Məhkəmə qərarları › İş №2(012)-1850/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1850/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1850/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" mənzil-tikinti kooperativi, Cavabdeh2nə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" mənzil-tikinti kooperativi, Cavabdeh2nə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK ilə iddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin, İV blok zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 400 m2 olan, izolə olunmuş qeyri yaşayış sahəsinin verilməsi üçün bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə müqavilə öhdəliklərinin yerinə yetirilmək vəzifəsinin cavabdehlər "xxxx" MTK-nın və "xxxx" MTK-nın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil da izahatında mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" mənzil-tikinti kooperativi, Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlərdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər "xxxx" mənzil-tikinti kooperativi, Cavabdeh2nə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı hazırkı mülki iş (e-2(012)-1850/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar