Məhkəmə qərarları › İş №2(012)-1748/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1748/2025

30.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1748/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cehiz əşyalarının mənzildən çıxarılması və əldən çıxmış fayda ilə bağlı zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X6,Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, əldən çıxmış fayda kimi 3000 manat vəsaitin, 100 manat dövlət rüsumunun, 220 manat vəkil xərcinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 qarşı heç bir tələbləri olmadığına görə X1 cavabdehlərin siyahısından çıxarılmasını, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilindən Cavabdeh1 məxsus olan cehiz əşyalarının (televizor LG - 1 ədəd, divara yığılmış şkaf TV stend - 1 ədəd, yun döşək - 2 ədəd, sintifon döşək - 1 ədəd, sintifon yastıq - 4 ədəd, yığılma mətbəx mebeli - 1 dəst, yataq və qonaq otaqlarındakı pərdələr - 2 ədəd, uşaq otağındakı divar asqılı şkaf - 1 ədəd, mətbəxdə bütün qab-qacaqlar, ütü stolu - 1 ədəd, Kenwood markalı tozsoran - 1 ədəd, Sharp markalı mikrodalğalı soba - 1 ədəd, Tefal markalı toster - 1 ədəd, Tefal markalı ətçəkən maşını - 1 ədəd, Bosch markalı şirəçəkən maşını - 1 ədəd, yun yorğan - 2 ədəd, 1.5 x 0.8 ölçülü xalça - 1 ədəd, 2 x 3 ölçülü xalça - 1 ədəd) çıxarılması, əldən çıxmış fayda kimi 3000 manat vəsaitin, 100 manat dövlət rüsumunun, 220 manat vəkil xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı qardaşı olan X6 Cavabdeh1 ilə 01 iyun 2021-ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 963 saylı akt qeydinə əsasən nikah bağlamışdır. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 anadan olmuşdur. X6 ilə Cavabdeh1 ailə qurandan dərhal sonra iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilə köçmüşdürlər. İddiaçı qardaşı olan Aydın Əsədzadə ilə qarşılıqlı olaraq razılaşdıqları şərtlər daxilində ondan kirayə haqqı tələb etməmişdir. İddiaçı həmin mənzili 29 dekabr 2018-ci il tarixli, 140 saylı müqaviləyə əsasən "xxxx" MMC-dən almışdır. Hazırda iddiaçı mənzilin satış dəyərini tam ödəmiş və bununla bağlı ona maliyyə arayışları təqdim edilmişdir, yaxın vaxtlarda mülkiyyət şəhadətnaməsinin alınması ilə bağlı müvafiq quruma müraciət edəcəkdirlər. 05 sentyabr 2023-cü ildə X6 həmin mənzilin açarlarını iddiaçıya verərək ailə üzvləri ilə birlikdə İsrailə köçmüşdür və hazırda orada yaşayırlar. Xaricdə olduqları müddətdə X6 ilə Cavabdeh1 arasında ailə münaqişəsi yaranmış və onlar bu ilin iyun ayından etibarən ailə münasibətlərinə faktiki olaraq birdəfəlik xitam vermişdirlər. Cavabdeh1 cehiz əşyaları hələ də iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzildədir. İddiaçı maddi problemi yarandığına görə şəraitdən asılı olaraq həmin mənzili ya kirayə vermək, ya da satmaq istəyir, qardaşı X6 ilə telefon əlaqəsi saxlayaraq vəziyyəti ona izah etmiş və Aydın Əsədzadə özünə məxsus əşyaların ordan çıxarılmasına razılıq vermişdir. Lakin iddiaçının telefon əlaqəsi saxladığı Cavabdeh1 cehiz əşyalarını yalnız məhkəmə qətnaməsindən sonra çıxaracağını bildirmişdir. Həmin cehiz əşyalarının sözügedən mənzilində qalması iddiaçını mülkiyyətində olan əmlakından səmərəli istifadə etməsinə mane olur. Onu da bildirir ki, Cavabdeh1 atası vəfat etmiş və onu babası Cavabdeh2 saxlamışdır. İddiaçının qardaşı ailə quranda da X4 valideyni kimi onlar Cavabdeh2 tanımışdırlar. Mənzilin boşaldılması ilə bağlı 03 oktyabr 2024-cü ildə iddiaçı eyni ünvanda qeydiyyatda olduqlarına görə Cavabdeh1 və Cavabdeh2 poçt vasitəsi ilə rəsmi olaraq bir məktubda təklif göndərərək bildirmişdir ki, əşyalarını 20 gün müddətində çıxaracaqları təqdirdə yarana biləcək bütün xərcləri, yəni nəqliyyat və fəhlə xərclərini qarşılamağa hazırdır. Əks halda məhkəməyə müraciət etməklə əldən çıxmış fayda ilə bağlı mənzilin 6 aylıq kirayə haqqını, dövlət rüsumunu, vəkilə ödəyəcəyi vəsaiti və sair xərcləri onlardan tələb edəcəkdir. Onu da bildirir ki, X6 ilə Cavabdeh1 İsrail vətəndaşlığını almış və onların yaxın vaxtlarda ölkəyə qayıtmaq ehtimalları yoxdur. Buna görə də iddiaçı Cavabdeh1 babası Cavabdeh2 ilə əlaqə saxlayıb vəziyyəti ona izah etsə də nəticə verməmişdir. Onu da bildirir ki, geniş yaşayış sahəsinə malik olan Xəlilov X2 Leyla Natiq qızına məxsus cehiz əşyalarını rahatlıqla yerbəyer edə bilər. Bildirir ki, ünvan 1 ünvanında yerləşən 91 saylı, 55,1 m2 mənzili iddiaçı xx.xx.2018-ci il tarixli, 140 №-li müqaviləyə əsasən "xxxx" MTK-dan almışdır, həmin müqavilənin əslini və mənzilin dəyərinin tam ödənilməsinə dair "xxxx" MTK-nın verdiyi 233/2025 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. İddiaçının qardaşı Aydın Əsədzadə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və e-2(013)- 2094/2025 saylı mülki işin baxış iclası xx.xx.2025-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. İddiaçı qardaşı ilə əvvəldən razılaşdıqları şərtlər artıq öz əhəmiyyətini itirdiyinə görə mənzilin boşaldılması ilə bağlı bütün tərəflərə əvvəl şifahi müraciət etmiş, cavabdehlər razılaşmadığına görə 03 oktyabr 2024-cü ildə cavabdehlərə yazılı pretenziya (təklif) göndərmişdir. Həm pretenziyanın (təklif), həm də cavabdehlər tərəfindən məktubun alındığını təsdiq edən poçt qəbzlərinin surətlərini məhkəməyə təqdim etmişdir. İddia ərizəsi icraata qəbul ediləndən bir müddət sonra iddiaçı qardaşı Aydın ilə müəyyən mənada anlaşmış və nəticədə ona qarşı hər hansı bir iddiası olmadığına görə qardaşı Aydının cavabdehlər siyahısından çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı həmin anlaşma çərçivəsində iddia tələbini dəyişdirərək mənzilində olan əşyaları üç qrupa bölmüşdür, birinci qrupa qardaşı Aydına məxsus olan əşyalar, ikinci qrupa onların birgə nikah dövründə əldə etdikləri əşyalar daxil edilmişdir. Həmin əşyaların birinci və ikinci qrupa aid olduğunu təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Yeri gəlmişkən, qeyd edir ki, bu qruplaşdırma cavabdehlərin işini bir növ yüngülləşdirmişdir, yəni mənzildən çıxarılmalı olan əşyaların sayı azaldılmışdır. Əgər cavabdehlər birinci qrupa və təbii ki, ikinci qrupa aid olan əşyaları tələb etmək istəsələr, bununla bağlı onlar X3 qarşı iddia qaldıra bilərlər və həmin iddianın nə iddiaçıya, nə də iddiaçının sözügedən mənzilinə heç bir aidiyyəti olmayacaqdır. Mənzili vaxtında, yəni ötən ilin noyabr ayından boşaltmadığına görə iddiaçı Cavabdeh1 əldən çıxmış fayda kimi mənzilin aylıq kirayə haqqını 400 manat hesablamaqla, ümumilikdə, 3000 manat vəsait tələb edir. Mənzilin kirayə haqqını təsdiq edən "xxxx" MMC-nin ekspert rəyini məhkəməyə təqdim etmişdir. Həmçinin iddiaçının bu xərclərinə səbəb olan cavabdehdən 100 manat dövlət rüsumu, 220 manat vəkil xərci tələb edir və müvafiq qəbzlər də məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh1 başqa onun bir bacısı vardır və Cavabdeh1 ilə bacısını o, böyütmüşdür. X6 ilə Cavabdeh1 3 il nişanlı qalmışdırlar. Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzil X6 ilə Cavabdeh1 ailə quranda alınmışdır. İlk vaxtlar sözügedən mənzilin divar kağızı vurulmamış, o, evə divar kağızı vurmuşdur. Həmçinin o, mənzilin təmiri ilə bağlı pul vermək üçün maşını satmış, mənzil təmir edildikdən sonra X6 ilə Cavabdeh1 həmin evə köçmüşdürlər. İddiaçı Aydın Əsədzadənin atası Cavabdeh1 sözügedən evdən çıxmasını tələb etmişdir, belə ki, ailəsi iddiaçını evləndirmək və yeni ailəni bu evə köçürmək istəmişdir. Dəfələrlə iddiaçı Aydın Əsədzadə Cavabdeh1 boşanmayacağını bildirmişdir. O, həmin mənzildə istifadə olunması üçün mətbəx mebeli, soyuducu və digər cehiz əşyaları almış, evə 6000-7000 manat xərc çəkmişdir, bu səbəbdən hesab edir ki, o, evə çəkdiyi xərc ilə bağlı İddiaçı qarşı iddia qaldırmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 izahatında bildirdi ki, iddiaçının qardaşı X6 və Cavabdeh1 3 il ərzində nişanlı qalmış, daha sonra ailə həyatı qurmuşdurlar. Onların xeyli müddət nişanlı qalmasına səbəb Aydın Əsədzadənin evinin olmaması idi. Daha sonra Aydın Əsədzadə ilə Cavabdeh1 rəsmi nikaha daxil olmuşdurlar və həmin nikahdan 2 övladları doğulmuşdur. Cavabdeh1 cehiz əmlaklarını vaxtilə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilə köçürmüşdürlər. Digər cavabdeh Xəlilov X2 Leyla Natiq qızının babasıdır. Mənzildə olan cehiz əşyaların dəyəri vaxtilə Cavabdeh1 anası tərəfindən ödənilmişdir və Cavabdeh1 sözügedən mənzildən ayrılarkən uşaqları ilə birlikdə mənzili tərk etmişdir. Cavabdeh1 evi tərk edənədək iddiaçının qardaşı ilə yaşadıqları mənzili onlara məxsus olan ev kimi bilmiş, mebel və digər məişət əşyalarını həmin evə yerləşdirmişdir. Cavabdeh1 babası Cavabdeh2 da mənzilin nəvəsinin həyat yoldaşına məxsus ev olduğunu zənn etmişdir. Daha sonra məlum olmuşdur ki, mübahisə predmeti olan mənzil İddiaçı məxsusdur. Aydın Əsədzadənin hansı səbəbə görə cavabdehlər siyahısından çıxarılması və Cavabdeh2 niyə cavabdeh qismində işə cəlb edilməsi onlar tərəfindən anlaşılmaz olaraq qalır. Həmçinin Cavabdeh1 məxsus cehiz əşyaları ilə bağlı iddiaçı tərəfindən onlara təqdim edilmiş siyahı ilə razı deyildirlər. Cavabdeh1 öz həyat yoldaşı ilə birlikdə cehiz əşyalarının yerləşdiyi evin qapısını bağlamış və xarici ölkəyə getmişdir, hazırda Bakı şəhərində deyildir. Cavabdehin cehiz əşyalarını yığmağa evi də yoxdur. İddiaçının qardaşı X6 Cavabdeh1 boşanmaq istəməsə də iddiaçı və atası ondan boşanmağı tələb edirlər. Əlavə olaraq bildirir ki, vəkil xərci və dövlət rüsumunun onlardan tutulmasına etiraz edirlər. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 29 dekabr 2018-ci il tarixli, 140/2018 nömrəli cəmiyyət tərəfindən inşa olunan binada mənzil alqı-satqısı üçün müqavilədən görünür ki, satıcı "xxxx" MMC ünvan 2 ünvanında tikilən bina başa çatdıqdan sonra həmin binanın 2-ci girişi, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55,1 m2 olan, 1 otaqlı, 91 saylı mənzili alıcı İddiaçı təhvil verməyi, alıcı İddiaçı isə mənzilin dəyərini bu müqavilənin 3-cü bəndində göstərilən şərtlərlə ödəməyi və satıcı "xxxx" MMC hazır mənzili təqdim etdikdə onu qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd edilən müqavilədə mənzilin ümumi dəyəri 38570 manat məbləğində müəyyən olunduğu, alıcı İddiaçı müqavilə imzalandığı tarixdə mənzilin ümumi qiymətindən 5000 manat məbləğində ilk haqqı ödədiyi göstərilmiş və təhvil veriləcək mənzilin ümumi dəyərindən qalan 33570 manatı 36 ay bərabər hissələrə bölünərək proporsional qaydada hər ay 933 manatın satıcı "xxxx" MMC-nin hesablaşma hesabına və ya xəzinəsinə nağd şəkildə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 446628 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 01 iyun 2021-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 963 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Əsədzadə» soyadı verilmişdir. İş materiallarında olan AA3515870 nömrəli şəxsiyyət vəsiqəsinin və 24737164 nömrəli pasportun surətindən görünür ki, X6 ilə X5 birgə nikahlarından olan X7 xx.xx.2022-ci il tarixdə və X8 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli, 233/2025 nömrəli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilmiş 1 girişli zirzəmili 13+ mansard mərtəbəli çox mərtəbəli, 2 saylı, yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 11ci mərtəbəsində ümumi sahəsi 55,1 m2 olan, 91 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir və onun "xxxx" MTK-ya borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 29 dekabr 2018-ci il tarixli, 140/2018 nömrəli cəmiyyət tərəfindən inşa olunan binada mənzil alqı-satqısı üçün müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında tikilən bina başa çatdıqdan sonra həmin binanın 2-ci girişi, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55,1 m2 olan, 1 otaqlı, 91 saylı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyərini bu müqavilədə göstərilən şərtlərlə ödəməyi və satıcı "xxxx" MMC hazır mənzili təqdim etdikdə onu qəbul etməyi öz öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı qardaşı X6 ilə Cavabdeh1 arasında 01 iyun 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından 2 övladı - xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 doğulmuşdur. İddiaçının qardaşı ilə cavabdeh ailə həyatı qurduqdan sonra iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzilə köçmüş və Cavabdeh1 ona məxsus olan cehiz əşyalarını sözügedən mənzilə yerləşdirmişdir. İddiaçının qardaşı Aydın Əsədzadə Cavabdeh1 ilə birlikdə yaşadıqları həmin mənzilin açarlarını iddiaçıya verərək ailə üzvləri ilə birlikdə İsrailə köçmüşdür və hazırda orada yaşayırlar. Xaricdə olduqları müddətdə X6 ilə Cavabdeh1 arasında ailə münaqişəsi yaranmış və bu ilin iyun ayından etibarən ailə münasibətlərinə faktiki olaraq xitam vermişdirlər. Cavabdeh1 iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış, xəbərdarlıqlara baxmayaraq cehiz əşyalarını iddiaçının mülkiyyətində olan evdən çıxartmamaqla iddiaçının mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnun pozulmasına səbəb olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb, onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan suiistifadə deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş Cavabdeh1 məxsus cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzildən çıxarılmalıdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157-ci maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə iddiaçı tərəf mənzilin vaxtında, yəni ötən ilin noyabr ayından boşaldılmadığına görə əsassız varlanma halının baş verdiyini iddia edərək, əldən çıxmış fayda kimi mənzilin aylıq kirayə haqqını 400 manat hesablamaqla, cavabdehlərdən ümumilikdə, 3000 manat pul vəsaiti tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin,məhkəmədə sübutların tədqiqatı zamanı iddia tələbinin bu hissəsinin təmin oıunmasına əsas verən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğin gələn hər hansı bir sübut müəyyən edilməmiş,əksinə olaraq mübahisə predmeti olan mənzilin iddiaçının könüllü iradəsi əsasında əvəzsiz olaraq yaşamaq üçün qardaşının və cavabdehin istifadəsinə vermiş və nəticə etibarı ilə hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanma halı baş vermədiyindən məhkəmə iddia tələbinin əldən çıxmış fayda olaraq 3000 manat vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməsini qeyrimümkün hesab edir. Həmçinin məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cehiz əşyalarının ona məxsus mənzildən çıxarılması və əldən çıxmış fayda ilə bağlı Cavabdeh1 ilə yanaşı Cavabdeh2 da cavabdeh kimi göstərsə də məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən edilən mülki hüquq və vəzifələrin əmələ gəlməsi hallarını təsdiq edən sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Əlavə olaraq iddia tələbinin 220 manat məbləğində vəkil xərcinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 220 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 məxsus televizor LG - 1 ədəd, divara yığılmış şkaf TV stend - 1 ədəd, yun döşək - 2 ədəd, sintifon döşək - 1 ədəd, sintifon yastıq - 4 ədəd, yığılma mətbəx mebeli - 1 dəst, yataq və qonaq otaqlarındakı pərdələr - 2 ədəd, uşaq otağındakı divar asqılı şkaf - 1 ədəd, mətbəxdə bütün qab-qacaqlar, ütü stolu - 1 ədəd, Kenwood markalı tozsoran - 1 ədəd, Sharp markalı mikrodalğalı soba - 1 ədəd, Tefal markalı toster - 1 ədəd, Tefal markalı ətçəkən maşını - 1 ədəd, Bosch markalı şirəçəkən maşını - 1 ədəd, yun yorğan - 2 ədəd, 1.5 x 0.8 ölçülü xalça - 1 ədəd, 2 x 3 ölçülü xalça - 1 ədəddən ibarət olan cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 180 ünvanında yerləşən 91 saylı mənzildən çıxarılsın. Cavabdeh1 100 (yüz) manat dövlət rüsumu və 220 (iki yüz iyirmi) manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar