Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1753/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə 27 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evi anası X1 rayonu 1 saylı Notariat Kontorunda aralarında imzalanmış bağışlanma müqaviləsinə əsasən ona hədiyyə vermişdir. Qeyd olunan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində onun adından qeydiyyatdan keçərək ona çıxarış verilmişdir və mənzil hal-hazıradək xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. O, Cavabdeh Əli qızı ilə 10.09.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 16.01.2008-ci il təvəllüdlü X9, 07.04.2009-cu il təvəllüdlü X10, 25.03.2010-cu il təvəllüdlü X8 və 16.04.2011-ci il təvəllüdlü X13 anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da cavabdehin xasiyyətində baş verən dəyişiklik nəticəsində aralarında olan nikah Abşeron rayon məhkəməsinin 15.10.2018-ci il tarixli 2(012)-3409/2018 saylı qətnaməsi ilə pozularaq, birgə nikahlarından olan övladları 16.01.2008-ci il təvəllüdlü X9, 07.04.2009-cu il təvəllüdlü X11, 25.03.2010-cu il təvəllüdlü X8 və 16.04.2011-ci il təvəllüdlü X7 cavabdehin yanında qalması və uşaqlarının saxlanması üçün hər ay hər uşağa 75 manat olmaqla 4 uşağa 300 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. 2005-ci ildə cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra 2005-cı ildə valideyinlərinə məxsus evdən qeydiyyatdan çıxaraq hazırki mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşdür. Cavabdehlə aralarında olan nikah pozulduqdan sonra məhkəmə qətnaməsi ilə uşaqlar cavabdehin himayəsinə verildiyindən uşaqlarının mənzil şəraitini təmin etmək üçün mülkiyyətində olan hazırki mübahisəli mənzili 20.05.2019-cu il tarixində Abşeron rayon 1 saylı Notariat kontorunda bağışlanma müqaviləsi əsasında cavabdehə bağışladı və övladları ilə birlikdə həmin mənzildə yaşayırdılar. Sonra cavabdeh başqa bir şəxslə qeyri rəsmi nikaha daxil olduqdan sonra o uşaqlarını evdə təkbaşına qoyaraq həmin şəxslə qoşulub Zərdab rayonuna getdiyi üçün həmin gündən uşaqlar Bakı şəhəri, Yasamal rayonu, Sovetski deyilən ərazidə valideyinlərinə məxsus evə köçərək evdə onunla birlikdə yaşayırlar. Cavabdehin başqa şəxslə ailə qurduğu üçün və uşaqlar onun yanında qalması səbəbindən cavabdeh öz razılığı əsasında, onunla aralarında bağlanmış bağışlanma müqaviləsinin ləğv edilməsi üçün Abşeron rayonu 1 saylı Notariat Kontoruna müraciət edərək bağışlanma müqaviləsini ləğv etdirmək üçün ərizə yazdı və Abşeron rayon 1 saylı Notariat Kontorunun 26.01.2021-ci il tarixli qərarına əsasən 20.05.2019-cu il tarixdə cavabdehlə aralarında olan bağışlanma müqaviləsi ləğv edilərək mənzil yenidən onun adına qeydiyyatdan keçirdi. Cavabdehin azyaşlı övladları cavabdehlə birlikdə yaşayarkən, uşaqların gözü qarşısında başqa bir şəxslərlə əxlaqsız hərəkətlər etdiyi üçün tərəfindən Abşeron rayon məhkəməsində iddia qaldıraraq uşaqların onun himayəsinə verilməsini xahiş etmiş və hal-hazırda iddia ərizəsi Abşeron rayon məhkəməsinin icraatındadır. Cavabdeh başqa şəxslə qeyri rəsmi ailə həyatı quraraq başqa yerdə yaşayış yeri seçdiyi üçün və ən əsası onunla ailə münasibətlərinə məhkəmə qaydasında xitam verildiyindən cavabdehə bir neçə dəfə zəng edərək mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını tələb etmiş, lakin cavabdeh bu barədə heç bir tədbir görmədi. Cavabdehin mülkiyyətində olan mənzildə yaşamaması, onun formal istifadə hüquqları və formal qeydiyyatının olması onun əlavə olaraq kommunal xərcləri ödəməyinə səbəb olur və eyni zamanda onun formal olaraq mülkiyyətində olan mənzildə qeydiyyatının olması onun qanunla qorunan bir çox mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ümumi sahəsi 29,1 kvadratmetr olan Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı ev ********** qeydiyyat nömrəsi ilə, 18.12.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 115 №-li görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evdə İddiaçı ilə birlikdə X9, X11, X8, X13 və Cavabdeh da qeydiyyatdadırlar. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, keçmiş Abşeron rayonu X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X4 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 04.07.2003-cü il tarixdə 29459 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. (Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 08/08 saylı 29.01.1988-ci il tarixli qərarına əsasən) X2 həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 19.11.2018-ci il tarixli, 4Ə-3257 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.12.2018-ci il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin İddiaçı həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 20.05.2019-cu il tarixli, 4Ə-1107 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh bağışlamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03.06.2019-cu il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal- hazırda mülkiyyətindədir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 15.10.2018-ci il tarixli 2(012)-3409/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nərimanov VVADQ şöbəsində 10 sentyabr 200r5-ci ildə bağlanmış 622 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahlarından olan övladları 16.01.2008-ci il təvəllüdlü X9, 07.04.2009-cu il təvəllüdlü X11, 25.03.2010-cu il təvəllüdlü X8 və 16.04.2011-ci il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalması və uşaqlarının saxlanması üçün hər ay hər uşağa 75 manat olmaqla 4 uşağa 300 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evə dair istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 adına mülkiyyət hüququna dair 04.07.2003-cü il tarixdə 29459 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, Tavat Qafarova həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 19.11.2018-ci il tarixli, 4Ə-3257 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.12.2018-ci il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış, İddiaçı isə həmin fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 20.05.2019-cu il tarixli, 4Ə-1107 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh bağışlamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03.06.2019-cu il tarixdə **********12-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal- hazırda həmin fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.Belə olan təqdirdə məhkəmə hesab edir ki,iddiaçının göstərdikləri işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən və iddianın təmin olunmasına əsas verən hallar müəyyən edilmədiyindən iddia tələbi də təmin oluna bilməz. Əksinə olaraq mübahisəli fərdi yaşayış evi cavabdehin mülkiyyətində olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən cvabdehin mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində yerləşən 1 saylı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1753/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1753/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver