Məhkəmə qərarları › İş №2(105)-3421/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3421/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3421/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, iddiaçılar X15 və İddiaçı4, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Rəfayel oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(012)-182/2021 saylı qətnaməsindən iddiaçılar X15, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(012)-182/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elçin Kazımov) iddiaçılar X15, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpağa mülkiyyət hüququna dair dövlət aktlarının və çıxarışların ləğvi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X28, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********90 olan RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş 27.02.2006-cı il tarixli, JN-4556 torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsini, Cavabdeh3 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********56 olan RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş 26.02.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşdirilmiş reyestr nömrəsinin **********56 olan RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş 18.08.2004-cü il tarixli, JN-3922 torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, vəkillik xidməti ilə bağlı ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat olmaqla, ümumilikdə 440 manat pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, özlərinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Bununla bağlı müxtəlif dövlət qurumlarına müraciət etmişdir. Mülkiyyətlərində olan torpaq sahəsi faktiki olaraq cavabdehlərin mülkiyyətinə verilmişdir. Buna görə də cavabdeh qurum tərəfindən onlara məxsus torpaqlar üzərində mülkiyyət hüquqlarını tanımaqdan imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15.11.2019-cu il tarixdə verilmiş **********32 cavabda qeyd olunmuşdur ki, elektron kadastr baza məlumatına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 30.11.2004-cü il tarixdə verilmiş JN-3337 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətlərində olan 0,0859 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Bilgəh- Sumqayıt” avtomobil yolunun tikintisi üçün ayrılmış torpaq sahəsinə düşür, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 18.08.2004-cü il tarixli, JN-2922 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı və elektron baza məlumatları əsasında 0,428835 ha torpaq sahəsi üzərində ilkin olaraq Cavabdeh2 Çingiz qızının mülkiyyət hüququ 30.11.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********56 reyestr nömrəsi ilə qeydiyyata alınmış, sonradan həmin torpaq sahəsi alqısatqı müqaviləsi ilə X1. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş cavabda qeyd olunmuşdur ki, JN-3336 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahələrinin başqa mülkiyyətçilərə (Cavabdeh3) **********56 və (Cavabdeh1) **********90 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışlarla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə torpaq sahəsinin “Bilgəh-Sumqayıt” avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, qeyd olunanlarla bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər, torpaqları üzərində mülkiyyət hüquqlarını aidiyyatı dövlət qurumunda qeydiyyatdan keçirə bilmirlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan qanunsuz və əsassızdır, ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, onlara məxsus torpaqlar faktiki Abşeron rayonu ərazisində mövcuddur. Bununla bağlı çıxarış almaq üçün müvafiq dövlət orqanına müraciət etsələr də, rədd cavabı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15.11.2019-cu il tarixdə verilmiş **********32 saylı cavabda qeyd olunmuşdur ki, elektron kadastr baza məlumatına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 30.11.2004-cü il tarixdə verilmiş JN-3337 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətlərində olan 0,0859 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi üçün ayrılmış torpaq sahəsinə düşür. Lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 18.08.2004-cü il tarixli, JN-2922 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı (sonradan onlara ayrılmış torpaq sahəsi də daxil olmaqla) və elektron baza məlumatları əsasında 0,428835 ha torpaq sahəsi üzərində ilkin olaraq Cavabdeh2 Çingiz qızının mülkiyyət hüququ 30.11.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********56 reyestr nömrəsi ilə qeydiyyata alınmış, sonradan həmin torpaq sahəsi alqı-satqı müqaviləsi ilə X1. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş cavabda qeyd olunmuşdur ki, JN-3336 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahələrinin başqa mülkiyyətçilərə (Cavabdeh3) **********56 və (Cavabdeh1) **********90 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışlarla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə torpaq sahəsinin “Bilgəh-Sumqayıt” avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, qeyd olunanlarla bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər və torpaqları üzərində mülkiyyət hüquqları aidiyyatı dövlət qurumunda qeydiyyata alınmır. Onların torpaqlarına dair sənədləri vardır və torpaq sahələrinin haraya düşdüyünü, hazırda torpaqlarının kimin mülkiyyətində olduğunu müəyyən etmək istəyirlər. Onlar hazırda torpaqlarının yerini ancaq sənəd üzərində bilirlər, faktiki istifadə edə bilmirlər. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsində dair qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar X28 və İddiaçı4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. Cavabdeh3 nümayəndəsi Vəkil2 Rəfayel oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, Baki şəhəri 38 saylı notariat ofisi və üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN-3337 saylı, kodu 30800086 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun 03.11.2004-cü il tarixli, 3M/767 saylı alqı-satqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,0859 hektar torpaq sahəsi X15 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-3336 saylı, kodu 30800086 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun 03.11.2004-cü il tarixli, 3M/767 saylı alqı-satqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,3437 hektar torpaq sahəsi İddiaçı4, X12 və İddiaçı3 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,34417 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 28.06.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 615 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan JN-4556 saylı, kodu 30800086 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun 07.02.2006-cı il tarixli, 4ə/1-156 saylı alqı-satqı müqaviləsi ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 0,34 hektar torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-2922 saylı, kodu 30800086 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Xızı rayon dövlət notariat kontorunun 21.07.2004-cü il tarixli, 4ə1/95-101 saylı alqı-satqı müqavilələri ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 2,23 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,428835 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 30.11.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən 26 fevral 2013-cü il tarixdə təsdiq edilərək 4Ə/716 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən X6 rayonu, Saray qəsəbəsində yerləşən 0,428835 ha torpaq sahəsini 60000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,428835 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 01.03.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X18 ünvanlanmış **********32 saylı, 15 noyabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 30 noyabr 2004-cü il tarixdə verilmiş JN-3337 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətində olan 0.0859 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi üçün ayrılmış torpaq sahəsinə düşür. Lakin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 18 avqust 2004-cü il tarixli, JN-2922 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (sonradan Sizə ayrılmış torpaq sahəsi də daxil olmaqla) və elektron kadastr baza məlumatları əsasında 0.428835 ha torpaq sahəsi üzərində ilkin olaraq vətəndaş Cavabdeh2 mülkiyyət hüququ 30 noyabr 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********56 reyestr nömrəsi ilə qeydiyyata alınmış, sonradan həmin torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə X1. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı5 ünvanlanmış **********41 saylı, 24.09.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişin surətindən görünür ki, JN-3337 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh3) **********56 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt” avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış **********40 saylı, 24.09.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişin surətindən görünür ki, JN-3336 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərqlərin mövcud olduğu, faktiki torpaq sahəsinin başqa mülkiyyətçiyə (Cavabdeh3) **********56 və (Cavabdeh1) **********90 reyestr nömrəsi ilə qeydə alınmış reyestrdən çıxarışla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt” avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin X13 ünvanlanmış **********28 saylı, 18.02.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişin surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən X18 məxsus 0.0859 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin naturada quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmişdir. Bundan başqa, müayinə zamanı sənəd üzrə olan torpaq sahəsinin “Bilgəh- Sumqayıt” avtomobil yolunun üzərində yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 17 iyun 2020-ci il tarixli, **********40 saylı məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,3442 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28.06.2014-cü il tarixdə **********90 (Seriya RX 0438259) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (DTXKnın Abşeron rayon şöbəsi tərəfindən verilmiş 15.02.2006-cı il tarixli, JN-4556 saylı Dövlət aktına əsasən). Həmin torpaq sahəsi üzərində müvəqqəti nəzarət vardır. Ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş DBF elektron baza məlumatlarında sorğuda qeyd olunan Cavabdeh2 Çingiz qızının mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən JN-2922 nömrəli, 16.08.2004-cü il tarixli Dövlət aktında qeyd olunan 2.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan sonra, həmin torpaq sahəsi üzərində Cavabdeh2 Çingiz qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.11,2006-cı il tarixdə **********57 (Seriya RX 0005718), **********56 (Seriya MH 0005717) və **********55 (Seriya MH 0005719) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.11.2006-cı il tarixdə **********56 (Seriya MH 0005717) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh2 həmin torpaq sahəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş 26.02.2013-cü il tarixli, 4Ə/716 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01,03.2013-cü il tarixdə **********56 (Seriya RX 0143617) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində müvəqqəti nəzarət vardır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.344 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.11.2006-cı il tarixdə **********55 (Seriya MH 0005719) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1.4602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.11.2006-cı il tarixdə **********57 (Seriya MH 0005718) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, Cavabdeh2 həmin torpaq sahəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş 19.10.2013-cü il tarixli, 4Ə/4704 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.5337 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində X19 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 08.05.2015-ci il tarixdə **********56 (Seriya RX 0621325) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır ("xxxx" ASC-nin 24.04.2015- ci il tarixli, H-4/16-2135 saylı məktubuna əsasən həmin torpaq sahəsinin 9264.63 kv.m hissəsi yolun tikintisi sahəsinə düşüb və dəyən ziyana görə kompensasiya ödənilmişdir). Lakin, X32 həmin torpaq sahəsinin 0.43 ha hissəsini Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş 12.06.2015-ci il tarixli, 4Ə-1968 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4. Yerdə qalan 0.1037 ha torpaq sahəsi üzərində X19 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 03.12.2015-ci il tarixdə **********27 (Seriya RX 0777212) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X32 həmin torpaq sahəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş 05.12.2015-ci il tarixli, 4Ə-3269 və 4Ə-3270 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X20 (0.05 ha) və X9 (0.0537 ha) satmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X16 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.12.2015-ci il tarixdə **********81 (Seriya RX 0788369) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0537 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 08.10.2016-cı il tarixdə **********50 (Seriya RX 0953111) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X14 həmin torpaq sahəsinin 0.02 ha hissəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş 10.10.2017-ci il tarixli, 4Ə-2398 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X5. Yerdə qalan 0.0337 ha torpaq sahəsi üzərində X7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.10.2017-ci il tarixdə **********78 (Seriya RX 1176008) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X14 həmin torpaq sahəsini 1 saylı notariat kontorunda təsdiq edilmiş 11.11.2017-ci il tarixli, 4Ə-2816 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2. X17 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.04.2018-ci il tarixdə **********78 (Seriya RX 1256535) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X22 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 07.11.2017-ci il tarixdə **********98 (Seriya RX 1175677) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X23 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19.06.2015-ci il tarixdə **********29 (Seriya RX 0649887) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 05 oktyabr 2020-ci il tarixli, 3/16-6998 saylı məktubundan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən Cavabdeh2 məxsus (çıxarış №**********57) 14602 kv.metr torpaq sahəsindən 2113.53 kv.metr hissəsi, X8 məxsus (çıxarış №**********56) 4288.35 kv.metr torpaq sahəsindən 4231.39 kv.metr hissəsi, Cavabdeh1 məxsus (çıxarış №**********90) 3441.7 kv.metr torpaq sahəsindən 3440.94 kv.metr hissəsi yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə həmin vətəndaşlara müvafiq kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməldə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 152.4-cü maddəsinə əsasən sərəncam hüququəmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinin mənasına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. İddia ərizəsindən, iş materiallarından görünür ki, X28, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 iddia tələbləri Cavabdeh1 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********90 olan RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş 27.02.2006-cı il tarixli, JN-4556 torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh3 adına rəsmiləşdirilmiş reyestr nömrəsi **********56 olan RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş 26.02.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşdirilmiş reyestr nömrəsinin **********56 olan RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasını təşkil etmiş 18.08.2004-cü il tarixli, JN- 3922 torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,34417 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 28.06.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 615 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin JN-4556 saylı, kodu 30800086 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun 07.02.2006-cı il tarixli, 4ə/1-156 saylı alqı-satqı müqaviləsi ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 0,34 hektar torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun 07.02.2006-cı il tarixli, 4ə/1-156 saylı alqı-satqı müqaviləsi isə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən 26 fevral 2013-cü il tarixdə təsdiq edilərək 4Ə/716 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən X6 rayonu, Saray qəsəbəsində yerləşən 0,428835 ha torpaq sahəsini 60000 manata Cavabdeh3 satmış, Cavabdeh3 həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ 01.03.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, JN-2922 saylı, kodu 30800086 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh2 Çingiz qızının mülkiyyətinə 2,23 hektar torpaq sahəsi Xızı rayon dövlət notariat kontorunda təsdiq edilmiş 21.07.2004-cü il tarixli alqı-satqı müqavilələri əsasında verilmişdir. Həmin torpaq sahəsi üzərində Cavabdeh2 Çingiz qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.11,2006-cı il tarixdə **********57 (Seriya RX 0005718), **********56 (Seriya MH 0005717) və **********55 (Seriya MH 0005719) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4288 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.11.2006-cı il tarixdə **********56 (Seriya MH 0005717) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Xızı rayon dövlət notariat kontorunda təsdiq edilmiş 21.07.2004-cü il tarixli alqı-satqı müqavilələri də iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. X28, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 hazırki iş üzrə alqı-satqı müqaviləsini mübahisələndirmə müddətini də ötürmüşlər. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi ilə əlaqədar yolun tikintisi altına düşmüş və dəymiş ziyana görə cavabdehlərə kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar X15, İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(012)-182/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar