Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1778/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi İddiaçının vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlunun,Cavabdeh vəkilinümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru Çinarə Atayeva tərəfindən qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli i-30 nömrəli əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun qəbul edilmədiyindən, qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və həmin günədək əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Cavabdeh direktorunun təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ilədək həmin məktəbdə müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ilin əvvəllərindən başlayaraq həmin məktəbin direktoru iddiaçıdan işdən çıxmağı tələb etmiş, razılaşmadığı üçün təzyiqlər göstərməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə direktorun i-30 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr qanunsuz və əsassızdır və istinad edilmiş sənədlərin heç birinin hüquqi əhəmiyyəti yoxdur. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəməyə “iddia ərizəsinə etiraz” təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı 2003-cü ildən məktəbdə işləməyə başlasa da, 2014-cü ildən məktəbdə gözətçi vəzifəsində çalışır. Karantin rejimi vaxtı gözətçilərin iş rejimində dəyişiklik edilmiş, bu barədə təlimat hazırlanmış və iddiaçı təlimatı imzalamaqdan imtina etmişdir. xx.xx.2020-ci ildə sərt karantin rejiminin qaydalarını pozmuş, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Soltan Ağayevə fiziki xəsarət yetirmiş, gözətçi Rəhman Camalovu təhqir edərək məktəbin daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də məktəb direktorunun 03 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla ona şiddətli töhmət elan edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məzuniyyətinin bitməsinə baxmayaraq, işə çıxmamış və bu hal uzun müddət davam etmişdir. xx.xx.2020-ci il tarixdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini Soltan Ağayev təqdimatla müraciət edərək, iddiaçının qeyd olunan tarixdən işə çıxmadığını, telefon vasitəsi ilə əlaqə saxlanılaraq səbəbini soruşduqda isə qardaşının işə bərpa olunmadığı təqdirdə işə gəlməyəcəyini bildirdiyini, həmçinin işə çıxmadığı hər gün üçün müvafiq akt tərtib edildiyini bildirmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli, 39 saylı məktubla iddiaçıya müraciət olunmuş, işə gəlməməsi səbəbləri barədə məlumat verilməsi istənilmişdir. Bunun müqabilində isə iddiaçı xəstəlik vərəqəsi təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə işə çıxmalı olduğu halda isə, işə gəlməyərək əmək funksiyalarını icra etməmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli, 44 saylı və xx.xx.2020-ci il tarixli, 47 saylı məktubla iddiaçıya təkrar müraciət edilmiş, lakin heç bir cavab alınmamışdır. Həmkarlar İttifaqı məsələni xx.xx.2020-ci il tarixdə müzakirəyə çıxarmış və iclas protokolu təqdim etmişdir. Məktəb direktorunun xx.xx.2020-ci il tarixli, i- 30 saylı əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu haqq-hesab ödənilməklə xitam verilmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, Cavabdeh direktoru Çinarə Atayeva tərəfindən qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli i-30 nömrəli əmrin, iddiaçıya sonuncu dəfə xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsinə dair xx.xx.2020-ci il tarixli, 03 nömrəli əmrin, həmçinin iddiaçıya məzuniyyət verilməsinə dair əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun qəbul edilmədiyindən, qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və qanunsuz olaraq əmək haqqının ödənilmədiyi gündən işə bərpa edildiyi günədək əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məktəb direktorunun xx.xx.2020-ci il tarixli, 03 nömrəli əmri ilə ona sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verildiyi barədə əmrin mövcudluğundan iddiaçı xəbərsizdir. Əmrə görə, iddiaçı sərt karatin rejiminin qaydalarını kobud surətdə pozmuşdur. Bu isə məktəb direktorunun səlahiyyəti deyil və buna nəzarəti polis əməkdaşları həyata keçirirlər. Gözətçilərin iş rejimində dəyişiklik edilməsi barədə təlimat hazırlanmış və iddiaçının onu imzalamaqdan imtina etməsi qeyd edilmişdir, lakin həmin təlimatın nədən ibarət olması heçkimə məlum deyil. İddiaçının təsərrüfat işləri üzrə direktor müavininə fiziki xəsarət yetirməsi və digər gözətçini təhqir etməsi qeyd edilir. Halbuki, həmin mübahisə məktəbin açarlarının ona təhvil verilməməsi zamanı yaranıb və orada kiməsə xəsarət yetirilməyib, bu hal polis araşdırmasında da öz təsdiqini tapıb. xx.xx.2020-ci il tarixdə məzuniyyətinin bitməsinə baxmayaraq, iddiaçının işə çıxmadığı qeyd edilir, halbuki o məzuniyyətə çıxmaq barədə heç ərizə belə yazmamışdır. Həmin sənədlər köhnə tarixə rəsmiləşdirilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə sonra işə çıxmaması qeyd edilir və bu barədə təqdimat yazılmışdır. Təqdimatın 1 ay sonra yazılması və kargüzar və texniki işçinin onun işə gəlməməsini iş saatı olmadığı vaxt təsdiq etmələri isə sənədlərin saxta şəkildə tərtib edilməsini göstərir. Əvvəlki məhkəmə iclasında iddiaçının vəkili X2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 2020-ci ilin yanvar ayında direktor iddiaçıya işdən çıxarılmağı üçün müraciət edir. O, buna razı olmadıqda direktor müxtəlif yollara əl atır. Pandemiya vaxtı iddiaçının adını SMS portala yerləşdirmir. İşə gəlmir, gəldiyi zaman isə xx.xx.2020-ci ildə töhmət verilir. Adı portalda olmadığı halda gecə gözətçiliyə gəlib. Gəldiyi zaman isə karantin qaydalarını pozduğuna görə ona töhmət verilir. Təlimata dəyişiklik olunubsa da, bundan xəbəri olmayıb. Məktəbin açarları iddiaçıya verilməyib, mübahisə yaranıb. Bu, polis araşdırmasında da var. xx.xx.2020-ci ildə işçi işə çıxmır, təqdimat xx.xx.2020-ci ildə yazılır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş şəkildə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirdi ki,iddiaçı özbaşına idman zalına bəzi şəxsləri yığaraq idmanla məşğul olub. Sərt karantin qaydalarını pozduğu üçün ona töhmət verilib. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materialları ilə birgə tədqiq edərək, işdə olan sübutları araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan xx xxxxxx 2020-ci il tarixli, 61 №-li sonuncu Bildiriş-Xəbərdarlıqdan müəyyən edilir ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək və xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək işdən yayınmasını üzrlü hesab edəcək hər hansı rəsmi sənəd təqdim etməmiş, sənəd təqdim etmədiyi təqdirdə isə onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarından olan ******* №-li Əmək kitabçasından müəyyən edilir ki, İddiaçı xx.xx.2003-cü ildə Cavabdeh məktəb direktorunun təsərrüfat işləri üzrə müavini, xx.xx.2010-cu ildə həmin məktəbdə elektrik, xx.xx.2013-cü ildə həmin məktəbdə dalandar təyin edilmiş, xx.xx.2014-cü ildə əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. xx.xx.2014-cü ildə həmin məktəbdə gözətçi kimi işə götürülmüş, xx.xx.2020-ci il tarixdə i- 30 saylı əmrə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarından olan xx xxxx 2020-ci il 03 №-li əmrdən çıxarışdan müəyyən edilir ki, İddiaçı- məktəbin kiçik xidmətedici işçisi sərt karantin rejimini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə xx xxxx 2020-ci il tarixində ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Mülki işin materiallarından olan xx xxxx 2020-ci il tarixli aktdan müəyyən edilir ki, məktəbin gecə gözətçisi İddiaçı 25 iyun tarixində sərt karantin rejimi qaydalarını kobud şəkildə pozaraq məktəbin idman zalının açarının onda olmasından istifadə edib, bir qrup insanı idman etmək məqsədilə zala toplayıb. Məktəbin direktoru Çinarə Atayeva işçi A.Elşəni karantin qaydalarını pozduğu üçün xəbərdarlıq etsə də, o, direktorun ünvanına cəmiyyət qarşısında təhqir və təhdidlər səsləndirmişdir. İşin materiallarında olan Abşeron rayon Pİ-nin 11 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi sakini Atayeva Çinarə Lazım qızı DİN-nin 102 xidmətinə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat 16. 00 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin gözətçisi Ağayev Elşən Ağamolan oğlunun karantin rejimin pozması ilə əlaqədar irad bildirdiyi vaxt onu təhqir edərək hədələdiyini ,xx.xx.2020-ci il tarixdə isə digər gözətçi ilə mübahisə edərək ondan açarları tələb etdiyini və onun üzərinə hücum edərək döyərək hədələdiyini bildirmişdir. Həmin Qərardan görünür ki, iş üzrə izahatı alınmış Ağayev Elşən Ağamolan oğlu Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbdə gözətçi işləyir.Karantin rejiminə qədər məktəbdə idman zalında məşq etdiyini, karantin rejimindən sonra məktəbin idman zalı bağlı olduğu üçün orada idmanla məşğul olmadığını, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində məktəbin idman zalında olan əşyalarını götürmək üçün oraya getdiyini,bu vaxt məktəbin direktoru Çinarə müəllimənin bunu gördüyünü və onunla mübahisə edərək zala buraxmadığını, onun isə çıxıb getdiyini və bir də 01.07 2020-ci il tarixdə saat 14. 15 radələrində məktəbin gözətçisi Rəhman Camalovla açarı ona vermədiyi üçün aralarında mübahisə olduğunu bildirmişdir. Mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixli gecə gözətçilərinin iş rejimi ilə bağlı təlimatın 11-ci bəndindən müəyyən edilir ki, etibardan sui-istifadə edərək məktəbə aid olan ərazi, avadanlıq və inzibati binadan gecə gözətçisi öz məqsədləri üçün istifadə etməməlidir. Mülki işin materiallarından olan xx xxxxxx 2020-ci il i-30 №-li əmrdən çıxarışdan müəyyən edilir ki, İddiaçı- məktəbin gözətçisinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq özünün əmək vəzifələrini və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyə, heç bir üzürlü səbənb olmadan işə gəlməməyə görə sonuncu haqq-hesab ödənilməklə xitam verilməsi əmr edilmişdir. Mülki işin materiallarından olan Cavabdeh təsərrüfat işləri üzrə direktor müavini Soltan Ağayevin təqdimatından müəyyən edilir ki, məktəbin gözətçisi İddiaçı məzuniyyət vaxtı xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq işə çıxmamış və bu barədə onunla əlaqə saxlanıldıqda hədələyici kəlimələrdən istifadə edərək qardaşı X3 işə bərpa olunmadığı təqdirdə işə gəlməyəcəyini və müxtəlif orqanlara şikayət edəcəyini bildirdiyindən, onun barəsində akt tərtib edilmiş və Soltan Ağayev bu barədə ölçü götürülməsini xahiş etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdehdə gözətçi olaraq işləyən İddiaçı xx xxxx 2020-ci il tarixdə sərt karantin rejimi qaydalarını pozaraq məktəbin idman zalının açarının onda olmasından istifadə edib, bir qrup insanı idman etmək məqsədilə zala toplamış,məktəbin direktoru Çinarə Atayeva işçi A.Elşəni karantin qaydalarını pozduğu üçün xəbərdarlıq etsə də, o, buna məhəl qoymamış və məktəbin daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də Cavabdeh direktorunun xx xxxx 2020-ci il 03 №-li əmri ilə İddiaçı- məktəbin kiçik xidmətedici işçisi sərt karantin rejimini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə xx xxxx 2020-ci il tarixində ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.İşin bu halı işdə olan materiallarla, o cümlədən işin materiallarında olan Abşeron rayon Pİ-nin 11 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarında iddiaçının özünün qismən etirafı ilə tam sübut olunur. Əmək Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin mənasına görə isə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduqda işəgötürən işçiyə töhmət vermək və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək və ya işçini cərimə etmək və ya işçi ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləgv etmək hüququna malikdir. Bundan başqa, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə məzuniyyətinin bitməsinə baxmayaraq, işə çıxmamış və bu hal uzun müddət davam etmişdir. xx.xx.2020-ci il tarixdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini Soltan Ağayev təqdimatla müraciət edərək, iddiaçının qeyd olunan tarixdən işə çıxmadığını, telefon vasitəsi ilə əlaqə saxlanılaraq səbəbini soruşduqda isə qardaşının işə bərpa olunmadığı təqdirdə işə gəlməyəcəyini bildirdiyini, həmçinin işə çıxmadığı hər gün üçün müvafiq akt tərtib edildiyini bildirmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli, 39 saylı məktubla iddiaçıya müraciət olunmuş, işə gəlməməsi səbəbləri barədə məlumat verilməsi istənilmişdir. Bunun müqabilində isə iddiaçı xəstəlik vərəqəsi təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə işə çıxmalı olduğu halda isə, işə gəlməyərək əmək funksiyalarını icra etməmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli, 44 saylı və xx.xx.2020-ci il tarixli, 47 saylı məktubla iddiaçıya təkrar müraciət edilmiş, lakin heç bir cavab alınmamışdır. Həmkarlar İttifaqı məsələni xx.xx.2020-ci il tarixdə müzakirəyə çıxarmış və iclas protokolu təqdim etmişdir. Məktəb direktorunun xx.xx.2020-ci il tarixli, i-30 saylı əmr ilə Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu haqqhesab ödənilməklə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Həmin maddənin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlillərin işin məhkəmə baxışında təqdim olunan sənədlərlə öz təsdiqini tapdığından İddiaçı Cavabdehə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1778/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1778/2021
30.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver