Məhkəmə qərarları › İş №2(027)-2418/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2418/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2418/2025 11.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və üçüncü şəxs X11 iştirakı ilə İddiaçı Cavabdeh qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin ləğv edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və hüquqların dövlət reyestrində qeydiyyatın çıxarılmasına dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : I. İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, adından iş üzrə üçüncü şəxs X11 adına verilmiş xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 7E-1090 nömrəli etibarnamə və X17 ilə Cavabdeh arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış ünvan 1i ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m, yaşayış sahəsi, 80,7 kv.m, yardımçı sahəsi 196,2 kv.m olan dörd otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və hüquqi nəticələrinin (Cavabdeh adına işlənmiş mülkiyyət sənədlərinin, çıxarış, texniki pasport və s.) ləğv edilməsi, həmin mülklə bağlı Cavabdeh Dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında 0.14 ha həyətyan. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m, yaşayış sahəsi, 80,7 kv.m, yardımçı sahəsi 196,2 kv.m olan dörd otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Özü 1929-cu il təvəllüdlü olmaqla 96 yaşı var. Yaşının çoxluğu ilə əlaqədar demək olar ki, eşitmir, kimsə yanında olmalıdır ki, deyilən sözü qulağına qışqırsın ki, eşitsin. İki oğlu və bir qızı var. 2008-ci ildə qərara gəlmişdir ki, evini oğlu Vidadiyə bağışlasın və evini ona bağışlamışdır. Sonradan cavabdeh olan qızı Cavabdeh və onun əri X17 dəfələrlə ona təzyiq etdilər ki, Vidadi xaricdə yaşadığına görə vəziyyətdən sui-istifadə edib evi satacaq, onu küçələrə atacaq. Bu məqsədlə adından bağışlama müqaviləsinin ləğv olunması üçün məhkəməyə ərizə hazırladılar və məhkəmə bağışlamanı ləğv etdi. Bu yaxınlarda xaricdə yaşayan oğlu X10 evinə gələndən sonra ona bildirdi ki, iş üzrə cavabdeh qızı Cavabdeh ona evinə gəlməməyi, evin artıq ona məxsus olduğunu demişdir. Ondan evi Cavabdeh adına keçirib keçirmədiyini soruşdu. O, da evi heç kimin adına keçirmədiyini, evin öz adına olduğunu bildirdi. Bundan sonra Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisinə getmişlər, məlum oldu ki, Bakı şəhəri 23 saylı Notariat Ofisində onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ünvan 2i ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m, yaşayış sahəsi, 80,7 kv.m, yardımçı sahəsi 10,2 kv.m olan dörd otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Onun adından isə Bakı şəhəri 23 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli etibarnamə əsasında X17 müqaviləni imzalamışdır. O, heç vaxtı Bakı şəhəri 23 saylı Notariat Ofisində olmamış, onun harada yerləşməsini belə bilmir. AdıNdan çıxış etmək üçün xx.xx.2019-cu il tarixli X11 adına etibarnamə verməmişdir. Onun ümumiyyətlə evini satmaq niyyəti olmamış, belə bir niyyəti hazırda da yoxdur. Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisindən əldə etdiyi “Elektron notariat” AİS çıxarışdan görünür ki, güya xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində evini satmaq məqsədilə X15 etibarnamə vermiş və güya həmin şəxs evi öz arvadı olan Cavabdeh 45000 manata satmışdır. Halbukı o heçkimə, o cümlədən X15 evini satmaq üçün heç bir səlahiyyət verməmiş, evin satışından güya əldə etdiyi 45000 manat pulu almamışdır. Əksinə son vaxtlara qədər Cavabdeh və onun əri Məhərrəmov Oktay ondan pul alıblar və onların ona 18000 manat pul borcu yaranıb. Bütün göstərilənlər cavabdeh və onun əri tərəfindən əmlakını ələ keçirmək üçün düzülüb qoşulmuşdur. Onun evini satmaq niyyəti olsaydı, elə onu yaxınlıqda yerləşən Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisində də edə bilərdi. Qeyd etdiyi kimi evinin satılmasını oğlu Vidadi kəndə gələndən sonra bilmişdir. Həmin etibarnamə sənədini ona xəstəlik sənədi kimi imzalatıblar. Onu ahıl yaşlı olduğundan sui istifadə edib aldadıblar. Belə ki, o evi qızına vermək istəsəydi bağışlanma müqavilədi əsasında verərdi, onun yoldaşı etibarnamə verib satmazdır. Göründüyü kimi bu çox absurd və qurma alqı-satqı olduğu hər halından bəllidir. Onun öz evini satmaq niyyəti olmamış, yoxdur, adından bağlanmış müqavilə onun iradə ifadəsini əks etdirmir. Ona görə də adından iş üzrə üçüncü şəxs X11 adına verilmiş xx.xx.2019- cu il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 7E-1090 nömrəli etibarnamə və X17 ilə Cavabdeh Kəmaləddin qızı arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış ünvan 1i ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m, yaşayış sahəsi, 80,7 kv.m, yardımçı sahəsi 196,2 kv.m olan dörd otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, İddiaçı adından iş üzrə üçüncü şəxs X11 adına verilmiş xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, 23 saylı Notariat ofisində rəsmiləşdirilmiş 7 E-1090 nömərli etibarnamənin X17 ilə Cavabdeh arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış 0,14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və ona uyğun yaranmış hüquqi nəticələrinin (Cavabdeh adına işlənmiş mülkiyyət sənədlərinin, çıxarış, pasport və.s) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, ünvan 1i ünvanında 0.14 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 276,9 kv.m, yaşayış sahəsi, 80,7 kv.m, yardımçı sahəsi 196,2 kv.m olan dörd otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı həmin evi əvvəl oğlu Vidadiyə bağışlamış, sonradan qızı onu başdan çıxarıb adından bağışlama müqaviləsinin ləğv olunması üçün məhkəməyə ərizə hazırladılar və məhkəmə bağışlamanı ləğv etmişdir. 01 aprel 2019-cu ildə cavabdeh iddiaçınn yanına gələrək ondan iş üzrə müəyyən sənədləşmə işlərinin aparılması ilə əlaqədar etibarnamə istəmiş, iddiaçı da ona inanaraq etibarnamə vermişdir. xx.xx.2019-cu ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı əsasında iddiaçıya hər-hansı pul məbləği çatmamışdır. Həmçinin qeyd edir ki, cavabdehin həyat yoldaşı ona verilmiş etibarnamə ilə iddiaçının əmlakını öz arvadı olan cavabdehə satmış, alqı – satqının pulunu öz depozit hesabına qoymuş, sonrada özü yenidən götürmüşdür. Əgər iddiaçının evi qızına vermək iradəsi olsa, evi bağışlama edərdi. Həmin müqaviləni etibarsız hesab edir, görünüş üçün bağlanan müqavilədir. Hesab edir ki, etibarnamə və onun əsasında bağlanmış alqı-satıq müqaviləsi və ona uyğun yaranmış hüquqi nəticələr ləğv edilməlidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, evi atası özü ona verib, evə dair çıxarış çıxdıqdan sonra vergi borcları ona gəlmiş, vergini öz adına köçürmüşdür. İş üzrə maraqlı tərəf X17 bildirmişdir ki, iddiaçı tərəfin fikirləri ilə razı deyil, oğlu iddiaçıya baxmayıb, Kəmaləddin Məmmədovu öz hesabına özü müalicə etdirmiş, müalicə xərclərini o qarşılamışdır. Evi öz xərci ilə təmir etdirmişdir. Alqı-satqı zamanı evin dəyərinin özü tərəfindən banka qoyulub, özü tərəfindən də geri götürdüyünü etiraf edir. Qeyd edir ki, iddiaçı 1-ci dəfə oğlu Vidadiyə bağışlama yolu ilə evi verdiyi və daha sonra bağışlamanı ləğv etdirdiyi üçün, bağışlama yolu ilə evin cavabdehin adına keçirilməsindən ehtiyat etmiş və ona görə də alqı-satqı edilməsinə nail olmuşdur. İş üzrə digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. İşin faktiki halları: Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Quba Rayon Məhkəməsinin 2-199/2007 saylı, 24 aprel 2007-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 1indəki 2 mərtəbəli 4 otaqlı yaşayış otağndan ibarət ümumi sahəsi 283, kv.metr, o cümlədən yaşayış sahəsi 82,5 kv.metr, 0,14 ha həyətyanı torpaq sahəsi olan X2 adına qeyd olunmuş yaşayış evinin və torpaq sahəsinin ½ hissəsinə X3, ½ hissəsinə isə X4 mülkiyyət hüququ müəyən edilmişdir. -xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə ölmüş X6 vərəsəsi Cavabdeh, İddiaçı Seydibala oğlu, ünvan 1indəki miras əmlakdan ½ hissədə pay almalıdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-794/2024 saylı məktubundan görünür ki, İddiaçı ilə X10 arasında bağlanmış 10 avqust 2008-ci il tarixli bağışlanma müqaviləsinə əsasən əldə edilmiş fərdi yaşayış evinə verilmiş **********48-10301 reyestr nömrəli çıxarış Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-3471/2017 nömrəli qətnaməsinə əsasən ləğv edilmiş və İddiaçı qaytarılmış hüquqları yenidən bərpa edilmişdir. İddiaçı fərdi yaşayış evini xx.xx.2019-cu il tarixli, 4ə-202 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və hüquqları dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri, 23 saylı Notariat ofisində rəsmiləşdirilmiş 01 aprel 2019-cu il tarixli, 7E-1090 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı X15 ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsində və onun üzərində yerləşən 276,9 kv.m fərdi yaşayış evinə və ünvan 1ində yerləşən 0,516 ha torpaq sahəsi ilə əlaqədar Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında adından sənədləşmə işləri aparmağı, Notariat ofisində adına olan alqı-satqı müqaviləsini imzalamağı, ərizədə imza etməyi, vərəsəliyi qəbul etməyi, imtina etməyi, vərəsəlik haqqında şəhadətnaməni almağı və digər sənədləri almağı, imzalamağı, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq rayon Ərazi İdarəsinə sənədləri təqdim etməyi, reyestrdən çıxarış almağı, texniki pasport almağı, 1 və 2 nömrəli arayışları almağı, sənədləşdirmə işlərini aparmağı, müvafiq sənədləri və yüklülüyün olub olmamasına dair arayış almağı, üzərində sərəncam verməyi, özəlləşdirməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, əvəzindən imza etməyi və bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. - Daşınmaz Əmlakın xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 276,9 kv/m, yaşayış sahəsi 80,7 kv/m, yardımçı sahəsi 196,2 kv/m olan 4 otaqlı fərdi yaşayış evi X17 tərəfindən baş etibarnamə əsasında Cavabdeh Kəmaləddin qızına satılmışdır. Tərəflər: Alıcı Cavabdeh 2000 manat məbləği, 3000 manat məbləği İddiaçı nəğd ödəməyə, qalan 40000 manat məbləğ isə xx.xx.2019-cu il tarixinədək hissə-hissə nəğd və ya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürməyi razılaşdılar. -Vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən Çıxarışıdan görünür ki, İddiaçı ilə X23 nikahı xx.xx.2006-cı il tarixdə qeyd edilmişdir. -Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi Qəsəbə İƏD üzrə nümayəndəsinin 29 mart 2019-cu il tarixli, 406 № li arayışından görünür ki, X3 Quba rayon Barlı qəsəbəsində seriya RX 1274716, qeydiyyat № **********, reyestr № **********48-10301 olan ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyatı haqqında DƏDR-dan çıxarışdan edilmiş ümumi sahəsi 276,9 m2 olan fərdi yaşayış evi vardır. Həmin evdə özü – İddiaçı Seydibala oğlu və arvadı X20 yaşayırlar. -Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X26 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi üzərində yerləşən Quba rayon, Barlı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı Seydibala oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. - 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. - 567-ci maddəyə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəyə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 598.1-ci maddəyə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 646.1-ci maddəyə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 646.2-ci maddəyə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə 07 mart 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli Qərarı). N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. ...anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. ...Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Seydibala oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə X15 ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi üzərində yerləşən 276,9 kv.metr yaşayış evinə dair sənədləşmə işlərində köməklik göstərməsi məqsədilə etibarnamə verilmiş, X17 İddiaçı razılığı olmadan ona verilmiş etibarnamədən istifadə edərək sözügedən fərdi yaşayış evini 04 aprel 2019-cu il tarixdə Bakı şəhəri, 23 saylı Notariat ofisində təsdiq edilmiş AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında arvadı Cavabdeh satmışdır. İddiaçı tərəf cavabdehə etibarnamə versə də, nəticə etibarı ilə etibar edən şəxsin əleyhinə, onun iradəsindən kənar şəkildə hərəkət edilməsinə yol verilməməlidir. İşin hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə (bir il müddətinə xx.xx.2020-ci il tarixədək) X1 Oktay Həsən oğluna etibarnamə vermişdir. 3 gün sonra yəni xx.xx.2019-cu il tarixdə X12 adından X24 öz həyat yoldaşı ilə alqı-satqı müqaviləsi bağlamışdır. X17 yəni Cavabdeh Kəmaləddin qızının həyat yoldaşı iddiaçıya məxsus əmlakı əldə etmək üçün öz adına verilmiş etibarnamədən istifadə edərək öz həyat yoldaşı ilə alqı-satqı müqaviləsi bağlamışdır. Məhkəmə iclasında iddiaçının artıq bir dəfə bağışlama müqaviləsini ləğv etdirdiyi üçün əmlakı əldə etməyin “alqı-satqı” yolunu seçdiyini bildirmişdir. Digər tərəfdən məlumdur ki, alqı-satqı müqaviləsi əvəzli müqavilədir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırkı münasibətlər üzrə alıcı qismində cavabeh olan Cavabdeh Kəmaləddin qızı, satıcı qismində isə X5 (etibarnaməyə əsasən X24) çıxış etdiyindən əmlakın qiyməti cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz hallarından biri kimi müəyyən edilmişdir ki, iddiaçı X9 hər hansı ödəniş edilməmişdir. Ödənişi, notariusun depozit hesabına lazım olan məbləği X24 alqı-satqını reallaşdıra bilmək üçün özü qoymuş (yəni satıcı tərəf) və müqavilə bağlandıqdan dərhal sonra özü həmin pul vəsaitini bankdan çıxarmışdır. Bununla bağlı mübahisə olmamış və X24 tərəfindən etiraf edilmişdir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, məhkəmə yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Yəni alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. Əlavə olunmalıdır ki, etibarsız əqdlərlə bağlı restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər, lakin iddiaçı hər hansı vəsait əldə etmədiyindən restitusiya da tətbiq edilmir. İşin bütün hallarından aydın olur ki, X17 ona verilən etibarnamə ilə sanki özü üçün müqavilə bağlamışdır. Belə ki, o, Cavabdeh ilə birgə rəsmi nigah bağlamışdır və aydındır ki, qanunvericiliyin tələblərinə əsasən birgə nigah dövründə əldə edilmiş əmlak onların birgə mülkiyyəti hesab olunur. Yəni bu münasibətin tətbiq edilməsi ilə o həmin əmlak üzərində pay hüququna malik olurdu. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əmlaka qanunsuz əsaslarla sahib çıxması məhkəmə iclasında yetərli sübutlarla öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, Bakı şəhəri, 23 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsızdır. Müvafiq olaraq həmin müqavilə əsasında verilmiş çıxarış da qanunsuz və əsassızdır. Digər tərəfdən etibarnamənin verilməsinin idiaçının iradəsi əleyhinə olduğunu sübüt edən hər hansı fakt aşkar edilməmişdir. Ona görə də bu hissədə tələb təmin edilməməlidir. Lakin işin bütün hallarından məlum olur ki, etibarnamədən iddiaçının iradəsinə zidd şəkildə istifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, 23 saylı Notariat ofisində bağlanmış 0,14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və yaranmış hüququn nəticələri xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227-ci madələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, 23 saylı Notariat ofisində bağlanmış 0,14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və hüquqi nəticəsi olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli Çıxarış ləğv edilsin və həmin əmlak üzərində əvvəlki mülkiyyətçi X2 hüquqları bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar