Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1720/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» X22 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» X17rşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» X17rşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar kollecinin direktorunun xx.xx.2021-ci il tarixli 163/k saylı əmrinin ləğv edilməsi, onun həmin kollecin şöbə müdiri vəzifəsinə bərpa olunması və xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ali təhsilli mütəxəssis olmaqla 2002ci ildə Azərbaycan Pedaqoji Universitetinin “maarif riyaziyyat” fakultəsini bitirib riyaziyyat müəllimi ixtisasına yiyələnmiş, əmək fəaliyyətinə xx.xx.2000-ci il tarixdə Ağcabədi peşə məktəbində müəllim kimi başlamış, xx.xx.2004-cü il tarixə kimi həmin vəzifədə işləmişdir. Peşə fəaliyyətini Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar kollecində davam etdirərək xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək həmin kollecdə riyaziyyat fənni üzrə müəllim, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “İqtisadiyyat və İdarəetmə şöbə”sinin müdiri, Təhsil nazirinin əmri ilə xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Kollecin tədris işləri üzrə direktor müavini, öz ərizəsi əsasında yenidən qiyabi şöbə müdiri, Tədris hissə müdiri, İstehsalat Təcrübə rəhbəri, xx.xx.2016-cı il tarixdən isə İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə əyani şöbə müdiri vəzifələrində çalışmışdır. xx.xx.2021-ci il tarixdə Kollecin direktorunun 163/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsi iddiaçıya bildirilmiş və əmək kitabçası təqdim edilməklə Kollecdən kənarlaşdırılmışdır. Əmək kitabçasında edilmiş qeyd üzrə iddiaçı xx.xx.2021-ci il tarixli, 163/k saylı əmri ilə tanış edilməmiş, təkidlərinə baxmayaraq, həmin əmrin surəti ona təqdim edilməmiş, əmrin surətinin verilməsindən imtina olunmuşdur. İddiaçı ilə söhbətdə Kollecin direktoru X29 üzrə şöbələrin sayında ixtisar aparıldığını bildirmiş, ona görə işdən azad edildiyini göstərmişdir. Lakin bu ixtisarın hansı qərar və ya sənəd əsasında aparıldığını bildirməmiş, həmin sənədlə tanış edilməyinə də imkan verməmişdir. İddiaçıda olan məlumatlara görə, Kollec üzrə yenidən, əvvəlki qaydada, sadəcə ad və ya struktur dəyişikliyi aparılmaqla 4 şöbə fəaliyyətdədir və şöbə müdirlərindən bəzilərinə kənar müəssisədən gətirilmiş şəxs (şəxslər) təyin edilmişlər. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin əsassız olması iddiaçı tərəfindən cavabdehə dəfələrlə bildirilsə də, cavabdeh iddiaçını nə əvvəlki vəzifəsinə bərpa etmiş, nə də ona adekvat iş təklif etmişdir. Cavabdehlə iddiaçı arasındakı mübahisənin mediator vasitəsilə məhkəmədən kənar həlli barədə iddiaçının təklifi də nəticəsiz qalmışdır. Bu səbəbdən də, iddiaçı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda da iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. İlk növbədə, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməklə Əmək Məcəlləsinin bir sıra tələbləri, xüsusilə də 70, 71, 77, 78-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, iddiaçı işdən azad olunarkən iddiaçının işdə saxlanılması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin müddəaları əsas götürüldüyü halda, iddiaçıdan sonra vəzifəyə qəbul edilmiş şəxs (şəxslər) ixtisar edilməli idi. Həmçinin, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbləri də pozulmuşdur. Belə ki, həmin tələblərə görə, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla iddiaçının əmək müqaviləsinə xitam verilə bilərdi. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda ilk olaraq İddiaçı kollecdəki iş fəaliyyəti müddətinə toxunulmuş, İddiaçı iş stajının 2013-cü ildən hesablanmalı olması əksini tapmışdır. Cavabdehin fikrincə, İqtisadiyyat və idarəetmə ixtisasları üzrə əyani şöbəsində şöbə müdiri vəzifəsinin ixtisar olunmasına dair bildiriş 2013-cü il tarixi nəzərə alınmaqla İddiaçı verilmişdir. Hesab edir ki, bu əsasla cavabdeh İddiaçı vaxtında bildiriş verilməməsini əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəməyə təqdim olunmuş əmək kitabçasının surətindən aydın surətdə görünür ki, İddiaçı Kollecdə əmək fəaliyyəti davamlı surətdə xx.xx.2004-cü il tarixdən başlamışdır. Daha sonra etiraza görə işdən çıxarma əmri İddiaçı təqdim edilmiş, lakin İddiaçı əmrin surətini almaqdan imtina etmiş və bu barədə müvafiq qaydada rəsmiləşdirilmiş akt tərtib olunmuş, aktın surəti etiraza əlavə olunmuşdur. Hesab olunur ki, həmin akt sonradan tərtib edilmiş sənəddir və həmin sənədin tərtibatı, onun qeydiyyatı məsələləri bu faktı təsdiq etmiş olacaqdır. Həmçinin, bununla bağlı İddiaçı kadrlar şöbəsinin müdirindən və Kollecin direktor müavinindən əmrin surətini dəfələrlə tələb etdiyini bildirmiş, sonuncuların bu barədə Kollec direktoru tərəfindən icazə verilmədiyi üçün əmrin surətinin ona təqdim olunmasından imtina edilməsini göstərmişdir. İddiaçı haqsızlıqlarla üzləşmiş olduğunu görüb, bu məzmunda danışığı istifadəsində olan mobil telefonla qeydə aldığını bildirmiş və həmin danışığı əks etdirən audio-yazı məhkəməyə təqdim olunmuşdur. Bu xüsusatla bağlı əlavə olaraq, Kollec direktorunun 15 dekabr 2021-ci il tarixli, 163/k saylı əmrinin surətinin təqdim edilməsi üçün Kollec rəhbərliyinə xx.xx.2022-ci il tarixli, 03/37 saylı sorğu göndərilmiş, həmin sorğunun xx.xx.2022-ci il tarixli poçt qəbzi ilə cavabdehə təqdim edilmiş olması müəyyən edilsə də, bu günədək sorğuya münasibət belə bildirilməmişdir. Hazırkı etiraza görə İddiaçı Kollec üzrə nəzərdə tutulan ixtisar barədə guya məlumatlı olmuş və bu səbəbdən onun ixtisar barədə müvafiq sənədlərlə tanış edilməməsinə və ixtisar barədə məlumatı olmamasına dair iddiaları əsassızdır. Lakin bu faktın mövcud olduğu bir halda belə ixtisarla bağlı Əmək Məcəlləsində nəzərdə tutulan bütün prosedurlara əməl edilməli idi. Bunun əksi mübahisəli əmrin qanunsuzluğuna dəlalət edən hallardan biri kimi qəbul edilməlidir. Etiraza görə Kollecdə yeni təşkil edilmiş struktur bölmələrinə başqa müəssisələrdən gətirilmiş şəxslərin təyin edilməsi halına yol verilməmişdir. İddiaçı isə bu faktı tam olaraq təkzib etmişdir. Etiraza görə İddiaçı Kollec üzrə digər vəzifə təklif etmək imkanı olmamışdır. Ancaq bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Hesab edir ki, Kollec üzrə müvafiq sənədlərin, xüsusilə əmrlər kitabının məhkəməyə təqdim edilməsi zərurəti vardır. Məhkəməyə təqdim edilmiş etiraza görə Əmək Məcəlləsinin 80-ci və “Məşğulluq haqqında” Qanunun 8.2-ci maddəsinə uyğun olaraq İddiaçı onunla əmək müqaviləsinin xitam edilməsi ilə bağlı əlaqədar toplanmış material və ləğv/ixtisar edilmiş ştat vahidində çalışan işçinin işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi Həmkarlar İttifaqı ilə razılaşdırılmış və bu barədə qərarla İddiaçı məlumatlandırılmışdır. Cavabdehin bu dəlili də İddiaçı tərəfindən təkzib olunur, ona hər hansı bildirişin təqdim edilmədiyi, müvafiq iclas barədə məlumatlandırılmadığı, Həmkarlar Komitəsinin iclasında iştirakının təmin edilmədiyi göstərilmişdir. Göründüyü kimi, İddiaçı ştatların ixtisarı ilə bağlı vəzifədən azad olunmasına dair Həmkarlar Komitəsinin razılığının alınmış olmasına dair dəlil təsdiqini tapmır. İddiaçı işdə saxlanmağa üstünlüyünün mövcud olmaması etirazda göstərilsə də, bunu cavabdeh İddiaçı işdən çıxarılmasından sonrakı araşdırma ilə əsaslandırmağa çalışır. Hesab edir ki, sonrakı araşdırma nəticəsi hazırkı mübahisə üçün əsas götürülə bilməz. Cavabdehin etiraz məktubuna görə nəzərdə tutulan ştat ixtisarı ilə bağlı İddiaçı bütün sənədlər vaxtında təqdim olunmuş, hətta ona iş axtarmağa imkan yaradılması məqsədilə hər iş həftəsində bir iş günü üçün əmək funksiyasından azad edildiyi onun nəzərinə çatdırılmışdır. Ancaq İddiaçı bildirdiyinə görə, ona belə sənədlər təqdim edilməmiş, o, iş günlərində həmişə iş yerində olmalı olmuş və Kollec üzrə davamiyyət jurnalına keçiriləcək baxış bu fakt üzrə əyani sübut olacaqdır. Cavabdehin etirazında qeyd olunmuş digər məsələlər, xüsusilə də mediasiya və iddia müddəti ilə bağlı xüsusatlar üzrə göstərir ki, mediasiya prosesi müvafiq standartlar çərçivəsində həyata keçirilmiş və müddət pozuntusuna yol verilməmişdir. İddia ərizəsi və əlavə olunmuş sənədlər məhkəməyə xx.xx.2022-ci il tarixdə poçt rabitəsi vasitəsilə göndərilmişdir. İddiaçı müraciətinə cavab olaraq daxil olmuş X15 Xidməti Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli **********6 saylı məktubuna görə aparılmış araşdırma nəticələri zamanı İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi məsələsində işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərini pozması halları müəyyən olunmuş və bununla əlaqədar işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntusuna yol verilməsi) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyi pozularaq xitam verilməsi) maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçıya əmrin surəti verilməmiş, əmrlə tanış edilməmiş, mübahisələndirmək üçün şərait yaradılmamış və bu səbəbdən də, iddiaçının hüquqları qanunvericiliklə pozulmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı barəsində Əmək Məcəlləsinin 70, 71, 77, 78-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İşçi halbuki, ştatların ixtisarı ilə işdən çıxarılmışsa ona xəbərdarlıqlar edilməli, hazırki vəziyyətdə isə ən azı 9 təqvim həftə öncədən xəbərdarlıq edilməli idi. Düzdür, cavabdeh ştatların ixtisarını Pedaqoji Şura tərəfindən sentyabr ayında qəbul olunmuş qərar əsasında həyata keçirmiş, lakin Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri iddiaçıya tətbiq olunmamalı idi. Bundan savayı, əmr çıxarılarkən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri pozulmuş, iddiaçının peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. Ümumiyyətlə, iddiaçının işdə saxlanılması məsələsi müzakirə obyekti olmamışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin İ və İİ tələbləri pozulmuş, həmin tələblərə riayət olunmamışdır. Həmin vaxt texniki fənlər şöbəsi boş olmuş və həmin vəzifə iddiaçıya təklif olunmamışdır. Əmək Müfəttişliyi tərəfindən aparılan araşdırmalar zamanı qanunvericiliyin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Cavabdeh barəsində Əmək Müfəttişliyi tərəfindən qərar çıxarılmış, qərar məhkəmə tərəfindən ləğv olunsa da, onun başlıca səbəbi qərarın gec, yəni 3 gün müddət ötürülməklə qəbul olunması olmuşdur. Lakin işin halları onu göstərir ki, cavabdeh tərəfindən həqiqətən də iddiaçının qanunvericiliyin tələbləri pozulmaqla qanunsuz işdən çıxarılması protokolla öz təsdiqini bir daha tapmışdır. İddiaçının cavabdehin nümayəndəsinin əmrin surətinin verilməsi ilə bağlı telefon danışığını səs yazısı formasında qeydə alınması onun fikrincə, qanunvericiliyə zidd deyildir. Bu səsyazmada sadəcə olaraq əmrin surətinin verilməsi mübahisələndirilmişdir. Başqa fəaliyyətlə bağlı olmuş olsa, hesab edir ki, o zaman qanunvericiliyin tələbləri pozulmuş olar. Cavabdeh tərəfindən tərtib olunmuş akt isə zənnincə, hər hansı bir qeydiyyatı olmadığından sonradan tərtib olunmuşdur. Belə ki, hər bir daxili sənəd qeydiyyatdan keçməlidir. İddia ərizəsinə etirazdan görünür ki, İddiaçı öz iddia ərizəsində Kollec tərəfindən iddiaçının işdən çıxarılmasının qeyri-qanuni olduğunu qeyd etməsinə baxmayaraq, bunu sübut edən hər hansı bir dəlil təqdim etməmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, iddiaçı müxtəlif vaxtlarda Kollecdə işləməsinə baxmayaraq, əvvəlki rəhbərliyin vaxtında bir müddət Kollecdən ayrılaraq, yenidən 2013-cü ildə yeni əmək müqaviləsi imzalanmışdır. Beləliklə, işdən azad olma tarixində bağlanmış əmək müqaviləsinə uyğun olaraq iddiaçının kollecdə müəyyən olunan əmək stajı təxminən 8 il təşkil edirdi. Əmək müqavilələrinin elektron qeydiyyatı portalı 2014-cü ildən etibarən istifadəyə verildiyindən texniki səbəblərə görə İddiaçı əmək müqaviləsi 2013-cü il deyil, 2014-cü ildən qeyd olunmuşdur. Lakin İqtisadiyyat və idarəetmə ixtisasları üzrə əyani şöbəsində şöbə müdiri vəzifəsinin ixtisar olunmasına dair bildiriş 2013-cü il tarixi nəzərə alınmaqla verilmişdir. İddiaçı həmçinin, iddia ərizəsində qeyd etmişdir ki, ona nəinki işdən çıxma əmri təqdim edilməmiş, hətta, o, həmin əmrlə tanış belə edilməmişdir. İddiaçı işdən çıxma əmrinin tam məzmunu ilə tanış edilmiş və ona əmrin surəti təqdim edilmişdir. Görünür, iddiaçının sənədin surətinin təhvil almaqdan imtina etməsinin səbəbi kolleci qanunvericiliyin tələblərini pozmaqda təqsirləndirməkdir. Eyni zamanda, iddiaçı iddia edir ki, kollecin rəhbərliyi ona müəssisədə şöbələrin sayında ixtisarın edilməsi barədə məlumat vermiş və bu səbəbdən, o, işdən azad edilmişdir. İddiaçı müəssisədə çalışdığı zaman X11 üzvü olmuş və işdən azad olduğu tarixədək, aylar öncə, kollecin strukturunda ediləcək dəyişikliklərdən nəinki xəbərdar idi, hətta, o, şəxsən Pedaqoji Şuranın üzvü olaraq müəssisənin struktur bölmələrinin və ştat vahidlərinin ixtisar edilməsində iştirak etmişdir. Buna sübut olaraq, Kollecin strukturunda baş vermiş dəyişikliklərə dair Pedaqoji Şuranın müvafiq qərarı vardır. Sonradan, kollecin təsisçiləri olan Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Kollecin icra orqanları tərəfindən qəbul edilmiş və təsdiq edilmiş digər sənədlər (razılaşmalar, əmrlər və sair) sənədlər kollecdə struktur dəyişikliklərinin aparılmasının nə qədər şəffaf həyata keçirilməsini sübut edir. Göründüyü kimi, iddiaçının bütün bu sənədlərdən və həmçinin, struktur dəyişikliklərdən tam xəbəri olmuş və bu səbəbdən onun ixtisar barədə müvafiq sənədlərlə tanış edilməməsinə dair və ixtisar barədə məlumatlı olmamasına dair iddiaları əsassızdır. İddiaçı iddia edir ki, Kollecdə yeni təşkil edilmiş struktur bölmələrinin (şöbələrin) bəzilərinə başqa müəssisələrdən gətirilmiş şəxslər rəhbər vəzifələrə təyin edilmişdir. Belə təyinatlar Kollecdə yer almamış, bütün şöbə rəhbərləri hazırda əvvəlki tək öz vəzifələrindədir, əksinə, iddiaçı qeyd etdiyi kimi müəssisədə hazırda 4 deyil, yalnız 3 şöbə mövcuddur. Ümumiyyətlə, kollecdə həmin ərəfədə, ondan əvvəl və sonra 3 şöbə mövcud idi. İddia ərizəsində həmçinin, qeyd edilmişdir ki, iddiaçıya “adekvat iş” təklif edilməmişdir. İddiaçı müvafiq əsasla işdən azad edilməmişdən öncə qanunvericiliyə əsasən tələb olunan bütün tədbirlərə və prosedurlara əməl olunmuşdur. Əgər iddiaçıya digər vəzifə təklif etmək imkanı olsaydı, kollec, heç şübhəsiz ki, bu məsələni lazımi qaydada dəyərləndirərdi. Eyni zamanda, Əmək Məcəlləsinin 70, 71, 77 və 78-ci maddələrinin tələblərinin pozulmasına dair iddiaçının iddiasına gəldikdə, həmin normalarda qeyd olunan bütün tədbirlər, müddətlər, ödənişlər və razılaşmalar nəzərə alınmışdır. Bununla bağlı, Bakı Dövlət Universitetinin rektorunun xx.xx.2021-ci il tarixli R-132 nömrəli əmrinə əsasən kollecin yeni strukturu təsdiq edilmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş kollecin nizamnaməsinin 4.14.5-ci bəndini və ƏM-nin 11.1.-ci maddəsinin “ə” hissəsini rəhbər tutaraq, kollecdə idarəetməni təkmilləşdirmək, artıq xərclərin qarşısının almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə protokol ilə müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində yeni ştat cədvəli təsdiq edilmişdir. Beləliklə, kollecdə ştat tərkibinin dəyişdirilməsi zəruriyyətini nəzərə alaraq, “İqtisadiyyat və idarəetmə” ixtisasları üzrə əyani şöbədə şöbə müdiri vəzifəsinə tələbat azalmışdır. Kollecdə keçirilən təşkilatı-struktur tədbirləri ilə əlaqədar olaraq, 01 noyabr 2021-ci il tarixli R-01/A saylı əmrə əsasən “İqtisadiyyat və idarəetmə” ixtisasları üzrə əyani şöbədə şöbə müdiri vəzifəsi ixtisara salınmışdır. Bununla bağlı ixtisar edilmiş müvafiq vəzifəni tutan işçi İddiaçı ilə mövcud əmək münasibətlərinə xitam vermək zərurəti yaranmışdır. ƏM-nin 80-ci və 70-ci maddəsinin b) bəndində göstərilən əsasla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məşğulluq haqqında Qanunun 18.2-ci maddəsinə əsasən işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, ƏM-də nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilməlidir. Beləliklə, ƏM-nin 80-ci və Məşğulluq haqqında Qanunun 8.2-ci maddəsinə əsasən İddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi ilə əlaqədar toplanmış material və ləğv/ixtisar edilmiş ştat vahidində/vəzifədə çalışan işçinin işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə müvafiq sənəd hazırlanaraq “Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X3 İttifaqı Komitəsi” ilə razılaşdırılmışdır. 22 sentyabr 2021-ci il tarixdə Həmkarlar İttifaqından müvafiq qərar (xx.xx.2021-ci il tarixli 40 saylı protokol) daxil olduqdan sonra İddiaçı qanunvericiliyə uyğun şəkildə məlumatlandırılmış (xx.xx.2021-ci il tarixli 1 saylı bildiriş) və xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən ləğv edilmişdir. Eyni zamanda, araşdırma aparıldıqda müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində sadalanan halların heç biri İddiaçı şamil olunmur və bu səbəbdən, onun işdə saxlanmağa üstünlüyü mövcud deyildir. Sonrakı araşdırmalarda müəyyən olunmuşdur ki, həmçinin, 79-cu maddədə sadalanan halların heç biri İddiaçı şamil olunmur və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan deyildir. Əlavə olaraq, iddiaçının müəssisədə (təxminən 8 il) əmək stajını nəzərə alaraq, ona 6 həftə öncə onunla bağlanmış əmək müqaviləsinə İqtisadiyyat və idarəetmə ixtisaslar üzrə əyani şöbəsində şöbə müdiri vəzifəsinin ixtisar olunmasına görə ƏM-nin 77-ci maddəsinə uyğun olaraq müvafiq bildiriş təqdim edilmişdir. Məsələ ilə bağlı, qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq işdən çıxarma müavinəti, son haqq-hesab və istifadə olunmamış əsas məzuniyyətə görə pul əvəzi, bütün müvafiq əmək haqqı və sair daxil olmaqla, bütün lazımi ödənişlər və tədbirlər tətbiq olunan qanunvericiliyə müvafiq olaraq və müəyyən olunmuş zamanda görülmüşdür. Həmçinin, iddiaçının nəzərinə çatdırılmışdır ki, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, ona iş axtarmağa imkan yaradılması məqsədi ilə hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Göründüyü kimi, Kollec tərəfindən İddiaçı ilə əmək müqaviləsi tam qanunvericiliyə uyğun şəkildə həyata keçirilmişdir. Həmçinin, iddiaçının iddia ərizəsi ilə müraciət etməsi qanunvericiliyin prosessual normalarının pozulması ilə həyata keçirilmişdir. Belə ki, “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmçinin, ƏM-nin 294.5-ci maddəsinə əsasən fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İlkin baxışdan iddiaçı tərəfindən təqdim edilən sənədlərdən qanunvericiliyin bu tələblərinə riayət edilməsi görüntüsü yaranır, lakin bu heç də belə deyildir. Belə ki, iddiaçı tərəfindən Kollecə ünvanlanan 07 yanvar 2022-ci il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif” Kollecə göndərilmişdir. Adından göründüyü və həmçinin, məğzindən aydın olduğu kimi, müraciət mediasiyanın keçirilməsi ilə bağlı təklifdir. Həmin sənəddə, konkret mediator təşkilatı və ya mediatorla bağlı təklif deyil, ümumiyyətlə mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı iddiaçı tərəfindən kollecə təklif edilmişdir. Eyni zamanda, kollecə mediator tərəfindən 26 yanvar 2022-ci il tarixli “Mediasiyaya dəvət məktubu” verilmişdir. Mediator iddiaçı ilə kollec arasında mediasiya prosesini qanuna zidd həyata keçirmişdir. Dəvət məktubunda ilkin mediasiya sessiyasının keçirilmə vaxtı 09 fevral 2022-ci il tarixi qeyd edilmişdir. Belə olan halda mediasiya prosesi artıq mediasiya prosesinin müddəti bitdikdən sonra təyin edilmişdir. Belə ki, Kollec tərəfindən nə təklif, nə də ki, dəvət məktubu cavablandırılmışdır. Burdan elə qənaətə gəlmək olar ki, 07 yanvar 2022-ci il tarixli təklifə artıq 05 fevral 2022-ci il tarixdə qanuna əsasən avtomatik xitam verilmişdir. Göründüyü kimi, mediasiya prosesi özü-özlüyündə düzgün həyata keçirilməmiş və onun nəticəsində təqdim olunan sənəd etibarsızdır. Göründüyü kimi, mediasiya prosesinin tətbiqi 07 yanvar 2022-ci il tarixdə, yəni iddiaçı tərəfindən təklif göndərildiyi tarixdən başlanır. Aydındır ki, mediator tərəflərə arayış deyil, məhz müvafiq protokol təqdim etməli idi. Lakin göründüyü kimi, mediasiya prosesi qanunazidd həyata keçirilmiş və qanunda nəzərdə tutulmuş protokol deyil, onun əvəzinə arayış təqdim edilmiş, belə ki, arayışın verilməsi tərəflər arasında mediasiyaya dair qeydşərt çərçivəsində mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda mümkündür. Məsələ ondadır ki, tərəf olaraq Kollec mediasiya prosesinin tətbiqinin qəbul edilməməsinə dair sübut yoxdur, Kollec təklifi cavablandırmamışdır. Təklifi cavablandırmamaq onun əsasında mediasiya prosesinin tətbiq edilməsinin qəbul edilməməsi kimi qiymətləndirilməməlidir. Digər tərəfdən, Kollec ilə mediator və ya mediasiya təşkilatı barədə hər hansı bir müzakirə aparılmamışdır ki, razılaşma əldə olunsun və bu səbəbdən onlar “barədə razılığa gəlmədikdə” ifadəsi bu hala şamil edilə bilməz. Göründüyü kimi, tərəflər arasında mediasiya prosesinin tədbiqinə dair qeyd-şərt olmamış, mediasiya prosesinin tətbiqinin qəbul edilib-edilməməsi məsələsi müzakirə obyekti olmamış, həmçinin, mediasiya təşkilatı və ya mediatorun təyin edilməsi/seçilməsi tərəflər arasında razılaşdırılmamışdır. Mediasiya prosesinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri pozulduğundan və ya düzgün tətbiq edilmədiyindən, iddiaçının iddia ərizəsi ilə müraciət etməsi qanunvericiliyin prosessual normalarının pozulması ilə həyata keçirilməsi ilə nəticələnmişdir. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı məhkəməyə müraciət etmək üçün hazırda qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş müddətləri də buraxmışdır. İddiaçı məhkəməyə müraciət etmək üçün müddət 13 fevral 2022-ci il tarixdə, 31-ci təqvim gününün sonunda saat 24:00-da bitdikdən sonra 15 fevral 2022-ci il tarixdə məhkəməyə elektron müraciət etmişdir. Beləliklə, iddiaçı üçün iddia müddətinin axımı 15 dekabr 2021-ci il tarixdə başlanmış və onun müddətinin axımının dayandırılmadığı təqdirdə, 15 yanvar 2022-ci il tarixdə bitməklə iddiaçının məhkəməyə müraciət etmək hüququ itiriləcəkdir. Belə ki, Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Nəzərə alınsa ki, mediasiya prosesinin tətbiqi 07 yanvar 2022-ci il tarixdə, yəni iddiaçı tərəfindən təklif göndərildiyi tarixdən başlanmış, həmin tarixdə iddia müddətinin axımı məhz bu tarixdə (07 yanvar 2022-ci il) qanuna əsasən dayandırılmışdır. Beləliklə, mediasiya prosesinin qanunamüvafiq şəkildə tətbiq edilməsi qəbul edilsə 05 fevral 2022-ci il tarixdə tərəflər arasında mübahisə üzrə iddia müddətinin axımı bərpa olunmuşdur. Belə olan halda, həmin tarixdən (05 fevral 2022-ci il) sonra növbəti 8 gün ərzində, yəni 13 fevral 2022-ci il tarixədək (bu tarix daxil olmaqla) iddiaçı tərəfindən məhkəməyə müraciət etmək hüququ var idi. İşin materiallarından göründüyü kimi, iddiaçı məhkəməyə 15 fevral 2022-ci il tarixdə, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərini buraxaraq, elektron qaydada müraciət etmişdir. Beləliklə, iddia müddətinin 23-cü günündə dayandırılan axımı 05 fevral 2022-ci il tarixdə bərpa olunmuş və 13 fevral 2022-ci il tarixdə, 31-ci təqvim gününün sonunda saat 24:00-da, yəni daha 8 təqvim günü keçdikdən sonra iddia müddəti tam bitmişdir. İddiaçının iddia ərizəsində göstərilmişdir ki, iddiaçı artıq 15 dekabr 2021-ci il tarixdə işdən çıxarılmasını bilmişdir. Belə olan təqdirdə, iddia müddətinin son həddi, yəni iddia müddətinin qurtardığı an, 15 yanvar 2022-ci il tarixidir. Yuxarıda qeyd edildiyi kimi və həmçinin, ƏM-nə əsasən iddiaçının qeyd etdiyi fərdi əmək mübahisəsinin həll edilməsi üzrə iddia müddəti 1 aydır. Beləliklə, iddia müddəti 13 fevral 2022-ci il tarixdə keçmişdir. Göründüyü kimi, iddiaçı qüvvədə olan qanunvericiliyə əsasən iddia müddətlərini buraxaraq tələb etmək hüququnu itirmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» X22 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ilk öncə, Əmək Müfəttişliyinə qarşı məhkəmə mübahisəsində vəkil kimi də o, özü iştirak etmişdir. Əmək Müfəttişliyinin həmin iclasda irəli sürdüyü məsələ 6-9 həftə məsələsi idi. Cavabdeh 6 həftəyə görə bildiriş vermişdir. İndiki vəziyyətdə, işçi 2013-cü ildə öz xahişi ilə işdən çıxarılmışdır. Yəni işçinin Kolleclə bağladğı əmək müqaviləsinin fasiləliyi pozulmuş, artıq bu zaman işə bərpa halı yoxdur. Qanunvericiliyə əsasən isə iddiaçının cavabdeh qurumda olan əmək fəaliyyəti 8 il müddəti əhatə edir. Bu səbəbdən də, bildiriş olaraq 6 həftə hesablanmışdır. Beləliklə də, iddiaçı tərəfindən də müddət pozulmuşdur. Əmək Müfəttişliyi də bu pozuntunu təsdiqləmişdir. İlk növbədə, İddiaçı idarəetmə sistemində aparıcı işçilərdən biri kimi kollecə daxil olan qərarlar, müraciətlər və digər mühüm sənədlərlə o, avtomatik olaraq tanış olur. İxtisar məsələsi isə bir neçə ay bundan əvvəl qüvvədə idi. Kollecə müraciət daxil olmuş, əmək haqqı fondunun çoxluğu, onun azaldılması, idarəetmənin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı Kollecə daxil olmuş və Pedaqoji Şurada bu məsələ müzakirə olunmuş, iddiaçı da həmin iclasda iştirak etmişdir. Yəni, iddiaçı özü də həmin şöbənin ixtisar olunacağını bilirdi. Bu barədə bildiriş iddiaçıya təqdim olunmuş, lakin iddiaçı həmin bildirişi qəbul etməkdən imtina etmiş və işdən çıxarılması ilə razılaşmamışdır. Həmin akt da 6-7 nəfər tərəfindən imzalanmış və bu barədə qeyd aparılmışdır. Bununla yanaşı, həmkarlar ittifaqında iddiaçının kənarlaşdırılması barədə qərar qəbul edilmişdir. İşçi işdən çıxan günü, yəni xx.xx.2021-ci il tarixdə ona əmr təqdim olunmuş, lakin işçi bundan imtina etmişdir. İddiaçı güzəşt edilməsi şəxslər kateqoriyasına aid deyildir. İddiaçının tutduğu ştat ixtisar olunmuşdur. Halbuki, iddiaçı ona uyğun vakansiya olmuş olsaydı, rəhbərlik özü də iddiaçı kimi peşəkar kadrı Kollecdə saxlamaq istəyərdi. Bu səbəbdən də iddiaçı tərəfindən irəli sürülən faktlar əsassızdır. Cavabdeh təşkilatda elanlar lövhəsi mövcuddur və qəbul edilmiş bütün əmrlər Kollecdə elanlar lövhəsində asılmış vəziyyətdə olur. Lakin hər dəfə yeni qərarlar və əmrlər qəbul olunduqca əvvəlki qərarlar və əmrlər lövhədən kənarlaşdırılmış olur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İşəgötürən Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı kollecə qiyabi şöbənin müdiri vəzifəsinə işə qəbul edilmiş, işçi həmin tarixdən işə başlamaqla müqavilə bir il müddətinə bağlanmışdır. -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinə məşğulluq təsnifatı üzrə riyaziyyat, qiyabi şöbə müdiri vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 178 manat, əmək müqaviləsi müddətli bağlanmaqla bildiriş xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmişdir. -İddiaçı məxsus olan xx.xx.2000-ci il tarixli ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə 28 saylı əmr əsasında Ağcabədi Peşə məktəbinə ixtisasına görə müəllim vəzifəsinə işə olunmaqla əmək fəaliyyətinə başlamış, xx.xx.2004-cü il tarixli 20 saylı əmr əsasında Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin riyaziyyat fənni üzrə müəllim vəzifəsinə işə qəbul edilməklə həmin kollecdə əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə çalışaraq sonuncu vəzifə olaraq xx.xx.2016-cı il tarixli 41/k saylı əmr əsasında Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən, İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə əyani şöbənin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 163/k saylı əmr əsasında isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ştatların ixtisarına görə işdən azad edilmişdir. -Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci direktorunun xx.xx.2016-cı il tarixli 41/k saylı əyani şöbənin yaradılması barədə əmrindən görünür ki, Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli xx-xx-7014/18 saylı məktubuna əsaslanaraq, 1. İqtisadiyyat və idarəetmə, Təhsil və Humanitar ixtisasları üzrə Əyani Şöbələrdə tələbələrin sayının çoxluğunu nəzərə alaraq, “Bank işi”, “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisasları birləşərək “İqtisadiyyat və idarəetmə ixtisasları üzrə Əyani şöbə yaradılmış, şöbələrin adları aşağıdakı qaydada müəyyən edilmiş: “Təhsil və Humanitar” ixtisasları üzrə Əyani şöbə (Ailə və ev təhsili, kitabxana informasiya təminatı, Arxiv işi və kargüzarlıq, Məktəbəqədər təlim və tərbiyə), “İqtisadiyyat” ixtisasları üzrə Əyani şöbə (Mühasibat uçotu, Maliyyə işi), “İqtisadiyyat və idarəetmə” ixtisasları üzrə Əyani şöbə (Bank işi, Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə), İddiaçı - Təcrübə rəhbəri, xx.xx.2016-cı il tarixdən ƏM-nin 59-cu maddəsinə əsasən yeni yaradılan “iqtisadiyyat və idarəetmə " ixtisasları üzrə əyani şöbənin müdiri vəzifəsinə keçirilmiş və 2016/2017-ci tədris ilində qiyabi təhsil alan son kurs tələbələrinin işlərinə nəzarət tədris ilinin sonunadək ona həvalə edilmiş, aylıq əmək haqqı vahid ştat cədvəli əsasında ödənilmiş, əsas olaraq İddiaçı dərkənarla ərizəsi və Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli, xx-xx-7014/18 saylı məktubu olmuşdur. -Bakı Dövlət Universitetinin Nəzdində İqtisadiyyat və Humanitar Kollec tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 34/K saylı əmrdən görünür ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq Kollecin “İqtisadiyyat və idarəetmə” ixtisasları üzrə şöbə müdiri İddiaçı tələbələrin qiymətləndirilməsində Pedaqoji Şuranın qərarını nəzərə almadığı üçün töhmət elan edilmiş, əsas olaraq tədris işləri üzrə direktor müavini İ.E.Xudiyevanın təqdimatı olmuşdur. Əmrə əlavə edilmiş tədris işləri üzrə direktor müavini İradə Xudiyeva tərəfindən Kollecin direktoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, Kollecin “İqtisadiyyat və İdarəetmə” ixtisasları üzrə şöbə müdiri İddiaçı və “Fəlsəfə” fənn müəllimi Emil Əliyev pedaqoji şuranın qərarının icrası ilə əlaqədar səhlənkarlıq edərək tələbələrin qiymətləndirilməsi zamanı davamiyyətə görə 10 bal, sərbəst işə görə 10 bal verilməsini nəzərə almadıqları üçün onlar haqqında tədbir görülməsi xahiş edilmişdir. -“Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec”in Həmkarlar İttifaqının sədri T.A.Rüstəmovaya həmin kollecin direktoru tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli ixtisar barədə əsaslandırılmış yazılı təqdimatdan görünür ki, “Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec” X30 Pedoqoji Şurasının xx.xx.2021-ci il tarixli 01 saylı iclas protokoluna əsasən, Kollecin yeni strukturu hazırlanmışdır. Təhsil Nazirliyinin xx.xx.2021-ci il F-07 tarixli əmri ilə təsdiq edilmiş Kollecin nizamnaməsinin 4.14.5-ci bəndini və Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “ə” hissəsini rəhbər tutaraq, Kollecdə idarəetməni təkmilləşdirmək, artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə protokol ilə müəyyən edilmiş struktur qəbul edilmişdir. Həmin struktur nizamnaməyə əsasən təsisçi tərəfindən təsdiq edildikdən sonra əmək haqqı fondu və işçilərin say həddi daxilində yeni ştat cədvəlinin təsdiq edilməsi nəzərdə tutulur. Yeni ştat cədvəlində müəyyən edilmiş vəzifə və ya struktur üzrə müvafiq struktur bölmələri və ştat vahidləri/vəzifələr ləğv/ixtisar ediləcəkdir. Beləliklə, kollecdə ştat tərkibinin dəyişdirilməsi zəruriyyətini nəzərə alaraq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə əyani şöbəyə şöbə müdiri vəzifəsinə tələbat azalmışdır. Kollecdə keçirilən təşkilat-ştat tədbirləri ilə əlaqədar olaraq, X9 protokoluna/qərarına əsasən, İqtisadiyyat və idarəetmə ixtisasları üzrə əyani şöbədə şöbə müdiri vəzifəsinin ixtisara salınması nəzərdə tutulmuşdur. Bununla bağlı ixtisar ediləcək müvafiq vəzifəni tutan işçi İddiaçı ilə mövcud əmək münasibətlərinə xitam vermək zərurəti yaranmışdır…….Bununla əlaqədar, İddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi ilə əlaqədar toplanmış material və ləğv/ixtisar edilmiş ştat vahidində/vəzifədə çalışan işçinin işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə müvafiq sənəd hazırlanaraq əlavədə diqqətə çatdırılır. Yuxarıdakıları nəzərə alaraq, təqdim olunmuş sənədlər əsasında məsələyə baxaraq əsaslandırılmış yazılı qərarın verilməsi xahiş olunmuşdur. -Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X3 İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli iclasının 40 saylı protokolundan görünür ki, Gündəlik məsələ: 1. Kollecdə ştat tərkibində dəyişikliklərin edilməsi, İqtisadiyyat və idarəetmə ixtisasları üzrə əyani şöbə müdiri vəzifəsinin ixtisara salınması ilə əlaqədar, işçi İddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi ilə əlaqədar qanunvericiliklə tələb olunan razılaşma barədə. Dinlənilmişdir: HİK sədri T.Rüstəmova bildirdi ki, Kollecin daxili işi olaraq, hazırkı iclasın gündəliyində duran məsələ deyildir. Həmkarlar İttifaqı olaraq, bu iclasda yalnız ixtisar ediləcək ştat vahidində çalışan işçinin ixtisarı ilə bağlı məsələ araşdırılacaq və qanuna uyğun qərar qəbul ediləcəkdir. Qeyd edilmişdir ki, Kollec tərəfindən daxil olan Əsaslandırmada qeyd edilən hallar öz təsdiqini tapmışdır. İddiaçı işlədiyi dövr ərzində peşəkarlıq səviyyəsini müəyyən edərkən, onun əməlləri ilə əlaqədar şikayətlər daxil olmuş, həmçinin, işində törətdiyi nöqsanlara görə töhmət belə almışdır. Yeni rəhbərliyin dövründə imtahanların keçirilməsinə nəzarət gücləndirilmiş və bunun fonunda sözügedən işçinin bəzi qaydalara uyğun olmayan hərəkətlərə yol verməsi aşkarlanmışdır. Belə, “Microsoft Teams” proqramınının yaddaşındakı imtahanların çəkiliş və təqvimini müəllimlərin hesabları ilə silmiş, araşdırılma apararkən məlumatsız olduğunu demiş və müəllimləri, tyutorları günahlandırmış, tədris prosesində özbaşınalıqlara yol vermişdir. Davranışa gəldikdə, İddiaçı, həm inzibati, həm rəhbər işçilərlə vəzifə başında kobud davranmışdır. Beləliklə, mövcud sənədlərə, daxil olmuş məlumatlara və araşdırmanın nəticələrinə əsasən müəyyən olunmuşdur ki, yuxarıda sadalanan halların heç biri İddiaçı şamil olunmur və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması qanunla qadağan deyildir. Lakin Həmkarlar ittifaqının iclaslarının təşkilinə uyğun olaraq, məsələ ilə əlaqədar qərarın qəbul edilməsi iclasda iştirak edən bütün iştirakçıların rəyi nəzərə alınmaqla həyata keçirilməlidir. Bunu nəzərə alaraq, X10 Komitəsinin sədri T.Rüstəmova bu məsələyə münasibət bildirməyi xahiş etmiş və iştirakçılara çıxış etmək üçün söz vermişdir. Çıxışlar: X8 bildirmişdir ki, çıxışda qeyd edilən bütün məqamlarla razı olmaqla vaxtı çatmış, tədrisin keyfiyyətinə mənfi təsir göstərməyən ixtisara etiraz etməmişdir. X13, X14 R.Vəliyevanın çıxışı ilə həmrəy olduqlarını bildirmiş, bu məsələ səsə qoyulmuş, bütün iclas iştirakçıları lehinə səs vermiş, əleyhinə və bitərəf olan olmamış və yuxarıda deyilənləri nəzərə alıb, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin məqsədəuyğun hesab edilməsi yekun olaraq qərara alınmışdır. -Bakı Dövlət Universitetinin xx.xx.2021-ci il tarixli R-132 saylı əmrindən görünür ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin strukturu təsdiq edilmiş, həmin kollecin direktoruna bu əmrin icrasından irəli gələn vəzifələrin icrasının təmin edilməsi tapşırılmışdır. Əsas olaraq Kollecin xx.xx.2021-ci il tarixli 90 saylı məktubu, BDU Elmi Şurasının xx.xx.2021-ci il tarixli iclasının qərarı olmuşdur. -Əmrə edilmiş Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin strukturundan görünür ki, Kollecdə 1) Rəhbərlik, 2) İnzibati idarəetmə aparatı (şöbələr, bölmələr və s), 3) şöbələr (fakültə statusunda), 4) yataqxana, 5) yeməkxana bölmələri yaradılmışdır. -Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin xx.xx.2021ci il tarixli R/01/A saylı əmrindən görünür ki, Bakı Dövlət Universitetinin rektorunun xx.xx.2021-ci il tarixli R-132 nömrəli əmrinə əsasən “Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec” X30 yeni strukturu təsdiq edilmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş Kollecin nizamnaməsinin 4.14.5-ci bəndini və Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “ə” hissəsini rəhbər tutaraq, Kollecdə idarəetməni təkmilləşdirmək, artıq xərclərin qarşısının almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə əmr ilə müəyyən edilmiş struktur üzərindən müəyyən edilmiş struktur bölmələrinin və ştat vahidləri/vəzifələri ləğv/ixtisar edilmiş, 1-ci bənddə göstərilən ixtisar edilmiş ştat vahidləri ilə əlaqədar olaraq bütün aidiyyəti olan şəxslər məlumatlandırılmaqla qanunvericilik çərçivəsində tələb olunan bütün zəruri və lazımi tədbirlərin görülməsi, bu əmrin icrasına nəzarətin insan resursları və informasiya şöbəsinə tapşırılması qərara alınmış, əsas olaraq rəhbərliyin dərkənarı, ştatların ixtisarına dair xx.xx.2021-ci il tarixli R-132 nömrəli əmr, Əmək Məcəlləsinin müvafiq maddəsi/bəndi olmuşdur. -xx.xx.2021-ci tarixli R-01/A saylı “Struktur bölmələrinin və ştat vahidlərinin/vəzifələrin ləğv edilməsi/ixtisarı barədə” Əmrə 1 saylı əlavədən görünür ki, 1. Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin struktur üzrə ləğv/ixtisar edilmiş struktur bölmələri və ştat vahidləri/vəzifələr aşağıdakılardır: 1.1 “İqtisadiyyat və idarəetmə” ixtisaslar üzrə əyani şöbə - 1 ştat vahidi. 1.1-ci bəndə dair strukturda eyni funksiyalı, tam tərkibli və fəaliyyət qabiliyyətli “İqtisadiyyat ixtisasları şöbəsi”-nin olması, şöbənin fəaliyyətinin qeyri-müəyyən olması, şöbə tərəfindən görülməli işlərin digər struktur bölmələr tərəfindən faktiki görülməsi, şöbədə müdirdən başqa işçilərin olmaması, qeyd olunanlarla yanaşı şöbəyə zərurətin azalması əsas olmuşdur. 2. Ştat cədvəlindən çıxarılaraq adları aşağıda göstərilən ştat və bölmələrlə əvəz edilmiş ştat vahidləri/vəzifələr aşağıdakılardır: 5. “İqtisadiyyat” ixtisasları üzrə əyani şöbə müdiri -“İqtisadiyyat“ ixtisasları şöbəsi; (Fakültə statusunda). -Ştat vahidinin ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, son zamanlarda Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ştat tərkibinin dəyişdirilməsi zəruriyyətini nəzərə alaraq, İqtisadiyyat və idarəetmə ixtisaslar üzrə əyani şöbəyə və şöbə müdiri vəzifəsinə tələbat azalmışdır. Kollecdə keçirilən təşkilat-ştat tədbirləri ilə əlaqədar olaraq, İddiaçı üzvü olduğu X9 14 sentyabr 2021-ci il tarixli 01 saylı iclas protokoluna və Bakı Dövlət Universitetinin rektorunun xx.xx.2021-ci il tarixli R-132 nömrəli əmri əsasında verilmiş xx.xx.2021-ci il tarixli R-01 saylı əmrə əsasən, İqtisadiyyat və idarəetmə ixtisasları üzrə əyani şöbədə şöbə müdiri vəzifəsi ixtisara salınmışdır. Eyni zamanda, işgüzar keyfiyyətləri, peşəkarlığı, ixtisası (peşə və sənəti) nəzərə alınmaqla uyğun işə (vəzifəyə) keçirilmək imkanları dərindən araşdırılmış, lakin bütün lazımi tədbirlərin görülməsinə baxmayaraq, hazırda Kollecdə münasib boş vəzifənin olmaması səbəbindən müvafiq işlə təmin edilməsi mümkünsüzdir. Bu səbəbdən, bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə və əmək müqaviləsinin 7.1 bəndinə uyğun olaraq, iqtisadiyyat və idarəetmə ixtisaslar üzrə əyani şöbədə şöbə müdiri vəzifəsinin ixtisar olunmasına görə, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, hazırkı bildirişin tarixindən ən azı 6 təqvim həftəsi sonra, yəni 15 dekabr 2021-ci il tarixdə xitam veriləcəkdir. İşdən çıxarma müavinəti, son haqq-hesab və istifadə olunmamış əsas məzuniyyətə görə pul əvəzi tətbiq olunan qanunvericiliyə müvafiq olaraq, 15 dekabr 2021ci il tarixinədək olan dövr üzrə müəyyən olunmuş zamanda ödəniləcəkdir. -“Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec” tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli 163/K saylı əmrin surətindən görünür ki, İqtisadiyyat və idarəetmə ixtisasları üzrə əyani şöbənin şöbə müdiri İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 15 dekabr 2021-ci il tarixdən xitam verilmiş, kollecin baş mühasibinə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan işdən çıxma müavinətinin və son haqq-hesabın aparılmasını təmin etməsi, əmrin icrasına nəzarətin İnsan resursları və informasiya şöbəsinin müdirinə və baş mühasibə tapşırılması qərara alınmış və əsas olaraq kollecin strukturunun təsdiq edilməsi barədə Bakı Dövlət Universitetinin rektorunun xx.xx.2021-ci il tarixli R-132 nömrəli əmri və Həmkarlar ittifaqının qərarı olmuşdur. -Ştat vahidinin ixtisarı ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 163/k saylı əmrin təhvil alınmasından imtina haqqında 15 dekabr 2021-ci il tarixli aktdan görünür ki, X6, X2, X4, X7 və X12 iştirakı ilə tərtib edilərək imzası ilə təsdiq edilmiş akta əsasən, ştat vahidinin ixtisarı ilə əlaqədar İddiaçı onunla Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin təqdim edilməsinə baxmayaraq, işçi həmin əmri təhvil almaqdan səbəbsiz olaraq imtina etmişdir. Buna baxmayaraq işçiyə əmrdə yer almış bütün məlumat diqqətinə çatdırılmış və ona bütün hüquqları izah edilmişdir. Hazırki akt 2 nüsxədə (hərəsində biri qalmaqla Kollecdə və İddiaçı) tərtib edilərək həmin şəxslər tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və imzalanmışdır. -X20 Komitəsinin sədri T.Rüstəmovanın imzası ilə təsdiq edilməklə aparılmış qeyddən görünür ki, “Həmçinin, işçiyə aktın imzalanmasının bir nüsxəsini təhvil alınması təklif edilməsinə baxmayaraq, o, bundan səbəbsiz olaraq imtina etmişdir.” -Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 06 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən, Kollecdə əyani şöbə müdiri işləmiş və vəzifə maaşı 423 manat olmuşdur. -Əmək və X16 Nazirliyi yanında X15 Xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 saylı məktubdan görünür ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin rəhbərliyi tərəfindən əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı ünvanlanmış müraciətə baxılmışdır. Kollecin rəhbərliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 15 nömrəli rəsmi məktuba, təsdiqedici sənədlərə və İddiaçı xx.xx.2022-ci il tarixdə X15 Xidmətinin Abşeron- Xızı regional şöbəsinə verdiyi izahata, təqdim etdiyi təsdiqedici sənədlərə əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Kollecdə riyaziyyat fənni üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Kollecin iqtisadiyyat və idarəetmə ixtisasları üzrə əyani şöbənin müdiri vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə Kollecin rəhbərliyinin 15 dekabr 2021-ci il tarixli 163/k nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, son haqq hesabı və işdənçıxarma müavinəti 29 dekabr 2021-ci il tarixdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına köçürülmüşdür. Eyni zamanda, Kollecin rəhbərliyinin və təqdim edilən müvafiq sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 76, 77-ci, 83.2 və 172.4-cü maddələrinin tələbləri pozulmuş, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmiş, son haqq hesabı işdən çıxdığı gün ödənilməmiş və son haqq hesabının (əmək və məzuniyyət haqlarının) hesablanıb ödənilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq, işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. -Müştəribank tərəfindən çıxarılmış, İddiaçı məxsus olan hesabdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 683.20 manat, xx.xx.2021-ci il tarixdə 298.72 manat, xx.xx.2021-ci il tarixdə 359.06 manat, xx.xx.2021-ci il tarixdə 309.25 manat, xx.xx.2021-ci il tarixdə 1067.75 manat, xx.xx.2022-ci il tarixdə 70.82 manat mədaxil edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-567/2022 saylı qərarından görünür ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müdiri X5 şikayəti təmin olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarxli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» X22 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Kollecin keçmiş əməkdaşı İddiaçı ixtisar olunan zaman təklif etmək üçün uyğun boş vakansiya mövcud olmamışdır. Qeyd olunan ixtisar zamanı təsdiq olunan yeni təşkilati struktur sübut qismində məhkəməyə təqdim edilmişdir. -“Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec” X22 Nizamnaməsindən görünür ki, kollec ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Qanuna uyğun olaraq ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını, habelə, əlavə təhsil proqramlarını həyata keçirən publik hüquqi şəxsdir. -Abşeron RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əzimova X18 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 18-ci küçə, 157 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə xx.xx.2004-cü il tarixli 20 saylı əmr əsasında ixtisasına uyğun riyaziyyat fənni üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli 09 saylı əmr əsasında həmin Kollecə şöbə müdiri vəzifəsi üzrə işə keçirilmiş, vəzifə dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2016-cı il tarixli 41/K saylı əmr əsasında isə Əmək Məcəlləsinin 59cu maddəsinin tələbləri ilə ixtisasları üzrə əyani şöbənin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İqtisadiyyat və Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 163/K saylı əmrinə əsasən, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən, işçilərin sayı və ştatların ixtisarı müddəası ilə işdən azad edilmiş, hazırda da, iddiaçı həmin əmrin ləğv edilərək işə bərpa edilməsi və əmrin qəbul olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün hesablanacaq əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş işəgötürən Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı kollecə qiyabi şöbənin müdiri vəzifəsinə işə qəbul edilmiş, işçi həmin tarixdən işə başlamaqla müqavilə bir il müddətinə bağlanmışdır. Beləliklə də, tərəflər arasında işçi-işəgötürən hüquq münasibətləri yaranmaqla qarşılıqlı hüquq və vəzifələr yaranmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunun sözügedən müddəasına istinad edərək, məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir. Qanunun tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasından biri də 70-ci maddənin 2-ci hissəsinin b bəndinə uyğun olaraq işçilərin sayı və ya ştatların ixtisar edilməsidir. Məhkəmə qeyd edir ki, ştat ixtisarı dedikdə, müəyyən olunmuş vəzifə üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq, müəssisədə ştatların ixtisar edilməsi idarəçiliyin təşkilinin təkmilləşdirilməsi, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə işəgötürənin əmri ilə həyata keçirilir. Beləliklə də, mülki iş materiallarına əlavə olunmuş Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli R/01/A saylı əmri məhz Kollecdə idarəetməni təkmilləşdirmək, artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə qəbul edilmiş və həmin əmrdən də göründüyü kimi, sözügedən məqsədlərin təmin edilməsi naminə struktur bölmələr, ştat vahidləri ləğv/ixtisar edilmiş, ixtisar olunan bölmələr (vəzifələr) siyahısında hazırki iş üzrə İddiaçı da vəzifəsi şamil olunmuşdur. Belə ki, “İqtisadiyyat və idarəetmə” ixtisası üzrə əyani şöbə - 1 ştat vahidi olmaqla, “İqtisadiyyat” ixtisası üzrə əyani şöbə müdiri -“İqtisadiyyat“ ixtisası şöbəsi ilə ləğv olunmuş, sözügedən əmr əsasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş İddiaçı xx.xx.2021-ci il tarixdə göndərilmiş, həmçinin, həmin bildiriş əsasında işçiyə onun hüquq və vəzifələri izah olunmuşdur. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilərkən müəssisədə həqiqətən də ştatın ixtisar olunması təsdiq olunmalı, işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalı, işdə saxlanılmaq üçün üstünlük hüququna riayət olunmalı, azı iki ay əvvəl rəsmi şəkildə xəbərdar olunmalı, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli, işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun başqa işə keçirilməsi imkanı mütləq şəkildə araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatı, eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli arayış əsasında Kollecin keçmiş əməkdaşı İddiaçı ixtisar olunan zaman təklif etmək üçün uyğun boş vakansiyanın mövcud olmadığı müəyyən olunmuşdur. Əmək Məcəlləsinin: 77-ci maddəsinin 1. hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 2. hissəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3. hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin stajından asılı olaraq müəyyən edilmiş müddətdə işçi xəbərdar edilməli, ona bildiriş göndərilməlidir. İddiaçıya məxsus əmək kitabçasının surətindən göründüyü kimi, İddiaçı sözügedən Kollecdə 2004-cü ildən əmək fəaliyyətinə başlamış olsa da, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli bağlanmaqla bildiriş xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmişdir. Bu səbəbdən də, iddiaçının Kollecdə əmək fəaliyyəti ilə məşğul olması müddəti nəzərə alınmaqla, iddiaçı 6 təqvim həftəsi öncədən, yəni xx.xx.2021-ci il tarixdə bildiriş göndərilməklə, ona xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı Kollecin Pedaqoji şurasında keçirilən iclasda iştirak etməklə, ştatın ixtisar olunacağı barədə məlumatlı olmuş, həmin bildiriş əsasında isə əmək müqaviləsinə xitam verilməsi ona əvvəlcədən bildirilmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının əmək stajı nəzərə alınmaqla ona azı 9 həftə əvvəlcədən bildiriş göndərilməsi iddiaçı tərəfindən irəli sürülmüş və sözügedən müddətin cavabdeh qurum tərəfindən pozulmasına dair Əmək Müfəttişliyi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli MB seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsassız olduğundan Abşeron rayon Məhjkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-567/2022 saylı qərarı ilə ləğv edilmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə düzgün şəkildə riayət edilməklə 6 həftə öncədən iddiaçıya bildirilmiş göndərilmişdir. Əmək Məcəlləsinin: 78-ci maddəsinin 1. hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 78-ci maddəsinin 2. hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, müəssisədə ştatların ixtisarı və ya işçilərin sayının azaldılması halları olduqda, heç də bütün hallarda əmək müqaviləsinə xitam verilməsi əsası kimi qiymət verilə bilməz. Beləliklə də, göstərilən meyarların müəyyən olunması müəyyən vəzifələr üzrə əmək funskiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərlə əmək münasibətlərini saxlamağa imkan verir. İşçinin peşəkarlıq səviyyəsini qiymətləndirmək hüququ isə işəgötürənə məxsusdur. Bu zaman onların əmək fəaliyyətini xarakterizə edən müxtəlif məlumatlar (məsələn, təhsil haqqında sənədlər, işin ödənilməsi, ixtisas üzrə iş stajı, xidməti tapşırıqların yerinə yetirilmə keyfiyyəti və s) nəzərə alınır. Maddənin tələblərindən göründüyü kimi, qanunvericilik müəssisədə göstərilən hallar olduqda üstünlük hüququna malik olan işçilər kateqoriyasını müəyyən etmişdir. Lakin iddiaçının sözügedən kateqoriyaya şamil olunması barədə mötəbər sübut məhkəməyə təqdim olunmamaqla yanaşı, bu hal həm X10nın xx.xx.2021-ci il tarixli iclasında müzakirə olunmuş, həm də məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən iddiaçının üstünlük hüququna malik olmayan şəxs olması təsdiq olunmuşdur. Bununla yanaşı, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1. hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə əmək qanunvericiliyinin tələblərinə istinad edərək qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsinin qadağan edildiyi hallar müəyyən edilmiş və həmin şəxslərin kateqoriyası konkret olaraq təsbit olunmuşdur. Beləliklə də, ştatların ixtisarı zamanı əmək müqaviləsinin ləğv edilməsi zəruriyyəti yarandıqda, güzəştin tətbiq olunduğu işçilərin kateqoriyası, yəni Əmək Məcəlləsinin 78-ci maddəsinin (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) və 79-cu maddəsinin (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) tələbləri nəzərə alınmış, X10 Komitəsinin xx.xx.2021-ci il tarixli iclasında göstərilmiş hallar müzakirə olunmaqla iddiaçının göstərilən kateqoriyaya aid olmaması müəyyən edilmiş, nəticədə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə eyni zamanda, qeyd edir ki, işçi ilə əmək müqaviləsi ləğv edilərkən işçinin peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır. Göstərilən tələb Əmək Məcəlləsinin 78-ci maddəsinin 1. hissəsi ilə nəzərdə tutulmuşdur. Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirə edilmiş, eyni zamanda, Bakı Dövlət Universitetinin Nəzdində İqtisadiyyat və Humanitar Kollec tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 34/K saylı əmrdən göründüyü kimi, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq şöbə müdiri İddiaçı tələbələrin qiymətləndirilməsində Pedaqoji Şuranın qərarını nəzərə almadığı üçün ona töhmət elan edilmiş, əsas olaraq isə tədris işləri üzrə direktor müavini İ.E.Xudiyevanın təqdimatı olmuşdur. Həmçinin, Komitənin iclasında İddiaçı işlədiyi dövr ərzində peşəkarlıq səviyyəsini müəyyən edilərkən, onun əməlləri ilə əlaqədar şikayətlərin daxil olması, işində törətdiyi nöqsanlara görə töhmət alması, bunun fonunda sözügedən işçinin bəzi qaydalara uyğun olmayan hərəkətlərə yol verməsi aşkarlandığından, göstərilən bu hallar onun işəgötürən tərəfindən peşəkarlıq səviyyəsi qiymətləndirilərkən nəzərə alınmışdır. Əmək Məcəlləsinin: 80-ci maddəsinin 1. hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2. hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80-ci maddəsinin 3. hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Məhkəmə qanunun tələblərinə istinad edərək qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə, yəni, ştatların və ya işçilərin sayı ləğv edilən zaman əmək müqaviləsinə xitam verilməsi zəruriyyəti yarandıqda işçi həmkarlar ittifaqının üzvü olduqda həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığının alınması mütləqdir. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Kollecin direktoru Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2021-ci il tarixdə yazılı təqdimatla müraciət etmiş, təqdimata X11 xx.xx.2021-ci il tarixli 01 saylı iclas protokolunu və işçilərin üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə əsaslandırmanı əlavə etmiş, təqdimatın daxil olmasından 7 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə keçirilmiş iclas nəticəsində tərtib olunmuş 40 saylı protokol əsasında yekun qərar qəbul olunmuş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsi müzakirə edilərək qeyd olunan məsələ məqsədəuyğun hesab edilmiş, nəticədə, əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə tədqiq olunmuş sübutları, həmçinin, qanunvericiliyin tələblərini ümumiləşdirərək qeyd edir ki, işəgötürən-cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X21 Hüquqi Şəxsi tərəfindən işçi-İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin göstərilən tələblərinə işəgötürən tərəfindən riayət olunmuş və bu, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1. maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında ştat vahidinin ixtisarı ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 163/k saylı əmrin təhvil alınmasından imtina haqqında 15 dekabr 2021-ci il tarixli aktdan göründüyü kimi, İddiaçı onunla İqtisadiyyat və Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin təqdim edilməsinə baxmayaraq, işçi həmin əmri təhvil almaqdan səbəbsiz olaraq imtina etmişdir. Lakin buna baxmayaraq, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi bəlli olmuşdur. Başqa sözlə, əmrin qanunsuz olaraq qəbul edildiyini mübahisələndirən iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin müzakirə edildiyini və nəticədə, xitam verildiyini bildiyi, bilavasitə hüququnun pozulduğunu bildiyi halda məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş 1 (bir) aylıq müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, iddia ərizəsi müddət ötürülməklə verildiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi əsassız olduğundan və ona görə də Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» X22 xx.xx.2021-ci il tarixli 163/K saylı əmrinin ləğv edilməsinə heç bir əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin nəzdində «İqtisadiyyat və Humanitar Kollec» X17rşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1720/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1720/2022
13.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver