilmiş hüquqlardan istifadə etməsi üçün hüquqi əhəmiyyətli olduğundan, həmçinin ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün olmadığından Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən, atalığın etiraf olunması faktının müəyyən edilməsi üzrə işlərə baxır. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il Qərarının 2.10-cu maddəsinə əsasən uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X39, Əbdüləziz, Fəridə və Rüqayyə adlı uşaqların atası olması faktının müəyyən edilməsi ərizəçinin qanunla müəyyən edilmiş hüquq və imtiyazlardan istifadə etməsi üçün hüquqi əhəmiyyəti olduğundan, habelə X39, Əbdüləziz, Fəridə və Rüqayyə adlı uşaqların atası olması ərizəçinin izahatı ilə, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Həmçinin uşaqların soyadlarının ata soyadına uyğun “Əliyev(a)” deyil qəyyumun ərizədə göstəridiyi kimi “Əlizadə” yazılmasında heç bir qanuna zidd hal olmadığından ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş və 04 avqust 2017-ci il tarixdə İraq Respublikasında vəfat etmiş X33 – xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş X5, xx.xx.2015-ci il tarixdə Suriya Respublikasında anadan olmuş X2, xx.xx.2016-cı il tarixdə İraq Respublikasında anadan olmuş X9, xx.xx.2018-ci il tarixdə İraq Respublikasında anadan olmuş X6 atası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş X5, xx.xx.2015-ci il tarixdə Suriya Respublikasında anadan olmuş X2, xx.xx.2016-cı il tarixdə İraq Respublikasında anadan olmuş X9, xx.xx.2018-ci il tarixdə İraq Respublikasında anadan olmuş X6 doğum haqqında akt qeydlərində soyadı və atası qrafasında müvafiq dəyişikliklər edilərək soyadları “Əlizadə”, ata qrafasında “X37” kimi qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar