Məhkəmə qərarları › İş №2(012)-18/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-18/2022

16.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-18/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Kənd Təsərrüfatı İİK-ya, Cavabdeh3nə, X4, X13 və X18 Gül oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, mübahisəli torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa olunan tikililərin onun öz hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilərək geri qaytarılması, cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən cinayət işi qaldırılması üçün xüsusi qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 Kənd Təsərrüfatı İİK, Cavabdeh3,X4, X13 və Novruz-X11 cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş və onlar cavabdeh qismində işə cəlb olunmuşar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçındə yaradılmış komissiya tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrinin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi və kənd təsərrüfatı dövriyyəsindən qanunsuz çıxarılmasına yol verilməməsi istiqamətində müvafiq tədbirlər görülür, yerlərdə torpaqların istifadəsinə nəzarət məqsədilə müşahidələr aparılır. Aparılan müşahidə zamanı Cavabdeh1 tərəfindən İddiaçı sərəncamında olan keçmiş Türkan üzümçülük sovxozu ərazisində kənd təsərrüfatı təyinatlı 10,0 ha torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti və quraşdırma işləri həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar cavabdehə yazılı və şifahi xəbərdarlıq edilmiş, lakin xəbərdarlıqlar nəticəsiz qalmışdır. Məhkəmə baxışında İddiaçı nümayəndəsi X14 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və həmin tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh1 vəkili-nümayəndəsi Habil İskəndərov iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, cavabdeh özünə məxsus torpaq sahəsində təyinatı üzrə və qanunauyğun istifadə edir. İddiaçının tələb etdiyi torpaq sahəsi Cavabdeh3 MMC-yə və Cavabdeh3 Kənd Təsərrüfatı İİK-yə məxsusdur. MMC-nin təsisçiləri birlikdə özlərinə məxsus torpaq sahələrini birləşdirərək, birlikdə təsərrüfat aparırlar. Bu səbəbdən də cavabdehə qarşı iddianı əsassız hesab edib rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Kənd Təsərrüfatı İİK, Cavabdeh3, X4, X13 və X18 Gül oğlu məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı idarəçiliyində olan X19 aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mövcud icarəçilər tərəfindən istifadə vəziyyəti RİHdə yaradılmış komissiya tərəfindən mütəmadi olaraq yoxlanılır. Belə torpaqların mühafizəsi, onlardan səmərəli istifadə edilməsi və kənd təsərrüfatı təyinatından əsassız çıxarılmasına yol verilməməsi istiqamətində bir sıra hüquqi tədbirlər həyata keçirilir. Torpaqlardan təyinatına görə istifadə etməyən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl etməyən, icarə haqqlarını ödəməyən, istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına və s. yol verən icarəçilərin icarə haqlarına xitam verilməsi üçün mülki hüquqi vasitələrdən istifadə olunur. Müəyyən olunmuşdur ki, rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələrə uyğun olaraq icarəyə verilmiş Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində əlavə torpaq sahələrini zəbt etməklə istifadə edir. Torpaq icarə şərtlərinə əməl etməyən icarəçilər barədə torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi, eləcə də torpaq sahələrini qanunsuz zəbt edərək istifadə edən şəxslər barəsində isə cinayət qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülməsi məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə və digər hüquq mühafizə orqanları qarşısında məsələlər qaldırılır. Odur ki, tərəfindən yol verilmiş qanunsuzluqların aradan qaldırlması istiqamətində lazımi tədbirlərin görülməsi və nəticəsi barədə RİH-nə məlumat verilməsini xahiş olunmuşdur. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, aparılan qanunsuz tikilinin dərhal dayandırılması üçün Cavabdeh1 xəbərdarlıq olunmuş, tikililərin sökülərək ərazidən çıxarılması üçün müvafiq işlərin görülməsi tövsiyə olunmuşdur. Əks halda RİH tərəfindən qanunsuz torpaq zəbtinin qarşısının alınması, tikilinin sökülməsi və ərazinin boşaldılması tələbi ilə aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə Cavabdeh1 məlumat verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 2.47 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli 245 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2014-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********94 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli 761 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2014-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********12 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli 113 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2014-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli 114 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2014-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********62 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır Mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli 113 nömrəli, xx.xx.2014-cü il tarixli 114 nömrəli, xx.xx.2013-cü il tarixli 761 nömrəli, xx.xx.2014-cü il tarixli 245 nömrəli İddiaçı Başçısının Sərəncamlarının surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə Abşeron rayonunun X20 Fondunda saxlanılmış torpaqlardan Türkan üzümçülük sovxozu ərazisində kənd təsərrüfatı məqsədilə 1,0 hektar, xx.xx.2014-cü il tarixdə Abşeron rayonunun X20 Fondunda saxlanılmış torpaqlardan Türkan üzümçülük sovxozu ərazisində kənd təsərrüfatı məqsədilə 1,0 hektar, xx.xx.2013-cü il tarixdə Abşeron rayonunun X20 Fondunda saxlanılmış torpaqlardan Türkan üzümçülük sovxozu ərazisində kənd təsərrüfatı məqsədilə 1,0 hektar, xx.xx.2014-cü il tarixdə Abşeron rayonunun X20 Fondunda saxlanılmış torpaqlardan Türkan üzümçülük sovxozu ərazisində kənd təsərrüfatı məqsədilə 2,47 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında Cavabdeh1 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur. Mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli Cavabdeh1 kənd təsərrüfatı məqsədi ilə X15 Türkan üzümçülük sovxozu ərazisində icarə qaydasında torpaq sahəsi ayrılması haqqında DTXK-nin Abşeron rayon şöbəsinin rəylərin surətindən görünür ki, həmin ərazidən Cavabdeh1 99 (doxsan doqquz) il müddətinə icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə etiraz edilməmişdir. Mülki iş materiallarında olan Torpaq sahəsinin İcarəyə verilməsi haqqında Müqavilədən (torpaq icarəsi müqaviləsi) görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli 113 saylı qərarı əsasında Türkan üzümçülük sovxozu ərazisində 1,0 ha, xx.xx.2014-cü il tarixli 114 saylı qərarı əsasında Türkan üzümçülük sovxozu ərazisində 1,0 ha, xx.xx.2013-cü il tarixli 761 saylı qərarı əsasında Türkan üzümçülük sovxozu ərazisində 1,0 ha, xx.xx.2014-cü il tarixli 245 saylı qərarı əsasında Türkan üzümçülük sovxozu ərazisində 2,47 ha torpaq sahəsi Cavabdeh1 icarəyə verilmişdir. Mülki iş materiallarında olan çıxarışın surətindən görünür ki, Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyəti Abşeron rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində fəaliyyət göstərir, təsisçisi Cavabdeh1dur. Mülki iş materiallarında olan "xxxx" ASC, X12 və Cavabdeh3 MMC arasında xx.xx.2015-ci il tarixdə İpoteka Müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixidən başlayaraq 99 (doxsan doqquz) il müddətinə verilmiş xx.xx.2013cü il tarixli 761 saylı icarə müqaviləsi əsasında verilmiş 1.00 ha torpaq sahəsi: Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 1.00 ha torpaq sahəsi (reyestr nöm: **********12: qeydiyyat: nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2014) İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixidən başlayaraq 99 (doxsan doqquz) il müddətinə verilmiş xx.xx.2014cü il tarixli 114 saylı icarə müqaviləsi əsasında verilmiş 1.00 ha torpaq sahəsi: Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 1.00 ha torpaq sahəsi (reyestr nöm: **********62: qeydiyyat: nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2014) İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixidən başlayaraq 99 (doxsan doqquz) il müddətinə verilmiş xx.xx.2014cü il tarixli 113 saylı icarə müqaviləsi əsasında verilmiş 1.00 ha torpaq sahəsi: Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 1.00 ha torpaq sahəsi (reyestr nöm: **********65: qeydiyyat: nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2014), İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixidən başlayaraq 99 (doxsan doqquz) il müddətinə verilmiş xx.xx.2014-cü il tarixli 2.45 saylı icarə müqaviləsi əsasında verilmiş 2.47 ha torpaq sahəsi: Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 2,47 ha torpaq sahəsi (reyestr nöm: **********94: qeydiyyat: nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2014) Mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli 246 nömrəli Abşeron rayonuna təhkim olunmuş, X16 saxlanılmış torpaqdan kənd təsərrüfatı məqsədlə X2 Türkan üzümçülük sovxozu ərazisində torpaq sahəsinin ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında Sərəncamından görünür ki, Abşeron rayonunun X20 Fondunda saxlanılmış torpaqlardan Türkan üzümçülük sovxozu ərazisində kənd təsərrüfatı məqsədilə 2,0 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında X2 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur. Mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli 248 nömrəli Abşeron rayonuna təhkim olunmuş, X16 saxlanılmış torpaqdan kənd təsərrüfatı məqsədlə X10 Türkan üzümçülük sovxozu ərazisində torpaq sahəsinin ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında Sərəncamından görünür ki, Abşeron rayonunun X20 Fondunda saxlanılmış torpaqlardan Türkan üzümçülük sovxozu ərazisində kənd təsərrüfatı məqsədilə 2,0 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında X10 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq olunmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0.40 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli 51 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2014-cü ildən başlayaraq 15 (on beş) il müddətinə Novruz-X11 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********53 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan Cavabdeh3 Kənd Təsərrüfatı İİK-nın nizamnaməsinin surətindən görünür ki, kooperativin üzvləri Cavabdeh3, Cavabdeh1, Cavabdeh3 Kənd Təsərrüfatı İİK, X4, X13 və X18 Gül oğludur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli 10/4262 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - İş materiallarında Cavabdeh1 icarə müqaviləsinə əsasən **********94 reyestr nömrəli 2.47 ha, **********12 reyestr nömrəli 1.00 ha, **********62 reyestr nömrəli 1.00ha və **********65 reyestr nömrəli 1.00 ha torpaq sahələrinə aid çıxarışlar təqdim olunmuşdur. Təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən (çıxarışlara əsasən) Cavabdeh1 və Cavabdeh3 MMC tərəfindən Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisində qanuni istifadələrində olan 4.47 ha torpaq sahələrindən (çıxarışlara əlavə edilmiş torpaq sahəsinin plan və ölçülərinə uyğun sxemdə göstərilmişdir) əlavə faktiki olaraq 8.64 ha torpaq sahəsindən istifadə edirlər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2022-ci il tarixli 10/3484 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - İş materiallarında Cavabdeh1 icarə müqaviləsinə əsasən **********94 reyestr nömrəli 2.47 ha, **********12 reyestr nömrəli 1.00 ha, **********62 reyestr nömrəli 1.00ha və **********65 reyestr nömrəli 1.00 ha torpaq sahələrinə aid çıxarışlar təqdim olunmuşdur. Təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən (çıxarışlara əsasən) Cavabdeh1 və Cavabdeh3 MMC və təsisçisi olduğu Cavabdeh3 KFT tərəfindən Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisində qanuni istifadələrində olan 5.47 ha torpaq sahələrindən (çıxarışlara əlavə edilmiş torpaq sahəsinin plan və ölçülərinə uyğun sxemdə göstərilmişdir) əlavə faktiki olaraq 14.37 ha torpaq sahəsindən istifadə edir, orada qanunsuz istixanalar tikməklə, qanunsuz istifadə edirlər. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçındə yaradılmış komissiya tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrinin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi və kənd təsərrüfatı dövriyyəsindən qanunsuz çıxarılmasına yol verilməməsi istiqamətində müvafiq tədbirlər görülür, yerlərdə torpaqların istifadəsinə nəzarət məqsədilə aparılan müşahidə zamanı Cavabdeh1 tərəfindən İddiaçı sərəncamında olan keçmiş Türkan üzümçülük sovxozu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi zəbt edilərək qanunsuz tikinti və quraşdırma işləri həyata keçirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Türkan üzümçülük sovxozu ərazisində Cavabdeh1 icarə müqaviləsinə əsasən **********94 reyestr nömrəli 2.47 ha, **********12 reyestr nömrəli 1.00 ha, **********62 reyestr nömrəli 1.00ha və **********65 reyestr nömrəli 1.00 ha torpaq sahələrinə aid çıxarışlarla, X2 2,0 ha.X10 2,0 ha,Novruz- X11 adına 0.40ha. torpaq sahəsi 99 il müddətinə istifadələrinə verilmişdir.İşin materiallarında olan Cavabdeh3 Kənd Təsərrüfatı İİK-nın nizamnaməsinin surətindən görünür Cavabdeh3, Cavabdeh1, Cavabdeh3 Kənd Təsərrüfatı İİK, X4, X13 və Novruzzadə X3 üzvləri olmaqla, pay haqqları yuxarıda qeyd edilən torpaq sahələrindən ibarətdir. Məhkəmə ekspertizalarının rəyini işin materialları ilə müqayisəli tədqiq edərkən müəyyən edilir ki, Cavabdeh1 məxsus 5,47 ha. X2 2,0 ha.X10 2,0 ha,Novruz-X11 adına0.40ha. torpaq sahəsi olmaqla kooperativin qanuni istifadəsində cəmisi 9,87 ha torpaq sahəsi vardır. Ekspertizası Mərkəzinin 21 iyul 2022-ci il tarixli 10/3484 nömrəli ekspert rəyində Cavabdeh1 icarə müqaviləsinə əsasən Məxsus olan 5.47 ha torpaq sahəsi nəzərə alınsa da digər üzvlərin cəmisi 4,4 ha torpaq sahəsi nəzərə alınmadan cavabdehlərin əlavə faktiki olaraq 14.37 ha torpaq sahəsindən istifadə etdikləri müəyyən etmişdir. Bu ziddiyəti aradan qaldırmaq üçün məhkəmə hesab edir ki, əlavə faktiki olaraq 14.37 ha torpaq sahəsindən 4,4 ha. cıxılarkən alınan 9,97 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadələrində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməli Cavabdeh1,Cavabdeh3 Kənd Təsərrüfatı İİK, Cavabdeh3,X4, X13 və X18 Gül oğlu tərəfindən Abşeron rayonu Türkan Üzümçülük sovxozu ərazisində qanunsuz zəbt etdikləri 9,97 ha. torpaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahəsində onlar tərəfindən aparılan tikintilər onların öz vəsaitləri hesabına sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 manat məbləğində ekspertiza xərci və 364 manat mütəxəssisə iddiaçı tərəfindən rəy verilməsi üçün ödənilmiş məhkəmə xərci vardır ki, iddia təmin edildiyindən 100 manat ekspertiza xərci hər birindən bərabər qaydada cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 364 manat mütəxəssis xərci eyni qaydada cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Kənd Təsərrüfatı İİK, Cavabdeh3, X4, X13 və Novruz-zadə X8 rayonu Türkan üzümçülük sovxozu ərazisində yerləşən zəbt etdikləri 9,97 ha torpaq sahəsindən çıxarılsınlar, həmin torpaq sahəsi üzərində aparılan tikililər onların öz vəsaitləri hesabına sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilsin. Mütəxəssis rəyinə görə 364 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 Kənd Təsərrüfatı İİK-dən, Cavabdeh3ndən, X1, X5 və Novruz-zadə X17 hər birindən 60,66(altmış manat 66 qəpik)manat tutularaq İddiaçınə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Kənd Təsərrüfatı İİK-dən, Cavabdeh3ndən, X1, X5 və Novruz-zadə X17 hər birindən 20 manat olmaqla cəmisi 100 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: C.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar