Məhkəmə qərarları › İş №2(012)-183/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-183/2021

20.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-183/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı «torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 DƏDRX-nin verdiyi MA seriyalı, ******* №-li çıxarışa əsasən ona məxsus olan 0.03 ha torpaq sahəsinin 50 sm hissəsindən çıxarılması və həmin torpaqda özbaşına tikilmiş olan tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus 0,03 ha torpaq sahəsinin 0,00075 ha hissəsindən cavabdeh X2 çıxarılması və həmin torpaqda tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək bildirdi ki, 2011-ci ildə Qasımov X8 rayonu, Masazır qəsəbəsində 0,03 ha torpaq sahəsi almışdır. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və 04 noyabr 2011-ci ildə MA seriyalı ******* saylı çıxarış verilmişdir. Çıxarışa əsasən 0,03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsü ilə bağlı sənəddə torpaq sahəsinin AA seriyalı 033487 saylı reyestr nömrəsinə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus torpaq sahəsində qonşusu Cavabdeh 0,00075 ha hissəsinə keçərək özünə özbaşına tikili inşa etmişdir. Cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinin müəyyən hissəsində inşa etdiyi tikili mülkiyyətdən maneəsiz istifadəyə mane olur, bu da konstitusion iddiaçının hüquqlarının pozulması deməkdir. Nəticə etibari ilə cavabdeh həmin ərazidə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə qeyri-qanuni sahiblik edir. Dəfələrlə iddiaçıya məxsus olan torpaq sahəsində yerləşən tikilinin sökülməsi ilə bağlı müraciət edilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Ancaq cavabdeh bütün bunlara baxmayaraq iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmır. İddiaçı cavabdehlə razılığa gəlmək fikrində deyildir. Qeyd olunanlara əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Belə ki, iddiaçıya məxsus olan torpaq sahəsinə daxil olmuşdur və buna görə də kompensasiya ödəməyə razıdır. Lakin iddiaçı onunla razılığa gəlmir. Tikilən evin dəyərinin nə qədər olduğunu isə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 04.11.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 26.10.2013-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2684 saylı, 25 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı məxsus № AA 033487 saylı, **********35 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlar ilə uyğun gəlir. Abşeron rayonu, Masazır kəndində yerləşən X3 məxsus **********02-10301 reyestr nömrəli 9112 inventar nömrəli, 26.10.2013-cü il tarixli texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,00075 ha hissəsi cavabdeh X2 torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi tikilmiş fərdi yaşayış evinin altına düşür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 04.11.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətinə əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, 26.10.2013-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2684 saylı, 25 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı məxsus № AA 033487 saylı, **********35 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatlar ilə uyğun gəlir. Abşeron rayonu, Masazır kəndində yerləşən X3 məxsus **********02-10301 reyestr nömrəli 9112 inventar nömrəli, 26.10.2013-cü il tarixli texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,00075 ha hissəsi cavabdeh X2 torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi tikilmiş fərdi yaşayış evinin altına düşür. Qeyd olunanlara əsasən, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2684 saylı, 25 iyun 2021-ci il tarixli ekspert rəyi ilə razılaşaraq hesab edir ki, halhazırda cavabdeh X2 özbaşına zəbt edilmiş iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikintidən könüllü çıxmaması İddiaçı daxili və beynəlxalq qanunvericiliklə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsini zəbt etməsi sonuncunun öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur və buna görə də cavabdeh X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* №-li çıxarışla İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 0,00075 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlərinə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-ci maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakım geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kiırz istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorun- maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/2684 saylı, 25 iyun 2021-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X6 İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 0,00075 ha hissəsindən çıxarılsın və həmin torpaqda tikilmiş tikili cavabdeh X2 hesabına sökülsün. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/2684 saylı, 25 iyun 2021-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X4, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar