Məhkəmə qərarları › İş №2(012)-179/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-179/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-179/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon qeydiyyat şöbəsi cəlb edilməklə) nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abşeron rayon qeydiyyat şöbəsi cəlb edilməklə) nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon qeydiyyat şöbəsində 13 yanvar 1987-ci ildə bağlanan, nikahın bağlanması haqqında qeydlər kitabına 14 nömrəli qeyd ilə daxil edilmiş nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşı deyildir, Rusiya Federasiyası vətəndaşıdır və 1986-cı ildən Rusiyada yaşayır. 2022-ci il tarixdə iddiaçıya Cavabdeh ilə 1987-ci il tarixdə rəsmi nikaha daxil olduğu məlum olmuşdur. Lakin iddiaçı həmin nikahın bağlanmasında iştirak etməmiş və nikahın bağlanması ilə bağlı hər hansı bir sənədi imzalamamışdır. Qeydiyyat orqanında rəsmiləşmə zamanı onun əvəzindən edilən imzanın həqiqətə uyğun olmadığını bildirməklə yanaşı, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də nikahın bağlanması haqqında akt qeydindəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon qeydiyyat şöbəsində 13 yanvar 1987-ci ildə bağlanan, nikahın bağlanması haqqında qeydlər kitabına 14 nömrəli qeyd ilə daxil edilmiş nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri poçt zərfinə “bu ünvanda yaşamır” və “xarici ölkədədir” qeyd edilməklə geri qaytarılmışdır. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Aşağı Güzdək qəsəbəsi üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 22 iyun 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 004855 saylı nikah haqqında şəhadətnamənin surətindən, Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2022-ci il tarixdə verilmiş 05/Q-525/69 saylı arayışdan və Abşeron rayonunun VVAQ bürosu tərəfindən verilmiş 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmiş bağlanmış nikahın bağlanması haqqında akt qeydindən görünür ki, İddiaçı ilə MirzəCavabdeh 13 yanvar 1987-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 4/1769 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Abşeron rayon qeydiyyat şöbəsinə aid 13 yanvar 1987-ci il tarixli 14 nömrəli Nikahın bağlanılması haqqında aktın arxa tərəfindən “13. Evlənənlərin imzaları” qrafasında “Məmmədov” soyadından aşağı hissəsində yerləşən imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 140 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2-ci maddəsinə əsasən nikah qadınla kişinin könüllülüyü əsasında bağlanılır; 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir; 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır; 28.1-ci maddəsinə əsasən bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Məmmədova (Mirzəməmmədova) Tümən Məmməd qızı arasında 13 yanvar 1987-ci il tarixdə Abşeron rayonunun VVAQ bürosu tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeydə alınmış nikah bağlanmışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin nikahın bağlanmasında iştirak etmədiyini və nikahın bağlanması ilə bağlı hər hansı bir sənədi imzalamadığını bildirmişdir. İş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayon qeydiyyat şöbəsinə aid 13 yanvar 1987-ci il tarixli 14 nömrəli nikahın bağlanılması haqqında aktın arxa tərəfindən “13. Evlənənlərin imzaları” qrafasında “Məmmədov” soyadından aşağı hissəsində yerləşən imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Məmmədova (Mirzəməmmədova) Tümən Məmməd qızı arasında 13 yanvar 1987-ci il tarixdə bağlanmış və Abşeron rayonunun VVAQ bürosu tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Məmmədova (Mirzəməmmədova) Tümən Məmməd qızı arasında 13 yanvar 1987-ci il tarixdə bağlanmış və Abşeron rayonunun VVAQ bürosu tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 yanvar 1987-ci il tarixdə 14 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Мəhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar