Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1730/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun faktiki sahib olduğu ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 1998-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş və xx.xx.2001-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.1999-cu il təvəllüdlü X8, xx.xx.2001-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 anadan olmuşdur. Sonradan, cavabdeh ilə ailə nikah münasibətləri sonuncunun nalayiq hərəkətləri nəticəsində pozulmuşdur. Belə ki, cavabdeh başqa qadınla faktiki yaşayır, istər ona, istərsə də uşaqlarına baxmır, maddi yardım etmir və qayğı göstərmir. Bu səbəbdən o, cavabdehlə ayrılıb ayrı yaşayır. Belə ki, onun cavabdeh ilə rəsmi və faktiki nikah münasibətlərinin tarixçəsinə nəzər yetirdikdə, xx.xx.1998-ci il tarixdə onun, xx.xx.1998-ci il tarixdə isə cavabdehin toyu olmaqla faktiki nikaha daxil olmuşlar. 1998-ci ildən 2005-ci ilə qədər qayınanası Zərifə Bayramovaya məxsus olan Masallı rayonu Təklə kəndində yerləşən evdə yaşamışlar. 2005-ci ildə qaynanası Z.Bayramovanın razılığı ilə qaynı Sərdara məxsus evə köçüb orada yaşamış, lakin 2005-ci ilin sentyabr ayında onu uşaqlarla birlikdə həmin evdən çıxarmışlar. Bu səbəbdən də o, atasının evinə köçmüşdür. 2005-ci ilin sentyabr ayından 2008-ci ilin sentyabr ayına qədər o, atasının evində qalmış və üçüncü uşağı orada doğulmuşdur. Bu müddət ərzində onun üçün ev tikilmiş və o, 2008ci ilin sentyabr ayında öz vəsaiti ilə tikilmiş evinə uşaqları ilə birlikdə köçmüşdür. Sonradan o, cavabdehlə barışıq etmişdir. 2009-cu ildə cavabdehlə birlikdə o, Bakı şəhərinə gəlsə də 2010-cu ildə cavabdehin məsləhəti ilə rayona qayıtmış və 2012-ci ilə qədər Təklə kəndində uşaqlarla birlikdə qalmışdır. Cavabdeh isə işləmək adı ilə Bakı şəhərində qalmışdır. 2012-ci ildə cavabdeh ona öz avtomobilini, onun isə kənddə yerləşən evi satıb Bakı şəhərində ev almağı təklif etmişdir. Cavabdeh öz avtomobilini 8000 manata satmış, həmin pul vəsaitindən 2000 manat cərimələrə sərf olunmuşdur. O, isə öz qohumlarından 8000 manat pul vəsaiti toplamaqla cəmi 14000 manat pul vəsaiti hazırlayıb hazırda yaşadıqları evi almışlar, həmin evə isə xx.xx.2013-cü il tarixdə köçmüşlər. Həmin mübahisəli ev ünvan 2 ünvanında yerləşir. Girişin solunda mətbəx, hamam və sanitar qovşağı vardır. Evin eni 4 m, uzunluğu 5 m olmaqla, cəmi ümumi sahəsi 32 m2 təşkil edir. 2013-cü ildən xx.xx.2020-ci il tarixinə qədər o, cavabdeh və uşaqları ilə birlikdə həmin mübahisəli evdə yaşamışlar. Cavabdeh həmin evi və kənddə olan evi satıb mənzil almağı təklif etdiyi üçün o, kənddə olan evi 2021-ci ilin aprel ayında 400 manat, iyun ayında isə 6600 manat olmaqla cəmi 7000 manata satmışdır. 6 ay kirayələrdə yaşasalar da, kirayə haqqı, ərzaq və uşaqların təhsil xərclərini o, ödədiyindən evin satışından əldən olunan pul da qurtarmışdır. Hazırda, cavabdeh çox çətin şəraitdə yaşamalarına, kirayə pulunu ödəyə bilməyib çətinlik çəkməyinə, üç uşaqla əziyyət çəkməyinə baxmayaraq yarı pulunu verdiyi həmin mübahisəli evə köçməyinə imkan vermir. Bu səbəbdən də, o, uşaqları ilə birlikdə həmin evə məhkəmə qaydasında köçmək istəyir. Eyni zamanda, qeyd edir ki, o, cavabdehlə barışığa daxil olsa da, bundan sonra nikah münasibətlərini rəsmiləşdirməmişlər. Onun köçürülməsini istədiyi fərdi yaşayış evində 2013-cü ildən 2020ci ilədək yaşamasını qonşuları təsdiq etsə də, buna dair hər hansı bir sənədi yoxdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişdir. İddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmiş Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, İddiaçı ona qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, faktiki sahib olduğu ünvan 3 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi bütün fikirləri əsassızdır. İddiaçı iddia ərizəsində onunla faktiki nikah münasibətinə daxil olduğunu qeyd etsə də, bu, həqiqətə uyğun deyildir. Belə ki, o, iddiaçı ilə rəsmi nikaha daxil olmuş və məhkəmə qaydasında 2005-ci ildə nikahları pozulmuş, bu barədə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İddiaçı köçürülməsini istədiyi ev onun nikahın pozulmasından sonra əldə etdiyi evdir. Həmin evi o, təkbaşına əldə etmişdir, iddiaçının dediyi kimi onun rayonda satılan evinin puluna əldə etməmişdir. Bu, iddiaçı tərəfindən uydurulan ağ yalandır. Halbuki, iddiaçının həmin evə heç bir zəhməti və əməyi yoxdur. Eyni zamanda, qeyd edir ki, mübahisəli evi o, xx.xx.2013-cü il tarixdə etibarnamə əsasında X5 almışdır. Yəni, buradan açıq-aşkar məlumdur ki, həmin evi o, iddiaçı ilə aralarında olan rəsmi nikah pozulduqdan illər sonra əldə etmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli İİ-AZ № 002605 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 562 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Muxdarova soyadı verilmişdir. -Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ № 049258 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki Cavabdeh ilə X1 nikahı xx.xx.2001-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 65 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Həmidova soyadı verilmiş və həmin şəhadətnamə Cavabdeh təhvil verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri V.Axundov küçəsi dalan 1, 22 saylı fərdi yaşayış evi X6 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 65 saylı reyestr kitabının 56 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********60-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Sumqayıt Asan Xidmət mərkəzi Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ƏN-İ № 391895 saylı 7E-17079 reyestr nömrəli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh xx.xx.2033-cü il tarixədək etibar etmişdir. -Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1162 saylı arayışdan görünür ki, İddiaçı Masallı rayonu Təklə kəndində qeydiyyatdadır. -Masallı RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Masallı rayonu Təklə kəndində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərinə daxil olmuş və xx.xx.2001-ci il tarixdə nikah münasibətlərini rəsmiləşdirmişlər. Həmin nikah münasibətlərindən tərəflərin 3 uşağı anadan olmuş, lakin ailə nikah münasibətləri pozulduğundan Masallı rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. İddiaçı iddia ərizəsində cavabdeh ilə təkrarən faktiki nikah münasibətlərinə daxil olduğunu, birgə vəsait hesabına ünvan 4 ünvanında yerləşən 22 saylı fərdi yaşayış evini aldıqlarını qeyd etmişdir. Tərəflərin ailə nikah münasibətləri yenidən pozulduğundan və iddiaçının uşaqları ilə yaşayışını təmin etmək imkanı olmadığından dəyərinin yarısını ödədiyi Abşeron rayonu Xırdalan şəhəri V.Axundov küçəsində yerləşən döngə 1, 22 saylı fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı köçürülməsini istədiyi fərdi yaşayış evinin hüquqi rejiminə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139.1. maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutu 139-1.1.3. maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, ilkin olaraq müəyyən edilir ki, hazırki iş üzrə tərəflər xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuş və nikahları məhkəmə vasitəsilə ləğv edilmiş, nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 65 nömrəsi ilə qeyd edilmişdir. Tərəflər faktiki nikah münasibətlərinə təkrarən daxil olduqdan sonra iddiaçının da vəsaiti hesabına Abşeron rayonu Xırdalan şəhəri V.Axundov küçəsi dalan 1, 22 saylı fərdi yaşayış evini alsalar da, məhkəmə araşdırması zamanı tədqiq olunmuş çıxarış və etibarnamə əsasında, sözügedən fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında X6 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 65 saylı reyestr kitabının 56 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********60-10301 reyestr nömrəsi ilə qeydiyyata alındığı, xx.xx.2013-cü il tarixli ƏN-İ № 391895 saylı 7E-17079 reyestr nömrəli etibarnaməyə əsasən isə, həmin evi Cavabdeh xx.xx.2033-cü il tarixədək etibar etməklə öz aralarında satması müəyyən edilmişdir ki, qeyd olunan etibarnamə cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri V.Axundov küçəsi döngə 1, 22 saylı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun yaranmasına əsas deyildir. Mülki Məcəllənin:
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ünvan 4, 22 saylı fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olmasını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Başqa sözlə, qanunun tələbindən də görünür ki, sözügedən etibarnamə cavabdehə sahiblik və istifadə hüququnu tanımış olsa da, mülkiyyət hüququ yalnız bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda mümkündür. Beləliklə də, cavabdehin mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamış, baş etibarnamə əsasında fərdi yaşayış evi cavabdehə satılmış olsa da, sonuncu həmin evə mülkiyyət hüquqlarının qeydə alınmasına dair aidiyyəti quruma müraciət etməmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, İddiaçı ünvan 4, 22 saylı fərdi yaşayış evinin alınmasına özü tərəfindən 8000 manat pul vəsaiti sərf etdiyini qeyd etsə də, həqiqətən də qeyd olunan məbləğdə pul vəsaitinin ödənilməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə olunmadığı, həmin vaxtlarda tərəflər arasında nikahın ləğv edildiyi və ən nəhayətində, iddia predmeti olan ev cavabdehə etibarnamə əsasında satılması iddia edilsə də, xüsusi mülkiyyət hüququ əsasında X6 mülkiyyətində olması, mülkiyyət hüququ toxunulmaz olduğundun və kimsənin əmlakına dair mülkiyyətinin məhtudlaşdıtrılması və ya ondan məhrum edilməsi qanunla qadağan edildiyindən iddiaçının iddia tələbləri əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov