Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2515/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakı ilə, İddiaçılar X3, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpağa mülkiyyət hüququna dair dövlət aktlarının və çıxarışların ləğv edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim E.M.Kazımov) iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, digər iddiaçılar X6 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Abşeron Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(012)-182/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçılar X3, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpağa mülkiyyət hüququna dair dövlət aktlarının və çıxarışların ləğvi tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(012)-182/2021 saylı qətnaməsi ilə rədd edilmiş, iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, digər iddiaçılar X6 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Abşeron Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(012)-182/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti 29 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı4 və qeyriləri verdiyi şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə 30 aprel 2021-ci il tarixli 2(012)-182/2021 saylı qərardadı ilə dövlət rüsumunun apellyasiya şikayətinə əlavə edilməməsi səbəbi ilə işi yenidən tərəf olaraq onlara qaytarmışdır. Lakin apellyasiya şikayəti məhkəməyə getdikdən sonra həqiqətən dövlət rüsumunun ödənilməməsini xatırladıqları 03 may 2021-ci il tarixdə müvafiq rüsumu ödəyərək ərizə ilə məhkəməyə göndərmişlər. Müvafiq dövlət rüsumu sözügedən qərardad onlara rəsmi qaydada gəlib çatanadək ödənildiyindən və yol verilmiş nöqsan aradan qaldırıldığından Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(012)-182/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh3 nümayəndəsi və vəkili V.R.Məmmədov şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı3, İddiaçı1, Cavabdeh3, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə görə şikayətə dövlət rüsumunun ödənilməsini təstiq edən sübutlar əlavə edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərində birinci instansiya məhkəməsini müraciət edilərkən dövlət rüsumu bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Lakin, iddiaçılar apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1 və 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləgdə dövlət rüsumunun ödənilməsini təstiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləginin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası iddiaçıların sonradan dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qərardadın ləğv edilməsi barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, həmin dəlil qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı3 və İddiaçı3 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli 2(012)-182/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-2515/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2515/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver