Məhkəmə qərarları › İş №2(105)-88/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-88/2024

21.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-88/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-1687/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin və üzərində aparılmış tikililərin sökülməsinə dair iddia tələbi təmin edilməməsi, İddiaçı 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin X1nin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X5 qanunsuz zəbt etdiyi kənd təsərrüfatı təyinatlı 0.0378 ha.dan torpaq sahəsinin 0.02 ha., Cavabdeh2 tərəfindən 0.0378 ha torpaq sahəsindən özbaşına zəbt etdiyi sahədən çıxarılması və özbaşına aparılmış qeyri-qanuni tikililərin hər ikisinin hesabına sökülməsi, hər iki cavabdehdən müştərək qaydada məhkəmə, hüquqi məsləhət, sənədlərin toplanması tərtibi, nəqliyyat və s. xərclər üçün 500 (beş yüz) manat tələb edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər X5, Cavabdeh2 tərəfindən Abşeron rayonu, Saray-Masazır qəsəbəsi arasında, Bakı-Maştağa avtomobil yolunun kənarında yerləşən iddiaçının şəxsi mülkiyyətində olan 0.0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 tərəfindən 0.0378 ha-dan 0.02 ha-nı, Cavabdeh2 0.0378 ha sahəsini zəbt edərək onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 1995-96-cı illərdə Ulu Öndərin “Torpaq islahatlarının aparılması ilə əlaqədar” müvafiq qərarına əsasən sovxoz üzvləri kimi onların ailəsinə, atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə Saray-Maştağa qəsəbəsi arasında olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0.0378 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşdirilmişdir. Lakin şəxsi mülkiyyətindən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sərbəst surətdə imkan verilməmiş, bütün şəxsi mülkiyyət hüquqları cavabdehlər tərəfindən tam məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh X5 qanunsuz zəbt etdiyi 0.0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh2 tərəfindən isə 0.0378 ha torpaq sahəsindən özbaşına tikinti işləri aparmışdır. Bütün səylərinə baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, onların qanuni tələblərinə məhəl belə qoyulmur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əhmədov X2 Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərdiyi xüsusatları obyektiv, hərtərəfli araşdırmamış, buna başdansovdu subyektiv yanaşaraq onun iddiasını təmin etməyərək “şəxsi mülkiyyətində olan torpaq sahəsi sürüşmüşdür deyə” 2(012)-1687/2022 nömrəli mülki iş üzrə özünün xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd etməklə çox absurt qərar qəbul etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsiylə birlikdə yaşayır. 1995-96-cı illərdə Ulu Öndərin “Torpaq islahatlarının aparılması ilə əlaqədar” müvafiq qərarına əsasən savxoz üzvləri kimi onun ailəsinə, atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə Saray–Maştağa qəsəbəsi arasında olan torpaq sahəsindən onlara 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0.0378 ha torpaq sahəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşdirilmişdir. Lakin şəxsi mülkiyyətindən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sərbəst surətdə imkan verilməmiş, bütün şəxsi mülkiyyət hüquqları adlarını göstərdiyi şəxslər tərəfindən tam məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh, X5 qanunsuz zəbt etdiyi 0.0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh2 tərəfindən isə 0.0378 ha torpaq sahəsindən özbaşına tikinti işləri aparmışdır. Ailəlikcə bütün səylərinə baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, qanuni tələblərinə məhəl belə qoyulmur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçıya məxsus sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün olmadığı müəyyən edilərək iddia tələbi təmin edilməmiş, iddiaçı həmin nəticədən narazı qalaraq apellyasiya qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0378 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/6830 №li ekspert rəyi ilə Dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi erazisində yerləşən 0.02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 Dövlət qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat pazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Göründüyü kimi iddiaçı ilk növbədə cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut etməli olduğu halda Mülki Məcəllənin 157.2. və Mülki Prosessual Məcəllənin 77.1. maddələrinə əsasən bu halı sübut edə bilməmişdir. Əksinə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi erazisində yerləşən 0.02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 Dövlət qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Hazırda həmin ərazidə aparılmış yerquruluşu ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsi proseduru tam yekunlaşdırılmamışdır. Bu səbəbdən də məhz məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, bu iddianın rədd edilməsi xəritələşmə başa çatdıqdan sonra iddiaçıya ona məxsus torpaq sahəsini zəbt etmiş şəxsə qarşı iddia qaldırmaq hüququnu istisna etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar