Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1733/2020 24.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, X1katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum haqqında qeydin bərpası faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1970-ci il tarixində Ermənistan Respublikasının Qafan şəhərində doğulmağı haqqında qeydin bərpası, atasının X5 və anasının X8 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi xahişini onunla əsaslandırmışdır ki o, xx xxxx 1970-ci il tarixdə Ermənistan Respublikası Qafan şəhərində anadan olmuşdur. 1988-ci ilin axırlarında məlum səbəblərdən qaçqın düşmüşdür. Yerdəyişmələrlə əlaqədar doğum haqqında şəhadətnaməni itirmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə ilə bağlı arxiv məlumatları doğulduğu şəhərdə qalmışdır. O, Ermənistanın Qafan şəhərində doğulduğu üçün ona məxsus doğum haqqında şəhadətnaməni yenidən almaq mümkün olmamışdır. Hal-hazırda Abşeron rayon Masazır kəndində yaşayır və qeydiyyatdadır. Doğum haqqında şəhadətnaməninin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsndən ona bildirmişlər ki, qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Odur ki, onun xx xxxx 1970-ci il tarixində Ermənistan Respublikasının Qafan şəhərində doğulmağı haqqında qeydin bərpası, atasının X6 və anasının X8 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsməhkəməyə məktub ünvanlayaraq, məhkəmə prosesində iştirak edə bilməyəcəklərini və onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi AbşeronRayon Qeydiyyat Şöbəsitərəfindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, Ərizəçi itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpasına dair müraciət etmiş, qeydiyyat şöbəsi bunun üçün ərizəçiyə məhkəməyə müraciət etməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin məcəllənin 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, o, ərizəçinin atasıdır. 1988-ci ildə Ermənistandan qaçqın düşmüşlər və Azərbaycana gəlmişlər. Həmin vaxtlar sənəd və digər əşyaları götürməyə imkan olmadığından sənəd və əşyaların çox hissəsi Ermənistanda qalmışdır. Onun mərhum həyat yoldaşı X3 6 övladı olmuş, onlardan 4-ü oğlan 2-si isə qız övladıdır. Ərizəçi onların 5-ci övladıdır. Həyat yoldaşı 2015-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır və ataları M.Məstanov, anaları P.Əliyevadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki,o, ərizəçinin bacısıdır və ərizəçi oğlu ataları M.Məstanov, anaları P.Əliyevadır . Mülki işə əlavə olunmuş AZE seriyalı ******** nömrəli ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi Ermənistanın Qafan şəhərində anadan olmuş və Abşeron rayon Masazır kəndində qeydiyyatdadır. Mülki iş materillarında olan Abşeron rayon RHİB-in Masazır kənd X10 üzrə nümayəndəliyin tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli A-535 №-li arayışdan görünür ki, Ərizəçi Abşeron rayon, Masazır kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təstiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.1- ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeyduyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nigah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göstərilənlərlə əlaqədar məhkəməyə AR Ədliyyə Nazirliyinin Maraqlı şəxsndən verilən imtina məktubu təqdim edilir, eyni zamanda bildiririk ki, doğum haqqında qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər işğalçı dövlətin ərazisində, Ermənistanın Qafan şəhərində qeyriyyat şöbəsində qaldığından onların məhkəməyə təqdim edilməsi mümkün deyil. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, onun xx xxxx 1970-ci il tarixində Ermənistan Respublikasının Qafan şəhərində doğulmağı haqqında qeydin bərpası, atasının X6 və anasının X8 olması olması faktı müəyyən edilməli, bu barədə yeni doğum akt qeydi yazılmalı və yeni doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1970-ci il tarixində Ermənistan Respublikasının Qafan şəhərində doğulmağı haqqında qeydi bərpa olunsun, atasının X6 və anasının X8 olması faktı müəyyən edilsin. Bu barədə yeni doğum akt qeydinin yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1733/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1733/2020
24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver