Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-182/2021 11.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi ilə, Yunuslu Elvin Kamil oğlunun katibliyi, X10 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, İddiaçı4, Cavabdeh1 nümayəndəsi və vəkili X36, Cavabdeh3 nümayəndəsi və vəkili X16, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X12 iştirakları ilə, X4, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X37rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpağa mülkiyyət hüququna dair dövlət aktlarının və çıxarışların ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X10, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X37rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********90 olan Seriya RX № ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2006-cı il tarixli, JN-4556 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsini, Cavabdeh3 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********56 olan Seriya RX № ******* saylı çıxarışın ləğv edilməsini, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********56 olan Seriya RX № ******* saylı çıxarışın ləğv edilməsini, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2004-cü il tarixli, JN-3922 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsini, vəkillik xidməti ilə bağlı ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat olmaqla, ümumilikdə 440 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar özlərinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Bununla bağlı, müxtəlif dövlət qurumlarına müraciət etmiş və mülkiyyətlərində olan torpaq sahəsi cavabdehlərə məxsus torpaq sahələri ilə ziddiyyət təşkil edir. Daha doğrusu, faktiki olaraq onların mülkiyyətinə verilmişdir. Buna görə də, cavabdeh qurum tərəfindən iddiaçılara məxsus mülkiyyət hüququ həmin torpaqların üzərində tanınmadan imtina verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********32 cavabda qeyd olunmuşdur ki, “elektron kadastr baza məlumatına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2004-cü il tarixli verilmiş JN-3337 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətlərində olan 0,0859 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi üçün ayrılmış torpaq sahəsinə düşür. Lakin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN-2922 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” (sonradan sizə ayrılmış torpaq sahəsi də daxil olmaqla) və elektron baza məlumatları əsasında 0,428835 ha torpaq sahəsi üzərində ilkin olaraq vətəndaş Cavabdeh2 Çingiz qızının mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********56 reyestr nömrəsi ilə qeydiyyata alınmış, sonradan həmin torpaq sahəsi normal qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X1. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X55 tərəfindən sorğuya verilmiş cavabda qeyd olunmuşdur ki, “JN-3336 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahələrinin başqa mülkiyyətçilərə (Cavabdeh3) **********56 və (Cavabdeh1) **********90 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışlarla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə torpaq sahəsinin “Bakı-Sumqayıt” avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, qeyd olunanlarla bağlı iddiaçılar mülkiyyət hüquqlarını həyata keçirə bilmir, torpaqları üzərində mülkiyyət hüquqlarını aidiyyatı dövlət qurumunda qeydiyyatdan keçirə bilmirlər. Odur ki, Cavabdeh1 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********90 olan Seriya RX №0438259 saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2006-cı il tarixli, JN-4556 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi, Cavabdeh3 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********56 olan Seriya RX №0143617 saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2013-cü il tarixli AN-İ №0339780 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********56 olan Seriya RX №0005717 saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2004-cü il tarixli, JN-3922 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi, vəkillik xidməti ilə bağlı ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat olmaqla, ümumilikdə 440 manat məbləğində pulun cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında X10 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında İddiaçı4 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X51 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müdafiə etdiyi şəxs Cavabdeh1 cavabdeh kimi hüquqları hazırki iddia ilə pozulmuşdur. Belə ki, AR MPM-in 149-cu məddəsinin tələbləri nəzərə alınmamış və iddia ərizəsində konkret tələb yoxdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi çıxarışların və dövlət aktının ləğv olunmasını tələb etmişdir. 2017-ci ildə həmin çıxarışlar və dövlət aktları ləğv edilmiş, dövlət tərəfindən torpaq sahələrinin sahiblərinə kompensasiyalar verilmiş və dövlət lahiyəsi əsasında “Bilgəh-Sumqayıt” yolu çəkilmişdir. Qeyd edilənləri nəzərə alaraq o, hazırki iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X27 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh3 məxsus olmuş Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,4288 ha torpaq sahəsi (hazırda “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” ilə əlaqədar dövlət ehtiyacı üçün kompensasiya verilərək alınmışdır) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN-2922 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh2 Çingiz qızına məxsus olmuşdur. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı Cavabdeh2 Çingiz qızına daha əvvəlki tarixə təsadüf edən dövlət aktı verilmişdir. Yəni, Cavabdeh2 Çingiz qızı iddiaçı X19 əvvəl həmin torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət Aktı əldə etmişdir. Bundan sonra, Cavabdeh2 Çingiz qızı tərəfindən Reyestr Xidmətinə Dövlət Aktı təqdim edilərək həmin sahəyə xx.xx.2006-cı il tarixdə Cavabdeh2 Çingiz qızının mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış təqdim edilmişdir. xx.xx.2013-cü il tarixli, AN-1 №0339780 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh2 Çingiz qızının 0.4288 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətinə verilmişdir. Bundan sonra, məhz bu alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına dövlət reyestrindən çıxarış verilmişdir. 2015-ci ildə isə bu torpaq sahələri “Bilgəh-Sumqayıt avtomobil yolunun çəkilişi” ilə əlaqədar olaraq kompensasiya ödənilməklə cavabdehlərdən alınmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququna dair sənəd ilkin olaraq xx.xx.2004-cü il tarixində Cavabdeh2 Çingiz qızına verilmiş, torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsində olmuş, sonra Cavabdeh2 Çingiz qızı bu sahəyə xx.xx.2006-cı il tarixdə mülkiyyət hüququna dair reyestrdən çıxarış əldə etmiş və Cavabdeh3 özgəninkiləşdirmişdir. X11 isə istinad etdiyi sənədə əsasən iddia etdiyi torpaq sahəsinə dair dövlət aktını xx.xx.2004-cü il tarixdə, yəni Cavabdeh2 Çingiz qızından 3 ay sonra əldə etmişdir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi onun istifadəs və sahibliyində olmamışdır. Çünki, həmin torpaq sahəsi iddiaçının istifadə və sahibliyində olsa idi, torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” ilə əlaqədar olaraq kompensasiya ödənilməklə geri alınarkən tərəflər arasında hazırki mübahisə yaranmış olardı. Hətta, məhkəmə iclasında iddiaçıların bildirdiyi kimi, yolun çəkilişi ilə bağlı torpaq sahələrinin geri alınması işləri gedərkən belə onların iddia etmiş olduqları torpaq sahələri onların istifadə və sahibliyində olmamışdır. Cavabdeh2 Çingiz qızına xx.xx.2004-cü il tarixdə JN-2922 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın, xx.xx.2006-cı il tarixdə mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın təqdim edilməsi, daha sonra bu sahənin digər Cavabdeh3 satılması ilə sonuncuya həmin sahəyə mülkiyyət hüququna dair çıxarış verilməsi reyestrin düzgünlüyü prizumsiyasına əsasən cavabdehlərin haqlı olduğuna dəlalət edir. Eyni zamanda, iddiaçılar 2015-ci ildə artıq bu sahələrin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” ilə əlaqədar olaraq kompensasiya ödənilməklə alındığını bildirdiklərindən bu müqavilələri 1 il müddətində mübahisələndirməli idilər. Göründüyü kimi, iddiaçılar hazırda mübahisələndirdikləri müqavilələrdən, bu müqavilələr bağlandığı vaxtdan məlumatlı olmuşlar. Qeyd edilənləri nəzərə alaraq o, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X20 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırki iş üzrə iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və imtina cavabı almışlar. İddiaçıların göstərdiyi faktiki torpaq sahələri sənəd üzrə koordinatların göstərildiyi yerlə üst-üstə düşmür. Vətəndaşlara verilmiş çıxarış üzrə torpaq sahələrinin üst-üstə qismən düşdüyü və bir hissəsinin də yola düşdüyü göstərilmişdir. Yəni, onların göstərdiyi torpaq sahələri ilə faktiki istifadələrində olan torpaq sahələrində koordinatlarda fərqlər vardır. Sonda o, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı3, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan prosessual hüquq normasını və proses iştirakçılarının rəyini nəzərə alaraq, məhkəmə mülki işə iddiaçılar İddiaçı1, İddiaçı3, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - JN-3337, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının surətindən məlum olur ki, Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2004-cü il tarixli, 3M/767 saylı alqı-satqı müqaviləsi ilə verilmiş, cizgidə göstərilən sərhəd daxilində 0.0859 hektar torpaq sahəsi X23 mülkiyyətindədir. - JN-3336, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının surətindən məlum olur ki, Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2004-cü il tarixli, 3M/767 saylı alqı-satqı müqaviləsi ilə verilmiş, cizgidə göstərilən sərhəd daxilində 0.3437 hektar torpaq sahəsi İddiaçı4, X18 və İddiaçı3 mülkiyyətindədir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı, ******* saylı, **********90 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.34417 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. - Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, DTXK Abşeron rayon şöbəsi xx.xx.2006-cı il tarixli, JN-4556 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” Cavabdeh1 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.34417 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuşdur. - JN-2922, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının surətindən məlum olur ki, Xızı rayon DNK-nun xx.xx.2004-cü il tarixli, 4ə1/95-101 saylı alqı-satqı müqavilələri ilə satılmış, cizgidə göstərilən sərhəd daxilində 2,23 hektar torpaq sahəsi Cavabdeh2 Çingiz qızının mülkiyyətindədir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş MH seriyalı, ******* saylı, **********56 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.428835 ha torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. - Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, DƏDRX Abşeron rayon ərazi idarəsinin xx.xx.2006-cı il tarixli, ********* nömrəli, DƏSR-dən çıxarış; DTXK Abşeron rayon şöbəsi, xx.xx.2004-cü il tarixli, JN-2922 nömrəli, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” Cavabdeh2 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.42884 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuşdur. - JN-4556, kod 30800086 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının surətindən məlum olur ki, Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2006-cı il tarixli, 4ə/1-156 saylı alqı-satqı müqaviləsi ilə satılmış, cizgidə göstərilən sərhəd daxilində 0.34 hektar torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı, ******* saylı, **********56 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.428835 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. - Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayon notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4ə/716 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh3 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.428835 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuşdur. - Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş AN-İ № 03397 saylı, xx.xx.2013-cü il tarixli torpaq alqı-satqı müqaviləsindən aydın olur ki, “Satıcı” ƏMDK yanında DƏDRX-nin X55 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.428835 ha torpaq sahəsini 60000 manata “Alıcı” Cavabdeh3 satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X28 ünvanlanmış **********32 saylı, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş JN-3337 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə mülkiyyətinizdə olan 0.0859 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi üçün ayrılmış torpaq sahəsinə düşür. Lakin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2004-cü il tarixli verilmiş JN-2922 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” (sonradan sizə ayrılmış torpaq sahəsi də daxil olmaqla) və elektron kadastr baza məlumatları əsasında 0.428835 ha torpaq sahəsi üzərində ilkin olaraq vətəndaş Cavabdeh2 mülkiyyət hüququ xx xxxxxx 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********56 reyestr nömrəsi ilə qeydiyyata alınmış, sonradan həmin torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X1. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi X5 ünvanlanmış **********41 saylı, xx.xx.2019-cu il tarixli imtina barədə bildirişin surətindən görünür ki, JN- 3337 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh3) **********56 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin İddiaçı2 ünvanlanmış **********40 saylı, xx.xx.2019-cu il tarixli imtina barədə bildirişin surətindən görünür ki, JN-3336 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh3) **********56 və (Cavabdeh1) **********90 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi X2 ünvanlanmış **********41 saylı, xx.xx.2019-cu il tarixli imtina barədə bildirişin surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən X28 məxsus 0.0859 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin naturada quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət X3 ünvanlanmış C-3/16-2316 saylı, xx.xx.2019cu il tarixli məktubdun surətindən görünür ki, JN-3337 (kod 30800086) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə vətəndaş X23 mülkiyyətinə verilmiş torpaq sahəsi yolun tikintisi altına düşmür. Məhkəmənin 2(012)-1555/2020 saylı, xx xxxx 2020-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. Həmin sorğu ilə əlaqədar verilmiş iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********40 saylı məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.3442 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********90 (Seriya RX 0438259) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-4556 saylı Dövlət Aktına əsasən) Həmin torpaq sahəsi üzərində müvəqqəti nəzarət vardır. Ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş DBF elektron baza məlumatlarında sorğuda qeyd olunan Cavabdeh2 Çingiz qızının mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN-2922 nömrəli, xx.xx.2004-cü il tarixli Dövlət Aktında qeyd olunan 2.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan sonra, həmin torpaq sahəsi üzərində Cavabdeh2 Çingiz qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.11,2006-cı il tarixdə **********57 (Seriya RX 0005718), **********56 (Seriya MH 0005717) və **********55 (Seriya MH 0005719) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
1. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4288 ha kənd təsərrüfatı təyinat torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə **********56 (Seriya MH 0005717) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh2 həmin torpaq sahəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/716 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4288 ha kənd təsərrüfatı təyinat torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01,03.2013-cü il tarixdə **********56 (Seriya RX 0143617) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində müvəqqəti nəzarət var.
2. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.344 ha kənd təsərrüfatı təyinat torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə **********55 (Seriya MH 0005719) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1.4602 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə **********57 (Seriya MH 0005718) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, Cavabdeh2 həmin torpaq sahəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/4704 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.5337 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində X29 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-cı il tarixdə **********56 (Seriya RX 0621325) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (“xxxx” ASC-nin xx.xx.2015-ci il tarixli, H-4/16-2135 saylı məktubuna əsasən həmin torpaq sahəsinin 9264.63 kv.m hissəsi yolun tikintisi sahəsinə düşüb və dəyən ziyana görə kompensasiya ödənilmişdir) Lakin, X48 həmin torpaq sahəsinin 0.43 ha hissəsini Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-1968 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8. Yerdə qalan 0.1037 ha torpaq sahəsi üzəində X29 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-cı il tarixdə **********27 (Seriya RX 0777212) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X48 həmin torpaq sahəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-3269 və 4Ə-3270 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X30 (0.05 ha) və X15 (0.0537 ha) satmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində X24 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-cı il tarixdə **********81 (Seriya RX 0788369) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0537 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində X13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə **********50 (Seriya RX 0953111) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X22 həmin torpaq sahəsinin 0.02 ha hissəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-2398 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9. Yerdə qalan 0.0337 ha torpaq sahəsi üzərində X13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-cı il tarixdə **********78 (Seriya RX 1176008) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X22 həmin torpaq sahəsini 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə- 2816 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6. X25 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-cı il tarixdə **********78 (Seriya RX 1256535) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X32 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-cı il tarixdə **********98 (Seriya RX 1175677) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatl torpaq sahəsi üzərində X33 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-cı il tarixdə **********29 (Seriya RX 0649887) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin 2(012)-1555/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubuna əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanmışdır. Həmin sorğu ilə əlaqədar verilmiş iş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 3/16-6998 saylı məktubdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərtəfindən hazırlanmış kadastr planına əsasən Cavabdeh2 məxsus (çıxarış №**********57) 14602 kv.metr torpaq sahəsindən 2113.53 kv.metr hissəsi, X14 məxsus (çıxarış №**********56) 4288.35 kv.metr torpaq sahəsindən 4231.39 kv.metr hissəsi, Cavabdeh1 məxsus (çıxarış №**********90) 3441.7 kv.metr torpaq sahəsindən 3440.94 kv.metr hissəsi yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə həmin vətəndaşlara müvafiq kompensasiya ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. “Məһkəmə qətnaməsi һaqqında” Azərbaycan Respublikası Ali Məһkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məһkəmə qətnaməsi mülki və iqtisadi mübaһisələrdən irəli gələn işlər üzrə ədalət müһakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübaһisəli һüquq münasibətlərlərində müəyyənlik yaranmalı, pozulmuş və mübaһisə edilən һüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. İddiaçı tərəfin iddia tələbinin əsasını Cavabdeh1 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********90 olan Seriya RX № ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2006-cı il tarixli, JN-4556 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi, Cavabdeh3 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********56 olan Seriya RX № ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş Abşeron rayonu 1 saylı Notariat Kontorunun xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********56 olan Seriya RX № ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2004-cü il tarixli, JN-3922 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi tələbləri təşkil edir. İddiaçı tərəfin ləğv edilməsini tələb etdiyi çıxarış Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2006-cı il tarixli 4ə/1-156 saylı alqı-satqı müqaviləsinə əsasən torpağa mülkiyyət hüququna dair JN 4556, Kod 30800086 saylı dövlət aktına əsasən 0,34 ha olan torpaq sahəsi Cavabdeh1 satılmış, sonuncu alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldıraraq RX seriyalı, ******* saylı, **********90 reyestr nömrəli Çıxarış almışdır. Həmin alqı-satqı müqaviləsi bağlanmasına əsas olmuş torpağa mülkiyyət hüququna dair JN-4556, Kod 30800086 saylı dövlət aktından görünür ki, Abşeron rayon 1 saylı DNKnun xx.xx.2006-cı il tarixli 4ə/1-156 saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0.34417 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Bundan əlavə, iddiaçı tərəfin etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsi cavabdehlər ƏMDK yanında DƏDRX-nin X55 və Cavabdeh3 arasında 0.428835 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmışdır. Həmin alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK yanında DƏDRX-nin X55 Abşeron rayon notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4ə/716 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 0.428835 ha torpaq sahəsini Cavabdeh3 satmış, sonuncu da, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldıraraq RX seriyalı, ******* saylı, **********56 reyestr nömrəli Çıxarış almışdır. İddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan zaman qanunvericliyin tələbləri pozulmamış, sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərdən görünür ki, satıcı tərəf “müqavilə azadlığı” prinsipi əsasında mülkiyyətində olan torpaq sahəsi üzrə sərəncam verərkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, ona məxsus olan torpaq sahəsini Cavabdeh3 satmışdır. Habelə, iddiaçı tərəfin ləğv edilməsini tələb etdiyi çıxarış Xızı rayon DNK-nun xx.xx.2004-cü il tarixli 4ə1/95-101 saylı alqı-satqı müqaviləsinə əsasən torpağa mülkiyyət hüququna dair JN 2992, Kod 30800086 saylı dövlət aktına əsasən 2,23 ha olan torpaq sahəsi Cavabdeh2 Çingiz qızına satılmış, sonuncu alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldıraraq MH seriyalı, ******* saylı, **********56 reyestr nömrəli Çıxarış almışdır. Həmin alqı-satqı müqaviləsi bağlanmasına əsas olmuş torpağa mülkiyyət hüququna dair JN-2922, Kod 30800086 saylı dövlət aktından görünür ki, Xızı rayon DNK-nun xx.xx.2004-cü il tarixli 4ə1/95-101 saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 2,23 ha torpaq sahəsi Cavabdeh2 Çingiz qızının mülkiyyətinə verilmişdir. Elektron kadastr baza məlumatları əsasında 0.428835 ha torpaq sahəsi üzərində ilkin olaraq Cavabdeh2 mülkiyyət hüququ, sonradan həmin torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X1. Məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğun olmadığı kimi, həm də ədalətli deyildir. Bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin alqı-satqı müqavilələri əsasında verilmiş reyestr nömrəsi **********90 olan Seriya RX № ******* saylı çıxarışın, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2006-cı il tarixli, JN-4556 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, reyestr nömrəsi **********56 olan Seriya RX № ******* saylı çıxarışın, reyestr nömrəsi **********56 olan Seriya RX № ******* saylı çıxarışın, həmin çıxarışın əsasını təşkil etmiş xx.xx.2004-cü il tarixli, JN-3922 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Hazırki mübahisənin əsasında iddiaçı JN-3336 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahələrinin başqa mülkiyyətçilərə (Cavabdeh3) **********56 və (Cavabdeh1) **********90 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışlarla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyünü, Bundan başqa, müayinə zamanı sənəd üzrə torpaq sahələrinin “Bakı-Sumqayıt” avtomobil yolunun üzərində yerləşməsi ilə əsaslandırdığından məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərtəfindən hazırlanmış kadastr planına əsasən Cavabdeh2 məxsus (çıxarış №**********57) 14602 kv.metr torpaq sahəsindən 2113.53 kv.metr hissəsi, X14 məxsus (çıxarış №**********56) 4288.35 kv.metr torpaq sahəsindən 4231.39 kv.metr hissəsi, Cavabdeh1 məxsus (çıxarış №**********90) 3441.7 kv.metr torpaq sahəsindən 3440.94 kv.metr hissəsi yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə həmin vətəndaşlara müvafiq kompensasiya ödənilməsi müəyyən edilmişdir. JN-3337 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh3) **********56 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, JN- 3336 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh3) **********56 və (Cavabdeh1) **********90 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. JN-3337 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X23 mülkiyyətinə verilmiş torpaq sahəsi yolun tikintisi altına düşmədiyi müəyyən edilmişdir. Bundan əlavə Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilənin bağlanılması zamanı mülki qanunvericilikdə nəzərdə tutulmuş, əqdin etibarsız hesab edilməsinə dəlalət edən hər hansı bir halın mövcud olmasını sübuta yetirə bilmədi. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.[325] Yuxarıda qeyd olunan əsaslara görə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ:
İddia rədd edilsin. İş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: E.Kazımov