Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-178/2020 05.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, hasarın sökülərək əvvəlki vəziyyətə qaytarılması və pəncərələrin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0343 ha torpaq sahəmin Cavabdeh tərəfindən zəbt olunan 59 sm. ərazisinin onun qeyri-qanuni sahibliyindən götürülməsi və Cavabdeh öz hesabına həmin hasarın sökülərək əvvəlki vəziyyətə qaytarılmasına və Cavabdeh tərəfindən inşa edilən evin 3 pəncərəsinin onun öz hesabına bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0343 ha torpaq sahəsi şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsində o, 2 mərtəbəli ev tikmiş və ailə üzvlərində birgə orada yaşamışdır. Təxminən eyni zamanda torpaq sahəsi alan qonşu-Cavabdeh 2 il olar ki, öz torpaq sahəsində 2 mərtəbəli ev tikmiş, 1-ci mərtəbəsində 2 pəncərə, 2-ci mərtəbədə isə 1 pəncərə qoymuşdur. Hər 3 pəncərə onun həyətinə baxır, onun evindən pəncərədən baxanda onun həyəti görünür ki, bu da onun ailəsinə pis təsir edir. Öz şəxsi həyətində sərbəst hərəkət etmək mümkün deyildir. Belə ki, qonşunun evinin pəncərəsi ilə onun həyətinin arası cəmi 20 sm-dir. Cavabdeh evi tikəndə pəncərənin başqa tərəfdə qoyulmasını xahiş etsə də (buna imkan da olmuşdur), xeyri olmamışdır. Cavabdeh də öz torpaq sahəsinə Çıxarış almış, Çıxarışın qeydiyyat nömrəsi **********-dür, tarixi xx.xx.2016-cı ildir. Bundan başqa, cavabdeh sxem üzrə ona məxsus olan torpaq sahəsinin 59 sm.-ni zəbt edərək qeyri-qanuni sahibliyinə daxil etmiş və bu səbəbdən də sxem üzrə yolunun eninin 3,79 metr olmasını məhdudlaşdıraraq 3,20 sm. etmişdir. Halbuki, həmin yol ona məxsusdur, digər tərəfdən cavabdeh özünə giriş qapısı da qoymalı idi. Cavabdehə etdiyi xahişlər və xəbərdarlıqlar səmərə vermədiyindən məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, sözügedən yol həm ona , həm də iddiaçıya məxsusdur.O iddiaçıya məxsus yolu zəbt etməmiş, evi 2014-cü il tarixdə tikilmiş, o isə evi 2016-cı il tarixdə almışdır. İddiaçı yolun zəbt edildiyini düşünürdüsə, vaxtında bununla bağlı narazılığını bildirərdi. Hal-hazırda o da evi başqasına satmışdır. Evin iddiaçının həyətinə baxan pəncərələrini bağlamaq mümkün deyildir. Həmin pəncərələr uşaq otağının pəncərələridir və pəncərələr bağlanarsa uşaq otağı qaranlıq olacaqdır.Ona görə də iddianın rədd eilmə\sini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seiyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0343 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu ildə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 124 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli **********94 saylı məktubla göndərilmiş, Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X1 tərəfindən verilmiş, A № 353589 saylı, xx.xx.2019-cu il tarixli, **********03 reyestr nömrəli 0,0343 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları naturada faktiki istifadəsində olan həmin torpaq sahəsinin 0,0309 ha hissəsi ilə uyğun gəlir. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli **********94 saylı məktubla göndərilmiş, Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X1 tərəfindən verilmiş, inventor nömrəsi 210 olan, xx.xx.2016-cı il tarixli, **********67-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,0153 ha torpaq sahəsi Abşeron rayonu, Hökməli qəsəbəsi, Məhsəti ünvan 1 ünvanında yerləşən 1078.kv.m olan evinin texniki pasportu iş materiallarında təqdim olunmuşdur. Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə verilən sorğuya əsasən təqdim olunmuş Cavabdeh As var oğlunun mülkiyyətinə verilmiş 0,0153 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları naturada istifadəsində olan həmin torpaq sahəsinin 0,0147 ha hissəsi ilə uyğun gəlir. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli **********94 saylı məktubla göndərilmiş, Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh faktiki istifadəsində olan 0,0175 ha torpaq sahəsinin 14,55 kv.m hissəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X1 tərəfindən verilmiş, A № 353589 saylı, xx.xx.2019cu il tarixli, **********03 reyestr nömrəli 0,0343 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olundu ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Məhkəmə Cavabdeh İddiaçı məxsus olan torpaq sahəsinin bir hissəsini heç bir hüquqi əsas olmadan zəbt etməsini iddiaçının qanuni maraqlarını pozması kimi qiymətləndirir və belə olan halda İddiaçı öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı məxsus 0,0343 ha torpaq sahəsinin 14,55 kv.metr iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 124 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə tam təsdiqini tapır.Ona görə də Cavabdeh faktiki istifadəsində oan torpaq sahəsinin 14,55 kv.metr hissəsi hasar cavabdehin hesabına sökülərək İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin Cavabdeh tərəfindən inşa edilən evin 3 pəncərəsinin onun öz hesabına bağlanması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissə ilə bağlı sübutlar kifayət qədər olmadığından rədd edlməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla, ********** qeydiyyat nömrəsi ilə İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0343 ha torpaq sahəsinin zəbt edilmiş 14,55 kv.metr hissəsində olan hasar Cavabdeh hesabına sökülərək 14,55 kv.metr hissə cavabdeh tərəfindən iddiaçıya qaytarılsın. İddia tələbi digər hissədə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-178/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-178/2020
05.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver