Məhkəmə qərarları › İş №2(107)-385/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-385/2024

02.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-385/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin, protokolun, şəhadətnamənin, çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqavilələrinin, protokolun, şəhadətnamənin, çıxarışların etibarsız hesab edilməsi, tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, prosessual hüquq normalarının pozulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil* iştirakları ilə, Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(035)-5/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları *. İddiaçı "xxxx" şirkəti cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 Saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh* DƏDRX-nin *6 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.02 ha torpaq sahəsinə dair verilmiş 27*70020*3 qeydiyyat nömrəli, 26.05.20*7-ci il tarixli çıxarışın, Cavabdeh2 DƏDRX-nin *6 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.0050 ha torpaq sahəsinə dair verilmiş 9050*30*20*3 reystr nömrəli 04.07.20*4 tarixli çıxarışların etibarsız hesab olunması, "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsində cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabina sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" şirkəti sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Ağcabədi rayon DNK-nın *2.*0.20*5-ci il tarixli 4Ə-753 saylı alqı-satqı müqaviləsinin (0.007 ha) və Zərdab rayon DNK-nın *7.05.20*7-ci il tarixli, 4Ə-44 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh* adına DƏDRX-nin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.02 ha torpaq sahəsinə dair verilmiş 27*70020*3 qeydiyyat nömrəli, 26.05.20*7-ci il tarixli çıxarışın etibarsız hesab olunması, AR DTXK-nin Zərdab rayon Torpaq Hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə *7.06.20*4-cü il tarixli 68 nömrəli protokolunun və şəhadətnaməsinin etibarsız hesab edilməsi, Ağcabədi rayon DNK-nın 30.06.20*4-cü il tarixli 4Ə-*98 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına DƏDRX-nin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.0050 ha torpaq sahəsinə dair verilmiş 9050*30*20*3 reyestr nömrəli, 04.07.20*4-cü il tarixli çıxarışın etibarsız hesab olunması, "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsində cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabina sökülməsi cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən sahibkarlıq məqsədiylə "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsi ayrılmış və iddiaçıya həmin torpaq sahəsinin mülkiyyət hüququna dair *5.*2.2008-ci tarixli, 9050*3000*3 reyestr nömrəli, 2708004*30 qeydiyyat nömrəli və Seriya nömrəsi MH 0006*28 olan Çıxarış verilmişdir. İddiaçı tərəfindən 202*-ci ilin aprel ayında sözügedən torpaq sahəsini hasara alan zaman iddiaçıdan başqa torpaq sahəsində üç nəfərə məxsus qeyri-qanuni tikililər aşkar edilmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehlərə sözügedən torpaq sahəsində qanunsuz tikililərin sökülməsini və cavabdehlərin həmin torpaq sahəsindən könüllü çıxmalarını dəfələrlə tələb etsədə heç-bir nəticə olmamışdır. Yaranmış mübahisə ilə bağlı iddiaçı tərəfindən Zərdab Rayon Polis şöbəsinə müraciət olunsada heç-bir nəticə olmamış və mülki qayada məhkəməyə müraciət olunması töfsiyyə edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-Vəkil2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədiylə iddiaçı "xxxx" şirkətinə Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində *5.*2.2008-ci tarixli, 9050*3000*3 reyestr nömrəli, 2708004*30 qeydiyyat nömrəli və Seriya nömrəsi MH 0006*28 olan Çıxarış verilmişdir. İddiaçı tərəfindən 202*-ci ilin aprel ayında sözügedən torpaq sahəsini hasara alan zaman iddiaçıdan başqa torpaq sahəsində üç nəfərə məxsus qeyri-qanuni tikililər aşkar edilmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehlərə sözügedən torpaq sahəsində qanunsuz tikililərin sökülməsini və cavabdehlərin həmin torpaq sahəsindən könüllü çıxmalarını dəfələrlə tələb etsədə heç-bir nəticə olmamışdır. Cavabdehlər isə həmin torpaq sahəsinin onlara məxsus olmalarını bildirmişlər. İddiaçı tərəfindən *6 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş və müraciət zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus 0.*0 ha torpaq sahəsində Cavabdeh* 0.02 ha və Cavabdeh2 isə 0.0050 ha torpaq sahəsi verilmişdir. İdddiaçının müraciəti əsasında araşdırılan zaman həmin torpaq sahəsinə *6 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə baxış keçirilmişdir. Yekunda qənaətə gəlinmişdir ki, iddiaçı "xxxx" Şirkətinə məxsus torpaq sahəsinə dair *5.*2.2008-ci il tarixli tərtib edilmiş plan ölçü sənədindəki kordinatlar Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 05 saylı qərarı ilə tərtib edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş AB 006537 nömrəli plan ölçüdə qeyd olunmuş kordinatlarla fərqlilik təşkil edir və cavabdehlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən tikilmiş qanusuz tikililər cavabdehlərin öz hesablarına sökülməli və zəbt etdikləri torpaq sahələrindən məcburi çıxarılmalıdırlar. Yaranmış mübahisə ilə bağlı iddiaçı tərəfindən Zərdab Rayon Polis şöbəsinə müraciət olunsada heç-bir nəticə olmamış və mülki qaydada məhkəməyə müraciət olunması töfsiyyə edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh* nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh* Daşınmaz Əmlakın Dövlət Reyestrində 3* nömrəli reyestr kitabında 97 nömrə ilə qeydə alınmış 26.05.20*7-ci il tarixli, 27*70020*3 qeydiyyat nömrəli mülkiyyətində Zərdab-Ağcəbədi yolunun sağ tərəfində torpaq sahəsinin olduğunu, 09.04.202*-ci il tarixdə mülkiyyətində olan torpaq sahəsinə mişar daşının töküldünü və həmin torpaq sahəsinin kənarlarına dəmir boru basdırılaraq üç nəfər şəxsin setka çəkdiyini görüb həmin şəxslərə yaxınlaşaraq həmin torpaq sahəsinin hazırki cavabdehlərin mülkiyyətində olduğunu, qanunsuz olaraq həmin yeri zəbt etdiklərini bildirmişdir. Lakin, həmin şəxslərdən biri cavabdehə bildirmişdir ki, sözü gedən torpaq sahəsi zəbt olunmamış X* aldığını bildirmişdir. Cavabdehin təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestrinin *6 saylı Ucar Ərazi İdarəsinə müraciəti zamanı mübahisə edilən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrinin əməkdaşları tərəfindən cavabdehə məxsus olmasını təstiqləmişlər. İddiaçı qanunsuz olaraq cavabdehə məxsus torpaq sahəsindən onun çıxarılmasını tələb etsədə, torpaqdan çıxmaq üçün heç-bir əsası olmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-Vəkil* izahatında bildirmişdir ki, cavabdehə Zərdab rayon Bələdiyyəsinin qərarı ilə 20*4-cü ildə sahibkarlıq məqsədiylə Zərdab şəhəri, Dörd Yol ərazisində 0.0050 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reystrində 5 nömrəli reyest kitabında 69 nömrə ilə qeydə alınmaqla, 04.07.20*4-cü il tarixli, 27*4003*86 qeydiyyat nömrəli və Seriya nömrəsi RX ******* olan Çıxarış verilmişdir. 202*-ci il tarixdə cavabdehin mülkiyyətində olan torpaq sahəsinə mişar daşının töküldünü və həmin torpaq sahəsinin kənarlarına dəmir boru basdırılaraq üç nəfər şəxsin setka çəkdiyini görüb həmin şəxslərə yaxınlaşaraq həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğunu, qanunsuz olaraq həmin yeri zəbt etdiklərini bildirmişdir. Lakin, həmin şəxslərdən biri cavabdehə bildirmişdir ki, sözü gedən torpaq sahəsi zəbt olunmamış X* aldığını bildirmişdir. Cavabdehin təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestrinin *6 saylı Ucar Ərazi İdarəsinə müraciəti zamanı mübahisə edilən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrinin əməkdaşları tərəfindən cavabdehə məxsus olmasını təstiqləmişlər. İddiaçı cavabdehə məxsus torpaq sahəsindən çıxarılmasını tələb etsədə, bunun heç-bir hüquqi əsası olmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi X3 izahatında bildirmişdir ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciəti zaman elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsinin plan ölçüsü sənədindəki kordinatlara, qeydiyyatın alınmasına əsas olmuş hüquqmüəyyən edici sənədindəki kordinatlar eynilik təşkil etmir və iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki kordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi, Cavabdeh* məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh2 Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üstüstə düşməsi halının mövcud olmadığı müəyyən olunmuşdur.

8. Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(035)-5/2023 nömrəli qətnaməsi ilə, iddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 Saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilillərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (yüz əlli) manat pulun Azərbaycan Respublikası MPM-nin *24.*-ci maddəsinə əsasən iddaçı "xxxx" şirkətindən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 2*0005, VÖEN *40*55507*, Müxbir hesabı AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN *70032662*, Hesab AZ34CTRE**********000208850*, büdcə təsnifatının kodu *42595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.

9. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, sahibkarlıq məqsədiylə Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən iddiaçı "xxxx" şirkətinə Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin mülkiyyət hüququna dair *5.*2.2008-ci tarixli, 9050*3000*3 reystr nömrəli, 2708004*30 qeydiyyat nömrəli və Seriya nömrəsi MH 0006*28 olan Çıxarış verilmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsini hasara alan zaman iddiaçıdan başqa torpaq sahəsində üç nəfərə məxsus tikililər aşkar edilmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehlərə sözügedən torpaq sahəsində qanunsuz tikililərin sökülməsini və cavabdehlərin sözgedən torpaq sahəsindən könüllü çıxmalarını tələb etsədə heç-bir nəticə əldə etməmışdır. Cavabdehlər isə həmin torpaq sahəsinin onlara məxsus olmalarını bildirmişlər. İddiaçı tərəfindən *6 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş və müraciət zamanı məlum olmuşdur ki, iddiaçı "xxxx" Şirkətinə məxsus torpaq sahəsinə dair *5.*2.2008-ci il tarixli tərtib edilmiş plan ölçü sənədindəki kordinatlar Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 05 saylı qərarı ilə tərtib edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş AB 006537 nömrəli plan ölçüdə qeyd olunmuş kordinatlarla fərqlilik təşkil edir və cavabdehlərə məxsus torpaq sahələr ilə üst-üstə düşür. Torpağın təyinatını müəyyən etmək üçün Məhkəmə mühəndis-texniki ekspertizası mərkəzinə müraciət zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki kordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi, Cavabdeh* məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh2 Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üst-üstə düşməsi halının mövcud olmadığı müəyyən olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; *0. Məhkəmə hesab etmişdir ki, iddiaçının izahatı iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Göründüyü kimi iddiaçı tərəf iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, işin yuxarıda müəyyən olunmuş hallarını, məhkəmə ekspertizası tərəfindən keçirilmiş rəylərin nəticələrini və iş materiallarını qarşılıqlı şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddia təmin edilməməlidir. **. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın *4, 2, 77.*-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. *2. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. *3. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyini, maddi və prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia tələbi nə faktiki, nədə ki, hüquqi əsasa malik deyildir. *4. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyi üçün iddiaya məhkəmədə baxılması üçün iddiaçılar tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. *5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin *-ci hissəsinə, 29-cu maddəsinin 2-ci hissəsinə, 60-cı maddəsinin *-ci hissəsinə və 7*-ci maddəsinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının * saylı Protokolunun *-ci maddəsinə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” 09.**.*99*-ci il tarixli Azərbaycan Respublikası qanunun *-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *35.4, *52.*, *52.2, *52.5 və *57.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin *-ci bəndinə, 55, 66.*, 67.4, 68, 84-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *2.*-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 4.*, *4.2, 76.*, 76.2, 77.*, *06.*, *07, **9.*, *24.*, 2*7.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri *6. Qətnamədən narazı qalan iddiaçı "xxxx" şirkəti apellyasiya şikayəti vermişdir. *7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanı sənədlərin həqiqiliyini və düzgünlüyünü araşdırmalıdır. Sənədlərin həqiqiliyi şübhə doğursa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməlidir. Cavabdeh DƏDRX-nin *6 saylı Ucar ərazi İdarəsi əsassız olaraq həmin hüquqları dövlət qeydiyyatına almışdır. *8. İddia ərizəsinə əlavə edilən sənədlərdən və işin faktiki hallarından aydın olur ki, mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqları ilk öncə iddiaçı "xxxx" Şirkətinə məxsus olmuş və onun sahibliyində olmuşdur. Lakin sonradan cavabdehlərin təqsiri ucbatından həmin torpaq sahələrinə dair cavabdehlərə çıxarış verilmişdir. Bu səbəbdən də həmin çıxarışlar etibarsız hesab olunmalıdır. Məhkəmənin qətnaməsi qanunsuz və əsassız olmuşdur. *9. Mülki işə baxılan zaman məhkəmə iclasında Ərazi İdarəsinin nümayəndəsinin iştirakı təmin edilmişdir. Nümayəndə suallara cavab olaraq bildirmişdir ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciəti zaman elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsinin plan ölçüsü sənədindəki kordinatlara, qeydiyyatın alınmasına əsas olmuş hüquqmüəyyən edici sənədindəki kordinatlar eynilik təşkil etmir və iddiaçı"xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki kordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi, Cavabdeh* məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh2 Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üst-üstə düşməsi halının mövcud olmadığı müəyyən olunmuşdur. Bütün bunlara səbəbin inzibati orqan tərəfindən fərqli illərdə və fərqli proqram təminatını istifadə etmələri səbəb olmuşdur. Qəbul etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin naturada yeri müəyyən olunan zaman iddiaçının göstərdiyi yer üzrə torpaq sahəsi ona verilmişdir.

20. Tərəflərindən nümayəndəyə suallar ünvanlanaraq Zərdab rayonu, Zərdab Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 4 saylı icarə müqaviləsi əsasında icarə hüququ ilə iddiaçıya ayrılmış *.90 ha torpaq sahəsinin harada yerləşməsi barədə suala nümayəndə tərəfindən dolğun cavab verilməmişdir. 2*. Məhkəmə bu halda əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir.

22. İşə baxan məhkəmə Zərdab rayonu, Zərdab Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 4 saylı icarə müqaviləsi əsasında icarə hüququ ilə iddiaçıya ayrılmış *.90 ha torpaq sahəsinin harada yerləşməsi barədə ətraflı araşdırma aparmamışdır.

23. Odur ki, Zərdab rayon Məhkəməsinin 2(035)-5/2023 nömrəli, 27.*0.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh2 apellyasiya şikayətinə etirazında apellyasiya şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 27.*0.2023-cü il tarixli, 2(035)-05/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(035)-5/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil* apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(035)-5/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı "xxxx" şirkətinin nümayəndəsi, iddiaçı "xxxx" şirkətinin vəkili Vəkil2, Cavabdeh*, onun nümayəndəsi Nümayəndə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi ərizəsində xx.xx.2024-cü il tarixdə saat *2:00-da Bakı Apellyasiya Məhkəməsində, saat *6:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclaslarının mövcud olması səbəbindən məhkəmə iclasında iştirakının üzrlü səbəbdən mümkün olmayacağını göstərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə işdə iştirak edən lakin məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyasının; *3-cü maddəsinin *-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.*-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 4*4.*-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 4*4.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 4*6.*-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 4*6.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin ***-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

3*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.*-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.*-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 2*7.*-ci, 2*7.3-cü və 2*7.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 2*8.*-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.*-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.*-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Qərarlar:

32. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı.

33. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

34. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyator Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(035)-5/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının *7-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 Saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilillərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamaqla səhvə yol vermişdir. 4*. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən *5.*2.2008-ci tarixdə verilmiş 9050*3000*3 reystr nömrəli, 2708004*30 qeydiyyat nömrəli, Seriya nömrəsi MH 0006*28 olan Çıxarışa əsasən Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsi iddiaçı "xxxx" şirkətinin mülkiyyətinə rəsmiləşdirilmişdir. Satıcı Zərdab rayonu Zərdab Bələdiyyəsi ilə alıcı Cavabdeh* arasında *2 oktyabr 20*5-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-473 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satıcı Zərdab şəhəri Zərdab-Ağcabədi yolunun sağ tərəfində yerləşən 70 kv/m torpaq sahəsini alıcı Cavabdeh* satmışdır. Həmçinin satıcı Zərdab rayonu Zərdab Bələdiyyəsi ilə alıcı Cavabdeh* arasında *7 may 20*7-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-44 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satıcı Zərdab şəhəri Zərdab-Ağcabədi şosse yolunun sağ tərəfində yerləşən 0.0*3 ha torpaq sahəsini alıcı Cavabdeh* satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 26.05.20*7-ci tarixdə verilmiş 9050*30*3890 reyestr nömrəli, 27*70020*3 qeydiyyat nömrəli, Seriya nömrəsi RX 09757** olan Çıxarışa əsasən Zərdab şəhəri, Zərdab-Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi Cavabdeh* mülkiyyətinə rəsmiləşdirilmişdir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən *7 iyun 20*4-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin nəticəsi üzrə tərtib edilmiş 68 nömrəli protokola əsasən Cavabdeh2 Zərdab ərazisində yerləşən, Zərdab Bələdiyyəsinin mülkiyyətində olan 50 kv/m torpaq sahəsi üzrə keçirilən müsabiqənin qalibi olmuşdur. Buna dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən Cavabdeh2 0000**696 nömrəli şəhadətnamə verilmişdir. Bundan sonra satıcı Zərdab rayonu Zərdab Bələdiyyəsi ilə alıcı Cavabdeh2 arasında 30 iyun 20*4-cü il tarixdə bağlanmış, reyestrdə 4Ə-*98 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satıcı Zərdab şəhəri Zərdab-Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.005 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 04.07.20*4-cü il tarixdə verilmiş 9050*30*20*3 reyestr nömrəli, 27*4003*86 qeydiyyat nömrəli, Seriya nömrəsi RX ******* olan Çıxarışa əsasən Zərdab şəhəri, Zərdab- Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə rəsmiləşdirilmişdir. İddiaçı "xxxx" şirkəti mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının ilk öncə "xxxx" şirkətinə məxsus olmasını, lakin sonradan cavabdehlərin təqsiri ucbatından həmin torpaq sahələrinə dair cavabdehlərə çıxarışın verilməsini əsas gətirərək, iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh tərəfdən isə iddia tələbi qəbul edilməmişdir. Cavabdehlərin bağladıqları, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqavilələrinin, torpaq müsabiqəsinin nəticələrinə dair protokolun, şəhadətnamənin, çıxarışların etibarsızlığı, cavabdehlər tərəfindən alqı-satqı qaydasında əldə edilmiş və mülkiyyətlərinə rəsmiləşdirilmiş torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarına dair iddia tələbinin təmin edilməsi üçün əsasların olması müəyyən edilməmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

43. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

44. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

45. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.*-ci maddəsi).

46. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

47. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

48. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

49. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

50. MPM-in 387.*-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 5*. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" şirkəti tərəfindən Zərdab Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilməsinə, ərizənin icraata qəbul edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin “Ağcabədi rayon DNKnın*2.*0.20*5-ci il tarixli 4Ə-753 saylı alqı-satqı müqaviləsinin (0.007 ha) və Zərdab rayon DNK-nın *7.05.20*7-ci il tarixli 4Ə-44 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, AR DTXK-nin Zərdab rayon Torpaq Hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə *7.06.20*4-cü il tarixli 68 nömrəli protokolunun və şəhadətnaməsinin etibarsız hesab edilməsi, Ağcabədi rayon DNK-nın 30.06.20*4-cü il tarixli 4Ə-*98 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissələrinə hüquqi qiymət verməməklə, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

52. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3-cü mаddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən maddənin tələbini pozaraq, iddiaçının iddia tələbinin “Ağcabədi rayon DNK-nın*2.*0.20*5-ci il tarixli 4Ə-753 saylı alqı-satqı müqaviləsinin (0.007 ha) və Zərdab rayon DNK-nın *7.05.20*7-ci il tarixli 4Ə-44 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, AR DTXK-nin Zərdab rayon Torpaq Hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə *7.06.20*4-cü il tarixli 68 nömrəli protokolunun və şəhadətnaməsinin etibarsız hesab edilməsi, Ağcabədi rayon DNK-nın 30.06.20*4-cü il tarixli 4Ə-*98 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissələrinə hüquqi qiymət verməməklə səhvə yol vermişdir.

53. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində haqlı olmamaqla apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin edilməsi üçün əsaslı hesab edilə bilməz.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh DƏDRX-nin *6 saylı Ucar ərazi İdarəsinin əsassız olaraq həmin hüquqları dövlət qeydiyyatına almasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan satıcı Zərdab rayonu Zərdab Bələdiyyəsi ilə alıcı Cavabdeh* arasında *2 oktyabr 20*5-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-473 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərdab şəhəri Zərdab- Ağcabədi yolunun sağ tərəfində yerləşən 70 kv/m torpaq sahəsini alıcı Cavabdeh* satmışdır.

55. İşdə olan satıcı Zərdab rayonu Zərdab Bələdiyyəsi ilə alıcı Cavabdeh* arasında *7 may 20*7-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-44 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərdab şəhəri Zərdab-Ağcabədi şosse yolunun sağ tərəfində yerləşən 0.0*3 ha torpaq sahəsini alıcı Cavabdeh* satmışdır.

56. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən *7 iyun 20*4-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin nəticəsi üzrə tərtib edilmiş 68 nömrəli protokoldan görünür ki, Cavabdeh2 Zərdab ərazisində yerləşən, Zərdab Bələdiyyəsinin mülkiyyətində olan 50 kv/m torpaq sahəsi üzrə keçirilən müsabiqənin qalibi olmuşdur.

57. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən Cavabdeh2 verilmiş 0000**696 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 Zərdab ərazisində yerləşən, Zərdab Bələdiyyəsinin mülkiyyətində olan 50 kv/m torpaq sahəsi üzrə keçirilən müsabiqənin qalibidir.

58. İşdə olan satıcı Zərdab rayonu Zərdab Bələdiyyəsi ilə alıcı Cavabdeh2 arasında 30 iyun 20*4-cü il tarixdə bağlanmış, reyestrdə 4Ə-*98 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərdab şəhəri Zərdab-Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.005 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmışdır.

59. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan həmin müqavilələr əsasında daşınmaz əmlakın qeydiyyatının aparılması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin *6 saylı Ucar ərazi İdarəsinin vəzifəsi olmuşdur.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının ilk öncə iddiaçı "xxxx" Şirkətinə məxsus olması, onun sahibliyində olması, lakin sonradan həmin torpaq sahələrinə dair cavabdehlərə çıxarış verilməsi, bu səbəbdən də həmin çıxarışların etibarsız hesab edilməli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən *5.*2.2008-ci tarixdə verilmiş 9050*3000*3 reyestr nömrəli, 2708004*30 qeydiyyat nömrəli, Seriya nömrəsi MH 0006*28 olan Çıxarışdan görünür ki, Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsi iddiaçı "xxxx" şirkətinin mülkiyyətinə rəsmiləşdirilmişdir. 6*. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 26.05.20*7-ci tarixdə verilmiş 9050*30*3890 reyestr nömrəli, 27*70020*3 qeydiyyat nömrəli, Seriya nömrəsi RX 09757** olan Çıxarışdan görünür ki, Zərdab şəhəri, Zərdab-Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi Cavabdeh* mülkiyyətinə rəsmiləşdirilmişdir.

62. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 04.07.20*4-cü il tarixdə verilmiş 9050*30*20*3 reyestr nömrəli, 27*4003*86 qeydiyyat nömrəli, Seriya nömrəsi RX ******* olan Çıxarışdan görünür ki, Zərdab şəhəri, Zərdab-Ağcabədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə rəsmiləşdirilmişdir.

63. Kollegiya qeyd edir ki, tərəflərin mülkiyyətlərində olan torpaq sahələri üzrə hər birinə hüquqmüəyyənedici sənədlər ayrı-ayrı əsaslar üzrə verilmiş, cavabdehlərə məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsindən 0.02 ha və 0.0050 ha torpaq sahələrinin satılması halı müəyyən edilməmişdir.

64. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, *0/4*93 nömrəli ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reyestr nömrəli 0.*0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki kordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reyestr nömrəli 0.*0 ha torpaq sahəsi, Cavabdeh* məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh2 Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üst-üstə düşməsi halının mövcud olmadığı müəyyən olunmuşdur.

65. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin 25 iyun 202*-ci il tarixli, 2*362000*262 nömrəli məktubu ilə bağlı qeyd edir ki, həmin məktubda qeyd edilmiş iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrinin üst-üstə düşməsinə dair mövqe iş materiallarında olan eyni idarənin verdiyi *3 aprel 2023cü il tarixli mütəxəssis rəyi ilə təkzib edilmiş, tədqiqat aparmış ekspert də məhz mütəxəssisin *3 aprel 2023-cü il tarixli rəyi ilə razılaşmış, *3 aprel 2023-cü il tarixli mütəxəssis rəyində göstərilənlərlə eyni nəticəyə gəlinmiş ekspertiza rəyini vermişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan məhkəmə kollegiyası mübahisənin həllində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin 25 iyun 202*-ci il tarixli, 2*362000*262 nömrəli məktubunun iş üzrə mötəbər sübut qismində qəbul edilməsini əsaslı hesab etmir və əsaslandırılmış tədqiqatın nəticəsi üzrə verilmiş ekspert rəyinə mötəbər sübut kimi istinad edilməsini doğru hesab edir.

67. Beləliklə cavabdehlərə satılmış torpaq sahələrinin iddiaçıya məxsus 0,*0 ha torpaq sahələrinin hüdudlarından kənarda yerləşməsi nəzərə alınaraq, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin Ağcabədi rayon Dövlət Notariat Kontorunun *2.*0.20*5-ci il tarixli 4Ə-753 saylı alqı-satqı müqaviləsinin (0.007 ha) və Zərdab rayon Dövlət Notariat Kontorunun *7.05.20*7-ci il tarixli, 4Ə-44 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh* adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.02 ha torpaq sahəsinə dair verilmiş 27*70020*3 qeydiyyat nömrəli, 26.05.20*7-ci il tarixli çıxarışın etibarsız hesab olunması, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Torpaq Hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə *7.06.20*4-cü il tarixli 68 nömrəli protokolunun və şəhadətnaməsinin etibarsız hesab edilməsi, Ağcabədi rayon Dövlət Notariat Kontorunun 30.06.20*4-cü il tarixli 4Ə-*98 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.0050 ha torpaq sahəsinə dair verilmiş 9050*30*20*3 reyestr nömrəli, 04.07.20*4-cü il tarixli çıxarışın etibarsız hesab olunması hissələrində iddiaçının ümumiyyətlə subyektiv hüquqa malik olub-olmamasına qiymət verilməlidir.

68. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

69. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

70. Göründüyü kimi iddiaçı "xxxx" şirkəti cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin, protokolun, şəhadətnamənin, çıxarışların etibarsız hesab edilməsi”nə dair iddia tələbini irəli sürərkən buna subyektiv hüququ olmamamışdır. 7*. Məhkəmə kollegiyası iddia tələbinin "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsində cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabina sökülməsi, cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahələrindən çıxarılması hissəsinə münasibətdə isə qeyd edir ki, tələbin həmin hissələri “alqı-satqı müqavilələrinin, protokolun, şəhadətnamənin, çıxarışların etibarsız hesab edilməsi”nə dair iddia tələbinin davamı olmaqla, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin iddiaçıya məxsus torpaq sahəsində yerləşməməsi, beləliklə də cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə halının müəyyən edilməməsi nəzərə alınaraq, iddia tələbinin qanunsuz tikililərin sökülməsi və cavabdehlərin iddiaçıya məxsus torpaq sahələrindən çıxarılmalarına dair hissələrdə iddia tələbi özü-özlüyündə əsassızdır.

72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin əlavə məhkəmə tikintitexniki ekspertizası təyin etməli olduğu halda bunu etməməsinə dair dəlili ilə də razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.*ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

73. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin iş materiallarından iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi zərurəti də müəyyən edilməmişdir.

74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan məhkəmənin Zərdab rayonu, Zərdab Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 4 saylı icarə müqaviləsi əsasında icarə hüququ ilə iddiaçıya ayrılmış *.90 ha torpaq sahəsinin harada yerləşməsi barədə ətraflı araşdırma aparmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı iddiasında cavabdehlərə satılmış torpaq sahələrinin onun mülkiyyətində olan 0,*0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini bildirmiş və cavabdehlər tərəfindən məhz 0,*0 ha torpaq sahəsində tikinti işlərinin aparıldğını göstərmişdir. Cavabdehlər tərəfindən ona məxsus *,90 ha torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilməsinə dair heç bir fikir ifadə edilmədiyi halda iddiaçının icarəsində olan *,90 ha torpaq sahəsinin harada yerləşməsinə dair əlavə bir araşdırmanın aparılması zərurəti müəyyən edilməmişdir.

75. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(035)-5/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı Ağcabədi rayon Dövlət Notariat Kontorunun *2.*0.20*5-ci il tarixli 4Ə-753 saylı alqı-satqı müqaviləsinin (0.007 ha) və Zərdab rayon Dövlət Notariat Kontorunun *7.05.20*7-ci il tarixli, 4Ə-44 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh* adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.02 ha torpaq sahəsinə dair verilmiş 27*70020*3 qeydiyyat nömrəli, 26.05.20*7-ci il tarixli çıxarışın etibarsız hesab olunması, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Torpaq Hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə *7.06.20*4-cü il tarixli 68 nömrəli protokolunun və şəhadətnaməsinin etibarsız hesab edilməsi, Ağcabədi rayon Dövlət Notariat Kontorunun 30.06.20*4-cü il tarixli 4Ə-*98 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.0050 ha torpaq sahəsinə dair verilmiş 9050*30*20*3 reyestr nömrəli, 04.07.20*4-cü il tarixli çıxarışın etibarsız hesab olunması, "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsində cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabina sökülməsi, cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahələrindən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir.

76. İddia rədd edildiyindən dövlət büdcəsinə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçı "xxxx" şirkətinin özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci iddiaçı "xxxx" şirkətindən tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN *70032662*, X2, Kod 2*0005 VÖEN *40*55507* Müxbir hesab AZ4*NABZ0*360***********39 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-*-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası Q Ə T E T D İ:

İddiaçı "xxxx" şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(035)-5/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı Ağcabədi rayon Dövlət Notariat Kontorunun *2.*0.20*5-ci il tarixli 4Ə-753 saylı alqı-satqı müqaviləsinin (0.007 ha) və Zərdab rayon Dövlət Notariat Kontorunun *7.05.20*7-ci il tarixli, 4Ə-44 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh* adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.02 ha torpaq sahəsinə dair verilmiş 27*70020*3 qeydiyyat nömrəli, 26.05.20*7-ci il tarixli çıxarışın etibarsız hesab olunması, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Torpaq Hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə *7.06.20*4-cü il tarixli 68 nömrəli protokolunun və şəhadətnaməsinin etibarsız hesab edilməsi, Ağcabədi rayon Dövlət Notariat Kontorunun 30.06.20*4-cü il tarixli 4Ə-*98 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.0050 ha torpaq sahəsinə dair verilmiş 9050*30*20*3 reyestr nömrəli, 04.07.20*4-cü il tarixli çıxarışın etibarsız hesab olunması, "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsində cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabina sökülməsi, cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahələrindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş *00 manat dövlət rüsumu iddiaçı "xxxx" şirkətinin özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci iddiaçı "xxxx" şirkətindən tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN *70032662*, X2, Kod 2*0005 VÖEN *40*55507* Müxbir hesab AZ4*NABZ0*360***********39 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar