Məhkəmə qərarları › İş №2(012)-1746/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1746/2025

29.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1746/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan cehiz və qızıl-zinət əşyalarının qaytarılması və ** CJ *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107 minik” markalı avtonəqliyyat vasitəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2022-ci il tarixdə 1 saylı Sumqayıt regional “ASAN Xidmət” X4 nikahın bağlanması haqqında akt qeydlər kitabında 2408 nömrəli qeyd ilə nikaha girmişlər. Faktiki nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaq anadan olmuşdur. Hazırda aralarındakı nikahın pozulması ilə bağlı Abşeron Rayon məhkəməsində məhkəmə prosesi gedir. Cehiz əşyaları və əmlak tələbi ilə Bakı şəhər 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh X2 iştirak etməkdən imtina etmişdir. Cavabdeh ilə faktiki ayrıldıqdan sonra qızl-zinət əşyaları və cehiz əmlakları cavabdehlə yaşadığı ünvanda qalmışdır. Hazırda cavabdeh ona məxsus olan həmin əmlakı qaytarmır. Eyni zamanda, birgə nikah dövründə cavabdeh ** CJ *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107 minik” markalı avtonəqliyyat vasitəsi almışdır və onun mülkiyyətindədir. İdanın təmini tədbiri kimi Abşeron Rayon Məhkəməsi həmin avtomobilin özgəninləşdirilməsinə qadağa qoymuşdur. Bu nəqliyyat vasitəsi üzərində onların payları müəyyən edilməlidir. Cavadehdə qalan əmlaklar bunlardır: 1.Yataq dəsti-Şifoner, taxt, tumbuçkalar. 2.Xalça-1 ədəd, balaca xalça 1 ədəd. 3.Çilçıraq və onun dəsti 2 ədəd. 4.Beşik. 5.Taxt döşəyi-2 təknəfərlik döşək, beşik döşəyi. 6,Yorğan-taxt üçün 1 ədəd, 2 ədəd yorğan tək nəfərlik. 7.Beşik yorğanı. 8.Yastıq-4 ədəd. 9.Dəvə yunundan 2 dəst yorğan, 4 yastıq. 10.Taxtın ədyalı və taxt üstü ədyal-2 ədəd təknəfərlik ədyal. 11.Beşik üçün ədyal-2 ədəd. 12.Pərdə-günlük. 13.Ütü taxtı və ütü-1 ədəd. 14.8 dəst mələfə. 15.Hamam dəsmalı-7 ədəd. 16.12 ədəd əl-üz dəsmalı. 17.4 ədəd masa süfrəsi. 18.18 ədəd çay dəsmalı. 19.1 ədəd kamod. 20.1 ədəd servant. 21.1 ədəd ön masa, 6 ədəd stul. 22.1 ədəd divan. 23.Kreslo-2 ədəd. 24.Jurnal masası-1 ədəd. 25.Çilçıraq- 2 ədəd (səkkiz şamdanlı). 26.Mətbəx üstü lüstur-1 ədəd. 27.Xalça-2 ədəd 3x4,28 metr ölçüdə. Pərdə-2 ədəd, tül-2 ədəd. 29.Tozsoran-1 ədəd. 30.Polsilən,xəkəndaz,süpürgə-hərəsindən 1 ədəd. 31.Ətçəkən maşın-1 ədəd. 32.Blender-1 ədəd, bıçaq və qaşıq dəsti-1 ədəd. 33.Qazan dəsti-1 ədəd. 34.1 ədəd çaydan, 1 ədəd –dəm çaydanı. 35.Qaşıq dəsti çamadanda-1 ədəd. 36.Yemək dəsti, serviz-1 dəst, 1 ədəd çay dəsti. 37.Büllur şirə stəkanı-6 ədəd, büllur araq qədəhi-6 ədəd, büllur qrafin-6 ədəd. 38.Büllur konfet qabı-2 ədəd, meyvə qabı-1 ədəd, mürəbbə qabı, büllur-2 ədəd, armudu stəkan-2 ədəd. 39.Sini dəsti-3 ədəd. 40.Ləpəçəkən maşın-1 ədəd. 41.Tort bıçağı-2 ədəd. 42.Televizor-1 ədəd, 1 ədəd televizor qaldırıcısı dəmirdən. 43.Lampa-1 ədəd. 44.Qızıllar-1 cüt sırğa. 45.Üzük-2 ədəd. 46.Boyunbağı-1 ədəd. 47.Qolbaq-1 ədəd. 48.Uşaq üçün 1 ədəd boyunbağı və 1 ədəd qolbaq. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, tələb edilən cehiz əmlak və uşağa məxsus qızıl-zinət əşyaları ondadır. İddiaçıya məxsus qızıllar iddiaçının özündədir. Avtomobil hazırda onun istifadəsindədir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 879/2025 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Sumqayıt regional «ASAN xidmət» X4 bağlanmış 16 sentyabr 2022-ci il tarixli, 2408 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 01 fevral 2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, xx.xx.2024-cü il tarixdən başlayaraq 01 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş X6 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "Vaz 21074" markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən Cavabdeh adında qeydiyyatdadır. Həmin tarixli müqavilədən görünür ki, avtomobilin alınması üçün Cavabdeh 6000 manat vəsait ödəmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2022-ci il tarixdə qeydə alınmış və məhkəmə qətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdə pozulmuşdur. Onların birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaq anadan olmuşdur. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. İddiaçı iddia edir ki, onlar ayrıldıqdan sonra ona məxsus bəzi cehiz əmlak və qızıl-zinət əşyaları, həmçinin övladına məxsus bəzi qızılzinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Bu səbəbdən iddiaçı hazırda 48 adda cehiz əmlakın və qızıl-zinət əşyalarının Cavabdeh alınaraq ona qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıya məxsus 1.Yataq dəsti-Şifoner, taxt, tumbuçkalar. 2.Xalça-1 ədəd, balaca xalça 1 ədəd. 3.Çilçıraq və onun dəsti 2 ədəd. 4.Beşik. 5.Taxt döşəyi-2 təknəfərlik döşək, beşik döşəyi. 6,Yorğan-taxt üçün 1 ədəd, 2 ədəd yorğan tək nəfərlik. 7.Beşik yorğanı. 8.Yastıq-4 ədəd. 9.Dəvə yunundan 2 dəst yorğan, 4 yastıq. 10.Taxtın ədyalı və taxt üstü ədyal-2 ədəd təknəfərlik ədyal. 11.Beşik üçün ədyal-2 ədəd. 12.Pərdə-günlük. 13.Ütü taxtı və ütü-1 ədəd. 14.8 dəst mələfə. 15.Hamam dəsmalı-7 ədəd. 16.12 ədəd əlüz dəsmalı. 17.4 ədəd masa süfrəsi. 18.18 ədəd çay dəsmalı. 19.1 ədəd kamod. 20.1 ədəd servant. 21.1 ədəd ön masa, 6 ədəd stul. 22.1 ədəd divan. 23.Kreslo-2 ədəd. 24.Jurnal masası-1 ədəd. 25.Çilçıraq- 2 ədəd (səkkiz şamdanlı). 26.Mətbəx üstü lüstur-1 ədəd. 27.Xalça-2 ədəd 3x4,28 metr ölçüdə. Pərdə-2 ədəd, tül-2 ədəd. 29.Tozsoran-1 ədəd. 30.Polsilən,xəkəndaz,süpürgə-hərəsindən 1 ədəd. 31.Ətçəkən maşın-1 ədəd. 32.Blender-1 ədəd, bıçaq və qaşıq dəsti-1 ədəd. 33.Qazan dəsti-1 ədəd. 34.1 ədəd çaydan, 1 ədəd –dəm çaydanı. 35.Qaşıq dəsti çamadanda-1 ədəd. 36.Yemək dəsti, serviz-1 dəst, 1 ədəd çay dəsti. 37.Büllur şirə stəkanı-6 ədəd, büllur araq qədəhi-6 ədəd, büllur qrafin-6 ədəd. 38.Büllur konfet qabı-2 ədəd, meyvə qabı-1 ədəd, mürəbbə qabı, büllur-2 ədəd, armudu stəkan-2 ədəd. 39.Sini dəsti-3 ədəd. 40.Ləpəçəkən maşın-1 ədəd. 41.Tort bıçağı-2 ədəd. 42.Televizor-1 ədəd, 1 ədəd televizor qaldırıcısı dəmirdən. 43.Lampa-1 ədəd ibarət əmlakın və birgə nikahdan olan uşağa məxsus 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət qızıl-zinət əşyalarının mövcud olmasını, hazırda onlara məxsus evdə olmasını etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda adı göstərilən əmlaklar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İşdən, həmçinin görünür ki, tərəflər arasında əsas mübahisə tələb edilən 1 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq barədədir. Cavabdeh tərəf məhkəmə iclasında bu əmlakların onlarda olmadığını, iddiaçının onu apardığını bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçıda qeyd edilən qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuşdur. Bu əmlakın iddiaçıda olmasını isə cavabdeh tərəf sübut edə bilməmişdir. Məhkəmə bu hallara əsaslanaraq hesab edir ki, 1 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət qızıl-zinət əşyaları cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bu nəticəyə gələrkən məhkəmə nikaha girərkən gəlin üçün qızıl-zinət əşyalarının hədiyyə verilməsi barədə mövcud olan adət-ənənələri də nəzərə alır. Bundan başqa, işdən görünür ki, İddiaçı iddia ərizəsində ** CJ *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107 minik” markalı avtonəqliyyat vasitəsi üzərində tərəflərin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini də xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh bu tələbi də qəbul etdiyini bildirdi. İşdə olan mötəbər sənədlərdən görünür ki, mübahisəli avtomobil xx.xx.2023-cü il tarixdə, yəni tərəflər hələ nikahda olarkən Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb, onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. İş materialları ilə müəyyən olunur ki, yuxarıda qeyd edilən avtomobil birgə nikah zamanı birgə vəsait hesabına əldə edilmişdir. Tərəflərin 2024-cü ilədək birgə təsərrüfat aparmaları nəzərə alınarsa, iddianın bu hissədə də əsaslı olması şübhəsizdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, 1.Yataq dəsti- Şifoner, taxt, tumbuçkalar. 2.Xalça-1 ədəd, balaca xalça 1 ədəd. 3.Çilçıraq və onun dəsti 2 ədəd. 4.Beşik. 5.Taxt döşəyi-2 təknəfərlik döşək, beşik döşəyi. 6,Yorğan-taxt üçün 1 ədəd, 2 ədəd yorğan tək nəfərlik. 7.Beşik yorğanı. 8.Yastıq-4 ədəd. 9.Dəvə yunundan 2 dəst yorğan, 4 yastıq. 10.Taxtın ədyalı və taxt üstü ədyal-2 ədəd təknəfərlik ədyal. 11.Beşik üçün ədyal-2 ədəd. 12.Pərdə-günlük. 13.Ütü taxtı və ütü-1 ədəd. 14.8 dəst mələfə. 15.Hamam dəsmalı-7 ədəd. 16.12 ədəd əl-üz dəsmalı. 17.4 ədəd masa süfrəsi. 18.18 ədəd çay dəsmalı. 19.1 ədəd kamod. 20.1 ədəd servant. 21.1 ədəd ön masa, 6 ədəd stul. 22.1 ədəd divan. 23.Kreslo-2 ədəd. 24.Jurnal masası-1 ədəd. 25.Çilçıraq- 2 ədəd (səkkiz şamdanlı). 26.Mətbəx üstü lüstur-1 ədəd. 27.Xalça-2 ədəd 3x4 ölçüdə, 28. Pərdə-2 ədəd, tül-2 ədəd. 29.Tozsoran-1 ədəd. 30.Polsilən,xəkəndaz,süpürgə-hərəsindən 1 ədəd. 31.Ətçəkən maşın-1 ədəd. 32.Blender-1 ədəd, bıçaq və qaşıq dəsti-1 ədəd. 33.Qazan dəsti-1 ədəd. 34.1 ədəd çaydan, 1 ədəd –dəm çaydanı. 35.Qaşıq dəsti çamadanda-1 ədəd. 36.Yemək dəsti, serviz-1 dəst, 1 ədəd çay dəsti. 37.Büllur şirə stəkanı-6 ədəd, büllur araq qədəhi-6 ədəd, büllur qrafin-6 ədəd. 38.Büllur konfet qabı-2 ədəd, meyvə qabı-1 ədəd, mürəbbə qabı, büllur-2 ədəd, armudu stəkan-2 ədəd. 39.Sini dəsti-3 ədəd. 40.Ləpəçəkən maşın-1 ədəd. 41.Tort bıçağı-2 ədəd. 42.Televizor-1 ədəd, 1 ədəd televizor qaldırıcısı dəmirdən. 43.Lampa-1 ədəd. 44.Qızıllar-1 cüt sırğa. 45.Üzük-2 ədəd. 46.Boyunbağı-1 ədəd. 47.Qolbaq-1 ədəd. 48.Uşaq üçün 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət əmlak cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, ** CJ *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı avtonəqliyyat vasitəsi üzərində tərəflərin bərabər payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin.

1. Yataq dəsti-Şifoner, taxt, tumbuçkalar. 2. Xalça-1 ədəd, balaca xalça 1 ədəd. 3. Çilçıraq və onun dəsti 2 ədəd. 4. Beşik. 5. Taxt döşəyi-2 təknəfərlik döşək, beşik döşəyi. 6. Yorğan-taxt üçün 1 ədəd, 2 ədəd yorğan tək nəfərlik. 7. Beşik yorğanı. 8. Yastıq-4 ədəd. 9. Dəvə yunundan 2 dəst yorğan, 4 yastıq. 10. Taxtın ədyalı və taxt üstü ədyal-2 ədəd təknəfərlik ədyal. 11. Beşik üçün ədyal-2 ədəd. 12. Pərdə-günlük. 13. Ütü taxtı və ütü-1 ədəd. 14. 8 dəst mələfə. 15. Hamam dəsmalı-7 ədəd. 16. 12 ədəd əl-üz dəsmalı. 17. 4 ədəd masa süfrəsi. 18. 18 ədəd çay dəsmalı. 19. 1 ədəd kamod. 20. 1 ədəd servant. 21. 1 ədəd ön masa, 6 ədəd stul. 22. 1 ədəd divan. 23. Kreslo-2 ədəd. 24. Jurnal masası-1 ədəd. 25. Çilçıraq- 2 ədəd (səkkiz şamdanlı). 26. Mətbəx üstü lüstur-1 ədəd. 27. Xalça-2 ədəd 3x4 ölçüdə. 28. Pərdə-2 ədəd, tül-2 ədəd. 29. Tozsoran-1 ədəd. 30. Polsilən, xəkəndaz, süpürgə-hərəsindən 1 ədəd. 31. Ətçəkən maşın-1 ədəd. 32. Blender-1 ədəd, bıçaq və qaşıq dəsti-1 ədəd. 33. Qazan dəsti-1 ədəd. 34. 1 ədəd çaydan, 1 ədəd – dəm çaydanı. 35. Qaşıq dəsti çamadanda-1 ədəd. 36. Yemək dəsti, serviz-1 dəst, 1 ədəd çay dəsti. 37. Büllur şirə stəkanı-6 ədəd, büllur araq qədəhi-6 ədəd, büllur qrafin-6 ədəd. 38. Büllur konfet qabı-2 ədəd, meyvə qabı-1 ədəd, mürəbbə qabı, büllur-2 ədəd, armudu stəkan-2 ədəd. 39. Sini dəsti-3 ədəd. 40. Ləpəçəkən maşın-1 ədəd. 41. Tort bıçağı-2 ədəd. 42. Televizor-1 ədəd, 1 ədəd televizor qaldırıcısı dəmirdən. 43. Lampa-1 ədəd. 44. Qızıllar-1 cüt sırğa. 45. Üzük-2 ədəd. 46. Boyunbağı-1 ədəd. 47. Qolbaq-1 ədəd. 48. Uşaq üçün 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət əmlak Cavabdeh alınaraq İddiaçı verilsin. Birgə nikah zamanı əldə edilmiş ** CJ *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı avtonəqliyyat vasitəsi üzərində tərəflərin bərabər (1/2 hissədə) payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar