Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1745/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi miras əmlakın qəbul edilməsi tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü ildə vəfat etmiş X2ndan miras qalmış, Hacıqabul rayonu, Navahi qəsəbəsi, 0.09 ha torpaq sahəsində yerləşən, sahəsi 65.4 m2 olan fərdi yaşayış evinin onun tərəfindən miras kimi faktiki qəbul etmə faktının qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 0.09 ha torpaq sahəsi və həmin torpağın üzərində yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1962-ci ildə Salyan rayonu, Navahı qəsəbəsində anadan olmuşdur. X2 xx.xx.1994cü ildə vəfat etmişdir. Mülkiyyətlərində olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak X17 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, mərhum X2nun adına rəsmiləşdirilmişdir. Atası vəfat edən zaman qardaşlarının ayrıca öz evləri var idi, bacısı ailə həyatı qurmuşdu. Həmin evdə özü yaşamışdır. Hal-hazırda həmin fərdi yaşayış evinin onun adına sənədləşməsində çətinlik çəkir. Mərhum X2 vəfat etdikdən sonra sənədləşmə işləri üçün vaxtında müraciət etməli olduğunu bilməmişdir. 2005-ci ilə qədər o evdə yaşamışdır. Anası 2011-ci ildə vəfat etmişdir. Həmin ev hal-hazırda da onun faktiki sahibliyindədir. Hal-hazırda həmin fərdi yaşayış evinin onun adına sənədləşməsi zərurəti yaranmışdır. Bu səbəbdən, o, Hacıqabul rayon Notariat ofisinə müraciət etdi və onun müraciətinə cavab olaraq, xx.xx.2023-ci il tarixli 284 saylı məktubla Notariat ofisindən bildirilmişdir ki, Azərbaycan Respublikasının MM-nin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən, buraxılmış müddəti məhkəmə sayarsa uzadıla bilər. xx.xx.1994-cü ildə vəfat etmiş X2ndan miras qalmış, Hacıqabul rayonu, Navahi qəsəbəsi, 0.09 ha torpaq sahəsində yerləşən, sahəsi 65.4 m2 olan fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. xx.xx.2024-cü il tarixində məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Maraqlı şəxs3 ifadəsində göstərmişdir ki, Ərizəçi qardaşıdır. Ərizəçi miras əmlakın qəbul edilməsi tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixində məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Maraqlı şəxs5 qızı ifadəsində göstərmişdir ki, Ərizəçi qardaşıdır. Ərizəçi miras əmlakın qəbul edilməsi tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixində məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Maraqlı şəxs4 ifadəsində göstərmişdir ki, Ərizəçi qardaşıdır. Ərizəçi miras əmlakın qəbul edilməsi tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X11 onun babasıdır. Ərizəçi oğlu olduğunu, babasının adını daşıdığını, babasının adına olan evdə doğulduğunu, ailəsi ilə birlikdə 5-ci sinifə kimi orada yaşadıqlarını bildirmişdir. Maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1994-cü il tarixdə verilmiş İİ-ЖГ №411912 saylı Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1994-cü il tarixində ürək damarlarının trombu, ürək çatışmammazlığı səbəbindən vəfat etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli xx.xx.2018-ci il tarixli, **********96-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 65.4 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 284 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın qəbuluna dair notariat ofisinə təqdim edilən Ərizəçi ərizəsinə cavab olaraq Azərbaycan Respublikasının MM-nin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən bildirilir ki, buraxılmış müddəti məhkəmə sayarsa uzada bilər.Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -"xxxx" Mənzil Tikinti Kooperativi tərəfondən verilmiş xx.xx.2023-cü il tarixli, 535 nömrəli arayışdan görünür ki, Ərizəçi "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” (Masazır) yaşayış komplesinin 24-cü binasının 54 saylı mənzilində qeydiyyatdadır və yaşayır. -Maraqlı şəxs5 qızı tərəfindən yazılmış, notarial qaydada təsdiq olunmuş xx.xx.2024cü il tarixli, **********231 saylı ərizədən görünür ki, bu ərizə ilə məlum edir ki o-Maraqlı şəxs5 qızı xx.xx.1994-cü ildə ölmüş X2ndan irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini faktiki qəbul etməmiş, etmir, miras əmlaka sahiblik etməmiş, onun idarəçiliyində iştirak etməmiş və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Həmin mirasdan heç bir pay tələbi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. - Maraqlı şəxs3 tərəfindən yazılmış, notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, **********242 saylı ərizədən görünür ki, -Maraqlı şəxs3, xx.xx.1994-cü ildə ölmüş X2ndan irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini faktiki qəbul etməmiş, etmir, miras əmlaka sahiblik etməmiş, onun idarəçiliyində iştirak etməmiş və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Həmin mirasdan heç bir pay tələbi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. -Maraqlı şəxs2 Əskər oğlu tərəfindən yazılmış, notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, **********207 saylı ərizədən görünür ki, bu ərizə ilə məlum edir, ki, o- Maraqlı şəxs2 Əskər oğlu, xx.xx.1994-cü ildə ölmüş X2ndan irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini faktiki qəbul etməmiş, etmir, miras əmlaka sahiblik etməmiş, onun idarəçiliyində iştirak etməmiş və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Həmin mirasdan heç bir pay tələbi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. -Maraqlı şəxs4 tərəfindən yazılmış, notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, **********040 saylı ərizədən görünür ki, bu ərizə ilə məlum edir, ki, o-Maraqlı şəxs4, xx.xx.1994-cü ildə ölmüş X2ndan irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini faktiki qəbul etməmiş, etmir, miras əmlaka sahiblik etməmiş, onun idarəçiliyində iştirak etməmiş və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Həmin mirasdan heç bir pay tələbi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. -Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Navahı qəsəbə inzibati ərazi dairəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi hazırda doğulub boya-başa çatdığı ata evində qeydiyyatsız yaşayır. X1, qonşu X10, qonşu X16, Hacıqabul rayon Başçısının Navahı qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi X7 tərəfindən tərtib edilmiş və imzaları ilə bu aktı təsdiq etmişlər. - Maraqlı şəxs2 tərəfindən məhkəmə göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o ağır xəstəliyi ilə bağlı əməliyyat olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Qardaşı Ərizəçi iddia tələbi ilə bağlı mülki iş üzrə onun tərəfindən iddia ərizəsində göstərilən ünvanda yerləşən mülkiyyətə (daşınmaz əmlak) dair heç bir etirazının olmaması barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi iş materiallarına əlavə edilmişdir. Notariat qaydada təsdiq olunan ərizəsi əsas götürülməklə, onun iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9. maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi atası X8 adına Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 65.4 m2 olan fərdi yaşayış evi olmuşdur. X11 xx.xx.1994-cü ildə vəfat etmişdir. Hazırda, Ərizəçi mərhum atasının vərəsəsi kimi ondan miras qalmış Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 65.4 m2 olan fərdi yaşayış evinə münasibətdə qanunla müəyyən edilmiş müddətdə vərəsəliyi qəbul etmədiyindən həmin əmlakın miras olaraq qəbul edilmə faktının məhkəmə tərəfindən müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, № 3 Qərarının 10. bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Qərarın 10.1.-ci bəndinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Qərarın 10.2.-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2. maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qanunun və Plenum Qərarının mövqeyinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki mülki işin mahiyyətindən müəyyən olunur ki, Ərizəçi mərhum atası X8 xx.xx.1994cü il tarixdə vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyindən onun məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Belə ki, ərizəçi miras əmlakı qəbul etmə müddətini ötürdüyündən notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, həmçinin, məhkəmə araşdırması zamanı vərəsələr arasında mübahisənin olmadığı təsdiqini tapmışdır. Bununla da, ərizəçi miras qalmış əmlakın qəbul edilməsi faktının məhkəmə tərəfindən müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmçinin, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Qanunvericiliyin və Plenum Qərarlarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə Ərizəçi mərhum atası X8 adına Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 65.4 m2 olan fərdi yaşayış evinin qeydiyyata alınması və hazırda, ərizəçinin sahiblik və istifadəsində olması mülki işin mübahisələndirilməyən tərəfidir və bu, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, ərizəçinin və maraqlı şəxslərin izahatı və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Beləliklə də, ərizəçinin mərhum atasının adına olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə sahiblik və faktiki idarə etməsi onun vərəsə kimi miras qalmış əmlaka münasibətdə onu qəbul etmək niyyətini açıq-aşkar hərəkətləri ilə öz təsdiqini tapdığından ərizə əsaslıdır, ona görə də təmin edilməli, Ərizəçi xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhumatası X6 miras qalmış Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 65.4 m2 olan fərdi yaşayış evini qəbul etməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizənin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə vəfat etmiş X8 mülkiyyətində olmuş Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 65.4 m2 olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras olaraq faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Faktın məhkəmə qaydasında müəyyən olunması miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov