Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1687/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh2 və məhkəmənin əvvəlki iclasında cavabdeh X2 vəkili- nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X6 qanunsuz zəbt etdiyi kənd təsərrüfatı təyinatlı 0.0378 ha-dan torpaq sahəsinin 0.02 ha-nı, Cavabdeh2 tərəfindən 0.0378 ha torpaq sahəsindən özbaşına zəbt etdiyi sahədən çıxarılması və özbaşına aparılmış qeyri-qanuni tikililərin hər ikisinin hesabına sökülməsi, hər iki cavabdehdən müştərək qaydada məhkəmə, hüquqi məsləhət, sənədlərin toplanması tərtibi, nəqliyyat və s. xərclər üçün 500 (beş yüz) manat tələb edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər X6, Cavabdeh2 tərəfindən Abşeron rayonu, Saray-Masazır qəsəbəsi arasında, Bakı-Maştağa avtomobil yolunun kənarında yerləşən iddiaçının şəxsi mülkiyyətində olan 0.0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 tərəfindən 0.0378 ha-dan 0.02 ha-nı, Cavabdeh2 0.0378 ha sahəsini zəbt edərək onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 1995-96-cı illərdə Ulu Öndərin “Torpaq islahatlarının aparılması ilə əlaqədar” müvafiq qərarına əsasən sovxoz üzvləri kimi onların ailəsinə, atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə Saray-Maştağa qəsəbəsi arasında olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0.0378 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşdirilmişdir. Lakin şəxsi mülkiyyətindən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sərbəst surətdə imkan verilməmiş, bütün şəxsi mülkiyyət hüquqları cavabdehlər tərəfindən tam məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh X6 qanunsuz zəbt etdiyi 0.0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh2 tərəfindən isə 0.0378 ha torpaq sahəsindən özbaşına tikinti işləri aparmışdır. Bütün səylərinə baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, onların qanuni tələblərinə məhəl belə qoyulmur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı nümayəndəsi iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 10 oktyabr 2022-ci il tarixli, 10/6135 nömrəli ekspert rəyində öz əksini tapmışdır. Yəni İddiaçı mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə, faktiki istifadə etdiyi torpaq sahələrinin yeri dəqiq müəyyən deyildir. Bundan başqa, onların tikinti apardıqları zaman iddiaçı tərəfindən onlara etiraz olunmamışdır. Onu da qeyd edir ki, apardığı tikinti özbaşına tikintidir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər cavabdeh X2 vəkili-nümayəndəsi iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirmişdir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı mülkiyyətində olan xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli X5 rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi və xx.xx.2020-ci il tarixli, **********46 dövlət qeydiyyat saylı X5 rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur və bu hal iş materiallarına əlavə olunmuş 10 oktyabr 2022-ci il tarixli, 10/6135 nömrəli ekspert rəyində öz əksini tapmışdır. Yəni İddiaçı mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə, faktiki istifadə etdiyi torpaq sahələrinin yeri dəqiq müəyyən deyildir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mühəndisi Azər Əhmədov izahatında bildirdi ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları vardır. Belə ki, vətəndaşlara Dövlət Aktı əsasında pay kimi verilmiş kənd təsərrüfatı təyinatlı torpaqların naturada koordinatları müəyyən edilməklə, aralarında paylarına uyğun bölünmüşdür. Dövlət aktına əsasən onlara verilmiş torpaq sahələri alqısatqı əsasında digər şəxslərə satılırdı. 2006-cı ildən sonra vətəndaşlara torpaq sahələrinə dair çıxarış və plan ölçü verilirdi. Torpaq sahələrinə dair verilən dövlət aktlarına əsasən torpaq sahələrinin koordinatlarını müəyyən etmək mümkün olmur. Çünki qeyri-qanuni tikililər buna imkan vermir. Hazırki vəziyyətdə sürüşməni müəyyən ütmək mümkün olmur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0378 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,032 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1687/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 10/6135 nömrəli ekspert rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli Çıxarışlara əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 dövlət qeydiyyat saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında mövcud olan uyğunsuzluqlar (sürüşmələr), "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı X6 qanunsuz zəbt etdiyi kənd təsərrüfatı təyinatlı 0.0378 ha-dan torpaq sahəsinin 0.02 ha-nı, Cavabdeh2 tərəfindən 0.0378 ha torpaq sahəsindən özbaşına zəbt etdiyi sahədən çıxarılması və özbaşına aparılmış qeyri-qanuni tikililərin hər ikisinin hesabına sökülməsi, hər iki cavabdehdən müştərək qaydada məhkəmə, hüquqi məsləhət, sənədlərin toplanması tərtibi, nəqliyyat və s. xərclər üçün 500 (beş yüz) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli Çıxarışlara əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 dövlət qeydiyyat saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında mövcud olan uyğunsuzluqlar (sürüşmələr), "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacaqdır. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçıya məxsus torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planf'na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olduğu bildirilmişdir.Göründüyü kimi hələ iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir.Ona görə də, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin və üzərində aparılmış tikililərin sökülməsi və məhkəmə xərcinə dair iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci və 95 manat mütəxəssisə iddiaçı tərəfindən rəy verilməsi üçün ödənilmiş məhkəmə xərci vardır ki, iddia təmin edilmədiyindən həmin məbləğlər İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin və üzərində aparılmış tikililərin sökülməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1687/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1687/2022
05.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver