Məhkəmə qərarları › İş №2(012)-1770/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1770/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1770/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçi İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 övladları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə bağladığı xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilini almışdır. Lakin mənzilin keçmiş sahibləri azyaşlı övladları ilə birlikdə hələ də ona məxsus olan mənzildə pasport qeydiyyatındadırlar. Cavabdehlərin ona məxsus olan mənzildə pasport qeydiyyatında olmaları ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə və kommunal xərcləri ödəməsinə maneə yaradır. Cavabdehlərin formal olaraq Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilində qeydiyyatda qalmaları mülkiyyət hüququnun əsas elementi kimi sərəncam vermək hüququnu da məhdudlaşdırır. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, və Cavabdeh2 iddia tələbini qəbul etdiklərini bildirdilər və iddianı etirafı barədə məhkəməyə yazılı ərizələrini təqdim edərək Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, iddiaçının və cavabdehlərinin izahatını dinləyib, eləcə də, cavabdehlərin iddianı etirafı barədə məhkəməyə təqdim etdikləri yazılı ərizələrini və işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: --Şamaxı RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şamaxı rayonu Sabirli kəndində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həziyev X7 rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. -Alıcı İddiaçı ilə satıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilini alıcıya 38000 manata satmışdır. Müqavilənin 13-cü bəndindən görünür ki, satıcı xx.xx.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. -Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Abşeron RPl-nə ərizədə şəxsi mənzildə ünvan 1 ünvanından qeydiyyatda olan vətəndaşlar Cavabdeh1, Cavabdeh2 və övladları X10, X9 qeydiyyatan çıxarılmasını xahiş edilmişdir. Vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlananadək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilində qeydiyyatda olmuşlar və hazırda da qeydiyyatdadırlar. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, tərəfindən iddia tələbi tam etiraf olunaraq, onların Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlərin iddianı etiraf edərək onu qəbul etmələri qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarında olan X3 şəxsiyyət vəsiqəsinin surətindən və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 məhkəmə iclasında verdikləri ərizələrindən aydın olur ki, onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğulmuşdur. Məhkəmə qeyd edir ki, X10 və X9 yetkinlik yaşına çatmayan şəxlərdir. Qanuna əsasən yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Yəni valideyn qeydiyyata alınmaqla harada yaşayırsa yetkinlik yaşına çatmamış uşağı valideynin qeydiyyata alındığı yer üzrə qeydiyyata götürülməklə valideyni ilə birlikdə yaşamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 27.1. maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 ünvan 2 ünvanına olan istifadə hüququna xitam verilməlidir. Beləliklə, Məhkəmə, məhkəmə qanun normalarını əsas tutaraq, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X1 rayonu Xırdalan şəhəri 25-ci məhəllə 2 saylı evin 22 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X9 ilə birlikdə istifadə hüquqlarına xitam verilsin. Qətnamə həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar