Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-712/2025 30.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2836/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. LG markalı 32 diaqonal televizor – 300 manat; 2. Hotpoint markalı, ağ rəngli, No Frost soyuducu – 900 manat; 3. Regal markalı, ağ rəngli, 5 kq paltaryuyan – 600 manat; 4. Beko markalı,100 kv.m ağ rəngli kondisioner – 1500 manat; 5. Mətbəx mebeli 4 metr boz-ağ – 1100 manat; 6. Dəhliz şkafı 2 metr – 1200 manat; 7. Uşaq mebeli (2 yataq, 2 dolab, 1 geyim dolabı, 1 kitab şkafı) – 1500 manat; 8. Yataq otağı mebeli “Hürrəm” – 2000 manat; 9. Qonaq otağı mebeli “Hürrəm” – 2000 manat; 10. Künc divanı – 700 manat; 11. 8 şamdanlı lüstur – 300 manat;
12. 4 şamdanlı lüstur – 150 manat; 13. 3 şamdanlı lüstur – 100 manat; 14. 3 şamdanlı lüstur – 50 manat; 15. 1 şamdanlı lüstur – 50 manat; 16. 5x3 metr xalça – 500 manat; 17. 4x2 metr xalça — 250 manat; 18. 4x2 metr xalça – 250 manat; 19. Yataq otağı üçün pərdə – 300 manat; 20. Uşaq yataq otağı üçün pərdə – 200 manat; 21. Qonaq otağı üçün pərdə – 500 manat; 22. Yataq otağı üçün pərdə – 1500 manat; 23. Divar saatı – 60 manat; 24. Divar saatı — 50 manat; 25. 12 nəfərlik yemək dəsti – 1000 manat; 26. 2 ədəd meyvə qabı – 100 manat; 27. 2 ədəd konfet qabı – 50 manat; 28. 6 nəfərlik çay dəsti – 50 manat;
29. 6 nəfərlik çay dəsti – 40 manat; 30. 6 nəfərlik şirə badəsi – 2 dəst – 70 manat; 31. 3 ədəd çərəz qabı – 60 manat; 32. 2 ədəd şirniyyat qabı – 30 manat; 33. 6 nəfərlik kofe stəkanı – 30 manat; 34. 1 ədəd 2 karat brilyantlı, 4,5 qram, 750 əyarlı ağ italyan qızıl – 450 manat; 35. 1 ədəd 2 karat brilyantlı, 15 qram, 750 əyarlı ağ italyan qızıl kolye – 1300 manat; 36. 1 ədəd 1,2 karat brilyantlı, 9 qram, 750 əyarlı ağ italyan qızıl qolbaq – 700 manat; 37. 1 ədəd 2 karat brilyantlı 10 qram, 750 əyarlı, italyan qızılı komplekt sırğa – 1000 manat; 38. 1 ədəd steletto xaki rəng dikdaban – 35 manat; 39. 1 ədəd steletto sarı rəng dikdaban – 40 manat; 40. 2 ədəd uzunboğaz çəkmə – 120 manat; 41. 1 ədəd palto – 150 manat; 42. 1 ədəd kurtka – 120 manat; 43. 6 ədəd donun, mövcud olmayanların əvəzində isə dəyərinin və ödənilmiş 100 manat dövlət rüsumunun, 61 manat mediasiya xərcinin Cavabdeh alınıb ona qaytarılmasına (ödənilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onuna əsaslandırılmışdır ki, o, Cavabdeh ilə əvvəl faktiki, xx.xx.2015ci il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2015-ci il tarixdə Saleh, xx.xx.2017-ci il tarixdə Jalə adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, sonra xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. Cavabdeh ilə yaşadıqları müddətdə aralarında dəfələrlə yaranmış mübahisələr nəticəsində xeyli vaxtdır ki, faktiki olaraq ayrılmışlar. Dünya görüşlərinin tam fərqli olması səbəbindən yenidən bir ailə kimi yaşamaları mümkün olmadığından və nikah formal xarakter daşıdığından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində aralarında bağlanmış nikahın pozulmasına, nikah pozulduqdan sonra cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yanında qalmalarına, həmçinin övladlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(002)-1131/2023 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1072 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 İddiaçı himayəsində və yanında saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının 07 mart 2023-cü il tarixdən hesablanması qət edilmişdir. Onunla Cavabdeh 2022-ci ilin noyabr ayından faktiki olaraq ayrı yaşayırlar. Həmin vaxt cavabdeh onu və uşaqlarını tərk edib getmişdir. Onlar Cavabdeh ilə bir yerdə pul qazanmaq üçün həmin evdən çıxmışlar. Onun evdən birdəfəlik getmək fikri olmamışdır. Cavabdeh ilə evli olduqları dövrdə çox az əmək haqqı ilə, yəni təqribən 500 manat əmək haqqı ilə birgə təsərrüfat aparıb yaşamışlar. Maddi çətinlik olduğu üçün o, hətta iki yerdə işləmişdir. Bu işlərdən əldə edilmiş vəsaiti Cavabdeh vermişdir. Cavabdeh bu vəsait ilə lotereya oynamış və evin iki otağının təmir edilməsi, hasarın tikilməsi və mebellərin alınması bu pulla olmuşdur. Onun bəzi sənədləri də cavabdehin evində qalmışdır. Cavabdeh siyahıda göstərilən əşyalardan heç birini, o cümlədən, mebelləri də ona verməmişdir, hətta uşaqların yataq dəsti də cavabdehin yaşadığı evdədir. Cavabdeh ona qızıl-zinət əşyalarını satdığını bildirsə də əslində onun bundan xəbəri olmamışdır. O, nişan üzüyü və qızıl dəstini evdə qoyub çıxmışdır. Bildirir ki, o, məktəbdən kənar olaraq şagirdlərə hazırlıq dərsi keçmək istəmiş, ona görə də 2022-ci ilin avqust-sentyabr ayında cavabdeh ilə Sahil qəsəbəsinə kirayə tutduqları evə köçmüş, bundan sonra cavabdeh onları evdə qoyaraq tərk etmişdir. O, kirayə mənzilə gedəndə qızılları köhnə mənzildə, yəni öz evlərində qalmış, sonra cavabdeh ilə aralarında münasibətlə pisləşdiyindən köhnə mənzilə qayıtmamışdır. Qeyd edir ki, qızıl dəstinə sırğa, boyunbağı, bilərzik və üzük aiddir, nişan üzüyü isə onlardan ayrıdır və qeyd edilən qızıllar öz evlərində qalmışdır. Bildirir ki, siyahıda 2 üzük vardır, biri komplektə daxildir, digəri isə nişan üzüyüdür. Nişan üzüyü vaxtilə 400-450 manata alınmışdır. “Beko” markalı kondisioneri ona atası vermişdir, bunu cavabdehin ailə üzvləri də bilir. Divar saatını da onun valideyni hədiyyə vermişdir. O, kondisionerin onda, dəhliz şkafının isə cavabdehdə qalmasına razıdır. Qızıllarını da Sahil qəsəbəsində yerləşən kirayə mənzilə köçərkən öz evlərində qoymuşdur və o, hazırda həmin qızılları da cavabdehdən tələb edir. Bildirir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 01 mart 2020-ci il tarixdə çəkilmiş şəkildə heç bir qızılın taxılmadığı göstərilsə də onda olan eyni toya aid şəkildə qulağında hazırda cavabdehdən tələb etdiyi sırğanın olduğu görünür. Belə ki, 02-03 mart 2020-ci il tarixlərə aid şəkillərdən göründüyü kimi o, xalası qızının toyunda cavabdehdən ona verilməsini istədiyi qızıllardan olan sırğanı taxmışdır. Bundan əlavə təqdim edilən şəkildəki toya gedərkən o, bilərzikdə boşluq olduğu üçün bilərziyi taxmamışdır. Cavabdeh gah onun atasının guya borcu olduğu, ona görə bankdan pul götürdüyünü bildirir, gah da onun gedəndə qızılları özü ilə apardığını iddia edir. Halbuki o, qızılları özü ilə aparmamışdır. Atasının borcunu ödəmək üçün qızılların satılması ilə bağlı cavabdehin dedikləri doğru deyildir. Belə ki, məlumatları olmadan atasının adına borc yığılmış, onlar atasının borcu ilə bağlı müvafiq təşkilatlara müraciət edərək, borcu ödəməyə başlamışdırlar. Həmçinin qardaşı da bankdan pul götürüb borcu ödəmək üçün atasına 6000 manat pul vermişdir. Qeyd edir ki, atasının borcuna görə 2023-cü ilə qədər pul ödənilməmişdir. 2022-ci ilin aprelində Cavabdeh ilə aralarında mübahisələr başlamış, buna görə o, evi tərk etmiş, həmin ilin iyun ayında yenidən evə qayıtmışdır. Daha sonra onlar 2022-ci ilin avqust ayında Sahil qəsəbəsində yerləşən kirayə evə köçmüş, cavabdeh isə 2022-ci ilin noyabr ayından kirayə evi tərk etmişdir. İddia ərizəsində qeyd olunan qızılların qiyməti təqribidir. Belə ki, satıcı vaxtilə təkcə dəstə görə 2500 manat məbləğində pul istəmiş, lakin Cavabdeh dayısı Laçın Ticarət Mərkəzində işlədiyinə görə tanışlıqla qızılların qiymətini bir az ucuz qiymətə - 2300 manata endirmişdir. Nişan üzüyü isə 450 manata alınmışdır. Bundan əlavə qeyd edir ki, o, 2015-2016-ci illərdə işləmiş, qeyri-rəsmi olaraq işlədiyi zamanlarda olmuşdur. O, evdən çıxanda əmək kitabçasını və digər sənədləri evdə qalmışdır, onun üçün zəruri olan sənədləri evdə qoyduğu halda evdən qızılları götürə biləcəyi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Onların evinə heç kim girə bilmir və darvaza bağlı olur, lakin qaynanasıgildən onların evinə giriş vardır. Bildirir ki, hazırda cavabdeh cehiz və qızıl-zinət əşyalarını qaytarmır və məhkəmə qərarı ilə həmin əşyaları qaytaracağını bildirir. Hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunun tələbinə əsasən hazırki mübahisə ilə bağlı o, mediasiya təşkilatına müraciət etsə də mübahisənin məhkəmədən kənar həlli yolu mümkün olmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
3. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı qızıl-zinət əşyaları tələbi ilə bağlı iddiası tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd olunmuş bütün qızıl-zinət əşyaları birgə nikahda olduqları dövrdə iddiaçının öz razılığı ilə satılmışdır. Hətta birgə nikahda olduqları dövrdə iştirak etdikləri toy şənlikləri və ziyafət məclislərində belə həmin qızıl-zinət əşyaları iddiaçının üzərində olmamışdır. Eyni zamanda İddiaçı cehiz əşyaları ilə bağlı iddia tələbi irəli sürmüş və tələbində cehiz əşyalarının dəyərini olduğundan yüksək məbləğdə, şişirdilmiş qiymətlərlə qeyd etmişdir, bu da həqiqəti əks etdirmir, tamamilə həqiqətə ziddir. İddia tələbində qeyd olunmuş əşyaların bir qismi iddiaçı tərəfindən aparılmışdır. Belə ki, onunla iddiaçı birgə nikahda olduqları dövrdə, yəni 2022-ci ilin sentyabr ayının 15-dən etibarən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən mənzilə köçüb orada yaşamağa başlamışlar və iddiaçının tələb etdiyi cehiz əşyalarının bir qismi də həmin evə aparılmışdır, hansı ki, hazırda iddiaçı həmin evdə yaşamaqdadır. Qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi qızıllardan və qış geyimlərindən başqa digər əşyalar, o cümlədən bütün cehiz əmlakları ondadır. Belə ki, onda olan paltarlar içərisində qış paltarları yoxdur. O, qızıllardan başqa digər əmlakların qaytarılmasına etiraz etmir, lakin qızıllar onda yoxdur. Belə ki, xeyli müddətdir ki, yaşadıqları evdən köçmüşlər və hazırda da həmin evdə yaşamırlar. Qızılların hamısı vaxtilə naturada mövcud olmuş, onlar 11 il bundan qabaq Laçın Ticarət Mərkəzindən almış, həmin qızıl-zinət əşyalarını 3 il bundan öncə İddiaçı vermişdir. İddiaçının atasının maddi vəziyyəti ağır olduğuna görə qızılları iddiaçının atasına 2018-2019-cu illər ərəfəsində vermişdirlər, bu faktı iddiaçının atasının icrada olan işi sübut edir. Qızılların verilməsinə o da razı olmuşdur, hətta o, öz cibindən atasına pul da vermişdir. O, iddianı qızıl-zinət əşyalarına aid olan hissədə qəbul etmir. Bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş siyahıda qeyd olunan dəhliz şkafını və uşaq mebelini birgə nikah dövründə almışlar. Siyahıda 4-cü bənddə qeyd olunan “Beko” markalı kondisioner, 6-cı bənddə qeyd olunan dəhliz şkafı, 7-ci bənddə qeyd olunan uşaq mebeli, 20-ci bənddə qeyd olunan uşaq yataq otağı pərdəsi və 24-cü bənddə qeyd olunan divar saatı cehiz əmlakı deyil, birgə nikah dövründə əldə edilmişdir, siyahıda qeyd olunan qızıllar isə onda yoxdur. Qeyd edir ki, sözügedən qızıllar təxminən 2020-ci ildə İddiaçı atasının borclarını ödəmək üçün satılmışdır. Belə ki, iddiaçının atasının "xxxx" ASC-yə borcu olmuşdur. Yəni qızıllar mövcud olmuş, lakin sonra satılmışdır. Ailəli olarkən iddiaçı ilə Sahil qəsəbəsində yerləşən iki otaqlı evə köçmüşdürlər, həmin ev əşyalı olmuşdur. O, iddia ərizəsində göstərilən və onda olan əşyaları qaytarmağa razıdır. Siyahıda olan divar saatını, uşaq yataq dəstini mübahisəsiz olaraq qarşı tərəfə verəcəkdir. Bildirir ki, kondisionerin dəyəri 600 manatdır və pulun yarısını qarşı tərəfə verə bilər. onlar 2022-ci ilin dekabr ayından ayrı yaşayırlar. Onların öz evi vardır və həmin evdən vacib sənədləri götürüb 2022-ci ilin sentyabr ayında Sahil qəsəbəsində yerləşən kirayə mənzilə köçmüşlər. Orada normal yaşamışlar, uşaqları da həmin evdən məktəbə getmişlər. Lakin kirayə qaldıqları ev onun iş yerinə uzaq idi, onun ayda 300 manat kirayə pulu və 450 manat yol xərci olmaqla cəmi 750 manat xərci çıxırdı. O, iddiaçıya evlərinə qayıtmağı təklif etmiş, lakin qarşı tərəf məktəblilərə hazırlıq dərsi keçdiyini bildirərək razı olmamışdır. Bildirir ki, iddiaçı bu işdən təqribən 500-600 manat məbləğində məvacib qazanmışdır. Məhz bu səbəbdən onlar arasında münasibətlər pozulmuş, bir neçə aydan sonra boşanmışlar. Qızıllar haqqında əlavə edir ki, pandemiya başlayanda, həmçinin onlar maşın aldıqları vaxt da qızıllar artıq onlarda deyildi. Qızılları o, deyil, qarşı tərəf satmışdır. Vaxtilə qızılları onun valideynləri almış, 12 il bundan əvvəl qızıllara görə 1800 manat pul verilmişdir. Nişan üzüyünü isə maksimum 400 manata almışlar. İddiaçı evi tərk edəndə evdə qızıl olmamışdır, əgər iddiaçı qızılın evdə olduğunu sübut etsə, o, həmin qızılları verməyə hazırdır. Bildirir ki, təqribən 4-5 il bundan qabaq icra məmuru iddiaçının atasını çağıranda o da iddiaçının əmisi ilə birgə icra şöbəsinə getmiş, icra məmuru ona bankın iddiaçının atasından pul istədiyini, pulun ödənilməli olduğunu, əks təqdirdə iddiaçının atasının həbs olunacağını bildirmişdir. Qızıllar da məhz bu borcu ödəmək üçün satılmışdır. Qeyd edir ki, onların evində şamdan olmamışdır. O, birgə nikah dövründə əldə olunmuş uşaq mebelini və pərdəni verməyə razıdır. İddiaçı evdən gedəndə hər şeyi aparmışdır. Qızılların göstərildiyi video 2020-ci ilin videosudur, iddiaçı isə 2023-cü ildə evdən çıxıb getmişdir. İddiaçı qızılları özü ilə götürmədiyini bildirərək yalan söyləyir. Hesab edir ki, evi tərk edərkən heç bir qadın qızılların evdə qoyub getməz. İddiaçı sənədlərini və vəsiqəsini özü ilə aparıbsa, qızıllarını aparmaması inandırıcı deyildir. Dəhliz şkafının onda, kondisionerin isə iddiaçıda qalmasına razıdır. Onda olan əşyaların götürülməsinə isə etiraz etmir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2836/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh LG markalı 32 diaqonal televizor – 300 manat; Hotpoint markalı, ağ rəngli, No Frost soyuducu – 900 manat; Regal markalı, ağ rəngli, 5 kq paltaryuyan – 600 manat; Beko markalı,100 kv.m ağ rəngli kondisioner – 1500 manat; Mətbəx mebeli 4 metr boz-ağ – 1100 manat; Uşaq mebeli (2 yataq, 2 dolab, 1 geyim dolabı, 1 kitab şkafı) – 1500 manat; Yataq otağı mebeli “Hürrəm” – 2000 manat; Qonaq otağı mebeli “Hürrəm” – 2000 manat; Künc divanı – 700 manat; 8 şamdanlı lüstur – 300 manat; 4 şamdanlı lüstur – 150 manat; 3 şamdanlı lüstur – 100 manat; 3 şamdanlı lüstur – 50 manat; 5x3 metr xalça – 500 manat; 4x2 metr xalça — 250 manat; 4x2 metr xalça – 250 manat; Yataq otağı üçün pərdə – 300 manat; Uşaq yataq otağı üçün pərdə – 200 manat; Qonaq otağı üçün pərdə – 500 manat; Yataq otağı üçün pərdə – 1500 manat; Divar saatı – 60 manat; Divar saatı — 50 manat; 12 nəfərlik yemək dəsti – 1000 manat; 2 ədəd meyvə qabı – 100 manat; 2 ədəd konfet qabı – 50 manat; 6 nəfərlik çay dəsti – 50 manat; 6 nəfərlik çay dəsti – 40 manat; 6 nəfərlik şirə badəsi – 2 dəst – 70 manat; 3 ədəd çərəz qabı – 60 manat; 2 ədəd şirniyyat qabı – 30 manat; 6 nəfərlik kofe stəkanı – 30 manat, 1 ədəd 2 karat brilyantlı, 4,5 qram, 750 əyarlı ağ italyan qızıl; 1 ədəd 2 karat brilyantlı, 15 qr, 750 əyarlı ağ italyan qızıl kolye; 1 ədəd 1,2 karat brilyantlı, 9 qram, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1 ədəd 2 karat brilyantlı 10 qram, 750 əyarlı, italyan qızılı komplekt sırğa – 1800 manat, 1 ədəd steletto xaki rəng dikdaban – 35 manat, 1 ədəd steletto sarı rəng dikdaban – 40 manat və 6 ədəd donun və ya onların dəyərinin alınıb İddiaçı verilməsi, iddia tələbinin Dəhliz şkafı 2 metr – 1200 manat; 1 şamdanlı lüstur - 50 manat; 2 ədəd uzunboğaz çəkmə – 120 manat; 1 ədəd palto – 150 manat; 1 ədəd kurtka – 120 manat aid olan hissələrdə rədd edilməsi, Cavabdeh 60 (altmış) manat dövlət rüsumu və 40 (qırx) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən tələb olunan LG markalı 32 diaqonal televizor – 300 manat; Hotpoint markalı, ağ rəngli, No Frost soyuducu – 900 manat; Regal markalı, ağ rəngli, 5 kq paltaryuyan – 600 manat; Mətbəx mebeli 4 metr bozağ – 1100 manat; Yataq otağı mebeli “Hürrəm” – 2000 manat; Qonaq otağı mebeli “Hürrəm” – 2000 manat; Künc divanı – 700 manat; 8 şamdanlı lüstur – 300 manat; 4 şamdanlı lüstur – 150 manat; 3 şamdanlı lüstur – 100 manat; 3 şamdanlı lüstur – 50 manat; 5x3 metr xalça – 500 manat; 4x2 metr xalça — 250 manat; 4x2 metr xalça – 250 manat; Yataq otağı üçün pərdə – 300 manat; Qonaq otağı üçün pərdə – 500 manat; Yataq otağı üçün pərdə – 1500 manat; Divar saatı – 60 manat; 12 nəfərlik yemək dəsti – 1000 manat; 2 ədəd meyvə qabı – 100 manat; 2 ədəd konfet qabı – 50 manat; 6 nəfərlik çay dəsti – 50 manat; 6 nəfərlik çay dəsti – 40 manat; 6 nəfərlik şirə badəsi – 2 dəst – 70 manat; 3 ədəd çərəz qabı – 60 manat; 2 ədəd şirniyyat qabı – 30 manat; 6 nəfərlik kofe stəkanı – 30 manat dəyərində əmlakların naturada cavabdeh tərəfindən qaytarılması qəbul edilmiş və həmin əmlaklar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən,məhkəmə bu hissədə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edilməsi nəticəsinə gəlmişdir. Tələb edilmiş qızıl-ziynət əşyaları - 450 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı, 4,5 qram, 750 əyarlı ağ italyan qızıl; 1300 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı, 15 qram, 750 əyarlı ağ italyan qızıl kolye; 700 manat dəyərində olan 1 ədəd 1,2 karat brilyantlı, 9 qram, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1000 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı 10 qram, 750 əyarlı, italyan qızılı komplekt sırğa ilə bağlı cavabdeh məhkəmə iclasında qeyd edilən qızıl-ziynət əşyalarının vaxtilə naturada mövcud olduğunu, qızılları 12 il bundan əvvəl onun valideynlərinin aldığını və həmin qızıllara görə 1800 manat pul ödədiklərini, hazırda həmin qızılların onda olmadığını, iddiaçının atasının borcu olduğunu, bu məqsədlə onun razılığı ilə həmin qızılların iddiaçı tərəfindən atasını borcunun bağlanması üçün satıldığını bildirsədə, qızılların iddiaçı tərəfindən satılması məhkəmədə sübutların tədqiqatı zamanı bu fakt tam təkzib olunmüşdur. Belə ki, Cavabdeh məhkəmədə qızılların iddiaçı tərəfindən 2018-2019cu illər ərəfəsində, 2020-ci ildə satılması ilə bağlı ziddiyətli izahatlat verilmiş, cavabdehin izahatında qeyd etdikləri faktlar iş materiallarında olan, iddiaçının 2020-ci ildə iştirak etdiyi toy məclisində çəkilmiş fotoşəkillər,həmçinin cavabdehin özü tərəfindən təqdim edilmiş fotoşəkillər və diskdə olan videomateriallar ilə tam təkzib edilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında 450 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı, 4,5 qram, 750 əyarlı ağ italyan qızıl; 1300 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı, 15 qram, 750 əyarlı ağ italyan qızıl kolye; 700 manat dəyərində olan 1 ədəd 1,2 karat brilyantlı, 9 qram, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1000 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı 10 qr, 750 əyarlı, italyan qızılı komplekt sırğanın Cavabdeh tutularaq ona verilməsini xahiş etsə də sözügedən qızıl-ziynət əşyalarının dəyərinin iddia tələbində göstərilmiş məbləğdə olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi 1 ədəd 2 karat brilyantlı, 4,5 qram, 750 əyarlı ağ italyan qızıl; 1 ədəd 2 karat brilyantlı, 15 qram, 750 əyarlı ağ italyan qızıl kolye; 1 ədəd 1,2 karat brilyantlı, 9 qram, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1 ədəd 2 karat brilyantlı 10 qram, 750 əyarlı, italyan qızılı komplekt sırğa cavabdehin etiraf etdiyi məbləğdə, yəni 1800 manat məbləğində qiymətləndirilməli, həmin qızıl-zinət əşyalarının naturada qaytarılması mümkün olmadığda onların dəyəri olan 1800 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Tərəflər arasında razılıq əldə edildiyindən, 1500 manat dəyərində olan Beko markalı, 100 kv.m ağ rəngli kondisioner, 1500 manat dəyərində olan Uşaq mebeli (2 yataq, 2 dolab, 1 geyim dolabı, 1 kitab şkafı), 200 manat dəyərində olan Uşaq yataq otağı üçün pərdə və 50 manat dəyərində olan divar saatının İddiaçı, 1200 manat dəyərində olan 2 metr Dəhliz şkafı isə Cavabdeh verilməlidir.
6. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Müqlki Məcəlləsinin 157.2, 225.2, 225.3, Ailə Məcəlləsinin 34.1-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2836/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın qızıl-zinət əşyalarına dair hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianı qismən təmin edərək onun da cehizlərin qaytarılmasında heç bir mübahisənin və ya maneənin olmadığı qənaətinə gələrək iddiaya əlavə edilmiş ev əşyalarından ibarət cehizlərin qaytarılmasının əsaslı hesab edilməsi nəticəsinə gəlmişdir. Bundan başqa iddiaçının göstərdiyi qızıl-zinət əşyaları 12 il bundan qabaq cəmi 1800 manata valideyinləri tərəfindən alınmışdır. Məhkəmə əsassız olaraq birgə nigah dövründə alınaraq birgə nigah dövründə iddiaçının atasının borcunu ödəmək məqsədilə satılmış 1 ədəd 2 karat briliyantlı, 4.5 qram, 750 əyarlı ağ italyan qızılının, 1 ədəd 2 karat briliyantlı, 15 qram 750 əyarlı aq italyan qızılı kolyenin, 1 ədəd 1.2 karat briliyantlı 9 qram 750 əyarlı ağ italyan qızıl qolbağı və 1 ədəd 2 karat briliyantlı 10 qram 750 əyarlı italyan qızılı komplekt sırğanın naturada qaytarılması mümkün olmadıqda 1800 manat pulun ondan alınaraq iddiaçıya qaytarılması barədə əsassız qətnamə qəbul etmişdir. İddiaçı ilə 2022-ci ilin aprel ayında mübahisə yarandığından evi tərk etmiş, həmin ilin iyun ayında yenidən Mehdiabad qəsəbəsindəki evə qayıtmış, avqust ayında onunla birlikdə Sahil qəsəbəsinə köçərək 2022-ci ilin noyabr ayına kimi birgə yaşamışlar. Məhkəmə qərar qəbul edərkən təqdim etdiyi sənədlərə, işin faktiki hallarına, fotoşəkillərə diqqət yetiməmiş, yalnız iddiaçının uydurduğu və daha çox pul qoparmaq məntiqi ilə olan iddiasına və izahatına əsaslanaraq, küsüb getmiş, sonradan yenə ər evinə qayıtmış və birlikdə müəyyən ev əşyalarını da götürərək əri ilə birlikdə kirayəyə köçmüş qadının qızıllarını nədənsə götürməməsi qənaətinə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə tam əsassız və qeyri-obyektiv olduğundan ləğv olunmalıdır. Səmayə gəlin gələnə kimi valideyinləri tərəfindən alınaraq hazır evə quraşdırılmış Beko markalı 100 kv.m ağ rəngli 1500 manat dəyərində kondinsionerin iddiaçıya verilməsi barədə əsassız qətnamə qəbul etmişdir. İddiaçı qızıl zinət əşyalarının onun evində qalmasını quru sözdən başqa heç nə ilə sübut edə bilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddia olunan qızıl-zinət əşyalarının ümumiyyətlə mövcud olub-olmamasını, həmin qızılların 2020-ci ildə satılaraq iddiaçının atasının olan borcunun bir hissəsinə ödənilməsi hallarına fikir verməyərək əsassız olaraq həmin qızılların qaytarılnması barədə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, nikahın pozulmasından əvvəl Mehdiabad, daha sonra Sahil qəsəbəsinə köçüb bir müddət orada yaşamışlar. O vaxta kimi qızılar qalmamışdır. İddiaçı bir ildən sonra qızıl-zinət əşyaları ilə bağlı iddia qaldırıb. Qızıllar evdə olub, 2020-ci ildə pandemiya dövründə iddiaçının atasının borclarının ödənilməsi məqsədilə satılıb. Qızıllar hazırda ondan deyil. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Sahil qəsəbəsinə repetitor fəaliyyəti ilə məşğul olmaq üçün getmiş, kirayə qalmışlar, qızılları ora aparmamışdır. Qızılların atasının borcunun ödənilməsi məqsədilə satılmasına gəldikdə isə bu, həqiqətə uyğun deyil. Atası etibarnamə ilə avtomobil satıb, həmin şəxs də başqasına satıb, lakin bankın borcunu ödəməyiblər, beləliklə xeyli borc yaranıb. Qardaşı sonradan 8000 manat borc götürmüş, atasının borcunun müəyyən hissəsini ödəmiş, qalanını isə hissə-hissə ödəyərək borcu bağlamışdır. O, qızıllarını satmamış, evdə olmuşdur. Əgər qızılları cavabdeh satıbsa, bundan xəbəri yoxdur. Məhkəmə qızılların dəyərinin ödənilməsi hissəsində iddianı qismən təmin etsə də dəyərinə münasibətdə mübahisənin uzanmaması üçün şikayət verməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
İşdə olan sübutlar
12. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1131/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1072 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 İddiaçı himayəsində və yanında saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının 07 mart 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir
15. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
16. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2836/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin 1 ədəd 2 karat brilyantlı, 4,5 qram, 750 əyarlı ağ italyan qızıl; 1 ədəd 2 karat brilyantlı, 15 qram, 750 əyarlı ağ italyan qızıl kolye; 1 ədəd 1,2 karat brilyantlı, 9 qram, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1 ədəd 2 karat brilyantlı 10 qram, 750 əyarlı, italyan qızılı komplekt sırğadan əmlakların və ya onların dəyəri olan 1800 manatın alınıb İddiaçı verilməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2836/2024 nömrəli qətnaməsi qızıl-zinət əşyaları hissəsində dəyişdirilməlidir.
18. Məhkəmə kollegiyası mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticəni əsaslandırması ilə tam razılaşaraq hesab edir ki, qeyd olunan hissədə qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi üçün hər hansı bir əsas mövcud olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh qeyd olunan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən satıldığını iddia etsə də buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
19. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələbinə uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehdən qızıl-zinət əşyalarının tutulmasını qeyd etsə də hər bir əşyanın dəyərini ayrılıqda göstərməli olduğu halda ümumi şəkildə göstərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının hər birinin dəyəri ayr-ayrılıqda göstərilməklə qətnamə dəyişdirilməlidir.
20. İddiaçı 1 ədəd 2 karat brilyant qaşlı 4,5 qram 750 əyarlı ağ italyan qızıl üzüyün dəyərini 450 manat, 1 ədəd 2 karat brilyant qaşlı, 15 qram, 750 əyarlı ağ italyan qızıl kolyenin dəyərini 1300 manat, 1 ədəd 1,2 karat brilyant qaşlı 9 qram 750 əyarlı ağ italyan qızıl qolbağn dəyərini 700 manat, 1 ədəd 2 karat brilyant qaşlı 10 qram 750 əyarlı italyan qızılı komplekt sırğanın dəyərini 1000 manat məbləğində müəyyən etsə də, birinci instansiya məhkəməsi həmin əşyaların ümui dəyərini 1800 manat məbləğində müəyyən etmişdir. Buna görə də həmin məbləğə mütənasib olaraq, qızıl əşyalarının dəyəri müəyyən ediməklə qətnamə dəyişdirilməlidir.
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2836/2024 nömrəli qətnaməsi qızıl-zinət əşyaları hissəsində dəyişdirilsin. Cavabdeh 300 manat dəyərində 2 karat brilyant qaşlı 4,5 qram çəkidə 750 əyarlı ağ italyan qızıl üzük, 650 manat dəyərində 2 karat brilyant qaşlı 15 qram çəkidə 750 əyarlı ağ italyan qızıl boyunbağı, 350 manat dəyərində 1,2 karat brilyant qaşlı 9 qram çəkidə 750 əyarlı ağ italyan qızıl qolbağ və 500 manat dəyərində 2 karat brilyant qaşlı 10 qram çəkidə 750 əyarlı italyan qızılı komplekt sırğadan ibarət qızıl-zinət əşyaları naturada, naturada mümkün olmadıqda isə dəyərləri alınaraq, İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.