Məhkəmə qərarları › İş №2(102)-2411/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2411/2024

15.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2411/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehi torpaq sahəsindən çıxarılması və özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)88/2 024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmi ş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 11066930 nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,032 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yunis İmanovun xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabd eh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Yunis İmanovun qanunsuz zəbt etdiyi kənd təsərrüfatı təyinatlı 0,0378 ha torpaq sahəsinin 0,02 ha. hissəsini, Cavabdeh2 tərəfindən 0,0378 ha torpaq sahəsindən özbaşına zəbt etdiyi sahədən çıxarılması və özbaşına aparılmış qeyri-qanuni tikililərin hər ikisinin hesabına sökülməsi, hər iki cavabdehdən müştərək qaydada məhkəmə, hüquqi məsləhət, sənədlərin toplanması tərtibi, nəqliyyat və s. xərclər üçün 500 manat tələb edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Yunis İmanov və Cavabdeh2 tərəfindən Abşeron rayonu, Saray-Masazır qəsəbəsi arasında, Bakı-Maştağa avtomobil yolunun kənarında yerləşən i ddiaçının şəxsi mülkiyyətində olan 0,0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yunis İmanov tərəfindən 0,0378 hektardan 0,02 hektarını, Cavabdeh2 0,0378 ha sahəsini zəbt edərək onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. O, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 1995-96-cı illərdə Ulu Öndərin “Torpaq islahatlarının aparılması ilə əlaqədar” müvafiq qərarına əsasən sovxoz üzvləri kimi onların ailəsinə, atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə SarayMaştağa qəsəbəsi arasında olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0,0378 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşd irilmişdir. Lakin şəxsi mülkiyyətindən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sərbəst surətdə imkan verilməmiş, bütün şəxsi mülkiyyət hüquqları cavabdehlər tərəfindən tam məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh Yunis İmanov qanunsuz zəbt etdiyi 0,0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh2 tərəfindən isə 0,0378 ha torpaq sahəsindən özbaşına tikinti işləri aparmışdır. Bütün səylərinə baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, onların qanuni tələblərinə məhəl belə qoyulmur.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci i l tarixli 10/6135 nömrəli ekspert rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 dövlət qeydiyyat saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks y erquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında mövcud olan uyğunsuzluqlar (sürüşmələr), “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin y aradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacaqdır.

8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-1687/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin təmin edilməməsi, İddiaçı 50 manat ekspertiza xərcinə görə pulun tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kada str məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan büt ün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olduğu bildirilmişdir. İddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçınınn cavabdehlərə qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin və üzərində aparılmış tikililərin sökülməsi və məhkəmə xərcinə dair iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir.

11. Biri nci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.4, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərdiyi xüsusatları obyektiv, hərtərəfli araşdırmamış, buna subyektiv yanaşaraq onun iddiasını təmin etməy ərək “şəxsi mülkiyyətində olan torpaq sahəsi sürüşmüşdür deyə” qətnaməsi ilə rədd etməklə çox absurd qərar qəbul etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 1995-96-cı illərdə Ulu Öndərin “Torpaq islahatlarının aparılması ilə əlaqədar” müvafiq qərarına əsasən sovxoz üzvləri kimi onun ailəsinə, atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə Saray-Maştağa qəsəbəsi arasında olan torpaq sahəsindən onlara 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0,0378 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşdirilmişdir. Lakin şəxsi mülkiyyətindən qüvvədə olan qanunvericili yin tələbinə əsasən sərbəst surətdə imkan verilməmiş, bütün şəxsi mülkiyyət hüquqları adlarını göstərdiyi şəxslər tərəfindən tam məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh Yusif İmanov qanunsuz zəbt etdiyi 0,0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh2 tərəfindən isə 0,0378 ha torpaq sahəsindən özbaşına tikinti işləri aparmışdır. Ailəlikcə bütün səylərinə baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, qanuni tələblərinə məhəl belə qoyulmur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024- cü il tarixli 3-16-16/2-10/6830 №li ekspert rəyi ilə Dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 Dövlət qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu layihəsinə əsasən və faktiki istifadə və ziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. 16. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elek tron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Plan”ı hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-88/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) iddiaçınınn apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilk növbədə cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut etməli olduğu halda Mülki Məcəllənin 157.2 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə əsasən bu halı sübut edə bilməmişdir. Əksinə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 Dövlət qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahə sinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

20. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə ist inad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

21. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dar yeni qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən iddia ərizəsində göstərdiyi xüsusatlar obyektiv, hərtərəfli araşdırılmamış, buna başdansovdu subyektiv yanaşılaraq onun iddiası təmin edilməyərək “şəxsi mülkiyyətində olan torpaq sahəsi sürüşmüşdür deyə” cavab verilmiş, iddiası rədd edilməklıə çox absurd qərar qəbul edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsiylə birlikd ə yaşayır. 1995-96-cı illərdə Ulu Öndərin “Torpaq islahatlarının aparılması ilə əlaqədar” müvafiq qərarına əsasən savxoz üzvləri kimi onun ailəsinə, atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə Saray-Maştağa qəsəbəsi arasında olan torpaq sahəsindən onlara 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0,0378 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşdirilmişdir. Lakin şəxsi mülkiyyətindən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sərbəst surətdə istifadə və sahiblik etməsinə imkan verilməmiş, bütün şəxsi mülkiyyət hüquqları cavabdehlər tərəfindən tam məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh Yunis İmanov qanunsuz zəb t etdiyi 0,0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh2 tərəfindən isə 0,0378 ha torpaq sahəsindən özbaşına tikinti işləri aparmışdır. Bütün səylərinə baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, onların qanuni tələblərinə məhəl belə qoyulmur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

23. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

25. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərə ncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

26. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquq i cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

33. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sa həsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

34. Maddə 83 (1-ci hissə).Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.

35. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

36. Maddə 84 (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

37. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zə bt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

48. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv ara şdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

56. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdeh Yunis İmanovun qanunsuz zəbt etdiyi kənd təsərrüfatı təyinatlı 0,0378 ha torpaq sahəsinin 0,02 ha hissəsindən, Cavabdeh2 özbaşına zəbt etdiyi 0,0378 ha torpaq sahəsindən çıxarılması və özbaşına aparılmış qeyri-qanuni tikililərin hər ikisinin hesabına sökülməsi, hər iki cavabdehdən müştərək qaydada məhkəmə, hüquqi məsləhət, sənədlərin toplanması tərtibi, nəqliyyat və s. xərclər üçün 500 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

57. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, iddiaçının ilk növbədə cavabdehin çıxar ılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut etməli olduğu halda Mülki Məcəllənin 157.2 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə əsasən bu halı sübut edə bilmədiyini, əksinə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının, xx.xx.2020-ci il tarixli, **********46 Dövlət qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məluma t bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmasının müəyyən edilməsini qeyd edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

58. Məhkəmə kollegiyası işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddiaçıya məxsus torpaq sahəsinin ca vabdehlərin qanunsuz istifadəsində olduğunun öz təsdiqini tapmaması ilə bağlı məhkəmələrin gəldikləri nəticə ilə aşağıdakılara əsasən razılaşmır.

59. Belə ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub-olunmaması, istifadə olunursa hansı hissədə istifadə olunması, habelə iddiaçılara aid torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edilib-edilməməsi, o cümlədən iddiaçının və cavabdehlərin mülkiyyətində və sahibliyində olan torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi, torpaq sahələrinin sənəd üzrə, həmçinin naturada üst-üstə düşübdüşməməsi və s. ilə bağlı sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək müvafiq rəylər alın mışdır.

60. Lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizsı üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli 10/6135 nömrəli rəydə, iddiaçının xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, həmçinin xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında u yğunsuzluqlar (sürüşmələr) mövcud olması göstərilmiş, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacağı qeyd olunmuşdur.

61. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizsı üzrə Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/6830 №li ekspert rəyində, iddiaçının xx.xx.2019cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları və xx.xx.2020-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerlə şən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılmasının mümkün olmaması qeyd edilmişdir.

62. Hər iki ekspert rəyində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsini n tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Plan”ının hazırlanması göstərilmiş, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı bildirilmişdir.

63. Göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub-olunmaması, istifadə olunursa hansı hissədə istifadə olunması, habelə iddiaçıya aid torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı tikilinin inşa edilib-edilməməsi, o cümlədən iddiaçının və cavabdehlərin mülkiyyətində və sahibliyində olan torpaq sahələrinin naturada üst-üstə düşüb-düşməməsi ilə bağlı suallara cavab verilməmişdir. Ekspert rəylərində qeyd olunan suallara cavab verilməməsinin səbəbi, ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alınması ilə izah olunmuş, hazırki vaxtda qərardadda qoyulmuş sualların cav ablandırılmasının mümkün olmadığı göstərilmişdir.

64. Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, cavabdehlərin mülkiyyətində və sahibliyində olan torpaq sahələrinin sərhədlərinin ölçüləri ilə faktiki istifadələrində olan torpaq sahəsinin ölçüləri arasında fərqin, eyni zamanda sənəd üzrə və naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqinin, həm də coğrafi yerləşməsində uyğunsuzluğun olub-olmamasını, yəni sənədlərə uyğun olaraq torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməməsi və torpaq sahələrinin planı və ölçüsünə uyğun olub-olmamasının ekspertlər tərəfindən cavablandırılmamasını nəzərə almadan, iddiaçının iddia əriz əsində sökülməsini tələb etdiyi tikililərin nə vaxt inşa edilməsini və iddiaçıya aid torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmədən, qeyri-müəyyən olmaqla, verilmiş əksər sualları cavablandırmamış ekspert rəylərinə düzgün hüquqi qiymət verməmiş, eyni zamanda ekspert rəylərində qeyd olunan qeyri-müəyyənliyin hansı müddətə qədər davam edəcəyini araşdırmadan, subyektiv mülahizələrə əsaslanmaqla iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.

65. Bu halda iddianı rədd edərkən məhkəmələr həmçinin ekspert rəylərində qeyd olunan, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikd ən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı barədə fikirləri nəzərə almamaqla, iddiaçını gələcəkdə eyni cavabdehlərə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaqla bağlı prosessual imkandan da məhrum etmişlər. (MPM-nin 233.3-cü maddəsi)

66. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri).

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

68. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

69. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şik ayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

70. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddə sinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

71. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

72. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilm əsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

73. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

74. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edi lən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-88/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar