Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-173/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, İsayev Elşad Nəsrəddin oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı hüquqi varisi X8 Cavabdeh qarşı nikahın, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair çıxarışın ləğvi tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı hüquqi varisi X8 Cavabdeh qarşı nikahın, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 343 №-li akt qeydi ilə Bakı şəhəri, Binəqədi rayonu qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsi, Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 54 №-li evin 176 saylı mənzilin X12 tərəfindən Cavabdeh bağışlaması barədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 54 №-li evin 176 saylı mənzilin Cavabdeh mülkiyyətinə keçməsinə dair daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı və X12 ilə X6 şəhərində xx.xx.1999-cu il tarixdə nikaha girməklə evlənmişlər. X14 Nelliyə qədər Şamaxıda ailəsi olmuş və ondan boşanmışdır. X2 Federasiyasının vətandaşı olmasına baxmayaraq, tez-tez Azərbaycan Respublikasına gedib-gəlmişdir. 2006-cı ildən sonra o, çox vaxt Azərbaycanda yaşadığından, ailələrinin vəsaiti hesabına ona 2008-ci ildə Xırdalan şəhəri, Nizami küçəsi, 45 №-li (keçmiş Zəngilanlılar məhəlləsi, ev 205) 0,3 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət özbaşına tikilmiş fərdi yaşayış evini 84.000 (səksən dörd min) manata almışlar. (sonra həmin fərdi yaşayış evi müvafiq reyestr xidmətində qeydə alınıb). Bundan sonra Cavabdeh həmin evə köçmüş və İsmət Rəşidovla xx.xx.2012-ci il tarixdə 343 №-li akt qeydi ilə Bakı şəhəri, Binəqədi rayonu Qeydiyyat şöbəsində nikaha girmişlər. Onların yaşadıqları birgə nikah dövründə əldə etdikləri Xırdalan şəhəri, Nizami küçəsi, 45 №-li fərdi yaşayış evinin həyətində qrunt sular üzə çıxdığından, İsmət həmin evi 104 (yüz dörd min) manata satmış və Abşeron rayonu, Xırdalan səhəri, M.Hüseynzadə küçəsi, 54 №-li evin 176 saylı mənzili almışdır. Həmin mənzili X12 xx.xx.2016-cı il tarixdə Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat kontorunda bağışlama müqaviləsinə əsasən Cavabdeh qızma bağışlamışdır. X12 xx.xx.2019-cu il tarixdə Xırdalan şəhərində vəfat etmişdir. O, İ.Rəşidovun Cavabdeh ilə nikaha girməsi və İ.Rəşidovun Cavabdeh mülkiyyətində olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 54 №-li evin 176 saylı mənzili bağışlamasını İ.Rəşidovun ölümündən sonra vərəsəlik işi ilə bağlı sənədləri əldə edərkən yəni, ölümündən 6ay sonra məlum olmuşdur. X1 Nelli İvanovna ilə nikahda olduğu halda X12 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 343 №-li akt qeydi ilə Bakı şəhəri, Binəqədj rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız sayılmalı, X12 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 343 №-li akt qeydi il Bakı şəhəri, Binəqədi rayonu Qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız olduğundan İddiaçı və X9 birgə nikah dövründə əldə olunmuş vəsait hesabına alınmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi. 54 №-li evi 176 saylı mənzilini xx.xx.2016-cı il tarixdə Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat kontorunda X12 ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsi etibarsız sayılmalı və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh adına qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhər M.Hüseynzadə küçəsi, 54 №-li evin 176 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestı Xidməti tərfındən verilmiş çıxarış ləğv olunmalıdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, 54 nömrəli evin, 176 saylı mənzildə 2012-ci ildən yaşayır. Ev həyət evidir və 1 otaqlıdır. Evi ona yoldaşı X12 almışdır. O, X12 ilə 20 ildir ki, yaşamış, lakin 2012ci ildə rəsmi nikaha daxil olmuşdur. İsmət 1999-cu ildə Şamaxı rayonunda ailəsi olub və 3 oğlu olmuş, İddiaçı isə övladı olmamışdır. Həyat yoldaşı onu qardaşına tapşırmışdır və evin ona hədiyyə etmişdir ki, oğlanları evi ondan almasınlar. Onların övladı yoxdur. O, Rəşidov İsmət ilə yaşayanda evli olduğunu bilməmişdir. Hətta o, X7 gedəndə uşaqları gələndə İsmətin evli olduğunu bilmişdir. Yoldaşı dünyasını dəyişdikdən sonra Şamaxıda dəfn etmişlər. Yoldaşı ona başqa ailəsi olduğunu deməmişdir, hətta yoldaşının böyük oğlu Habil ilə evinə aparmışdır. Həmçinin o, iddia tələbinə etiraz təqdim edərək bildirdi ki, sözügedən iddia tələbi tamamilə əsassızdır. Belə ki, onunla X12 arasında Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012ci il tarixdə 343 saylı rəsmi nikah qeydə alınmışdır. Aradan 4 il müddət keçdikdən sonra, yəni xx.xx.2016-cı il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzinin notariat ofisində X12 ilə birgə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, 54 nömrəli evin, 176 saylı mənzilinin ona bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İddiaçının hüquqi varisi nikahın etibarsız hesab olunması və bunun nəticəsi olaraq bağışlama müqaviləsinin də etibarsız hesab edilməli olduğunu iddia edir. Halbuki, nə “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatda, nə də ki “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda bağışlama müqaviləsinin etibarlı olması üçün nikah haqqında şəhadətnamənin etibarlı olması kimi şərtlər nəzərdə tutulmamışdır. Həmçinin, nikahın etibarsızlığı belə daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyil. Çünki daşınmaz əmlak həm qohuma, həm də qohum olmayan şəxsə bağışlana bilər. Qeyd olunanlara əsasən, o, İddiaçı Cavabdeh qarşı nikahın, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair çıxarışın ləğvi tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının istinad etdiyi hallar aydın deyildir. Həmçinin Cavabdeh nikaha daxil olarkan Rəşidov İsmətin başqasi ilə evli olmasının ona deyilməməsi notariat orqanının səhvidir. Əgər nikah etbarsız olsaydı belə, bağışlama müqaviləsi etibarsız hesab oluna bilməz və bunlar ayrı-ayrı institutlardır.Cavabdeh Rəşidova X5 ölənə kimi ona baxmışdır. X3 evi cavabdehə bağışlayanda onlar rəsmi şəkildə evli olmuşlar. Cavabdeh onun başqa ailəsinin olduğunu bilə bilməzdi. İddiaçının 8 il sonra belə bir iddia qaldırması da əsassızdır. Qeyd olunanlara əsasən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Moskva şəhəri, Çeremuşki VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notariusda təsdiqlənmiş surətindən görünür ki, X12 ilə X15 xx xxxx 1999-cu ildə nikah bağlamışlar. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə Cavabdeh arasında x xxxx 2012-ci il tarixli, 343 saylı nikah bağlanmışdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 116 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2012-ci ildə vəfat etmişdir. İş materiallarında olan Moskva VVAQ İdarəsinin Çeremuşkino VVAQ şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxxxx 2019cu il tarixində, saat 10:40 dəqiqədə Rusiya Federasiyası, Moskva şəhərində vəfat etmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, xx xxxxxx 1935-ci il təvəllüdlü, Moskva şəhərində doğulmuş, Rusiya Federasiyası vətəndaşı olan İddiaçı nədən ibarət olmasında və harada yerləşməsindən asılı olmayaraq o, öləndə ona məxsus olacaq bütün əmlakını xx xxxxxx 1980-ci il təvəllüdlü X10 vəsiyyət etmişdir. İş materiallarında olan **********18 №-li, xx xxxx 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 mənzil 176 ünvanı üzərində X9 adına mülkiyyət hüququ daşımaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixində **********98-05301-093045 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X4 həmin mənzili Sumqayıt “ASAN” xidmət mərkəzində notariat konturunun xüsusi notariusu C.M.Qasımov tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, 4Ə- 1572 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən, Cavabdeh bağışlanmışdır. ünvan 2 mənzil 176 ünvanı üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə **********98-05301-093045 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb,təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə X2 Federasiyasında xx xxxx 1999-cu il tarixində rəsmi nikah bağlamışlar. Daha sonra X12 ilə Cavabdeh arasında x xxxx 2012-ci il tarixli, 343 saylı nikah bağlanmışdır. X12 özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən, 54 nömrəli evin, 176 saylı mənzili xx.xx.2016-cı il tarixli, 4Ə-1572 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən, yoldaşı Cavabdeh bağışlamış və adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə **********98-05301-093045 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 116 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X12 xx.xx.2019-cu ildə vəfat etmişdir. Lakin İddiaçı iddia ərizəylə məhkəməyə müraciət etsə də, sonradan iş materiallarında olan Moskva VVAQ İdarəsinin Çeremuşkino VVAQ şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixində, Rusiya Federasiyası, Moskva şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlər üzrə müddətlər göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericilik başışlanma müqaviləsinin etibarsız sayılması üçün bir il müddət müəyyən etmişdir. Ona görə də məhkəmə məhz müddətin keçməsi ilə bağlı bağışlanma müqaviləsinin etibarsız sayılmsı barədə iddianın rədd edilməsi nəticəsinə gəlir və hesab edir ki, iddia ərizəsində göstərilən digər tələblər nikahın etibarsız sayılması və Cavabdeh adına daşınmaz Əmlakın Dövlət Reyestı Xidməti tərfındən mübahisəli evə verilmiş çıxarış ləğv olunması hissəsi iddia tələbinin bilavasitə bağışlanma hissəsi ilə bağlı olduğundan iddia tələbi bu hissələrdə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X12 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 343 №-li akt qeydi ilə Bakı şəhəri, Binəqədi rayonu qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsi, Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 54 №-li evin 176 saylı mənzilin X12 tərəfindən Cavabdeh bağışlaması barədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 54 №-li evin 176 saylı mənzilin Cavabdeh mülkiyyətinə keçməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-173/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-173/2020
07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver