Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1718/2022 07.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «inzibati tənbeh tədbirinə dair əmrin ləğv edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ona verilmş olduğu töhmət növündə intizam tənbehinə dair 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmrinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında bildirdi ki, İddiaçı 2014-cü il tarixindən "xxxx" MMC-də, 2020-ci ilin mart ayından isə həmin Cəmiyyətdə avtobus və yük avtomobilləri departamentinin servis müdiri vəzifəsində işləyir. İddiaçı işlədiyi müddət ərzində Cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə əsasən üzərinə qoyulmuş əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirmiş və bu müddət ərzində Cəmiyyət tərəfindən heç bir intizam tənbehinə cəlb edilməmişdir. Cavabdeh hüquqi şəxsin Baş direktoru Vahid Bağırovun 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmri ilə Cəmiyyətin avtobus və yük avtomobilləri departamentinin servis müdiri İddiaçı ilə "xxxx" MMC arasında 20 may 2014-cü il tarixdə bağlanmış X5 Haqqında Müqavilənin (Əmək Müqaviləsinə əlavə) müddəalarına uyğun olaraq ondan xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən dövrlərdə “gördüyü işlər haqqında” hesabat təqdim etməsi tələb edilərkən İddiaçı hər hansı hesabat verməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq, X7 Haqqında Müqavilənin (Əmək Müqaviləsinə əlavə) tələblərinə və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən “töhmət” verilsin” məzmununda töhmət verilmişdir. İddiaçı eyni hərəkətlər tərəfindən növbəti 06 (altı) ay ərzində təkrar olunarsa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi (sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilədə nəzərdə tutulmuşdursa aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək) veriləcəkdir. Əmrdə əmrin verilməsinə əsas avtobus və yük avtomobilləri departamentinin rəisi Etibar Quliyevin xx.xx.2021-ci il tarixli məlumatı və akt göstərilmişdir. Cavabdeh İddiaçı "gördüyü işlər haqqında" hesabat təqdim etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən “töhmət” verilməsinə dair 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmri qanunvericiliyin tələblərinin və iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Həmin əmr qərəzlidir, qanunsuzdur, əsassızdır və ədalətsizdir, ona görə də aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir. Cavabdeh qanunsuz olaraq iki ilə yaxındır ki, iddiaçını əmək funksiyalarımı icra etməkdən kənarlaşdırmışdır. Cavabdeh iddiaçını 2020-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi ardıcıl olaraq istifadə olunmamış məzuniyyətlərimi rəsmiləşdirərək məzuniyyətə göndərmişdir. 2021-ci ilin yanvar ayından etibarən cavabdeh aralarında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarının icrasından iddiaçını qanunsuz olaraq kənarlaşdırmışdır. Faktiki olaraq cavabdehin iddiaçıdan tələb etdiyi dövrdə (xx.xx.2021-xx.xx.2021) bütün səlahiyyətlərini əlindən aldığı halda iddiaçıdan hesabat tələb etmələri yalnız qərəzdir. Əmrdə isə qeyd edilir ki, “gördüyü işlər haqqında” hesabat təqdim etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən “töhmət” verilməsinə dair 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı qanunsuz, əsassız və qərəzli əmr imzalayır. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Amma cavabdeh xx.xx.2021-xx.xx.2021-ci ilin aylarına görə qanunsuz şəkildə müəyyən elədiyi xətaya görə 6 ay müddətini pozmaqla 9 aydan sonra intizam tənbehi tətbiq etmişdir ki, bu da ƏM-nin tələblərinə ziddir. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Cavabdeh isə 2021-ci ilin yanvar-may aylarında hesabat verməməkdə təqsirləndirərək iddiaçıya bir dəfə eyni motivlə xx.xx.2021-ci il tarixli AZT İR-1/230 saylı qanunsuz, əsassız və qərəzli əmri ilə intizam tənbehi vermişdir. Yenidən may-avqust aylarında hesabat verməməklə əlaqədar təkrar töhmət verməsi qanunvericiliyin tələblərinə ziddir, qanunsuzdur, əsassızdır. Cavabdehin iddiaçıya intizam xətasına görə vermiş olduğu xx.xx.2021-ci il tarixli, AZT İR-1/230 saylı qanunsuz, əsassız və qərəzli “töhmət” əmri iddia əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Ona görə də iddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə mediasiya təklifi ilə müraciət etmişdir. Cavabdeh təklifə cavab vermədiyinə görə ilkin mediasiyada iştirak məqsədilə Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru X1 qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehi xx.xx.2022-ci il tarixinə saat 12-00-a mediasiya sessiyasinda iştiraka dəvət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iş üzrə iddia müddətinin axımı mediasiya prosesinin tətbiq olunduğu vaxtdan xx.xx.2022-ci il tarixindən dayandırılmış hesab edilməlidir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı iddia tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbi əsaslandırılarkən faktiki olaraq cavabdehin tələb etdiyi dövrdə (xx.xx.2021-xx.xx.2021) bütün səlahiyyətlərinin əlindən alındığını, bu səbəbdən ondan hesabat tələb edilməsinin qərəzli olduğunu qeyd edir. Məhkəmənin, eyni zamanda iddiaçının diqqətinə çatdırır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış X7 Haqqında’ müqavilənin 1-ci bəndinin V yarımbəndinə əsasən işçi ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin imperativ tələbinə əsasən, hesabat tərtib edib, rəhbərliyə təqdim etmək işçinin vəzifəsidir və bu vəzifə işləyib-işləməsindən asılı deyildir, iddia ərizəsində işçinin özünün də etirafından məlum olur ki, işləmədiyini bəhanə gətirərək, hesabat təqdim etməkdən imtina etmişdir. Bununla da X7 Haqqında Müqavilənin (Əmək Müqaviləsinə əlavə) tələblərini pozmuş və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən əsassız imtina etmişdir. Bu hal ilə bağlı müəssisə tərəfindən müvafiq araşdırma aparılmış, işçinin izahatı alınmış, verdiyi izahatda da hesabat verməkdən imtina etdiyini bildirmişdir. Bu səbəbdən işçi ilə bağlanmış əmək müqaviləsinin, eyni zamanda X7 haqqında müqavilənin tələblərinin pozulması, aparılmış araşdırmanın nəticəsində tam əsaslı və qanuni olaraq MMC-nin direktoru tərəfindən 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmr imzalanaraq işçi barəsində töhmət elan edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər bir əsas isə, intizam tənbehinin 6 ay müddətin pozulması ilə tətbiq edilməsi ilə bağlıdır. Bununla bağlı qeyd edir ki, işçi mütəmadi olaraq, əmək intizamının pozuntularına yol verdiyindən barəsində tətbiq edilən intizam tənbehlərini qarışdırmışdır. Belə ki, bundan öncə də, işçi yenə hesabat verməkdən əsassız imtina etdiyindən barəsində töhmət tənbeh tədbiri tətbiq edilmişdir. Hazırki tənbeh tədbiri isə işçinin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən dövrlərdə “gördüyü işlər haqqında” hesabat təqdim etməkdən imtina etməsi və bununla yol veridyi intizam xətası səbəbindən başlanmış araşdırma nəticəsində, 6 ay müddətə riayət edilməklə, 17 dekabr 2021-ci il tarixdə töhbət intizam tənbehi tətbiq edilmişdir, iddiaçının iddia etdiyinin əksinə olaraq, hazırki intizam tənbehinin tətbiq edilməsi üçün müəyyən edilmiş müddət işəgötürən tərəfindən pozulmamışdır, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş sonuncu mövqe isə, bir intizam xətasına görə iki dəfə intizam tənbehinin verilməsi ilə bağlıdır. Burada işçi həqiqətən də özünün intizam xətasına yol verdiyini etiraf edir, sadəcə olaraq həmin xətaya görə verilmiş intizam tənbehinin iki dəfə tətbiq edildiyini qeyd edir. Bununla bağlı bildirir ki, yenə də iddiaçı yol verdiyi intizam xətalarını və ona görə tətbiq edilmiş intizam tənbehlərini qarışdırmışdır. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi, 2021-ci ilin yanvar-may aylarında hesabat verməkdən imtina etdiyindən, bu barədə araşdırma aparılaraq, xx.xx.2021-ci il tarixli AZT İR-1/230 saylı əmr imzalanmışdır. Qeyd olunduğu kimi, həmin əmrdə qeyd edilən xəta hazırki xətadan öncə baş vermiş və şəxs barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra həmin tənbeh tədbiri Abşeron rayon Məhkəməsinin 01,02.2022-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Hazırki intizam tənbehinin əsasını isə işçinin həmin tənbeh tədbirindən sonra, yenə də nəticə çıxarmamış, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən dövrlərdə “gördüyü işlər haqqında” hesabat təqdim etməkdən imtina etməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinin “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır”. Azərbaycan Respublikası Mülki rı ovsssual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, K5nlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır, işdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 20 may 2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəğötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xidməti məlumatdan görünür ki, MMC-nin avtobus və yük avtomobilləri departamentində servis müdiri işləyən İddiaçı “X7 Haqqında Müqavilə”-nin tələblərinə uyğun olaraq xx.xx.2021-xx.xx.2021-ci il dövr üçün görünmüş işlər haqda aylar üzrə hesabat soruşulduqda, hesabatların verilməsindən imtina etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli, AZT İR- 1/406 saylı əmrindən görünür ki, MMC-nin avtobus və yük avtomobilləri departamentində servis müdiri işləyən İddiaçı ilə "xxxx" MMC arasında 20 may 2014-cü il tarixdə bağlanmış X7 Haqqında Müqavilənin (Əmək Müqaviləsinə əlavə) müddəalarına uyğun olaraq, ondan xx.xx.2021xx.xx.2021-ci il dövr üçün görünmüş işlər haqda aylar üzrə hesabat təqdim etməsi tələb edilərkən İddiaçıv hər hansı hesabat verməkdən imtina etmişdir. Bununla əlaqadər olaraq, X7 Haqqında Müqavilənin (Əmək Müqaviləsinə əlavə) tələblərinə və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən “töhmət” verilsin” məzmununda töhmət verilmişdir. İddiaçı eyni hərəkətlər tərəfindən növbəti 06 (altı) ay ərzində təkrar olunarsa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi (sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilədə nəzərdə tutulmuşdursa aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək) veriləcəkdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmr əsasız olduğundan iddia təmin edilməlidir. Belə ki, 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmrdən görünür ki, "xxxx" MMC-nin avtobus və yük avtomobilləri departamentində servis müdiri işləyən İddiaçı xx.xx.2021-xx.xx.2021ci il dövr üçün görünmüş işlər haqda aylar üzrə tərəflər arasında bağlanmış X7 haqqında müqavilənin (Əmək Müqaviləsinə əlavə) müddəalarına uyğun olaraq, hesabatların verilməsindən imtina etdiyinə görə "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə istinad olunmaqla 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmrlə İddiaçı töhmət verilmişdir. Lakin,məhkəmə hesab edi ki, "xxxx" MMC X7 haqqında müqaviləyə və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə istinad istinad etməklə İddiaçı töhmət verməkdə haqlı olmamışdır. Belə ki,qüvvədə olan Əmək Məcəlləsinin tələblərinə görə işçinin əsas hüquq və vəzifələri tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir.Lakin,iş materialalrından göründüyü ki, "xxxx" MMC 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmri qəbul edərkən əmək müqaviləsinə yox, X7 haqqında müqavilənin (Əmək Müqaviləsinə əlavə) müddəalarına istinad etmiş,halbuki X7 haqqında müqavilə İddiaçı tərəfindən imzalanmamış, həmçinin İddiaçı ilə "xxxx" MMC arasında 20 may 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsi üzrə İddiaçı görülmüş işlər haqda aylar üzrə hesabatlar verməsi vəzifəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam, qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən ona töhmət verilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı əməlində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə görə töhmət verilməsinə əsas olmuş hallar müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı verilmiş töhmət növündə intizam tənbehinə dair 17 dekabr 2021-ci il tarixli, AZT İR-1/406 saylı əmr ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1718/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1718/2022
07.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver