Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1144/2020 17.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Rzayeva (Sədiyeva) Samirə Nüsrəddin oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6 etibarnamə əsasında nümayəndəsi vəkili X13 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Rzayeva (Sədiyeva) Samirə Nüsrəddin oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba rayonu İcra və Probasiya şöbəsinə, “X7 Məkrəzi” MMC-nə, üçüncü şəxs Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X16rşı Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktının, hərracın yekunları baədə xx xxxxxx 2011-ci il tarixli, Y-747 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxxx 2012-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı 009427 nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, Rzayeva (Sədiyeva) Samirə Nüsrəddin oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quba rayonu İcra və Probasiya şöbəsinə, “X7 Məkrəzi” MMC-nə, üçüncü şəxs Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X16rşı Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktının, hərracın yekunları baədə xx xxxxxx 2011-ci il tarixli, Y-747 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxxx 2012-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş RX seriyalı 009427 nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna Dair JN-01xx xxx 30305058 nömrəli Dövlət Aktının, hərracın yekunları barədə xx xxxxxx 2011-ci il tarixli, Y-747 saylı protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxxx 2012-ci il tarixli müqavilənin, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 arasında xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* nömrəli, reyestrdə 4Ə/03-980 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, Rzayeva (Sədiyeva) Samirə Nüsrəddin oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna Dair JN-01xx xxx 30305058 nömrəli Dövlət Aktının, hərracın yekunları barədə 26dekabr 2011-ci il tarixli, Y-747 saylı protokolun, hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə xx xxxxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* nömrəli, reyestrdə 4Ə/03-980 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı6, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və xx xxxxxxx 2005-ci ildə vəfat etmiş ailə üzvü X5 Quba rayonu, X10 xx xxxxxx 1997-ci il tarixli 18 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30305058 nömrəli Dövlət Aktına əsasən kənd təssərrüfatı məhsullarının istehsalı üçün Quba rayonu Qırız-Dəhnə kəndi ərazisindən 5,82 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi barədə onlar məlumat almaq istədikdə həmin torpaq sahəsinin artıq onlara məxsus olmadığı bildirilmişdir. Bundan sonra bunun nə demək olduğunu öyrənmək üçün vəkil vasitəsi ilə sorğular verərək onlara məxsus torpaq sahəsinin hansı əsasla mülkiyyətindən çıxmasına dair sənədlər toplamışlar. Nəticədə məlum olmuşdur ki, Qusar Rayon Məhkəməsinin arxivində olmayan, ümumiyyətlə belə bir nömrə ilə mülki iş olmayan Qusar Rayon Məhkəməsinin 2-422a/2005-ci il tarixli qətnaməsinə əsasən onlara məxsus torpaq sahəsinin 0,97 ha hissəsi satılmış, lakin Qusar Rayon Məhkəməsinin qətnaməsi və mülki işi mövcud olmamışdır. Bundan sonra onlara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30305058 nömrəli Dövlət Aktına əsasən 5,82 ha torpaq sahəsinin 0,97 ha hissəsi saxta qətnamə ilə satılmasından sonra, yerdə qalan 4,82 ha torpaq sahəsinə dair Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktı verilmişdir. Əsl oyunlar bundan sonra başlamış, İddiaçı1 Cəmaləddin oğlunun Quba Rayon Məhkəməsinin 2(027)- 459/2010-cu il tarixli, xx xxxxxxxx 2010-cu il tarixli icra vərəqəsinə əsasən onun adı onlara verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktında olmamasına, İddiaçı1 həmin torpaq sahəsindən pay alan mülkiyyətçilərin sırasında olmamasına baxmayaraq, Quba rayon İcra şöbəsinin verdiyi təqdimata və təqdimata əlavə etdiyi saxta bazada olmayan mülkiyyətçi İddiaçı6 əvəzinə İddiaçı1 adı salınaraq Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktı əlavə olunmuş və məhkəmədən borca görə Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktında guya İddiaçı1a düşən ona məxsus hissə üzərinə həbs qoyulması xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 8(027)- 93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına əsasən halbuki həmin Dövlət Aktında torpaq sahəsi olmayan, mülkiyyətçi olmayan 4,82 ha torpaq sahəsinin borclu İddiaçı1 Cəmaləddin oğluna məxsus olan hissəsi üzərinə həbs qoyulmuşdur. Bundan sonra Quba rayon icra bölməsinin sifariş məktubuna əsasən İddiaçı1 Cəmaləddin oğluna məxsus 4,82 ha torpaq sahəsi hərracda satılmış və 3374 manat məbləğində qiymətə Cavabdeh2 satılmış, bundan sonra Quba rayon ica bölməsi və Cavabdeh2 arasında İddiaçı1 Cəmaləddin oğluna məxsus 4,82 ha torpaq sahəsini 3374 manata Cavabdeh2 almışdır. Bundan sonra Cavabdeh2 həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini qayınatası Cavabdeh3 Quba rayon Notariat kontorunda bağlanmış xx xxxxxx 2012-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən satmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, onlara məxsus torpaq sahəsi üzərində oynanılan bütün bu oyunlardan onların xəbəri olmamış, bu ilin əvvələrində məlum olmuşdur ki, mülkiyyət hüququ ilə onlara məxsus əmlakın bir hissəsi saxta qeydiyyatda olmayan qətnamə ilə satılmış, onlara məxsus əmlaka yenidən dövlət aktı verilmiş, bu zaman həmin dövlət aktında adı olmayan, həmin dövlət aktında payı olmayan İddiaçı1 borcuna görə həmin dövlət aktında İddiaçı1 düşən torpaq sahəsinə həbs qoyulmuş, sonradan guya dövlət aktında İddiaçı1 düşən hissəyə həbs qoyulmasına baxmayaraq bütün dövlət aktı borca görə hərraca çıxarılmış, Dövlət aktında adı olmayan payı olmayan şəxsin borcuna görə onlara məxsus torpaq sahəsi hərracda satılmış, nədənsə elə İddiaçı1 borclu olduğu şəxs həmin torpaq sahəsini almış, sonradan həmin torpaq sahəsini dəyərindən qat-qat ucuz formal olaraq alğı-satqı müqaviləsi bağlayaraq qaynatasına satmış, Balayeviçin adına həmin 4,82 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı6, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və xx xxxxxxx 2005-ci ildə vəfat etmiş ailə üzvü X2 adına verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktı ona görə etibarsız hesab edilməlidir ki, Sədiyev X9 Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30305058 nömrəli Dövlət Aktında göstərilən 0,97 ha hissəni satmamış, Cavabdeh1 ilə alğı-satqı müqaviləsi bağlamamış, Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30305058 nömrəli Dövlət Aktının 0,97 ha hissəsini satılmasına dair Qusar Rayon Məhkəməsinin 2-422a/2005 nömrəli, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi və mülki işi mövcud deyildir. Belə olan halda Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30305058 nömrəli Dövlət Aktının mülkiyyətçilərindən olan İddiaçı4 həmin torpaq sahəsini satmadığı üçün həmin dövlət aktının ləğv edilib, yenidən İddiaçı6, İddiaçı2, X3, İddiaçı4, İddiaçı5 və xx xxxxxxx 2005-ci ildə vəfat etmiş ailə üzvü X2 adına verilmiş JN-1xx xxx 30305058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı etibarsız hesab edilməlidir. Hərracın yekunları barədə xx xxxxxx 2011-ci il tarixli, Y-747 saylı protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxxx 2012-ci il tarixli müqavilə ona görə etibarsız hesab olunmalıdır ki, Quba Rayon Məhkəməsinin 8(027)- 93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına əsasən JN-01xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 Cəmaləddin oğluna, İddiaçı2, X4, X5, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyət hüququ əsasında məxsus olan 4,82 ha torpaq sahəsinin borclu İddiaçı1 Cəmaləddin oğluna məxsus olan hissəsi üzərinə həbs qoyulmuşdur. Əslində isə JN-01xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı özü alğısatqı müqaviləsi və mülki iş olmayan Qusar Rayon Məhkəməsinin qətnaməsi ilə verildiyindən akt özü etibarsızdır. Bundan başqa JN-01xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və bundan əvvəlki JN-00xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçilər siyahısında İddiaçı1 adı olmamış, ona torpaq sahəsi başqa bir aktla verilmişdir. Lakin Quba rayon İcra bölməsi JN-01xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına mülkiyyətçi İddiaçı6 adını çıxararaq İddiaçı1 adını qeyd edib, bazada olmayan saxta dövlət aktını İddiaçı1 düşən torpaq sahəsinə həbs qoyulması üçün məhkəməyə təqdim etmiş, məhkəmə isə təqdimatı təmin etmişdir. Bundan sonra Quba rayon İcra bölməsi “Cavabdeh5nə” verdiyi sifarişdə satılan əmlakın İddiaçı1 Cəmaləddin oğluna məxsus 4,82 hektar torpaq sahəsi olduğunu bildirmişdir. Əslində isə İddiaçı1 həmin 4,82 hektar torpaq sahəsində payı olmamasına baxmayaraq məhkəmə təqdimatı təmin etmiş, icra bölməsi daha da saxtakarlıq edərək hərraca Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına uyğun JN-01xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına uyğun 4,82 hektar torpaq sahəsinin İddiaçı1 məxsus hissəsini hərraca çıxarmaq əvəzinə ümumiyyətlə bütün torpaq sahəsini digər mülkiyyətçilərin də payını hərraca çıxarmışdır. Hərrac barədə heç bir mülkiyyətçiyə bildiriş gəlməmiş, hərracda isə nədənsə İddiaçı1 borclu olduğu Cavabdeh2 iştirak etmiş, torpaq sahəsi qiymətləndirilmədən 3374 manat Cavabdeh2 almış, onunla hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. Göründüyü kimi JN-00xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının mülkiyyətçiləri İddiaçı6, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və xx xxxxxxx 2005-ci ildə vəfat etmiş ailə üzvümüz X5 məxsus torpaq sahəsi onların xəbəri olmadan, razılığı olmadan, qanun pozuntuları ilə alğı-satqı predmeti olmuş, yeni dövlət aktı verilmiş, üzərinə həbs qoyulmuş, hərracda satılmışdır. Əgər fərz etsək ki, nəzərən mülkiyyətçilərin adına işlənmiş JN-01xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı qanuni əsasla verilib, onda İddiaçı1 adına həmin aktda pay torpağı olmamış, yenə də fərz etsək ki, nəzərən 4,82 ha torpaq sahəsində İddiaçı1 də torpaq sahəsi var, ondan 4,82 ha torpaq sahəsi dövlət aktında kimi 6 yerə bölsək hər mülkiyyətçiyə 0,82 ha torpaq sahəsi düşür ki, onun üzərinə həbs qoyulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 4-cü bəndinə birbaşa ziddir, lap tutaq ki, torpaq sahəsi üzərinə həbs qoyulması həmin qaydaya zidd deyil, bu zaman təkcə İddiaçı1 məxsus torpaq sahəsi üzərinə həbs qoyulduğu halda bütün 4,82 ha torpaq sahəsinin hərraca çıxarılması qəsdən və bilərəkdən törədilmiş qanunsuzluqdur. Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış, Cavabdeh2 ilə Cavabdeh3 arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi və Cavabdeh3 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv və etibarsız hesab edilməlidir ki, həmin çıxarışların və alğı-satqı müqaviləsinin bağlanması əsas əsas olmuş hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxxx 2012-ci il tarixli müqavilə, hərracın yekunları barədə26dekabr 2011-ci il tarixli, Y-747 saylı protokol,Torpağa Mülkiyyət Hüququna dair JN-01xx xxx 30305058 saylı Dövlət Aktı etibarsızdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə əsasında nümayəndəsi X21 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə bağlı bildirdi ki, cavabdehin verdiyi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təmin edilməməlidir. Ona görə ki, iddiaçılardan İddiaçı1dən başqa digərləri mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçiləridirlər. Qanunla mülkiyyət hüququnun pozulması ilə bağlı mübahisələrə iddia müddəti tətbiq edilmir. Bundan başqa cavabdehin ərizədə qeyd etdiyi alğı-satqı müqaviləsi və çıxarışlar bazada olmayan saxta qətnamə əsasında verilmişdir. Ona görə də iddia müddəti tətbiq edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2(027)-459/2010 nömrəli qətnaməsi ilə İddiaçı1 Caməddin oğlu 6560 manat pulun tutularaq ona verilməsi qət edilərək iş icraya yönəldilmişdir. İddiaçı1 pulu ödəmədiyinə görə Quba rayon şöbə məhkəməyə təqdimatla müraciət edərək icranın onun əmlakın yönəldilməsini xahiş etmişdir. Buna əsasən Quba Rayon Məhkəməsinin qərardadı ilə ona məxsus olan və hazırda mübahisəsi gedən torpaq sahəsini hərraca çıxarmışdır. İcra şöbəsinin göstərişi ilə xx xxxxxx 2011-ci ildə hərracda iştirak etmiş, 4,82 ha torpaq sahəsi 3774 manat dəyərində ona təklif edilmiş və bu o pula buna razılığını bildirmişdir. İddiaçı1 ona verməli olduğu 1686 manat pulu hazırki vaxtadək icra olunmadan qalmışdır. Ona təqdim olunan aktın ona qədər kim tərəfindən hazırlanması, hansı hüquqi qüvvəyə malik olması ona heç bir aiddiyyatı yoxdur. Bununla bağlı bütün iddialar cavabdehlərə qarşı yox bu işi görən Quba rayon İcra şöbəsi və İddiaçı1 və Quba rayon Əlik bələdiyyəsinin sədri Nadir Məmmədova qarşı yönəldilməlidir. Hərracın nəticəsində ona rəsmi sənədlə verilən torpağı qaynatası Cavabdeh3 satmışdır. Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi ilə bağlı iddia müddəti 6 ildir. İddiaçılar iddia müddətini buraxmışlar. Bu sənədləşmədən İddiaçı1 xəbəri olmuşdur. Torpağın hərraca çıxarılması ilə bağlı Quba Rayon Məhkəməsinin qərardadından şikayət verilmə müddəti bitmişdir. İddia müddətinin keçməsi ilə iddiadan imtina barədə qərar çıxarılmalıdır. Ona görə ki, mübahisələndirilən alğı-satqı müqavilələri və çıxarışlar 2011 və 2012-ci illədə aiddir. Göstərilələnlərə əsasən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, Rzayeva (Sədiyeva) Samirə Nüsrəddin oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Quba Regional “ASAN xidmət” X11 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23 məhkəmə iclasına gəlməmiş, nümayəndəsini məhkəməyə göndərməmiş, nümayəndəsinin məhkəmə iclasına göndərməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30305058 nömrəli Dövlət Aktına əsasən Quba rayon X10 xx xxxxxx 1997-ci il 18 nömrəli qərarına əsasən İddiaçı6, İddiaçı2, X4, X5, İddiaçı4, İddiaçı5 Quba rayonu Qrız-Dəhnə kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5,82 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 371, 372, 373, 374 nömrəli Quba rayonu Qırız-Dəhnə kəndində 1991-1995, 1996-2000, 2001-2005, 2006-2010-cu illərə aid təsərrüfatbaşına kitabın arxiv nüsxəsində 2001-ci ildən 5,85 hektar torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2-422a/2005 saylı, xx xxxxxx 2005-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 oğlu tərəfindən cavabdeh İddiaçı4 məxsus 0,97 ha torpaq sahəsinin alğı-satqısına dair cavabdehlə bağladığı müqavilə etibarlı hesab edilmiş, iş üzrə cavabdeh İddiaçı4 və ailə üzvlərinə məxsus JN-0022 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış hissələri üzrə ləğv edilmiş, cavabdehə özgəninkiləşdirdiyi torpaq sahəsi çıxılmaqla faktiki mülkiyyətində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilməsi qət edilmişdir. İş materiallarında olan Quba rayon İB tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 062 nömrəli arayışdan görünür ki, xx.xx.2005-ci ildə Quba rayonu Qırızdəhnə kəndində vəfat etmiş X6 vərəsələri İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5 və X8r. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2005-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkaların qeydiyyatında 2-422a/2005 saylı mülki iş mövcud deyil və bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin təqdim edilməsi qeyri mümkündür. İş materiallarında olan 5 saylı X23 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tarixli məktubda JN-1xx xxx 30305058 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X22 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-459/2010 nömrəli, xx xxxxxxxx 2010-cu il tarixli qətnamədən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 Camələddin oğlundan 4700 manat pul və həmin pulun qanunsuz saxlanılaraq istifadə etməklə ona vurulmuş 1860 manat məbləğində zərər, cəmi 6560 manat alınaraq iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktına əsasən Quba rayon X10 xx xxxxxx 1997-ci il 18 nömrəli qərarına və Qusar Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-422a saylı qətnaməsinə əsasən İddiaçı6, İddiaçı2, X4, X5, İddiaçı4, İddiaçı5 Quba rayonu Qrız-Dəhnə kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4,82 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına əsasən JN-01xx xxx 30305058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 Cəmaləddin oğluna, İddiaçı2, X4, X5, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyət hüququ əsasında məxsus olan 4,82 ha torpaq sahəsinin borclu İddiaçı1 Cəmaləddin ğluna məxsus olan hissəsi üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına olan Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadına Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadı ləğv edilmiş, Quba rayon İcra bölməsinin böyük icra məmuru X1 borclu İddiaçı1 Cəmaləddin oğlunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı təqdimatı təmin edilməmişdir. İş materiallarında olan Cavabdeh5nin Hərracın yekunları barədə Y-747 protokolundan görünür ki, Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına əsasən Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən İddiaçı1 Cəmaləddin oğluna məxsus 4,82 ha torpaq sahəsi hərracda 3374 manata Cavabdeh2 satılmışdır. İş materiallarında olan hərracında yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxx 2011ci il tarixli müqavilədən görünür ki, Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına əsasən Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən İddiaçı1 Cəmaləddin oğluna məxsus 4,82 ha torpaq sahəsi hərracda 3374 manata Cavabdeh2 satılmış, Cavabdeh2 isə həmin torpaq sahəsini hərracda almışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən 4,82 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2 Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən özünə məxsus 4,82 ha torpaq sahəsini 3370 manata Quba rayon Notariat Kontorunda bağlanmış 4Ə/03-980 reyestr nömrəli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən 4,82 ha torpaq sahəsi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, İddiaçı6, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və xx xxxxxxx 2005-ci ildə vəfat etmiş ailə üzvü X5 Quba rayonu, X10 xx xxxxxx 1997-ci il tarixli 18 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30305058 nömrəli Dövlət Aktına əsasən kənd təssərrüfatı məhsullarının istehsalı üçün Quba rayonu Qırız-Dəhnə kəndi ərazisindən 5,82 ha torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsinin bir hissəsi yəni 0,97 ha hissəsi Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 2-422a/2005-ci il tarixli qətnaməsi ilə satıması qeyd edilsə də, lakin Qusar Rayon Məhkəməsindən həmin nömrə ilə mülki iş və ya qətnamə mövcud olmamış, bundan sonra cavabdehlərin adına 4,82 ha torpaq sahəsinə dair Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktı verilmiş, İddiaçı1 Cəmaləddin oğlunun Quba Rayon Məhkəməsinin 2(027)-459/2010-cu il tarixli, xx xxxxxxxx 2010-cu il tarixli icra vərəqəsinə əsasən onun adı onlara verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktında olmamasına, İddiaçı1 həmin torpaq sahəsindən pay alan mülkiyyətçilərin sırasında olmamasına baxmayaraq, Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına əsasən 4,82 ha torpaq sahəsinin borclu İddiaçı1 Cəmaləddin oğluna məxsus olan hissəsi üzərinə həbs qoyulmuş, Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən həmin əmlak üzərinə qoyulmuş həbs götürülmüşdür. Bundan sonra Quba rayon icra bölməsinin sifariş məktubuna əsasən bütünlükdə İddiaçı1 Cəmaləddin oğluna məxsus Torpağa Mülkiyyət Hüququna dair JN- 1xx xxx 30305058 nömrəli Dövlət Aktında qeyd edilmiş 4,82 ha torpaq sahəsi hərraca çıxarılmış, Cavabdeh5nin Hərracın yekunları barədə Y-747 protokoluna əsasən Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına əsasən Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən İddiaçı1 Cəmaləddin oğluna məxsus 4,82 ha torpaq sahəsi hərracda 3374 manata Cavabdeh2 satılmış, bundan sonra həmin torpaq sahəsi barəsində hərracında yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxx 2011-ci il tarixli müqavilə tərtib edilmiş, həmin müqaviləyə əsasən Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən İddiaçı1 Cəmaləddin oğluna məxsus 4,82 ha torpaq sahəsi hərracda 3374 manata Cavabdeh2 satılmış, Cavabdeh2 isə həmin torpaq sahəsini hərracda almış, bundan sonra Cavabdeh2 həmin torpaq sahəsinə dair adına MA seriyalı ******* nömrəli Çıxarış almış, bundan sonra Quba rayon Notariat Kontorunda bağlanmış 4Ə/03-980 reyestr nömrəli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini 3370 manata Cavabdeh3 satmış, Cavabdeh3 həmin torpaq sahəsinə dair öz adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinə görə əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.2-ci maddəsin əsasən Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasənbu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, İddiaçı6, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və xx xxxxxxx 2005-ci ildə vəfat etmiş ailə üzvü X5 Quba rayonu, X10 xx xxxxxx 1997-ci il tarixli 18 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-00xx xxx 30305058 nömrəli Dövlət Aktına əsasən kənd təssərrüfatı məhsullarının istehsalı üçün Quba rayonu Qırız- Dəhnə kəndi ərazisindən 5,82 ha torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahəsinin bir hissəsi yəni 0,97 ha hissəsi Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 2-422a/2005-ci il tarixli qətnaməsi ilə satılması barədə 5 saylı X20 arxiv məlumatlarında qeyd edilsə də, iddiaçıları həmin torpaq sahəsini heç kimə satmamış, sözügedən Qusar Rayon Məhkəməsinin həmin nömrə ilə mülki iş və ya qətnaməsi mövcud olmamışdır. Həmin alğı-satqı mövcud olmadığı üçün onların adına 4,82 ha torpaq sahəsinə dair verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktı etibarsızdır. Bundan başqa Torpağa Mülkiyyət Hüququna dair JN- 00xx xxx 30305058 nömrəli Dövlət Aktının nə də Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30305058 nömrəli Dövlət Aktının 5 saylı X20 arxiv məlumatlarında mülkiyyətçilər arasında İddiaçı1 adının qeyd olunmamasına baxmayaraq Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadına əsasən 4,82 ha torpaq sahəsinin borclu İddiaçı1 Cəmaləddin oğluna məxsus olan hissəsi üzərinə həbs qoyulmuş, iddiaçılar tərəfindən həmin qərardaddan verilmiş şikayət əsaslı olduğu üçün Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən Quba Rayon Məhkəməsinin 8(027)-93/2011 nömrəli, xx xxxx 2011-ci il tarixli qərardadı ləğv edilmiş, 4,82 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Lakin həmin qərardada əsasən bu dəfə bütövlükdə 4,82 ha digər iddiaçılara da məxsus torpaq sahəsi hərraca çıxarılmış, qanunsuz olaraq hərracda 3374 manata Cavabdeh2 satılmış, bundan sonra həmin torpaq sahəsi barəsində hərracında yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxx 2011-ci il tarixli müqavilə tərtib edilmişdir. Bundan sonra Cavabdeh2 həmin torpaq sahəsinə dair adına MA seriyalı ******* nömrəli Çıxarış almış, bundan sonra Quba rayon Notariat Kontorunda bağlanmış 4Ə/03-980 reyestr nömrəli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsi bağlanmış, həmin torpaq sahəsini 3370 manata Cavabdeh3 satmış, Cavabdeh3 həmin torpaq sahəsinə dair öz adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olduğundan hazırkı işə iddia müddəti tətbiq edilə bilməz. Ona görə ki, hazırkı tələb mülkiyyət hüququnun pozuntusu olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normlarına uyğun olaraq mülkiyyət hüququnun pozuntusuna da iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Torpağa Mülkiyyət Hüququna Dair JN-01xx xxx 30305058 nömrəli Dövlət Aktının, hərracın yekunları barədə 26dekabr 2011-ci il tarixli, Y-747 saylı protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxxx 2012-ci il tarixli müqavilə etibarsız hesab edilməli, onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməli, Cavabdeh2 ilə Cavabdeh3 arasında xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* nömrəli, reyestrdə 4Ə/03-980 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-01xx xxx 30305058 nömrəli Dövlət Aktının, hərracın yekunları barədə xx xxxxxx 2011-ci il tarixli, Y-747 saylı protokol, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxxx 2012-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın ləğv edilsin. Cavabdeh2 ilə Cavabdeh3 arasında xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* nömrəli, reyestrdə 4Ə/03-980 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1144/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1144/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver