Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1699/2025 12.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə müdaxilənin qadağan olunması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən onun mülkiyyətindəki torpaq sahəsinin 0,0007 ha hissəsindən Cavabdeh istifadə və müdaxilə etməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********68 reyestr nömrəli çıxarışa əsasən 0,130585 ha torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh heç bir qanuni əsas olmadan onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə edir. Bu barədə Abşeron rayon Polis İdarəsinə şikayət etsə də, baş təhqiqatçı tərəfindən 04 oktyabr 2022-ci il tarixli qararla ərizə əsasinda toplanmış material üzrə araşdırma aparılmış, mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmişdir. DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 1584 sayli məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi daş hasarın daxilində yerləşir, həmin torpaq sahəsinin 0,0007 ha hissəsi başqa şəxs tərəfindən hasara alınaraq istifadə olunur. Halbuki cavabdehə xx.xx.2019-cu ildə bölgüeskiz əsasında 0,0053 ha torpaq sahəsi verilmişdir. Cavabdeh isə ona məxsus əmlaka müdaxilə edir və onun mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən onun mülkiyyətindəki torpaq sahəsinin 0,0007 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş hasarın onun öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və onun təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,130585 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2019-cu il tarixli, A 353101 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan A 373224 saylı, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,02 ha torpaq sahəsi mövcuddur. İşdə olan Abşeron rayon Pİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X.Y.Rüstəmovun 04 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 1584 saylı məktubundan görünür ki, texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi daş hasarın daxilində yerləşir, həmçinin torpaq sahəsinin 0,0007 ha hissəsi başqa şəxs tərəfindən hasara alınaraq, onun istifadəsindədir. İşdə olan xx.xx.2019-cu il tarixli torpaq sahələrinin bölgü eskizindən görünür ki, Cavabdeh məxsus 0.0053 ha torpaq sahəsi İddiaçı mülkiyyətindəki torpaq sahəsinin şimal-qərbində yerləşir. İş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.130585 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, 373224 saylı, xx.xx.2019-cu il tarixli **********67 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh məxsus 0.02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, məhkəmə tərəfindən qoyulmuş sualların çavablandırılması mümkün olacaqdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4576 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.130585 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, 373224 saylı, xx.xx.2019-cu il tarixli **********67 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh məxsus 0.02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, məhkəmə tərəfindən qoyulmuş sualların çavablandırılması mümkün olacaqdır. İş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.130585 ha torpaq sahəsinin 0.009 ha hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, lakin **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə (Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işlərindən sonra) xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı aradan qaldırılmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan-ölçü sənədinə düzəliş olunmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6089 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.130585 ha torpaq sahəsinin 0.009 ha hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, lakin **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə (Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işlərindən sonra) xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı aradan qaldırılmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan-ölçü sənədinə düzəliş olunmamışdır. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Bu maddənin dispozisiyasından göründüyü kimi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Lakin bunun üçün ilk növbədə zəbt faktı sübut olunmalıdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçının mülkiyyətindəki torpaq sahəsinin 0,0007 ha hissəsində Cavabdeh aid inşa edilmiş tikilinin yerləşib-yerləşməməsi, yerləşdiyi təqdirdə hansı həcmdə və hansı istiqamətdə yerləşməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.130585 ha torpaq sahəsinin 0.009 ha hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, lakin **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı sənəd üzrə (Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işlərindən sonra) xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı aradan qaldırılmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan-ölçü sənədinə düzəliş olunmamışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Torpaq Məcəlləsinin 43-cü maddəsinin 3-cü bəndinə görə yerquruluşu işləri torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini nəzərdə tutur. Aparılmış mütəxəssis tədqiqatı ilə müəyyən edilir ki, Cavabdeh qarşı iddiaçının hazırki iddia ilə çıxış etməsi əsassızdır. İşdən görünür ki hazırki iddianın qaldırılmasına əsas olmuş fakt-yəni İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üstüstə düşmə halı yerquruluşu işləri aparıldıqdan sonra aradan qaldırılmışdır. Beləliklə, iş materialları ilə tərəflər arasında hazırda faktiki mübahisənin olmadığı müəyyən olunur. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansı ki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Başqa sözlə, hazırki halda iddia tələbi əsaslı şübhələrdən kənar deyil və onun iddia edildiyi qaydada təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə zidd olardı. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatlarının xərci iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspert tədqiqatlarının ümumi dəyəri kimi 100 (50+50) manat pul iddiaçıdan tutularaq müvafiq bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis tədqiqatlarının xərci olan cəmi 190 (95+95) manat pul iddiaçının özünə aid edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspert tədqiqatlarının dəyəri kimi cəmi 100 (50+50) manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1699/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1699/2025
12.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver