Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1792/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanova Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı3 nümayəndəsi İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, və İddiaçı3 Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Füzuli küçəsində yerləşən 11 B saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M,Füzuli küçəsində yerləşən 11 B saylı evə dair ƏMDK yanında DƏDRX-nin vermiş olduğu Çıxarışla iddiaçıların paylı mülkiyyətindədir Cavabdeh - X3 iddiaçı İddiaçı2 ilə aralarında olan rəsmi nikah Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən ləğv edilmiş və 395 nömrəli, 16.12.2021-cı ıl tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 04.04.2022-ci il təvəllüdlü X3 onun evində cəmi 4 ay yaşamışdır. Cavabdeh artıq onlarla yaşamır və heç bır əlaqələri yoxdur. Mülkiyyətçi kimi həmin şəxsin evində qeydiyyatda olması səbəbindən mülkiyyətindən rahat və maneəsiz istifadə edə bilmirlər. Həmin şəxsin ona məxsus evdən qeydiyyatdan çıxarılması ilə bağlı ilk əvvəl Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsinin 19.01.2022-ci ıl tarixli məktubuna əsasən aidiyyatı üzrə məhkəməyə müraciət etməyini izah etmişdirlər. Hazırki vəziyyətdə ona məxsus evdə cavabdehın qeydiyyatda olması səbəbindən mülkiyyətində olan evdən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün həmin şəxsin istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib təmin edilməsini xahiş etdi.Bildirdi ki cavabdehlə 2021-ci ilin iyulunda evlənmişlər, birgə nikahdan uşaqları olmamış, cəmisi dörd ay birlikdə yaşamışlar,nikahları qeydiyyat şöbəsində ləğv edilmiş, cavabdeh bütün əmllaklarını da yığıb aparmışdır, yalnız formal olaraq evdə qeydiyyatda qalmışdır. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişi onun faktiki yaşayış yeri məlum olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən Abşeron RİHB-nın Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi göndərilmişdir. Oradan məhkəməyə daxil olmuş məktubdan müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında yaşamır.Bu əsasda məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin; 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; -Abşeron RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullayeva X5 rayonu, Mehdiabad qəsəbə, M.Füzuli küçəsi, ev 11 B ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 30.11.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı1 (4/6 hissə), İddiaçı2 (1/6 hissə), İddiaçı3 (1/6 hissə) adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********22-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.11.2020-ci il tarixli **********22-10301 reyestr nömrəli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı1 (4/6 hissə), İddiaçı2 (1/6 hissə), İddiaçı3 (1/6 hissə) mülkiyyətindədir. -Abşeron Rayon Polis İdarəsindən 19.01.2022-ci il tarixdə İddiaçı1 ünvanlanmış məktubdan görünür ki, ona Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı1 03.10.2013-cü il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X10 28.06.1988, X4 12.05.1958, X2 06.03.1968, İddiaçı3 xx.xx.2004, İddiaçı2 xx.xx.1998, Cavabdeh xx.xx.2002. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 16.12.2021-ci il tarixdə verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 ilə X7 arasında olan nikah onların 16.11.2021-ci il tarixli ərizələrinə əsasən 16.12.2021-ci il tarixdə pozulmuşdur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanı iddiaçıların paylı mülkiyyətindədir. Cavabdeh iddiaçı Rzayev Valeh Kərən oğlu 2021-ci ilin iyulunda ailə qurmuş,İddiaçı2 ilə Cavabdeh arasında olan rəsmi nikah 16.12.2021-ci il tarixdə qeydiyyat şöbəsində ləğv edilmişdir. Cavabdeh həmin ünvanda 4 ay yaşamışdır. Birgə hikahlarından uşaqları anadan olmamışdır.Cavabdeh artıq onlarla yaşamır və heç bır əlaqələri yoxdur. Cavabdehin iddiaçılara məxsus evdə qeydiyyatda olması iddiaçıların mülkiyyətçi olaraq bir sıra hüquqlarını məhdudlaşdırır.O səbəbdən cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi cavabdeh mübahisəli evin mülkiyyətçilərindən biri olan iddiaçı Valeh Rzayevlə ailə qurub mübahisəli evə gəlin köçüb orada yaşamaqla oradan istifadə hüququ əldə etmiş, lakin tərəflər arasındakı rəsmi nikah ləğv edildiyi vaxtdan mülkiyyətçinin ailə üzvləri sırasından çıxmaqla mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə qanunun tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında formal olaraq istifadə hüququ itirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh həmin evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1792/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1792/2022
10.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver