Məhkəmə qərarları › İş №2(012)-40/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-40/2024

28.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-40/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cabadeh Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, cavabdehlərin hesabına qanunsuz tikilinin sökülməsi tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, cavabdehlərin hesabına qanunsuz tikilinin sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən, ümumi sahəsi 600 kv.m torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ailə üzvləri qeyd olunan torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikili onların hesabına sökülməsi və söküləcək tikinti materialı cavabdehin hesabına torpaq sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Fatmayı kəndində Fatmayı Bələdiyyəsinə məxsus 600 kv.m torpaq sahəsini özəlləşdirmək üçün 2017-ci ildə Fatmayı bələdiyyəsinə müraciət etdi. Bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsini hərrac vasitəsilə əldə edə biləcəyi barədə məlumatlandırıldı. 07.09.201 7ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Hərracların təşkili üzrə Aukson mərkəzi 5 saylı torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi hərracda iştirak edərək müsabiqənin qalibi oldu və AM seriyalı 003343 №-li şəhadətnaməni ona təqdim etdilər. Bundan sonra xx.xx.2017-ci il tarixdə Abşeron Rayonu Fatmayı Bələdiyyəsi ilə Abşeron Fatmayı kəndində Fatmayı Bələdiyyəsinə məxsus ümumi sahəsi 600 kv.m torpaq sahəsini Abşeron rayonu 2 saylı Dövlət Notariat kontorunda alqı-satqı etdilər. Bundan sonra DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyesterindən RX seriyalı ******* saylı **********52 reyester nömrəli xx.xx.2017-ci il tarixli çıxarışı və torpaq sahəsinin plan və ölçüsünə dair texniki pasportu aldı. Torpaq sahəsi satılmazdan əvvəl Fatmayı Bələdiyyəsi ona həmin torpaq sahəsini göstərmiş və DƏDRX-nin əməkdaşları torpaq sahəsinin əsas döngə nöqtələrinin kordinatlarını müəyyən edərkən bir yerdə nişanlanma işlərini aparmışdır. Torpaq sahəsini xüsusi mülkiyyətinə keçirdikdən sonra işi ilə əlaqədar olaraq bir neçə il həmin əraziyə getmədi. Bir müddət öncə həmin ərazidən keçərkən təsadüfən onun mülkiyyətində olan torpaq sahəsində ev tikildiyini gördü. Məsələ ilə maraqlananda ona bəlli oldu ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ailə üzvləri həmin özbaşna qanunsuz zəbt olunmuş tiklidə yaşayırlar. O həmin şəxslərdən xüsusi mülkiyyətində olan torpaq sahəsini dərhal boşadılmasını tələb etdikdə onlar vaxt verilməsini xahiş etdilər. Keçən bu müddət ərzində dəfələrlə cavabdehlərə həmin torpaq sahələrinin mülkiyyətində olduğu bildirilsə də, xəbərdarlıqlara baxmayaraq sonuncular, öz qanunsuz hərəkətlərini davam etdirərək həmin torpaq sahəsində qeyri-qanuni yolla tikdikləri tikilidən istifadə etməkdədirlər. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsini zəbt edilməklə orada qanunsuz tikililər inşa edilmişdir. Ona görə də ona məxsus olan torpaq sahəsindən cavabdehlər məcburi qaydada çıxarılmalı, cavabdehlər tərəfindən tikilən özbaşına tikili onların hesabına sökülməli və söküləcək tikinti materialı cavabdehin hesabına torpaq sahəsindən çıxarılmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, bələdiyyənin verdiyi torpaq olduğunu, ikisində də torpaqlar yanyana olduğunu, İddiaçı qaynının oğlu olduğunu, koordinatların səhv vurulduyunu, torpaq bölündüyü zaman İddiaçı orada olduğunu, sənədləşməni etmək üçün sadəcə koordinatların dəyişilməsinin qaldığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 921 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Satıcı Abşeron rayonu, Fatmayı Bələddiyyəsi ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsini tam mülkiyyət hüququ ilə alıcıya 1920 manata satılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-cı il tarixli, A № 197385 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayonu notariusu G.İ.Məsimova № 078. xx.xx.2017-ci il tarixli 4ə-997 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 003343 saylı şəhadətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixdə torpaq müsabiqəsinin, hərracın qalibi İddiaçı mülkiyyətinə Abşeron rayonu, Fatmayı kəndində yerləşən 600 kv.metr və ya 0,06 ha olan torpaq sahəsi verilmişdir. -xx.xx.2017-ci il tarixli 01/14884 nömrəli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,06 ha torpaq sahəsinin qiyməti 21000 (iyirmi bir min) manat təşkil edir. -Azərbaycan Respublikası DİN-in BPQM-nin MAPS şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Qədirli küçəsi, 5 saylı evdə, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 5 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3488 nömrəli ekspert rəyinin surətindən görünür ki, məhkəmənin 2(012)-1818/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci sualı üzrə; Baxış zamanı əldə olinmuş məlumatlara “Google Yer” programına, mülki iş materiallarında olan məlumatlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2017-ci il tarixli, 921 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin plan və ölçüsünün baxış zamanı təqdim olunan torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən olundu. Qərardadın ikinci-üçüncü-dördüncü sualları üzrə; Baxış zamanı əldə olunmuş məlumatlara, “Google Yer” programına, mülki iş materiallarında olan məlumatlara əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin sağ yuxarı küncündə 23.4 m2 sahəsi olan əl damı olaraq istifadə olunan köməkçi tikilinin, torpaq sahəsinin mərkəzində torpaq sahəsini eninə böləcək şəkildə inşa olunmuş uzunluğu 15 metr, hündürlüyü 2.2 metr olan daş hasarın, torpaq sahəsinin sol yuxarı küncündə isə sahəsi 121 m2 olan 2 mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu müəyyən olundu. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017ci il tarixdə torpaq müsabiqəsinin, hərracın qalibi olaraq Abşeron rayonu, Fatmayı kəndində yerləşən 600 kv.metr və ya 0,06 ha olan torpaq sahəsi almışdır. xx.xx.2017-ci ildə həmin torpaq sahəsi onun adına rəsmləşdirilərək ******* saylı çıxarış və xx.xx.2017-cı il tarixli, seriya nömrəsi 197385 olan torpaq sahəsinin plan ölçüsünə dair 4 saylı ərazi idarəsindən sənəd təqdim edilmişdir. Bir müddətdən sonra torpaq sahəsinə gələn iddiaçı mülkiyyət hüququ ilə ona məxsus torpağında digər şəxslərə məxsus ev və hasar tikilisinin olduğunu görmüş və həmin şəxslərin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 olduğunu bilmişdir. Cavabdehlərdən ona məxsus torpağın boşatmasını və orda olan qanunsuz tikililərin öz hesabına sökülərək çıxarılmalarını tələb etsə də lakin cavabdehlər məhəl qoymamış, onun tələbini yerinə yetirməmişdilər. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərin ona məxsus torpaqdan çıxarılması və qanunsuz tikililərin sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən, ümumi sahəsi 600 kv.m torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ailə üzvləri qeyd olunan torpaq sahəsindən şıxarılması, cavabdehlər tərəfindən özbaşına tikili onların hesabına sökülməsi və söküləcək tikinti materialı cavabdehin hesabına torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X1rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə tam sübuta yetirilir ki, İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində, yerində (naturada) digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunur və döngə nöqtələrinin koordinatları daxilində digər şəxslər tərəfindən inşa edilmiş tikililər (yaşayış evləri) mövcuddur. Ekspertizanın rəyi ilə tam təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində hazırda cavabdehlər tərəfindən qanunsuz olaraq ev, və əldamı tikmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus qanunsuz olaraq tikilmiş Abşeron rayonu Fatmayı kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin sağ yuxarı küncündə 23.4 m2 sahəsi olan əl damı olaraq istifadə olunan köməkçi tikili, torpaq sahəsinin mərkəzində torpaq sahəsini eninə böləcək şəkildə inşa olunmuş uzunluğu 15 metr, hündürlüyü 2.2 metr olan daş hasarın, torpaq sahəsinin sol yuxarı küncündə isə sahəsi 121 m2 olan 2 mərtəbəli fərdi yaşayış evi cavabdehlər tərəfindən öz hesablarına sökülməli, tikinti materialları cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılsın və cavabdehlər Cavabdeh1 Cavabdeh3, Cavabdeh2 torpaq sahəsindən çıxarılmalıdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehlərin ona məxsus torpağından ailə üzvləri ilə birlikdə çıxarılması tələbini göstərmişdir. Həmin tələbdə qeyri-müəyyənlik olduğundan, ailə üzvlərinin adları iddiaçı tərəfindən qeyd edilmədiyindən, tələbin həmin hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus qanunsuz olaraq tikilmiş Abşeron rayonu Fatmayı kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin sağ yuxarı küncündə 23.4 m2 sahəsi olan əl damı olaraq istifadə olunan köməkçi tikili, torpaq sahəsinin mərkəzində torpaq sahəsini eninə böləcək şəkildə inşa olunmuş uzunluğu 15 metr, hündürlüyü 2.2 metr olan daş hasarın, torpaq sahəsinin sol yuxarı küncündə isə sahəsi 121 m2 olan 2 mərtəbəli fərdi yaşayış evi cavabdehlər tərəfindən öz hesablarına sökülsün, tikinti materialı cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılsın və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 torpaq sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar