Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1681/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi XXX Orxan Kamal oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh (İİİ şəxslər "xxxx" ASC, Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon Hökməli Bələdiyyəsi) qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta-Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq Yüksək Gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4-cü dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni obyektin sökülməsi, söküntü işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh (İİİ şəxslər "xxxx" ASC, Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon Hökməli Bələdiyyəsi) qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta-Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq Yüksək Gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4-cü dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni obyektin sökülməsi, söküntü işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta-Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq Yüksək Gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4cü dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni obyektin sökülməsi, söküntü işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Abşeron REŞ" MMC-nin X2 balansında və istismarında olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta-Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq Yüksək Gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4-cü dayaqlarının mühafizə zonasında (coğrafi koordinatları: 40°27İ02.3”N 49°43'03.9”E və 40°27'05.6”N 49°43İ00.7”E), xətlərin bilavasitə altındakı sahədə mebel məhsullarının istehsalı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fiziki şəxs (VÖEN: **********) Cavabdeh tərəfindən qeyri-qanuni obyekt inşa edilmiş və ətraf sahəsi təxminən 4 metr hündürlüyündə daşla hörülmüşdür. Qeyd olunan obyekt gərginliyi 2200 volt olan elektrik xətlərinin altında yerləşdiyindən, fəaliyyəti ilə həmin yerdə çalışan işçilərin həyat və sağlamlıqlarına dair təhlükəni artırır və elektrik verilişi xəttinə lazımi texniki xidmətin göstərilməsini çətinləşdirir. Dövlət əhəmiyyətli strateji xətt kimi, uzunluğu 14,7 km olan 220 kV-luq “Müşviq” hava xətti 1961 və 1988-ci illərdə çəkilmişdir. Bu tip xətlər üçün mühafizə zonası yan xəttin əyilmə nöqtəsindən bir tərəfə ankerin qol məsafəsidən (ankerin qolu- 8 metr) sonra 25 metr təşkil edir. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli Qərarına, o cümlədən “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndinə əsasən; a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərdə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, cədvəldə göstərilən müstəvidə, Un, kV - xətlərin gərginliyi; L, m - məsafələrdir: anker dayaqlarındakı naqillər bağlanan traveslərinin 7,5-8 metr (ortadan hər tərəfə) uzunluğu ilə birlikdə xəttin koridoru - trassası minimal 8+25+8+25= 66 metr təşkil edir. Bu qaydalara əsasən, elektrik şəbəkələrinin istismarçıları tərəfindən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması istiqamətində həyata keçirilən mütəmadi tədbirlər zamanı, sonuncu dəfə 24 yanvar 2022-ci il tarixdə "Abşeron REŞ” MMC-nin X2 YGEVX və TX tərəfindən 220 kV-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin mühafizə zonasında, xəttin trassası üzrə elektrik şəbəkəsinin istismarına mane olmaqla birbaşa potensial təhlükə mənbəyi törədən obyektin tikintisinin Cavabdeh tərəfindən aparıldığını və ona məxsus olduğunu müəyyən etmək mümkün olmuşdur. Bu obyektdə onunla və çalışan işçilərlə keçirilmiş görüşdə bildiriş təqdim edilərək, gərginliyi 2200 Volt olan elektrik xəttində baş verə biləcək qəzaların partlayışlara, yanğınlara və bədbəxt hadisələrə səbəb ola biləcəyi diqqətlərinə çatdırılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2005-ci il tarixli, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nda nəzərdə tutulmuş mühüm tələblərin kobudca pozulması halı onlara izah edilmişdir. Odur ki, qeyd olunan xəttin bilavasitə altında inşa edilmiş bu tikilinin xətlərdə planlı şəkildə təmir işlərinin aparılmasına imkan verməyərək və qəza-bərpa işlərinin qısa müddətə başa çatdırılması üçün xüsusi maşınmexanizmlərdən istifadə olunmasına maneçilik törədərək EVX-nın normal istismarı üçün şəraiti məhdudlaşdırdığı qənaətinə gəlinmişdir. Baş verə biləcək qəza hallarında isə işlərin vaxtında aparılmasına çətinlik yaranması səbəbindən Abşeron rayonunun kənd və qəsəbələrində dayanaqlı enerji təchizatında uzunmüddətli fasilələrin yarana biləcəyi və elektrik cərəyanının təsirindən insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin qarşısının alınmasının mümkün olmayacağı istisna edilmir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi XXX Orxan Kamal oğlu iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli ərazidə ondan başqa şəxslər də obyektlər tikmişdir. Lakin, onların heç birinə qarşı məhkəmədə iddia qaldırılmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1/205 saylı məktubundan görünür ki, Abşeron RİH tərəfindən Hökməli qəsəbəsi, Qobu Yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kV-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin 6 və 7-ci dayaqlarının mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən obyektlərin tikintisinə heç bir icazə sənədi verilməmişdir. Qeyd olunan ünvana baxış keçirilmiş, aparılan tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahibinə xəbərdarlıq olunmuşdur. Mülki işin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 10/3486 nömrəli rəyindən müəyyən edilir ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalan”nın 5-ci bəndinin a) abzasına görə, 220 kV-luq hava elektrik xəttinin hər-iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25 m müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş obyekt Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta- Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq Yüksək Gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4-cü dayaqlarının yerləşdiyi ərazidə mühafizə zonasında yerləşir. Belə ki, həmin 220 kV-luq “Müşviq” hava xətti obyektin birbaşa olaraq dam örtüyünün üzərindən keçir. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 10 iyun tarixli 103 №-li Qərarının 5-ci bəndinə əsasən Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək; c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək; ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından və iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 10/3486 nömrəli rəyindən müəyyən edilir ki, Cavabdeh tərəfindən inşa edilmiş obyekt Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta-Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq Yüksək Gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4-cü dayaqlarının yerləşdiyi ərazidə mühafizə zonasında yerləşir. Belə ki, həmin 220 kV-luq “Müşviq” hava xətti obyektin birbaşa olaraq dam örtüyünün üzərindən keçir. Odur ki məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta-Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq Yüksək Gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4-cü dayaqlarının mühafizə zonasında inşa edilmiş qeyri-qanuni obyekt cavabdehin öz hesabına sökülməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməlidir. İddia tələbi söküntü üçün çəkilən xərcin cavabdehdən tutulması hissəsi söküntünün cavabdehin hesabına aparılmalı olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 102 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğ cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu ilə Buta-Hökməli yolu arasındakı ərazidən keçən 220 kV-luq Yüksək Gərginlikli “Müşviq” hava xəttinin 3-cü və 4cü dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni obyekt sökülsün və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilsin. Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Cavabdeh 102 manat məbləğində pul vəsaiti məhkəmə xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1681/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1681/2022
17.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver