Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3745/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh, X13 və X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində N cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3745/2023 (Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikililərin sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı X2 cavabdehlər Cavabdeh, X13 və X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində N cəlb edilməklə) qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-841/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışından görünür ki, Hökməli bələdiyyəsinin alqı-satqı predmeti olan 0,05 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) məqsədli təyinatlı ərazinin yer quruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə, uzun müddət istifadəsində olan və beş ildən çox Hökməli qəsəbəsində qeydiyyatda olan İddiaçı (bundan sonra – iddiaçı) satılmış və onun tərəfindən "xxxx" ASC-nin Abşeron filialındakı **********0001 saylı hesabına 450 manat haqq ödənilmişdir.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 08 iyul 2009-cu il tarixli, A № 208239 saylı, 12530 nömrəli X15 və ölçüsündən görünür ki, X15 və ölçüsü Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2009cu il tari xli, 05\21 nömrəli qərarı ilə iddiaçıya mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.
3. İddiaçı Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa əsasən ona məxsus Höküməli qəsəbəsindəki 0,05 ha torpaq sahəsinə sərəncam verilməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və s hərəkətləri etməyə dair Cavabdeh 50 il müddətinə xx.xx.2009-cu il tarixli baş etibarnamə vermişdir. Həmin etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. (iş v. 61)
4. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 1235 saylı arayışdan görünür ki, Cavabdeh Hökməli qəsəbə Yeni yaşayış massivi küçəsində ailə üzvləri həyat yoldaşı-Baxşıyeva Məsməxanım və oğlu-X13 ilə birlikdə qeydiyyatsız yaşayır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsindən Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunur və həmin torpaq sahəsində tikili (yaşayış evi) mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə v ə 3-cü şəxslərin onun alqı-satqı qaydasında əldə etdiyi mübahisəli torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülməklə torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət istifadəsində olmuş mübahisəli torpaq sahəsini Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair akta əsasən ödəniş edərək almış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 03 iyun 2009-cu il tarixli rəyinə əsasən Abşeron rayonu, X3 Planından çıxarış və “X15 və Ölçüsünü” almışdır. Ca vabdeh və onun ailə üzvləri və cavabdehin icazəsi ilə 3-cü şəxs isə mübahisəli torpaq sahəsinə qanunsuz olaraq daxil olaraq orada 2 mərtəbəli özbaşına ev inşa etmişlər. Cavabdeh və onun ailə üzvləri və 3-cü şəxs iddiaçının hüququnu pozmaqla iddiaçıya məxsus torpaq sahəsindən və üzərində olan 2 mərtəbəli özbaşına inşa edimiş evdən əsassız istifadə edirlər və həmin torpaq sahəsindən çıxmaqdan açıq-aşkar imtina edirlər. Beləliklə də iddiaçı özünə məxsus olan torpaq sahəsindən faktiki istifadə etmək imkanından məhrum olunmuşdur.
8. Cavabdeh iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, torpaq sahəsinin sənədləri iddiaçının adına olsa da, bələdiyyə digər şəxslər onu aldadaraq torpağa görə 5000 ABŞ dolları pulunu mənimsəmiş, iddiaçı ona torpağa dair etibarnamə vermişdir. Odur ki, o, iddianı n təmin edilməməsini xahiş etmişdir.
9. Üçüncü şəxs Abşeron Rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə iclasında bildirdi ki, İddiaçı Abşeron rayonu, X9 Bələdiyyəsinə aid sahədə uzun müddət istifadəsində olmuş 0,05 ha torpaq sahəsini Abşeron rayonu, Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli, 05 saylı iclasının protokolundan 21 saylı çıxarışa və torpaqların alqı-satqısına dair“ akta əsasən ödəniş edərək almış və torpaq sahəsi qanuni əsaslarla iddiaçıya verilmişdir. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır.
10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1948/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbayca n Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisi cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 10/6692 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********678 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin Cavabdeh və cavabdehin ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur.
12. Birinci instansiya məhkəməsinin 2(012)-1948/2022 nömrəli, 12 dekabr 2022ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh və onun ailə üzvləri iddiaçının alqı-satqı qaydasında əldə etdiyi mübahisəli torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir.
13. Məhkəmə kollegiyası qərarını belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən ödəniş edilərək alınmışdır. Eyni zamanda, X15 və ölçüsüdə iddiaçının adına verilmişdir. Lakin, məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehlərin iddiaçıya ay rılan 0,05 ha torpaq sahəsindən istifadə etmələrinin hüquqi əsasları ilə bağlı heç bir rəsmi sənəd müəyyən edilməmişdir. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur və həmin ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********678 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus mübahisəli torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri tərəfindən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur. Beləliklə, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin cavabdeh və onun ailə üzvləri tərəfi ndən tam olaraq faktiki istifadə olunduğu və həmin torpaq sahəsində tikilinin (yaşayış evi) mövcud olduğu işin faktiki halları ilə, həmçinin mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hal-hazırda cavabdeh və onun ailə üzvlərinin özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq və ondan istifadə etmək hüququnu pozur.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 158.4, 164.1, 164.2, 165.1, 180.1, 180.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər Cavabdeh və X14 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
16. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, **********96 saylı cavab məktubunu və eyni zamanda 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********32 saylı etirazın surəti təqdim edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən hər iki sənəddə göstərilmişdir ki, aparılan araşdırma zamanı, Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli qərarı ilə 0,05 ha torpaq sahəsinin iddiaçıya bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa idarənin elektron bazasında əsasən iddiaçıya sözügedən torpaq sahəsinə dair ləğv edilmiş DT və XT tərəfindən verilmiş **********1099 saylı X15 və ölçüsü tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin plan və ölçüdəki döngə koordinatları ilə göstərilən torpaq sahəsinin faktiki vəziyyətdəki torpaq sahəsindən fərqli olduğu aşkar edilmişdir. Əlavə olaraq sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı torpaqlara aid olması müəyyən edilmişdir. Bundan başqa, iddiaçı iddia tələbinə dair sənədlərin əslini mə hkəməyə təqdim edə bilməmişdir, məhkəmə yalnız sənəd surətlərinə istinad etmişdir, sənəd surətlərindən isə görünür ki, mübahisəli torpaq sahəsi Hökməli Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini üçüncü şəxs kimi işə cəlb etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ilk növbədə bu kimi iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır.
17. Cavabdeh və nümayəndəsi həmçinin məhkəməyə yazılı mülahizə təqdim edərək, göstərmişdirlər ki, cavabdehlər torpaq sahəsini özbaşına zəbt etməmiş, iddiaçı ilə şifahi əqd bağlayaraq hə min torpaq sahəsi üçün 5000 ABŞ dolları məbləğində pul ödədikdən sonra orda ev inşa etməyə başlamış, ev 2007-ci ildə hazır olduğundan "xxxx"ASC xx.xx.2007-ci ildə abonent Zakir Baxşiyevin adına sayğac quraşdırmış, bundan sonra iddiaçı həmin torpaq sahəsinə dair Höküməli Bələdiyyəsindən müvafiq sənədləri alaraq cavabdehə təqdim etmiş və cavabdehə həmin torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixdə 50 il müddətinə etibarnamə vermişdir. 2017-ci ildə həmin ev qaz xəttinə qoşulmuşdur.2007-ci ildən 2020-ci il tarixədək iddiaçının cavabdehlərə qarşı hər hansı iddiası və tələbi olmamış, cavabdeh həmin torpaq sahəsinə dair çıxarış alınması üçün 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək imtina cavabı almış və hesab etmişdir ki, iddiaçı onu aldatmışdır. Buna görə də, iddiaçıya ödədiyi 5000 ABŞ dolları pulu və 34560 manat evin tikilməsinə xərclədiyi pulun qaytarılmasını iddiaçıdan tələb etmiş, iddiaçı isə Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, cavabdehin torpaq sahəsindən çıxarılması və ya 21.000 manat pulun ödənilməsini tələb etmiş, cinayət işinin başlanması rədd edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-841/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası iş materiallarına və ekspert rəyinə əsasən qeyd etmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 500 kv.m. olan torpaq sahəsinin Cavabdeh, cavabdehin həyat yoldaşı Məsməxanım Baxşıyeva və cavabdehin oğlu X14 tərəfindən tam olaraq faktiki istifadə olunduğundan iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinə cavabdehlərin hər hansı bir hüququ yoxdur, onların həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunduğundan və hüquqlarını pozduğundan, cavabdehlərin torpaq sahəsindən çıxarılmalarına və həmin torpaq sahəsində inşa edilmiş tikillərin cavabdehlərin öz hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
20. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin iddiaçının hazırki iddianı verməyə subyektiv hüququnun olmaması barədə dəlill ərini əsassız sayaraq ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-nin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktiki sahibi sahiblikdən özbaşına məhrum edilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Göründüyü kimi, torpaq sahəsinin faktiki sahibinin sahiblikdən özbaşına məhrum edilmə və ya sahibliyin pozulması barədə iddia verməsi bilavasitə onun sahibliyinin dövlət qeydiyyatı ilə şərtləndirilmir. İddiaçının mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə də, onun qeyd olunan torpağa dair “qanuni gözləntihüququ var, cavabdehlər is ə mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquq əldə etməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının hazırki iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olduğu qənaətinə gəlmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə qüvvədə olan bələdiyyə qərarı vardır və həmin qərarın qanuniliyinin yoxlanılması hazırkı iş üzrə araşdırma predmeti deyildir. İnzibati orqan olan bələdiyyənin qərarının ləğvi və ya etibarsızlığı ilə bağlı mübahisələrə inzibati icraat qaydasında müvafiq inzibati məhkəmələr tərəfindən baxılır ki, həmin qərarın ləğv və ya etibarsız hesab edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarının yaşayış ev inin tikilməsi məqsədilə istifadəsi də qanunvericilikdə nəzərdə tutulmamışdır.
22. Cavabdeh tərəf mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən cavabdehə xx.xx.2009-cu il tarixdə verilmiş etibarnaməyə istinad edərək əslində bu cür rəsmiləşdirmə aparmaqla mübahisəli torpaq sahəsini aldıqlarını bildirmişdir. Həmçinin bildirmişdir ki, etibarnamə verilməsəydi orada ev tikilməzdi. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mübahisəli torpaq sahəsi isə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçını n həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmamışdır. Etibarnamə isə alqı-satqı müqaviləsi deyil, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Etibarnamənin verilməsi ilə bağlı iddiaçı tərəf bildirmişdir ki, həmin etibarnamə ilə cavabdeh mübahisəli torpaq sahəsinə dair iddiaçının adına çıxarış aldıqdan sonra aralarında alqı-satqı müqaviləsi bağlanmalı idi. Çıxarış alınmadığı üçün alğı-satqı baş tutmamış, cavabdeh tərəf iddiaçıya heç bir pul vəsaiti ödəməmişdir. Həmin torpaq sahəsinə iddiaçı vaxtaşırı baxış keçirə bilmədiyi üçün cavabdehlərin həmin torpaq sahəsində ev tikdiyini bilməmişdir. Göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakla bağlı etibarlı müqavilə münasibəti olmamışdır. Cavabdeh tərəf isə mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etmədən onun üzərində özbaşına tikili inşa etmişdir.
23. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 158.4, 164.1, 164.2, 165.1,166.3, 180.1,180.2, 180.3,180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 111-ci maddələrinə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 9.1 və 9.8-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4,384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
25. Şikayət bel ə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi aydınlaşdırmamışdır ki, Hökməli Bələdiyyəsi iddiaçıya satdığı torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmuşdurmu, satılan torpaq sahəsinin hüququ statusu nədir, fərdi yaşayış evləri üçün nəzərdə tutulan torpaq sahəsidir yoxsa kənd təsərrüfatı təyinatlı əkin yerimi və ya örüş yeridirmi. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqların fərdi yaşayış evinin inşası üçün satılması qəti qadağandır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fə rmanının 2-ci bəndinə əsasən torpaqların bir kateqoriyadan digərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında keçirilir. Abşeron rayonu Hökməli Bələdiyyəsinin 27 may 2009-cu il tarixli qərarı ilə 0,05 ha torpaq sahəsinin iddiaçıya bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi, plan və ölçüdəki döngə koordinatlar ilə göstərilən torpaq sahəsinin faktiki vəziyyətdəki torpaq sahəsindən fərqli olduğu aşkar edildiyi və sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı torpaqlara aid olması, lakin bundan fərli olaraq iddiaçıya satılan torpaq sahəsi isə fərdi yaşayış evləri üçün nəzərdə tutulan torpaq sahəsi olduğuna və qey d olunan qərarda göstərildiyi kimi qanunla müəyyən olunmuş qaydaya riayət edilmədiyinə görə iddiaçı başqa şəxslərdən hazır ki iş üzrə cavabdehlərdən torpaq sahəsindən çıxarılma və tikililər sökülməklə torpağın əvvəlki vəziyyətə qaytarılmasına dair tələb irəli sürmək hüququna sahib deyildir. Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq tədbirləri seçilməlidir. Bunun üçün ilk növbədə həmin sənədlərin əsilləri tələb edilməlidir. Apellyasiya instansiya məhkəməsi isə işə baxarkən torpaq sahəsinin hüququ statusunu müəyyən etməmişdir və torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənədlərin əslini tələb etməyərək qeyri-mötəbər, ziddiyyətli subutlara istinadən qətnamə çıxarmışdır. xx.xx.2022-ci il tari xli mütəxəssis rəyinin 4 saylı Abşeron ərazi İdarəsinin mütəxəssisi və ya “Kadastr və Yer quruluşu Layihə-Tədqiqat MərkəziMMC-nin mütəxəssisi tərəfindən verildiyinə dair qətnamədə ziddiyyətli məqamlar movcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurma q məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
29. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquql arı istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
34. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
35. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə p ozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin.
36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
37. Ma ddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olm ayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
47. Məhkəmə kollegiyası cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi və orada qanunsuz tikinti aparması ilə bağlı məhkəmələrin qənaət ilə aşağıdakılara əsasən razılaşmır.
48. Belə ki, məhkəmələrə təqdim edilmiş 18 iyun 2009-cu il tarixli etibarnamədən, 4 saylı Abşeron Ərazi İdarəsinin məktublarından, evə elektrik enerjisi və qazın verilməsi barədə sənədlərdən, Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əks olunan tərəflərin izahatlarından və məhkəmə iclaslarında aparılmış araşdırmalar dan görünür ki, cavabdeh iddiaçıya Bələdiyyə tərəfindən satılmış 0,05 ha torpaq sahəsini özbaşına zəbt etməmişdir. Onu həmin torpaq sahəsinə iddiaçı özü buraxmış və 18 iyun 2009-cu il tarixdə etibarnamə verərək ona 50 il ərzində 0,05 ha torpaq sahəsinə sərəncam vermək, alqı-satqı aparmaq və s. barədə səlahiyyətlər vermiş və cavabdeh də etibarnamə ilə ona verilən bu səlahiyyətlərdən istifadə edərək torpaq sahəsinə sahiblik etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Sonradan cavabdehin həmin torpaq sahəsinə iddiaçının adına çıxarış alınması barədə müraciətinə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılmaması səbəbindən inzibati orqan tərəfindən imtina verilməsi nəticəsində onlar arasında olan münasibət pozulmuş və iddiaçı etibarnaməni ləğv etdirmişdir.
49. Məhkəmələ r isə onlara təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları ilə bağlı ətraflı araşdırma aparmamış, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi, həmin ünvanda cavabdehin icazəsiz ev inşa etməsi və uzun müddət orada ailəsi ilə birgə yaşamasından iddiaçının məlumatlı olmaması barədə düzgün olmayan qənaətə gəlməklə, iş üzrə istinad etdikləri maddi hüquq normalarını da düzün tətbiq etməmişdirlər.
50. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin mübahisələndirilən torpaq sahəsinə dair əqdi, yəni etibarnamə ilə satışı qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olmasa da etibarnamə ləğv edilənə kimi, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması iddiaçı tərəfindən mübahisələndirməmiş, həmin evin tikilməsinə, cavabdehin orada ailəsi ilə ev ti kərək yaşamasına etiraz etməmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlə qarşılıqlı razılıq əsasında etibarnamə ilə verdiyi səlahiyyətlər həddində mübahisəli torpaq sahəsinə sahiblik etməsinə, həmçinin həmin torpaq sahəsində inşa edilən evin iddiaçının razılığı ilə (etibarnamə ilə verilmiş səlahiyyətlər şərçivəsində) cavabdehin vəsaiti hesabına tikilməsinə baxmayaraq, cavabdehlərin torpaq sahəsindən məcburi çıxarılması və evin cavabdehin vəsaiti hesabına sökülməli olmasına dair nəticəsini hüquqi cəhətdən düzgün əsaslandırmamış, cavabdehin iddiaya olan etirazının dəlillərinə, yəni, torpağa görə cavabdehə pul ödənilməsi, evin inşa edilməsinə vəsait xərclənməsi ilə bağlı heç bir araşdırma aparmamışdır.
52. Məhkəmə kollegiyası qeyd e dir ki, iddiaçı xx.xx.2009-cu il tarixli etibarnamə əsasında cavabdeh faktiki olaraq sahibliyinə və istifadəsinə verdiyi torpaq sahəsində cavabdehin ev tikib, uzun müddət ailəsi ilə yaşadıqdan sonra həmin etibarnaməni ləğv etməklə faktiki olaraq cavabdehin satın aldığı torpağa və vəsait xərcləyərək inşa etdiyi evinə etibarnamə əsasında olan hüquqlarına xitam verməsi və hər hansı kompensasiya ödəmədən torpaq sahəsinin geri qaytarılması və tikilinin sökülməsini tələb etməsi barədə hərəkətlərinin hüquqdan sui-istifadə olmasına, iddianın bu qaydada təmin edilməsinin cavabdehin maddi cəhətdən ziyana düşməsinə səbəb olacağına apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
53. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq mü nasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
54. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 d ekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
56. Oxşar mövqe X12 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur.
57. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli sahəyə daxil olması, orada ev tikib yaşaması, uzun illər həmin sahədən və evdən təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü də müzakirə etməmişdir. Belə ki, həmin normaya əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdı rmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.
59. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli 2(105)841/23 saylı qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.