Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-173/2022 30.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən istifadəyə maneənin aradan qaldırılması, qeyri-qanuni tikilinin söküməsi və açılmış qapının bağlanması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı qanunsuz açılmış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə 30 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən istifadəyə maneənin aradan qaldırılması, qeyri-qanuni tikilinin söküməsi və açılmış qapının bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,018 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, qeyri-qanuni qoyulmuş qapının bağlanması və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh qanunsuz açılmış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun istifadəsində olan yola açılmış qapısının bağlanması, həyətinə icazəsiz olaraq açdığı pəncərəsinin bağlanması və icazəsiz olaraq həyətinə düşən ərazidə quraşdırdığı peyk antenasının sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı massivində X4 0,05 ha torpaq sahəsini notariat qaydada alqısatqı etməklə almışdır. Sonradan razılaşdıqları kimi bu torpaq sahəsinin 0,027 ha hissəsini X9 (mərhum), 0,018 ha hissəsini isə özünün adına sənədləşdirmişdir. Əvəz müəllimin torpağı 0,027 ha olduğundan o, torpağın arxa tərəfini, özü isə qarşı tərəfini götürməyi razılaşmışlar. Bu zaman yerdə qalan torpaq sahəsini yol üçün vermişdir. Bu yoldan da ortaq yol kimi istifadə etmişlər. Hər ikisinə aid torpaq sahəsi hal-hazırda sənəddə olduğu kimidir. Eyni zamanda, onun avtomaşın yolu bu yol üçün uyğun olmadığından həyətinə başqa maşın yolu da qoymuşdur. Beləliklə o, torpaq sahəsindən eni 3,3 m uzunluğu 19 m olan yol vermişdir ki, bu yol sənəddə göstərilən yoldan artıqdır. Çünkü 0,054 ha torpaq almış, sənəddə də 0,05 ha-dır. Yəni, hal-hazırda yol 0,0063 ha, əslində isə 0,0047ha olamlıdır. Amma bu yolda olan torpaq sahəsinin əvvəlki mülkyyətçisi o olmuşdur. İndi heç birinin mülkünə aid deyil. Sənəddə də göstərildiyi kimi ümumi yoldur. Əvəz müəllimin razılığı ilə ev tikdirmişdir. Evi hasar əvəzinə torpağın ortasından və bir tərəfin də, hər ikisinin istifadə edəcəyi yol üçün nəzərdə tutduqları torpaq sahəsində qoymaq istəmiş, X12 buna razı olmuşdur. O da pəncərəsinin birini o ümumi yola tərəf qoymuş və eyni zamanda o yola bir həyət qapısı qoymuşdur ki, uşaqları bir başa əsas yola çıxmasın. Çünki o yol onların ümumi yoludur. Əgər o vaxt razılıq olmasaydı o evi, hasarın yerinə qoymazdı, həmin hissəyə pəncərə qoymazdı, özünə hasar çəkərdi. Yola düşən torpaq sahəsinin də ödənişini ondan alıb yolu tam olaraq onun mülkiyyətinə verərdi. Hər ikisi ev tikmiş, normal olaraq yaşamışlar. İllər sonra Əvəz müəllim dünyasını dəyişmişdir. O, evi tikəndə də oğlu İbad Bakı şəhərində oxuyurdu və evin necə tikdiyini görmüşdür. Bu günə qədər də heç bir etiraz bildirməmiş, heç bir problemləri olmamışdır. İbadın evi tam hazır olandan bir müddət sonra öz həyətini hasara almış və sənəddə özünə aid olan torpaq sahəsinə də darvaza qoymuşdur. Yəni atası ilə razılaşdırdıqları ümumi yol olan torpaq sahəsinə girməmişdir. Ora elə ümumi yol olaraq qalmışdır. Bu yolun digər qonşu tərəfində isə yarı tikili və uçuq hasar var idi. Onunla cavabdeh bu yoldan istifadə etmişlər. İbad maşın alana qədər həmən yolda o, öz maşınını saxlayırdı. İbad maşın alan gündən o yolda maşın saxlamamışdır. Onun həmin yolda bir qədər tikinti materialı (qum) var idi. İbad maşın alandan sonra onu da yoldan götürmüşdür. Hər şey yaxşı davam etmiş, bu günə qədər bütün bu deyilənlərə heç bir etirazı olmamışdır. Bu yarımçıq qalan yerə də şərikli hasar çəkmək barədə aralarında söhbət olmuş, amma bu barədə cavabdeh ona heç nə deməmişdir. Bir gün səhər ustanın yarımçıq tikilini sökdüyünü görmüş, səbəbini soruşduqda cavabdehin onun yerində yenidən hasar çəkəcəyini və darvazanı da hal-hazırda olan yerindən çıxarıb bura, yəni yolun sonuna qoyacağını öyrənmişdir. O, cavabdeh ilə bu barədə danışmışdır. Cavabdeh ona bildirmişdir ki, darvazanı söküb gətirib burdan qoyacaq. Yəni, bu vaxt o sənədlərdə də qeyd olunan ümumi yolu zəbt etmiş olacaqdı. Nə qədər təkliflər etsə də, cavabdeh razı olmamışdır. Hasarı da axıra qədər hörmuş, eyni zamanda darvazanın da arxasına qıfıl vurub girəndə və çıxanda da bağlayır. Bu müddət ərzində onun və ailəsinin haqlı olmağına baxmayaraq psixoloji olaraq əziyyət çəkirlər və çox narahat olurlar. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, atası, X7 tikdirdiyi fərdi yaşayış evində məskunlaşmışdır. İddiaçı 2013-cü ildə atasına zəng edərək Abşeron rayonu Hökməli qəsəbəsi At yalı yaşayış massivində 0,01 ha-ı 3000,00 (üç min) manat olan cəmi 0,05 ha torpaq sahəsinin ümumi qiyməti 15000,00 (on beş min) manat məbləğində bütöv olmaqla satışda olduğunu bildirmiş və atası ilə birlikdə həmin torpaq sahəsinin satınalınmasını təklif etmişdir. Atası təklifi qəbul etmiş və qeyd olunan torpaq sahəsinin 0,03 ha hissəsinin atası tərəfindən, 0,02 ha hissəsinin isə İddiaçı tərəfindən alınması tərəflər arasında telefon danışığı zamanı şifahi razılaşdırılmışdır. Şifahi telefon danışığından sonra həmin torpaq sahəsinin satınalınması üçün atası Bakı şəhərinə gəlmişdir. Atası tərəfindən qeyd olunan torpaq sahəsində tikiləcək fərdi yaşayış evində onun yaşayacağı üçün o da atası ilə birlikdə həmin torpaq sahəsinə getmişdir. İddiaçı ilə görüşmüşlər. Qeyd olunan torpaq sahəsinə birlikdə baxış keçirdikdən şonra həmin torpaq sahəsinin həm atasının adına rəsmiləşdiriləcək 0.03 ha hissəsi, həm də İddiaçı adına rəsmiləşdiriləcək 0.02 ha hissəsi tərəflər olaraq aralarında müəyyənləşdirilmiş, həmçinin, hər iki tərəfin baş yola bir- birindən asılı olmayan giriş və çıxışları tərəflər olaraq aralarında dəqiqləşdirilmişdir. Həmin dövrə qədər İddiaçı Binəqədi rayonu ərazisində məskunlaşdığı özünə məxsus fərdi yaşayış evini satmış və qeyd olunan torpaq sahəsinə yaxın ərazidə kirayə məskunlaşmışdır. İddiaçı yaşayış vəziyyətinin yaxşı olmadığını və qısa müddət ərzində qeyd olunan torpaq sahəsində özünə bölüşdürüləcək ərazidə təcili ev tikməyi planlaşdırdığını qeyd etmişdir. Buna görə də, həmin torpaq sahəsinin həm onların payına düşən hissəsinin, həm də özünün payına düşən hissəsinin dəyərini birlikdə toplayaraq qeyd olunan ərazinin təcili satınalınmasını bildirirdi. İddiaçı tərəfindən torpaq satışı zamanı dövlət büdcəsinə ödəniləcək vergi və digər məcburi ödənişlərdən yayınmaq üçün “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı” sənədində həmin torpaq sahəsinin əvvəlcədən razılaşdırılmış 0,03 ha hissəsinin rəsmiləşdirilməli olduğu halda 0,027 ha hissəsi rəsmiləşdirilmişdir. O cümlədən, atası tərəfindən İddiaçı torpağın 0,03 ha hissəsi üçün 9,000 (doqquz min) manat təqdim edildiyi halda, İddiaçı tərəfindən torpaq alqı-satqısı müqaviləsində 5000,00 (beş min) manat qeyd olunmuşdur. Tərəflər arasında torpaq sahəsi rəsmiləşdirildikdən sonra İddiaçı tərəfindən qısa müddət ərzində tikinti işləri aparılmışdır. Torpaq sahəsinin alqı-satqı prosesindən bir müddət sonra atası tərəfindən 2017-ci ilin sonuna kimi öz adına olan torpaq sahəsində bir mərtəbədən ibarət fərdi yaşayış evinin hissə-hissə tikintisi həyata keçirildi. Onlar tikinti işinə başlayan zaman İddiaçı tərəfindən özünə aid olan iki mərtəbədən ibarət fərdi yaşayış evi artıq tikilmişdir. İddiaçı atasının ona olan güvənindən, etibarından istifadə edərək onlar ilə özünə aid olan torpaq sahəsinin arasına hasar tikmədən, birbaşa olaraq hasar çəkiləcək yerdən öz evini tikmişdir. Atası isə onun bu hərəkətini görməzdən gələrək qonşuluq xatirinə ona narazıçılığını bildirməmişdir. Bir müddət sonra tikilməkdə olan öz evlərinə baxış keçirmək üçün həmin əraziyə gəlmişdir. İddiaçı özünə aid olan torpaq sahəsinə hasar çəkdiyini və onlarla məsləhətləşmədən onlara aid olan sahəyə, yəni yola qapı qoyduğunun şahidi olmuşdur. Bu zaman İddiaçı onlara aid olan torpaq sahəsinə icazəsiz qapı açmasının səbəbini soruşduqda, ona bildirmişdir ki, narahat olmasın, bu qapını açmaqda məqsədi ailə üzvləri ilə birlikdə qohumlarıgilə müvəqqəti olaraq qarşılıqlı gediş-gəlişi təmin etməkdir. Ona bildirdikdə ki, indi qapını açmısan, amma gələcəkdə iddia etməsin ki, bəs burdan onun da istifadə etmək hüququ var, o, bildirmişdir ki, qonşudular, belə vicdansızlıq etməz, o, öz evinə köçdükdən, öz ərazinə hasar çəkdikdən sonra bu qapını bağlayacaqdır. O zaman özlərinə aid olan torpaq sahəsinə hasar çəkdirməmişdilər. Qonşuluq xatirinə onlara həyətdən istifadə edərək qohumları ilə birlikdə qarşılıqlı olaraq bir birlərinə gediş gəlişlərinə etiraz etmirdilər. Mövcud vəziyyətin göstərdiyi kimi İddiaçı yenidən ona olan etibarlarından istifadə etmişdir. 2017-ci ilin dekabr ayından başlayaraq o öz evində yaşamağa başlamışdır. Yaşamağa başladığı zamana qədər onlara aid olan torpaq sahəsinə hasar tikməmişdir. 2018-ci ildən davamlı olaraq öz evidə yaşamağa başlamışdır. 2019-cu ildən isə öz ərazisnin bir hissəsinə hasar tikdirmişdir. Onlara aid olan torpaq sahəsinin yan tərəfi relyef baxımından əlverişli olmadığından tikdiyi hasar qəzalı vəziyyətə düşmüşdür. Özlərinə aid olan torpaq sahəsində tam olaraq hasar tikmək üçün qəzalı vəziyyətdə olan hasarın sökülməsi lazım idi. 2019-cu ildə hasar çəkdikdən sonra İddiaçı və onun qohumları qarşılıqlı olaraq bir birinə gediş gəlişi İddiaçı baş yola çıxışını təmin edən darvazadan istifadə etdilər. Onun hasarının bir hissəsi qəzalı vəziyyətdə olduğu üçün həmin hasarı tam tikib yekunlaşdırmamışdır. 2021-ci ilin yanvar ayında hasarının qəzalı vəziyyətdə olan hissəsini sökmüş və özünə aid olan torpaq sahəsində hasarını yenidən, tam olaraq tikib yekunlaşmışdır və baş yola çıxışını təmin edən yola öz darvazasını yerləşdirmişdir. Bundan sonra, Aliyev Səxavət, arvadı Süsanə və onun yuxarıda qeyd etdiyi qayınları onu təhqir etməyə, hədələrlə danışmağa başladılar. Onlar baş yola giriş-çıxışını təmin edən ərazinin şərikli olduğunu bildirirdilər. O isə qarşılığında əvvəlcədən söz danışıqları olduğunu, onun baş yola giriş-çıxışını təmin edən torpaq sahəsinə iddia irəli sürməklə onun mülkiyyət hüquqlarını pozduqlarını bildirmişdir. Torpaq sahəsini birlikdə aldıqları halda, Səxavətin baş yola giriş çıxışın olduğu halda onun baş yola giriş-çıxışı niyə olmamalıdır? Və yaxud niyə şərikli olmalıdır? Yaşayış evlərinin tikintisi haqqında qaydalar var, qeyd olunur ki, hər bir evin ayrıca giriş çıxışı olmalıdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbini müdafiə edib, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mühəndisi Azər Əhmədov bildirdi ki, hazırki iş üzrə mübahisəli əraziyə baxış kemirilmiş, mütəxəssis rəyi hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Həmin mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyətinə görə sxem tərtib edilmişdir. Sxemdən də göründüyü kimi İddiaçı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0.018 ha, onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.020 ha, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.0350 ha, Cavabdeh faktiki istifadəsində olan 0.0350 ha torpaq sahəsinin İddiaçı çıxarışla mülkiyyətinə verilmiş 0.0180 ha torpaq sahəsinin bir hissəsi yola düşür, cavabdeh oradan gediş-gəliş yolu kimi istifadə edir. Buradan da müəyyən edilmişdir ki, iddiaçıya çıxarışla məxsus olan torpaq sahəsinin 20 kv.metr hissəsi cavabdehin faktiki istifadəsində olan əraziyə düşür. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə düşdüyü yerində müəyyən edilsə də, mütəxəssis qarşısında belə sual qoyulmadığından rəydə buna münasibət bildirilməmişdir. Məhkəmə proses iştriakçılarını izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 332 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli Torpaq alqı-satqısı müqaviləsindən görünür ki, X10 ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini 14400 manata İddiaçı satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.018 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə **********60 (qeydiyyat nömrəsi: 1********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.( DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN-059A nömrəli Şəhadətnaməyə əsasən) Lakin, X10 həmin torpaq sahəsinin 0.07 ha hissəsini Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2012-ci il tarixli, 4Ə-05-1832 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində X5 mülkiyət hüququ xx.xx.2012-ci il tarixdə **********47 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X10 həmin torpaq sahəsini Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, 4Ə/845 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Sizin adınıza mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********47 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, o həmin torpaq sahəsinin 0.0273 ha hissəsini Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli, 4Ə/3117 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2. Yerdə qalan 0.018 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə **********56 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (0.0047 ha hissəsi ümumi yoldur) Mülki işin materiallarında olan Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, onun 22 fevral 2021-ci il tarixli ərizəsinə Abşeron rayon Hökməli bələdiyyəsində baxılmışdır. Ərizəsi ilə bağlı bildirilmişdir ki, vətəndaş X6 Abşeron rayon Hökməli bələdiyyəsi tərəfindən 22 may 2003-cü il tarixli, 55 nömrəli qərarla əsas yola giriş-çıxış nəzərə alınaraq 0,05 ha torpaq sahəsi ayrılmışdır. Bildirilmişdir ki, vətəndaş X4 alqı-satqı yolu ilə aldığı 0,05 ha torpaq sahəsindən 0,0273 ha hissəsini X9 (mərhum) satmaq üçün onun mülkiyyətində olan 0,0047 ha hissəsini ümumi yol kimi tərəfindən nəzərə alınmışdır. Vaxtı ilə onun mülkiyyətində olan torpaq sahəsinin yol üçün nəzərdə tutulan hissəsi ərizəsində qeyd etdiyi vətəndaş Cavabdeh tərəfindən zəbt edildiyindən hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Məlumat üçün bildirilmişdir ki, vətəndaş İbadov X11 bələdiyyəsinə 16 fevral 2021-ci il tarixli ərizə ilə müraciət edərək həmin torpaq sahəsini öz adına rəsmiləşdirilməsi barədə xahiş etmişdir. Cavab olaraq vətəndaş Cavabdeh həmin torpaq sahəsinin vaxtı ilə vətəndaş İddiaçı mülkiyyətində olub, həmin hissənin yol kimi nəzərdə tutulması bildirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli Torpaq alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən 0.0273 ha hissəsini 5000 manata X2. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.0273 ha olan torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2999 saylı ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsinin Cavabdeh tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunduğu müəyyən olundu. Qərardadın ikinci-üçüncü sualları üzrə: Subyektiv xarakter daşıdığına görə, qərardadın bu suallarının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X10 ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini İddiaçı satmışdır. Həmin torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən 0.0273 ha hissəsini X9 (ölmüşdür) satmışdır. Həmin torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər və ailələri ilə birlikdə orada yaşayırlar. X7 oğlu atası Əvəz İbadovun ölümündən sonra faktiki olaraq həmin torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edir. İddiaçının fərdi yaşayış evinin arxa divarı cavabdehin həyətyanı torpaq sahəsinin arakəsmədivarı olub, əlavə hasar çəkilməmişdir. Təqdim edilən fotoşəkillərdən və tərəflərin izahatlarından göründüyü kimi ilkin iddiaçının evinin qarşı hissəsindən küçəyə giriş-cıxışı, həmçinin evinə nisbətdə sol tərəfdən küçəyə əlavə giriş-çıxış qapısı vardır, hansı ki, həmin qapıdan qonşuluqda yaşaya qohumlarına gediş-gəliş və.s məqsədlər üçün istifadə edirlər. Həmçinin iş materiallarından göründüyü kimi cavabdeh-qarşılıqlı iddiaçının həyətyanı torpaq sahəsi və evi ilkin iddiaçının evinin arxa hissəsində yerləşir, həmin evin giriş-çııxış qapısı ev tikilən vaxtdan ilkin iddiaçının evinin arxa tərəfi sol hissəsi qurtaran yerdən olmuşdur. Cavabdeh-qarşılıqlı iddiaçınin baş yoldan evinə gediş-gəliş yolu ilkin iddiaçının evinin və torpaq sahəsinin sol tərəfindən olmuşdur. Hansı ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2999 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsi Cavabdeh tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunur.Yəni, gedişgəliş yolunun 20 kv.m. hissəsi ilkin iddiaçının mülkiyyətində olan 0.018 ha torpaq sahəsinin bir hissəsidir. Cavabdeh-qarşılıqlı iddiaçı həyətinə giriş-çıxış qapısının yerini dəyişib gedişgəliş yolunun küçə hissəsinə gətirməklə, sanki ilkin iddiaçının torpaq sahəsini və evini özünün həyətinə salmış, bununla bərabər ilkin iddiaçının küçəyə əlavə çıxışını məhdudlaşdırmışdır. Hansı ki, həmin gediş gəliş yolunun bir hissəsi qeyd edildiyi kimi ilkin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 20 kv.m. hissəsi olmuş, qalan hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla tərəflərin hər ikisinin istifadəsində olan yol olmuşdur. İşin müəyyən edilən bu hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, ilkin iddia tələbi ilkin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,018 ha torpaq sahəsinin 20 kv.m hissəsindən cavabdehin çıxarılması hissəsində əsaslı olmaqla həmin hissə cavabdeh tərəfindən boşaldılmalı, onun qeyri-qanuni qoyulmuş qapı bağlanmalı və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Həmçinin işin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh qanunsuz açılmış qapının, pəncərənin bağlanması və peyk antenasının cavabdehin hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi mübahisələndirilən qapı-pəncərələr ev tikilən vaxtdan mövcud olmuşdur, qarşılıqlı iddiaçının atası hələ sağlığında bunu heç vaxt mübahisələndirməmişdir, həmin qapıpıəncə qarşılıqlı iddiaçının qanuni mənafelərini pozmur, habelə mübahisələndirilən peyk antenasının qarşılıqlı iddiaçıya hər hansı maneçiliyinin olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsi Cavabdeh tərəfindən boşaldılmalı, Cavabdeh tərəfindən Abşeron rayonu Hökməli qəsəbəsində evinə gediş-gəliş yolu kimi istifadə etdiyi yolun küçə tərəfdən qoyduğu qapı bağlanmalı, İddiaçı həmin ərazidən istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 50 manat məbləğində məhkəmə ekspertizası xərci, İddiaçı tərəfindən ödənilmiş 157 manat və Cavabdeh tərəfindən ödənilmiş 156 manat mütəxəssis rəyi verilməsi üçün xidmət haqqı vardır ki, ilk iddia qismən təmin edildiyindən 157 manat məbləğində məhkəmə xərci ilkin iddiq qismən təmin olunduğundan Cavabdeh tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin olunmadığından Cavabdeh tərəfindən ödənilmiş 156 manat məbləğində məhkəmə xərci Cavabdeh özünə aid edilməli, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.018 ha torpaq sahəsinin 20 m2 hissəsi Cavabdeh tərəfindən boşaldılsın, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evinə gediş-gəliş yolu kimi istifadə etdiyi yolun küçə tərəfdən qoyduğu qapı bağlansın, İddiaçı həmin ərazidən istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-173/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-173/2022
30.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver