Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-177/2022 30.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı ARDNŞ “Qaz İxrac” İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ARDNŞ “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ARDNŞ “Qaz İxrac” İdarəsi cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş 04 fevral 2010-cu il tarixli, MA ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi, X12 Kəmərləri Sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (40 kqq/sm2) magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə Abşeron rayonunun Masazır kəndi, Əliağa Vahid küçəsində sözügedən magistral qaz kəmərindən 17 metr məsafədə tikinti aparmaq məqsədi ilə 0,05889 ha torpaq sahəsinin ayrılması faktı aşkar olunmuşdur. Qeyd olunan 0,05889 ha torpaq sahəsinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 04.02.2010-cu il tarixli, MA ******* saylı çıxarış verilmişdir. Bu torpaq sahəsi Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində, “Qaz İxrac” İdarəsi, X12 Kəmərləri Sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli “Qaradağ KS-Digah-Şimal DRES” yüksək təzyiqli (40 kqq/sm2) magistral qaz kəmərinin mühafizə zonasında ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 04.02.2010-cu il tarixli, MA ******* saylı çıxarış, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olduğundan və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin qanuni mənafelərini pozduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı ARDNŞ “Qaz İxrac” İdarəsinin nümayəndəsi X11 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X9 iddiaya etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İş üzrə digər cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Buna görə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Masazır Bələdiyyəsinin 04 fevral 2004-cü il tarixli, 02 saylı qərarından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin ehtiyat fondu torpaqlarından Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 ha torpaq sahəsi X4 verilmişdir. Bu barədə tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.08.2006-cı il tarixli MH ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,08 ha torpaq sahəsi X3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 5 saylı reyestr kitabının 59 saylı vərəqində qeydiyyata alınmışdır. Bu barədə onun adına A 028193 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Torpaq alqı-satqısına dair 12 avqust 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 torpaq sahəsini 15000 manat müqabilində Cavabdeh1 satmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.09.2006-cı il tarixli MH ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,08 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 5 saylı reyestr kitabının 59 saylı vərəqində qeydiyyata alınmışdır. - Abşeron RİHB-nin 18 oktyabr 2007-ci il tarixli sərəncamından görünür ki, mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,08 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən eskiz layihəsi ilə razılaşdırılmış ölçüdə yaşayış evinin inşa edilməsinə razılıq verilmişdir. - Abşeron RİHB-nin təsdiq etdiyi 13 fevral 2008-ci il tarixli aktdan görünür ki, mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,08 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş iki mərtəbəli yaşayış evi istismara qəbul edilmişdir. Akt bir sıra qurumlar, o cümlədən X14 İdarəsi tərəfindən imzalanmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.04.2008-ci il tarixli MH ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,0764 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 220 saylı ev Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 10 saylı reyestr kitabının 65 saylı vərəqində qeydiyyata alınmışdır. Bu barədə hüquq sahibinin adına 11.04.2008-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. - Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı, 12 iyun 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 4 otaqlı, 220 saylı evi və həyətyanı torpaq sahəsindən 0,0176 ha hissəsini 32600 manat müqabilində X1. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.02.2010-cu il tarixli MA ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,0176 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 220 saylı ev X6 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə torpaq sahəsinin 13 yanvar 2010-cu il tarixli bölgü eskizi tərtib edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.02.2010-cu il tarixli MA ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,05889 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə hüquq sahibinin adına 04.02.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən torpaq sahəsi daha əvvəllər Masazır Bələdiyyəsinin mülkiyyətində olmuş, Masazır Bələdiyyəsinin 04 fevral 2004-cü il tarixli, 02 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin ehtiyat fondu torpaqlarından Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 ha torpaq sahəsi X4 verilmişdir. Bu barədə tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, S.M.Əhmədovanın mülkiyyət hüququ 07.08.2006-cı il tarixli MH ******* saylı çıxarışla qeydə alınmışdır. Torpaq alqı-satqısına dair 12 avqust 2006-cı il tarixli müqaviləyə əsasən X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,08 torpaq sahəsini 15000 manat müqabilində Cavabdeh1 satmış, bu sahə üzərində Cavabdeh1 mülkiyyət hüququ 07.09.2006-cı il tarixli MH ******* saylı çıxarışla qeydə alınmışdır. Abşeron RİHBnin 18 oktyabr 2007-ci il tarixli sərəncamı ilə mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,08 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən eskiz layihəsi ilə razılaşdırılmış ölçüdə yaşayış evinin inşa edilməsinə razılıq verilmiş, ev inşa edildikdən sonra Abşeron RİHB-nin təsdiq etdiyi 13 fevral 2008-ci il tarixli aktla həmin iki mərtəbəli yaşayış evi istismara qəbul edilmişdir. Akt bir sıra qurumlar, o cümlədən X14 İdarəsi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.04.2008-ci il tarixli MH ******* saylı çıxarışla Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki 0,0764 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 220 saylı ev Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 10 saylı reyestr kitabının 65 saylı vərəqində qeydiyyata alınmışdır. Bu barədə hüquq sahibinin adına 11.04.2008-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Bundan sonra daşınmaz əmlakın alqısatqısına dair AN-İ ******* saylı, 12 iyun 2008-ci il tarixli müqavilə ilə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 4 otaqlı, 220 saylı evi və həyətyanı torpaq sahəsindən 0,0176 ha hissəsini 32600 manat müqabilində X2, evə və satılmış torpaq sahəsinə dair onun adına 04.02.2010-cu il tarixli MA ******* saylı reyestrdən çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.02.2010-cu il tarixli MA ******* saylı çıxarışla Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki yerdə qalan 0,05889 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə hüquq sahibinin adına 04.02.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Hazırda “Qaz İxrac” İdarəsi Cavabdeh1 və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş 04 fevral 2010-cu il tarixli, MA ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 139-cu maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: a) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; b) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından görünür ki, Cavabdeh1 qanuni əsaslarla torpaq sahəsi əldə etmiş, bu barədə ilkin hüquqmüəyyənedici sənədləri müvafiq quruma təqdim etməklə özünün mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Buna görə də onun adına verilmiş 04 fevral 2010-cu il tarixli, MA ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi üçün məhkəmə heç bir hüquqi əsas tapmır və iddianın əsassız olması nəticəsinə gəlir. Bu sənədin göstərilən qaydada ləğv edilməsi mülkiyyətçi kimi Cavabdeh1 hüquqlarının pozulması kimi qiymətləndirilməlidir, halbuki, bu hüquq dövlət tərəfindən qorunur. Məhkəmə izah edir ki, cavabdehə məxsus torpaq sahəsi üzərindəki hüquqları yalnız Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən xitam edilə bilər. Belə ki, həmin maddəyə görə dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Beləliklə, göstərilənlərə əsasən iddia əsassız hesab edilməli, iddiaçı ARDNŞ “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv olunması barədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: ARDNŞ “Qaz İxrac” İdarəsinin Cavabdeh1 və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv olunması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-177/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-177/2022
30.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver